Dovletxeberleri.Az
» » Qarabağ həqiqətlərini dünyaya tanıdan Azərbaycan GƏNCLİYİ

11-09-2019, 11:54Qarabağ həqiqətlərini dünyaya tanıdan Azərbaycan GƏNCLİYİ

Qarabağ həqiqətlərini dünyaya tanıdan Azərbaycan GƏNCLİYİ
Dağlıq Qarabağ mövzusu yaşından aslı olmayaraq, hər bir ölkə vətəndaşının ağrılı yeridir. Müasir tariximizin ən faciəvi səhifəsində çevrilən Qarabağ müharibəsi, onun nəticələri son illərdə bir çox dünya ölkələrinin diqqətini özünə çəkib. Azərbaycanın uğradığı təcavüzün dəhşətlərinin beynəlxalq aləmdə tanınmasında ölkə gəncliyinin də önəmli rolu var.

Öz sıralarında gəncləri birləşdirən birliklər hansı işləri görür? Dağlıq Qarabağ həqiqətlərinin tanıdılmasında tədbirlər görülürümü?

Dovletxeberleri.az-ın əməkdaşı belə birliklərlə əlaqə saxlayıb, onların bu istiqamətdə gördükləri işlər barədə maraqlanıb.

“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov bildirir ki, təmsil etdiyi birliyin ilin sonunadək Dağlıq Qarabağ həqiqətlərinin tanıdılması istiqamətində bir çox planları var.
“İrəli Azərbaycan gəncliyinin səngərdə duran ən vacib hissəsi, əsgərlərlə il ərzində mütəmadi olaraq görüşlər həyata keçirir. Bundan əlavə, gənclərin hərbi vətənpərvərlik ruhunun artırılması istiqamətində həyata keçirdiyimiz ən önəmli layihələrdən biri “Marş irəli” layihəsidir. Bu layihəyə 2018-ci il Ağdam rayonunun Quzanlı istiqamətindən start verilib. İlkin mərhələdə regionlar da daxil 100-dən çox gənc iştirak etdi. İkinci layihə Goranboyda təmas xəttinə yaxın 200 gəncin iştirakı ilə baş tutdu. Bu proqram çərçivəsində hərbi-ekspertlərlə, qazilərimizlə görüşlər təşkil edilir, müxtəlif təlim metodları, silahla davranış qaydaları və s. öyrədilir. “İrəli” İctimai Birliyi Xocalı faciəsi ilə bağlı mütəmadi olaraq anım yürüşləri həyata keçirir, həmçinin “25 Böyüməyən uşaq” filminin gənclər arasında təbliğinə çalışırıq”.

Mirhəsən Seyidov deyir ki, gənclər sosial şəbəkələr üzərindən də Dağlıq Qarabağ həqiqətlərinin tanıdılmasına kömək edirlər.
“Bizim gənclər sosial şəbəkələr üzərindən Dağlıq Qarabağ həqiqətlərinin tanıdılması məqsədi ilə müxtəlif sosial şəbəkə kompaniyalarında diskussiyaların təşəbbüskarıdır. Bu ilin ilk 6 ayında 4 hərbi-vətənpəvərlik layihəmiz həyata keçirilib. 2017-ci ildə təsis etdiyimiz “Gənclər Kuboku”nun mövzusunu bu dəfə 2016-cı il Aprel döyüşlərinin xatirəsinə uyğun olaraq, “Aprel zəfəri”nə həsr etdik. Sevindirici haldır ki, “Aprel zəfəri” oyunlarında 8 idman növü üzrə Azərbaycanın müxtəlif regionlarından yaradılmış komandalar halında 3500 nəfərdən artıq gənc yarışdı. Bu qədər gəncin arasından seçilən qaliblər final oyununu Ağamın Quzanlı qəsəbəsində, “Qarabağ” futbol klubunun əzəli stadionunda həyata keçirdi. Təmas xəttində əsgərlərlə görüşdük, nahar etdik. Bizim gənclər Qarabağ reallıqlarının dünyaya çatdırılmasında da fəal iştirak edirlər. “News-Xchange” adlı təcrübə proqramlarımız çərçivəsində dünyanın müxtəlif ölkələrində 70-80 nəfərə yaxın gəncimiz təcrübə proqramlarında iştirak edərək, Azərbaycan həqiqətlərinin tanıdılmasında xüsusi rol oynayırlar”.

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov da birliyin üzvü olan gənclərin Qarabağ mövzusu ilə bağlı layihələrdə xüsusi maraqla iştirak etdiklərini bildirir.
“Biz 2011-ci ildən Ağdamda, cəbhə bölgəsində qaçqın və məcburi köçkün ailələri ilə görüşürük. Görüş zamanı “Orada bir kənd var, uzaqda” mahnısının klipini elə cəbhə bölgəsində çəkmişik. Ondan sonra həmin ərazidəki gənclərin Dövlət Filormoniyasında konsertini təşkil etdik. “Xocalıya ədalət” kompaniyası ilə bağlı beynəxalq təşkilatlara, səfirliklərə e-mail aksiyası keçirib, 20-dən çox videoçarx hazırlamışıq. Aprel döyüşlərində bizim bir kampaniyamız var idi, Cocuq Mərcanlıdan-Şuşaya adlı layihə həyata keçirmişdik. Hətta, həmin işğal bölgəsi azad olunduğu gündən başlayaraq biz oraya gedib ağacəkmə aksiyasını təşkil etdik. Hər getdiyimizdə 70-80-dən artıq gənc bu layihədə çıxış edirdi. Dağlıq Qarabağ gənclərinin regional müşavirələri hər zaman diqqətdə saxlanılıb, yazı-inşa müsabiqəsi keçirilib”.

Seymur Orucovun sözlərinə görə, baş nazirin müavini Əli Əhmədov da gənclərin Qarabağ mövzusu ilə əlaqədar işlərində fəal iştirak edir.
“Yaxın zamanlarda partiyamızın icra katibi, baş nazirin müavini Əli Əhmədov cəbhə bölgəsində əsgərlərlə, həmçinin Ağcabədidə gənclərlə görüşdü. Biz həmçinin, Novruz bayramlarında dəfələrlə Fizuli rayonunun cəbhə bölgəsindəki əsgərlərlə gənclərin görüşlərini keçirmişik. Yəni, Dağlıq Qarabağ, vətənpərvərlik mövzusu hər zaman gənclərimizin diqqqət mərkəzindədir. Birliyin İstanbulda “Xocalıya ədalət” kompaniyası çərçivəsində oradakı universitetlərdən biri ilə tədbirləri də keçirilib. İkitərəfli əməkdaşlıq etdyimiz təşkilatlar, siyasi partiyalar və ictimai birliklərlə görüşdə Dağlıq Qarabağ həqiqətlərinin tanıdılması üçün çalışmışıq. Asiya siyasi partiyalarının beynəlxalq konfransı var. Oranın müxtəlif ölkələrdə keçirilən iclaslarında gənclərimiz Ermənistanın Qarabağa olan təcavüz mövqeyini əks etdirən məsələləri yekun sənədə salmağa müvəffəq olublar”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
“Əsrin müqaviləsi”nin 25-ci ildönümü laçınlılar tərəfindən qeyd olunduLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Taxta Körpü ərazisindəki 552 ailəlik qəsəbədə keçirilmişdir.Şəhid ailələri və Qarabağ əlillərinə ev verildiSevinc Fətəliyeva: Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyənə qədər Ermənistanın heç bir inkişaf perspektivi yoxdurMəktəb direktoru olmaq istəyənlər növbəti sınağa çəkilirGünay Əfəndiyevanın fondu Milli Konservatoriya ilə memorandum imzaladıDilqəm Əsgərovla Şahbaz Quliyev erməni hərbçilərlə dəyişdirilə bilərGüləşçimiz 2-ci dəfə dünya çempionu olduRamiz Mehdiyev Belarusun dövlət katibi ilə görüşdü - Ramil Usubov və Fuad Ələsgərov da müzakirədə olubAYB-nin Sumqayıt bölməsinə YENİ TƏYİNATLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiƏli Əhmədov Yeni Azərbaycan Partiyasının təqaüdünü alan tələbə-gənclərlə görüşübZakir Həsənov təlimlərin gedişi barədə məruzəni dinlədiBalababa Rzayev rəisi işdən çıxarır, 2 il sonra eyni posta geri gətirilir - "Azərişıq"da yeni təyinatİcra başçısı müavinini işdən çıxardıDovletxeberleri.az İlqar Mehtiyevi təbrik edir!Azərbaycan Üzeyir Musiqi gününü qeyd edirLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qaradağ rayonunun “Qobu Park” yaşayış massivində keçirilmişdirElinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYEKomitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanırRövşən Rzayev 30-dan çox köçkünü qəbul etdiPrezident xanım naziri qəbul etdi - FOTOCeyhun Bayramov Basqalda orta məktəbinin AÇILIŞINDA15 sentyabr - Bilik günüdürPrezident və birinci xanım 300 nömrəli məktəbin AÇILIŞINDANuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandanDeputat: “Sosial evlərlə bağlı şərtlərə yenidən baxılmalıdır!”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Sabirabad rayonunun ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Saatlı rayonunda keçirilmişdirMehriban Əliyevadan Bilik günü təbriki - FOTOPrezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibVilayət Eyvazovdan ƏMR: Bu ərazilər nəzarətə götürüləcəkƏli Həsənov: Milli birlik, həmrəylik Azərbaycanın alternativsiz reallığıdırNaxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı CORLEAP-ın həmsədri seçilibYAP Qaradağ rayon təşkilatının Gənclər Birliyi ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçiribAğcabədi Regional Mədəniyyət idarəsi Laçın rayon mərkəzi kitabxananın işçiləri Aprel döyüşlərində şəhid olmuş Ülvin Məmmədovun ev muzeyində oldular və ailə uzvüləri ilə görüş keçirmişdilər.ADPU-nun Ağcabədi filialına yeni təyin olunan direktor kollektivə təqdim edildi."Sülh aylığı" ilə bağlı tədbir keçirilmişdirBakı metrosu işıq sönəndə də işləyəcəkQarabağ icması Fransa hökumətinə çağırış edib"Erməni xalqı Azərbaycana qarşı təcavüzün məsuliyyətini dərk etməlidir" - Xələf XələfovAzərbaycanda kimlərin uşaqlarına müavinət verilir? - Nazirlik AÇIQLADIİcra başçısından şok addım: yubileyə 3 milyon xərcləyəcəkMüharibə əlillərinə daha 50 maşın verildi“Öndəki birincilər” layihəsi çərçivəsində tədbir keçirilmişdir.DMX əməkdaşlarının əmək pensiyaları yenidən hesablanacaqAZAL təyyarə bələdçisi vəzifəsinə qəbul elan edibNovruz Məmmədov Gürcüstanın yeni baş nazirini təbrik edibPresident Ilham Aliyev viewed work done at Khatai station of Baku Metroİlham Əliyev AŞPA prezidentini qəbul edib