Dovletxeberleri.Az
» » “İtirilmiş torpaqlarımız...” silsiləsindən 2-ci HEKAYƏT

12-09-2019, 08:50“İtirilmiş torpaqlarımız...” silsiləsindən 2-ci HEKAYƏT

“İtirilmiş torpaqlarımız...” silsiləsindən 2-ci HEKAYƏT
Qarabağın dağlıq hissəsindəki Ziyarət dağı (2478 m) və Sor dağı (1314 m) yaxınlığında yerləşən Cəbrayıl qəzasının yaşayış məntəqələrinin tarixi-təsərrüfat yerlərinin 1918-1920-ci illərdən sonrakı istifadəçiliyində Şuşa qəzasının həmsərhəd (XVII-XVIII əsrlərdə Cənubi Azərbaycandan köçürülmüş hay ailələrinin məskunlaşdığı Dolanlar, Mülkədərə, Tağlar, Daşbaşı, Quşçular, Sor... kəndlərinin) məskənlərinin hay kilsəsi başda olmaqla hay icmasının tələbləri davamlı olmuş və xislətlərinə uyğun olaraq mənfur niyyətlərinə mərhələ-mərhələ planlı şəkildə çata bilmişlər. Təbii ki, qarı düşmənlərimiz tərəfindən həyata keçirilən bu cür ictimai-siyasi istiqamət Azərbaycan dövlətinin və xalqının milli-dövlətçiliyinə yarasısağalmaz zərbələr vurmaqda hələ də davam edir. Bu baxımdan bölgənin bu hissəsində əvvəllər Cəbrayıl nahiyəsinin Yuxarı Məzrə, Sirik, Minbaşı, Şıxlar, Hovuslu, Tatar, Qaracallı, Doşu, Süleymanlı, Balyand, Xələfli, Məlikli... kəndlərinə aid olan tarixi-maddi abidələr, qiymətli kənd təsərrüfatı torpaqları, tükənməz təbii sərvətlər 1920-1990-cı illər ərzində əski Şuşa qəzasının qonşu Xocavənd nahiyəsinin bir çox kəndləri (Dolanlar, Ağcakənd, Zamzur, Quşçular...) tərəfindən mərhələ-mərhələ və hektarlarla zəbt edilərək “erməniləşdirilib” və adları da dəyişdirilib.


Bir cəhəti də qeyd etmək lazımdır ki, uzun müddət ərzində hay kilsə və hay-daşnak qüvvələri tərəfindən dinc yolla ələ keçirilən bu ərazilər 1918-1920-ci illərdə Azərbaycan dövlətçiliyinin səhifələrinə aid olan yerlər kimi (səngər yerləri, tarixi məskunlaşma əraziləri, qədim şəhər-qala ocaqları, tarixi müdafiə nişanələri, zəngin təbii sərvətlər məskəni...) qiymətli tarixi əhəmiyyət kəsb edir.


Bu baxımdan haylar yaşayan Dolanlar kəndi ilə Şıxlar kəndi arasında “Qala yeri” dərəsi tarixi-maddi abidə ocağı, arxeoloji-tədqiqat məskəni kimi qiymətli olsa da, həm də 1918-1920-ci illərdə birləşmiş düşmən qüvvələrinə qarşı açıq səngər yeri kimi tarixi irs əhəmiyyəti daşıyır. Şıxlar kəndinin qərbində, 500 m aralı olan bu yerdəki qanlı hadisələri unutmayan haylar heç vaxt oradan keçmirdilər ki, bura düşmən yeridir (yəni, onlar üçün müqəddəs sayılacaq yer - hay quldurlarının qanı tökülən bir yer).


Şıxlar kəndinin şimalındakı “Tey düzü” adlı taxıl əkini yeri də (100 hektara qədər) 1935-1936-cı llərdə həmin Dolanlar kəndinə verildi ki, orada yaradılan birgə təsərrüfatın (kolxozun) ərazisi geniş olsun.


1924-1925-ci illərdə Cəbrayıl qəzasının Doşulu və Şuşa qəzasının Quşçular kəndləri arasında torpaq-sərhəd işi ilə bağlı mərz nişanlarının basdırılması və sərhədlərinin müəyyən edilməsi aparılırdı, Bakı şəhərindən, Torpaq Komissarlığından gəlmiş yerquruluşçusu-mühəndisin və yerli tərəflərin iştirakı ilə. Haylar bu məsələnin həllini qəsdən ertə ikən, gündüz uzada-uzada axşama salırlar, nümayəndəni isə gecə kəndlərində qonaq saxlayırlar, “qədim erməni adətinə uyğun olaraq”. Bunula da, səhərisi gün torpaq-sərhəd məsələsi həll edilərkən və müvafiq yerquruluşu xəritəsi işlənilərkən Doşulu kəndinin min hektara qədər ərazisi Quşçular kəndinə aid edilərək rəsmiləşdirilib. Nəticədə, Doşulu kəndinin camaatı kəndə bitişik qəbirstanlıqdan o tərəfə keçə bilməyib.


1980-ci ildə Cəbrayıl rayonunun Süleymanlı, Qışlaq, Doşulu, Balyand və Qaracallı kəndlərini əhatə edən C.Cabbarlı adına üzümçülük sovxozunun min hektara qədər əkin (üzüm, taxıl) yeri olub.


(Yazının hazırlanmasında həm də Cəbrayıl rayonunun Şıxlar kənd sakinləri Hüseyn Ağakişi oğlu Rüstəmovun (1958), Xansuvar Məhəmməd oğlu Quliyevin (1964) və Qaracallı kənd saknin İxtiyar Bəhlul oğlu Həmzəyevin (1954) məlumatlarından istifadə edilib)


Qismət Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi (0503726008)
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
“Əsrin müqaviləsi”nin 25-ci ildönümü laçınlılar tərəfindən qeyd olunduLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Taxta Körpü ərazisindəki 552 ailəlik qəsəbədə keçirilmişdir.Şəhid ailələri və Qarabağ əlillərinə ev verildiSevinc Fətəliyeva: Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyənə qədər Ermənistanın heç bir inkişaf perspektivi yoxdurMəktəb direktoru olmaq istəyənlər növbəti sınağa çəkilirGünay Əfəndiyevanın fondu Milli Konservatoriya ilə memorandum imzaladıDilqəm Əsgərovla Şahbaz Quliyev erməni hərbçilərlə dəyişdirilə bilərGüləşçimiz 2-ci dəfə dünya çempionu olduRamiz Mehdiyev Belarusun dövlət katibi ilə görüşdü - Ramil Usubov və Fuad Ələsgərov da müzakirədə olubAYB-nin Sumqayıt bölməsinə YENİ TƏYİNATLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiƏli Əhmədov Yeni Azərbaycan Partiyasının təqaüdünü alan tələbə-gənclərlə görüşübZakir Həsənov təlimlərin gedişi barədə məruzəni dinlədiBalababa Rzayev rəisi işdən çıxarır, 2 il sonra eyni posta geri gətirilir - "Azərişıq"da yeni təyinatİcra başçısı müavinini işdən çıxardıDovletxeberleri.az İlqar Mehtiyevi təbrik edir!Azərbaycan Üzeyir Musiqi gününü qeyd edirLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qaradağ rayonunun “Qobu Park” yaşayış massivində keçirilmişdirElinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYEKomitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanırRövşən Rzayev 30-dan çox köçkünü qəbul etdiPrezident xanım naziri qəbul etdi - FOTOCeyhun Bayramov Basqalda orta məktəbinin AÇILIŞINDA15 sentyabr - Bilik günüdürPrezident və birinci xanım 300 nömrəli məktəbin AÇILIŞINDANuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandanDeputat: “Sosial evlərlə bağlı şərtlərə yenidən baxılmalıdır!”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Sabirabad rayonunun ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Saatlı rayonunda keçirilmişdirMehriban Əliyevadan Bilik günü təbriki - FOTOPrezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibVilayət Eyvazovdan ƏMR: Bu ərazilər nəzarətə götürüləcəkƏli Həsənov: Milli birlik, həmrəylik Azərbaycanın alternativsiz reallığıdırNaxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı CORLEAP-ın həmsədri seçilibYAP Qaradağ rayon təşkilatının Gənclər Birliyi ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçiribAğcabədi Regional Mədəniyyət idarəsi Laçın rayon mərkəzi kitabxananın işçiləri Aprel döyüşlərində şəhid olmuş Ülvin Məmmədovun ev muzeyində oldular və ailə uzvüləri ilə görüş keçirmişdilər.ADPU-nun Ağcabədi filialına yeni təyin olunan direktor kollektivə təqdim edildi."Sülh aylığı" ilə bağlı tədbir keçirilmişdirBakı metrosu işıq sönəndə də işləyəcəkQarabağ icması Fransa hökumətinə çağırış edib"Erməni xalqı Azərbaycana qarşı təcavüzün məsuliyyətini dərk etməlidir" - Xələf XələfovAzərbaycanda kimlərin uşaqlarına müavinət verilir? - Nazirlik AÇIQLADIİcra başçısından şok addım: yubileyə 3 milyon xərcləyəcəkMüharibə əlillərinə daha 50 maşın verildi“Öndəki birincilər” layihəsi çərçivəsində tədbir keçirilmişdir.DMX əməkdaşlarının əmək pensiyaları yenidən hesablanacaqAZAL təyyarə bələdçisi vəzifəsinə qəbul elan edibNovruz Məmmədov Gürcüstanın yeni baş nazirini təbrik edibPresident Ilham Aliyev viewed work done at Khatai station of Baku Metroİlham Əliyev AŞPA prezidentini qəbul edib