Dovletxeberleri.Az
» » Bu il hansı universitetlər tələbələrinə yataqxana verə biləcək...

20-08-2019, 09:00Bu il hansı universitetlər tələbələrinə yataqxana verə biləcək...

Bu il hansı universitetlər tələbələrinə yataqxana verə biləcək...
Ali məkəblərdə yenicə tələbə adı qazanmış gənclərin qeydiyyat prossesi davam etməkdədir. Hazırda qeydiyyatdan keçən tələbələrin əsas qayğılarından biri, hətta birincisi harda qalacağı ilə bağlıdır. Kirayə mənzillərin baha olması bir çoxlarına çətinliklər yaşadır. Buna görə onlar qəbul olunduqları universitetlərin yataqxanasında qalmaq üçün yollar axtarırlar. Təbii ki, əgər belə yataqxanalar da varsa....

Dovletxeberleri..az saytı paytaxt və Sumqayıtda yerləşən əsas ali təhsil müəssisələrinin yataqxanalarının olub-olmaması ilə bağlı universitetlər arasında sorğu keçirib.

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova bildirib ki, bu ali təhsil ocağının yataqxanası hal-hazırda qəzalı vəziyyətdədir.

“Tələbələrin yeni yataqxanaya köçürülməsi istiqamətində iş aparılır, mövcud texniki şərtlər nəzərdən keçirilir”.

Neft və Sənaye Universitetinin mətbuat xidmətindən verilən məlumata əsasən, universitetin 320 nəfərlik tələbə yataqxanası var.

“Burada əsasən əcnəbi tələbələr qalır. Yerli tələbələr də müraciət edəndə, onlar da burada yerləşdirilirlər. Maddi cəhətdən aztəminatlı tələbələr ödənişsiz olaraq yataqxana ilə təmin olunurlar. Həmin tələbələr Tələbə Həmkarlar İttifaqı Komitəsinə müraciət edərək, heç bir problem olmadan yataqxanada yerləşdirilirlər. Ümumi ödəniş isə tələbə başına 30-50 AZN arasında dəyişir. Hazırda tələbələrin qaldığı yataqxana köhnədi, amma yenisi tikilir”.

Azərbaycan Dillər Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahin Sərdarlı bildirib ki, ali məktəbin 2 yataqxanası var.

“Həmin 2 yataqxanın biri oğlanlar üçün, digəri isə qızlar üçün nəzərdə tutulub. Oğlanlar üçün nəzərdə tutulan yataqxanada hazırda məcburi köçkün ailələri məskunlaşıb. Tələbələrimiz orda qalmır. Qızlar üçün nəzərdə tutulan yataqxananın 2 blokunda tələbələr, digərlərində yenə məcburi köçkün ailələri yaşayır. Hazırda 150-yə yaxn tələbə yataqxanamızda məskunlaşa bilib, onların da hamısı qızlardı. 2 il öncə universitetin yataqxanası təmir olundu, ümumi otaqlar hamısı yenidən quruldu. Yataqxananın oxu zalında tələbələr üçün müəyyən şərait yaratdıq. Daha sonra yataqxanaya wi-fi çəkildi, kitablar alındı. Aylıq ödənişi 20 manatdı. Əvvəlki dövrlərə baxdıqda tələbələr yataqxanadan indi daha çox razıdılar”.

Azərbaycan Pedaqoji Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Mənsur İbrahimov qeyd edib ki, hazırda Dərnəgül qəsəbəsində universitetin 4 yataqxanası var.

“Həmin yataqxanalarda məcburi köçkünlər məskunlaşıblar. Ona görə də biz tələbələrimizi ora yerləşdirmək imkanından hələ ki məhrumuq. “Gənclik” metrostansiyasının yaxınlığında 2 saylı tədris binamız mövcuddur. Orda yataqxanamız var və 200 nəfərə yaxın tələbə yerləşdirə bilirik. Onlar da daha çox aztəminatlı ailələrin övladları olur. Aylıq ödənişi 70 manatdır”.

Odlar Yurdu Universitetinin mətbuat xidmətindən verilən məlumata görə, universitetin yataqxanası yoxdur.

Sumqayıt Dövlət Universitetinin mətbuat katibi Nazxanım Cəlilli bildirib ki, universitetin 2 yataqxanası var.

“Yataqxanalarda məcburi köçkünlər yaşayırdı. Hazırda 8-9 nəfər qalıb. Qalan köçkünlər başqa yerlərə köçürülüb. Həmin 8-9 nəfər də başqa yerlərdə yerləşdiriləndən sonra yataqxanalarda təmir işləri gedəcək və artıq tələbələrin qalması üçün şərait yaradılacaq”.

Bakı Slavyan Universitetinin mətbuat katibi İbrahim Quliyev bildirib ki, universitetin 4 yataqxanası var.

“Yataqxananın 2-sində məcburi köçkünlər yaşayır. Bir yataqxanamızın 2-ci mərtəbəsində tələbələr, qalan mərtəbələrində məcburi köçkünlər yaşayır. Digər yataqxanamız da həmçinin məcburi köçkünlərlə bölüşdürülüb. Yataqxanamızda daha çox əcnəbi tələbələr qalır və orada hər cür şərait yaradılıb. Aylıq ödənişi 50 manatdır”.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nəcibə Mirzəyeva qeyd edib ki, universitetin 5 tələbə yataqxanası var.

“Yataqxanaların 4-də məcburi köçkünlər yerləşdirilib. Bir yataqxana bizdədi, 250 tələbə yerləşdirmək mümkündür. Yataqxana köhnədir, amma universitet öz hesabına təmir edib. Xidmət isə yaxşı səviyyədədir”.

Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova bildirib ki, universitetin 6 yataqxanası var.

“Bir yataqxanada məcburi köçkünlər yerləşdirilib, digər 5 yataqxana isə fəaliyyətdədir. 1256 tələbə yerləşdirmək mümkündür. Ödəniş aylıq 50-60 manatdır, ödəniş otağa görə dəyişir. Yataqxanada xidmət yüksək səviyyədədir, wi-fi var, oxu zalımız, itirahət otaqlarımız var. Hər mərtəbədə həmçinin çamaşırxana mövcuddur. Yataqxana daim isti və soyuq olmaqla su ilə təmin olunub. Oğlan və qız yataqxanalarımız ayrıdır. Əcnəbi tələbələrimizə də həmin yataqxanalarda mərtəbə ayrılıb, amma onlar da qız və oğlan qruplarına bölünür. Hazırda 3 saylı qız yataqxanamız təmirdədir”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Qəlbi Azərbaycanla döyünən Türkiyəli şair Fesih AliooğluErmənistan Dilqəmlə Şahbazı azad edə bilər - Yerevan müzakirə aparırOrdumuzun bir hərbçisi həlak oldu“Milana” hospitalının sahibəsi Çexiyada 3 rəngli Azərbaycan bayrağını asdırmağa nail olduPrezidentdən Xələf Xələfovla bağlı daha bir SƏRƏNCAM“Əsrin müqaviləsi”nin 25-ci ildönümü laçınlılar tərəfindən qeyd olunduLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Taxta Körpü ərazisindəki 552 ailəlik qəsəbədə keçirilmişdir.Şəhid ailələri və Qarabağ əlillərinə ev verildiSevinc Fətəliyeva: Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyənə qədər Ermənistanın heç bir inkişaf perspektivi yoxdurMəktəb direktoru olmaq istəyənlər növbəti sınağa çəkilirGünay Əfəndiyevanın fondu Milli Konservatoriya ilə memorandum imzaladıDilqəm Əsgərovla Şahbaz Quliyev erməni hərbçilərlə dəyişdirilə bilərGüləşçimiz 2-ci dəfə dünya çempionu olduRamiz Mehdiyev Belarusun dövlət katibi ilə görüşdü - Ramil Usubov və Fuad Ələsgərov da müzakirədə olubAYB-nin Sumqayıt bölməsinə YENİ TƏYİNATLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiƏli Əhmədov Yeni Azərbaycan Partiyasının təqaüdünü alan tələbə-gənclərlə görüşübZakir Həsənov təlimlərin gedişi barədə məruzəni dinlədiBalababa Rzayev rəisi işdən çıxarır, 2 il sonra eyni posta geri gətirilir - "Azərişıq"da yeni təyinatİcra başçısı müavinini işdən çıxardıDovletxeberleri.az İlqar Mehtiyevi təbrik edir!Azərbaycan Üzeyir Musiqi gününü qeyd edirLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qaradağ rayonunun “Qobu Park” yaşayış massivində keçirilmişdirElinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYEKomitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanırRövşən Rzayev 30-dan çox köçkünü qəbul etdiPrezident xanım naziri qəbul etdi - FOTOCeyhun Bayramov Basqalda orta məktəbinin AÇILIŞINDA15 sentyabr - Bilik günüdürPrezident və birinci xanım 300 nömrəli məktəbin AÇILIŞINDANuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandanDeputat: “Sosial evlərlə bağlı şərtlərə yenidən baxılmalıdır!”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Sabirabad rayonunun ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Saatlı rayonunda keçirilmişdirMehriban Əliyevadan Bilik günü təbriki - FOTOPrezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibVilayət Eyvazovdan ƏMR: Bu ərazilər nəzarətə götürüləcəkƏli Həsənov: Milli birlik, həmrəylik Azərbaycanın alternativsiz reallığıdırNaxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı CORLEAP-ın həmsədri seçilibYAP Qaradağ rayon təşkilatının Gənclər Birliyi ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçiribAğcabədi Regional Mədəniyyət idarəsi Laçın rayon mərkəzi kitabxananın işçiləri Aprel döyüşlərində şəhid olmuş Ülvin Məmmədovun ev muzeyində oldular və ailə uzvüləri ilə görüş keçirmişdilər.ADPU-nun Ağcabədi filialına yeni təyin olunan direktor kollektivə təqdim edildi."Sülh aylığı" ilə bağlı tədbir keçirilmişdirBakı metrosu işıq sönəndə də işləyəcəkQarabağ icması Fransa hökumətinə çağırış edib"Erməni xalqı Azərbaycana qarşı təcavüzün məsuliyyətini dərk etməlidir" - Xələf XələfovAzərbaycanda kimlərin uşaqlarına müavinət verilir? - Nazirlik AÇIQLADIİcra başçısından şok addım: yubileyə 3 milyon xərcləyəcəkMüharibə əlillərinə daha 50 maşın verildi“Öndəki birincilər” layihəsi çərçivəsində tədbir keçirilmişdir.