Dovletxeberleri.Az
» » Əli Əhmədov: Mühacir müxalifətin anti-Azərbaycan fəaliyyəti insanların sərt təpkisi sayəsində tam iflasa uğrayacağına şübhə yoxdur

2-09-2019, 17:59Əli Əhmədov: Mühacir müxalifətin anti-Azərbaycan fəaliyyəti insanların sərt təpkisi sayəsində tam iflasa uğrayacağına şübhə yoxdur

Əli Əhmədov: Mühacir müxalifətin anti-Azərbaycan fəaliyyəti insanların sərt təpkisi sayəsində tam iflasa uğrayacağına şübhə yoxdur
“Müxalifətin hakimiyyət iddialarını reallaşdırmaq üçün qanuni resurslarının çatışmazlığı və iddialarının həyata keçirilməsi naminə istənilən üsul və vasitədən faydalanmağa hazır olması onu siyasi prosesin təhlükəli və eyni zamanda arzuolunmaz iştirakçısı olmağa sürükləyir.Ayrı-ayrı ölkələrin siyasi tarixindən göstərilən səbəblərdən müxalifət qüvvələrinin ifrat siyasi radikalizmə yuvarlanmasına, inqilabçı hərəkatlara, radikal dini dəstələrə və hərəkatlara, anarxist, hətta terrorçu təşkilatlara çevrilməsinə dair kifayət qədər misallar gətirmək mümkündür. Bunu ölkədə demokratiyanın azlığı ilə əsaslandırmağa çalışanlar öz iddialarında qətiyyən səmimi deyillər. Müxalifətin ictimai dəstəyinin azlığının demokratiyanın azlığı kimi cəmiyyətə təqdim edilməsi cəhdləri yeni deyil və çoxdandır ki, nəinki vərdiş halına çevrilib, həm də siyasi taktika dərəcəsinə qaldırılıb”. Bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov özünün “Facebook” səhifəsində paylaşıb.

Əli Əhmədov bildirib ki, müxalifətin mahiyyətinin və siyasi davranış (yaxud mübarizə) üsullarının radikal şəkildə dəyişməsinin geniş yayılmış formalarından biri mühacir müxalifətçilikdir. Ölkədaxili siyasi proseslərə kənar müdaxilələrin sınaqdan keçmiş vasitəsi rolunda çıxış etməsi onun ən başlıca təhlükəsidir. Mahiyyət etibarilə mühacir müxalifət və məlum beşinci kolon hadisələri bir medalın iki üzüdür: hər ikisi ölkədaxili siyasi proseslərdə xarici maraqların təmsilçisi rolunu oynayır, hətta həmin maraqların həyata keçirilməsində vasitəçilik xidməti göstərir. XIX əsrin sonu – XX əsrin əvvəllərində Avropa ölkələrində Osmanlı imperiyasına qarşı məkrli planların hazırlandığı bir zamanda orada sığınacaq tapan türk müxalifətinin imperiyanın sonrakı acı taleyində günahları az olmamışdır. Mühacir müxalifətin xüsusi xidmət orqanları tərəfindən idarə olunmasına dair ölkələrin tarixindən də artıq təsdiqini tapmış faktlar göstərmək mümkündür və bu faktlar hamıya məlumdur.

Təəssüfləndirici haldır ki, Azərbaycan müxalifətinin müəyyən kəsimini mühacir müxalifət təmsil edir. Onun Azərbaycan əhalisinin maraqlarını ifadə etmək imkanlarının (və istəyinin) olmaması bir yana, asanlıqla, bəlkə də həvəslə xarici dairələrin təsiri altına düşmək təhlükəsi kifayət qədər yüksəkdir. Əvvəla mühacir müxalifətin sığınacaq tapdığı ölkənin xüsusi xidmət orqanlarının təsirindən özünü qorumaq şansı ümumiyyətlə yoxdur və bu səbəbdən sonuncunun nəzarəti altında fəaliyyət göstərməyə məhkumdur. Digər tərəfdən isə o, istənilən maraqlı tərəflər üçün tam açıq, müdafiəsiz hədəfdir, necə deyərlər göydəndüşmə fürsətdir. Bu baxımdan, onun digər ölkələrin xüsusi xidmət orqanlarının təsiri altına düşmək təhlükəsi də mövcuddur. Habelə, mühacir müxalifətin könüllü olaraq xarici xüsusi xidmət orqanlarının təkliflərindən faydalanmaq istəyi də istisna deyil.

“Azərbaycanın mühacir müxalifətinin siyasi ritorikası və fəaliyyət metodları onun maraqlı xarici qüvvələrin təsiri altına düşməsi ehtimalının kifayət qədər yüksək olmasından xəbər verir. Azərbaycanın mühacir müxalifətinin müxtəlif ölkələrdə bu rolu icra etmiş qrupların klassik sxeminə tam uyğun şəkildə formalaşıb fəaliyyət göstərməsi tarixi paralellərlə isbat olunur. Müxalifətin milli maraqların əleyhinə çıxmağa hazır olan uğursuz nümayəndələrinin siyasi mühacir qismində xarici ölkələrə toplanması və onlardan Azərbaycanın əleyhinə müxtəlif formalarda istifadə edilməsinə dair məlum faktlar deyilənin ən sadə sübutudur.

Mühacir müxalifətin əsas təhlükəsi və buradan da irəli gələn arzuolunmazlığı onun hakimiyyətə deyil, dövlətə qarşı alətə çevrilməsindədir. Onun əli ilə aparılan total yalan və böhtan kampaniyasının, ən uğursuz müqayisələrin, ölkə əhalisinin itaətsizliyə, hətta qeyri-qanuni hərəkətlərə səslənməsinin başlıca hədəfi Azərbaycan dövləti, onun sabitliyi və əminamanlığıdır, Azərbaycanın nüfuzu, iqtisadi və geopolitik maraqlarıdır.Onların hərəkətlərinin və fəaliyyətinin kökündə bütövlükdə milli maraqlar, cəmiyyətin hər hansı kəsiminin mənafeyi deyil, mühacir müxalifəti maliyyələşdirən və bu səbəbdən də yönlətmək, istiqamətləndirmək hüququ qazanan xarici dairələrin maraqları dayanır. Nə qədər pərdələməyə, “vətənə xidmət” donu geyindirməyə çalışsalar da, bu cür əməllərə yalnız bir ad vermək olar: Vətənə xəyanət. Azərbaycan cəmiyyətində bunu hamı yaxşı anlayır və ona görə də mühacir müxalifətin anti-Azərbaycan, anti-milli fəaliyyətinin insanların sərt təpkisi sayəsində tam iflasa uğrayacağına şübhə yoxdur”-deyə, YAP Sədrinin müavini vurğulayıb.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
“Əsrin müqaviləsi”nin 25-ci ildönümü laçınlılar tərəfindən qeyd olunduLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Taxta Körpü ərazisindəki 552 ailəlik qəsəbədə keçirilmişdir.Şəhid ailələri və Qarabağ əlillərinə ev verildiSevinc Fətəliyeva: Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyənə qədər Ermənistanın heç bir inkişaf perspektivi yoxdurMəktəb direktoru olmaq istəyənlər növbəti sınağa çəkilirGünay Əfəndiyevanın fondu Milli Konservatoriya ilə memorandum imzaladıDilqəm Əsgərovla Şahbaz Quliyev erməni hərbçilərlə dəyişdirilə bilərGüləşçimiz 2-ci dəfə dünya çempionu olduRamiz Mehdiyev Belarusun dövlət katibi ilə görüşdü - Ramil Usubov və Fuad Ələsgərov da müzakirədə olubAYB-nin Sumqayıt bölməsinə YENİ TƏYİNATLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiƏli Əhmədov Yeni Azərbaycan Partiyasının təqaüdünü alan tələbə-gənclərlə görüşübZakir Həsənov təlimlərin gedişi barədə məruzəni dinlədiBalababa Rzayev rəisi işdən çıxarır, 2 il sonra eyni posta geri gətirilir - "Azərişıq"da yeni təyinatİcra başçısı müavinini işdən çıxardıDovletxeberleri.az İlqar Mehtiyevi təbrik edir!Azərbaycan Üzeyir Musiqi gününü qeyd edirLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qaradağ rayonunun “Qobu Park” yaşayış massivində keçirilmişdirElinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYEKomitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanırRövşən Rzayev 30-dan çox köçkünü qəbul etdiPrezident xanım naziri qəbul etdi - FOTOCeyhun Bayramov Basqalda orta məktəbinin AÇILIŞINDA15 sentyabr - Bilik günüdürPrezident və birinci xanım 300 nömrəli məktəbin AÇILIŞINDANuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandanDeputat: “Sosial evlərlə bağlı şərtlərə yenidən baxılmalıdır!”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Sabirabad rayonunun ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Saatlı rayonunda keçirilmişdirMehriban Əliyevadan Bilik günü təbriki - FOTOPrezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibVilayət Eyvazovdan ƏMR: Bu ərazilər nəzarətə götürüləcəkƏli Həsənov: Milli birlik, həmrəylik Azərbaycanın alternativsiz reallığıdırNaxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı CORLEAP-ın həmsədri seçilibYAP Qaradağ rayon təşkilatının Gənclər Birliyi ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçiribAğcabədi Regional Mədəniyyət idarəsi Laçın rayon mərkəzi kitabxananın işçiləri Aprel döyüşlərində şəhid olmuş Ülvin Məmmədovun ev muzeyində oldular və ailə uzvüləri ilə görüş keçirmişdilər.ADPU-nun Ağcabədi filialına yeni təyin olunan direktor kollektivə təqdim edildi."Sülh aylığı" ilə bağlı tədbir keçirilmişdirBakı metrosu işıq sönəndə də işləyəcəkQarabağ icması Fransa hökumətinə çağırış edib"Erməni xalqı Azərbaycana qarşı təcavüzün məsuliyyətini dərk etməlidir" - Xələf XələfovAzərbaycanda kimlərin uşaqlarına müavinət verilir? - Nazirlik AÇIQLADIİcra başçısından şok addım: yubileyə 3 milyon xərcləyəcəkMüharibə əlillərinə daha 50 maşın verildi“Öndəki birincilər” layihəsi çərçivəsində tədbir keçirilmişdir.DMX əməkdaşlarının əmək pensiyaları yenidən hesablanacaqAZAL təyyarə bələdçisi vəzifəsinə qəbul elan edibNovruz Məmmədov Gürcüstanın yeni baş nazirini təbrik edibPresident Ilham Aliyev viewed work done at Khatai station of Baku Metroİlham Əliyev AŞPA prezidentini qəbul edib