Dovletxeberleri.Az
» » Elinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYE

17-09-2019, 16:40Elinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYE

Elinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYE
Təhsil Nazirliyi Bakı şəhəri, Səbail rayonu Etibar Əliyev adına 162 saylı tam orta məktəbə yeni direktor təyin edib.

Xəbər verilir ki, bu barədə məlumat Təhsil Nazirliyinin rəsmi məlumatında bildirilib. Məlumata görə, 162 saylı tam orta məktəbi bundan sonra Arzu Aslan qızı Nəzərova idarə edəcək.

Digər məlumata əsasən, Tünzalə Mikayılova Əfqan qızı və Bəhruz Səlimxanov Ramazan oğlu təlim-tərbiyə işləri üzrə direktor müavinləri vəzifəsinə gətiriliblər.

Qeyd edək ki, A.Nəzərova 1961-ci il sentyabrın 21-də Gəncədə ziyalı ailəsində anadan olub. 1968-ci ildə Gəncə şəhəri C.Cabbarlı adına 6 nömrəli orta məktəbə daxil olub,1976-cı ildə oranı fərqlənmə ilə bitirib. Gəncə şəhəri Q.Hüseynli adına orta ixtisas musiqi məktəbinin fortepiano şöbəsinə daxil olub, 1981-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. 1982-ci ildə Gəncə Dövlət Pedaqoji Universitetinin “İbtidai təhsilin pedaqogikası və metodikası” fakültəsinə daxil olub,1987-ci ildə universiteti bitirib. 1997-ci ildə ikinci ali təhsil almaq məqsədilə Bakı Asiya Universitetinin hüquq fakültəsinə daxil olub, 2000-ci ildə həmin universiteti bitirib. 1981-ci ildən 1988-ci ilədək Uşaq Musiqi Məktəbində fortepiano müəllimi kimi çalışıb. 1988-ci ildən Gəncə şəhəri Ə.Cavad adına 2 nömrəli orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyətə başlayıb. 1992-ci ildən həmin məktəbdə direktor müavini, 1997-ci ilədək isə direktor işləyib. 2001-ci ildən 2003-cü ilin avqust ayınadək metodist kimi fəaliyyət göstərib. 2003-cü ildən Məktəb-Lisey Kompleksində direktor müavini kimi çalışıb. 2019-cu ilin may ayından Səbail rayonu 162 nömrəli tam orta məktəbə direktor müavini kimi yerdəyişmə olunub. 15 iyul 2019-cu il tarixindən 162 nömrəli tam orta məktəbə direktor müavini təyin olunub. 15 avqust 2019-cu ildən isə Bakı şəhəri 162 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunub. Ailəlidir. 3 övladı var.



Xatırladaq ki, 2019-cu il aprelin 4-də Bakının Səbail rayonu Etibar Əliyev adına 162 saylı orta məktəbin VIII sinif şagirdi Elina Hacıyeva intihar edib. Aprelin 6-da Bakı şəhəri Səbail rayon Prokurorluğunda AR CM-nin 125-ci maddəsi ilə cinayət işi başlanıb.

Hadisə ilə bağlı açılmış cinayət işi üzrə istintaq və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan xidməti araşdırma ilə əlaqədar təhsil nazirinin 8 aprel 2019-cu il tarixli əmri ilə məktəbin direktoru Abbasova Sevinc Kamil qızı araşdırma müddətində işdən kənarlaşdırılıb. Daha sonra S.Abbasovanın, direktor müavini Lalə Məhərrəmovanın, sinif rəhbəri Çimnaz Mehdiyevanın və həmin təhsil müəssisəsinin psixoloqu Könül Ağayevanın işdən çıxarıldığı açıqlanıb.



Baş Prokurorluğun məlumatına görə, məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Hazırda proses Səbail Rayon Məhkəməsində davam etdirilir.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Bərdə rayonunda keçirilmişdir.YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri ilə görüşübƏrdoğan Bakıda belə qarşılandı - FOTOLARAkademik Vasim Məmmədəliyev vəfat edibTürkdilli ölkələrin prezidentləri Bakıya toplaşırNazirlik təftiş etdi: 1068 vətəndaşa təyin edilən sosial yardım dayandırıldıAzərbaycan millisi hesabda geri düşdü - YENİLƏNİBAzərbaycanda köhnə maşınlar yığışdırılacaq - Qərar qüvvəyə minirPrezident ailəsinin istirahətdən səmimi - FOTOLARIPrezident şahmatçı Aydın Süleymanlını təbrik etdiCeyhun Bayramov yeni şöbə müdiri təyin etdiZakir Qaralov Gəncə şəhərinə yeni prokuror TƏYİN ETDİYeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilat sədrlərinin ümumrespublika müşavirəsi keçirilib“İlham Əliyev Paşinyanı yerində oturtdu” – Sevinc FətəliyevaMəmməd Məmmədov dünya çempionu olduGəncənin prokuroru daha yüksək vəzifəyə gətirildiSəyyar həkim briqadasının yerlərdə məcburi köçkünlərə tibbi xidməti göstərməsi sakinlər tərəfindən böyük razılıqla qarşılanmışdır.Müdafiə naziri əmr etdi: “Düşmənin snayper və PUA-larının qarşısı sərt şəkildə alınsın”İlham Əliyev Paşinyanı tarixi faktlarla susdurdu - YENİLƏNİBLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Xətai rayonunda keçirilmişdirDekabrda əfv olacaq? – Komissiya üzvündən AÇIQLAMAƏflatun Amaşov XVI Cənubi Qafqaz media konfransında iştirak edibLeyla Əliyeva Füzuli küçəsi boyunca salınan Mərkəzi ParkdaSumqayıtda keçirilən Mədəniyyət festivalından Fotolor“Məcburi köçkünlər ölkə başçısının siyasətinə arxalanırlar” – Bəxtiyar Əliyev“İlin sonuna qədər köçkünlər üçün 3700-ə yaxın mənzil təhvil veriləcək”UNEC-də əmək haqları artırıldı“Bizim cəmiyyətimizdə qeyri-bərabərlik, təbəqələşmə, kasıblar olmamalıdır” - PrezidentLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiNazirlik xüsusi şərtlərlə pensiya təyinatını da avtomatlaşdırırƏrdoğanla Trampın görüşəcəyi TARİX bəlli olduRövşən Rzayev köçkünləri qəbul etdiSumqayıtda təkəlduz ustası, I qrup əlili ziyarət ediblər-VİDEOPrezident İlham Əliyev Əli Əsədovun Azərbaycanın Baş naziri təyin edilməsi haqqında Sərəncam imzalayıbPrezident İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib“Yeni Baş nazir mühüm ideyaların realizə edilməsində xüsusi rola malikdir” - Deputat“Əli Əsədov sadə və səmimi ziyalıdır” - Qənirə PaşayevaAzərbaycanda Baş nazir təyinatının rəsmi PROSEDUR QAYDASINazirlik daha 1068 nəfərin sosial yardımını kəsdi - SƏBƏBMüstəqil Azərbaycanın Baş nazirləri… - Kimlər gəldi, kimlər getdi…Müflis olan bu banklardakı 17 min manatadək əmanətlər qaytarılır - SİYAHI“Binə” ticarət mərkəzində güclü YANĞIN - Mağazalar külə döndü .YenilənibGənc jurnalist “Mədəniyyət” kanalına direktor müavini TƏYİN OLUNDU - FOTOTəhsil Nazirliyində kollegiya iclası keçirilibİki “Aprel şəhidi”nin ailəsinə mənzil verildiFikrət Məmmədov İstintaq idarəsinə yeni rəis təyin etdi - ƏMRDeputatlar toplanır: daha 8 qanun dəyişəcəkPrezident İlham Əliyev Bağdad Amreyevi qəbul edib - FOTOBu gün Nobel mükafatının laureatları elan olunacaqHəmkarlar İttifaqının Abşeron rayon komitəsindən nümunəvi addımlar