Dovletxeberleri.Az
» » Bayrağımız altındakı günəşəmiz – Müstəqillik

18-08-2019, 11:03Bayrağımız altındakı günəşəmiz – Müstəqillik

Bayrağımız altındakı günəşəmiz – Müstəqillik Bayrağımız altındakı günəşəmiz – Müstəqillik
2019-cu il dövlətimizin müstəqillik qazanmasının 28-ci ili tamam oldu.Əvvəllər çiçəkli diyarımız SSRİ-nin tərkibində respublika idi.Sovet imperiyası dağıldıqdan sonra tarixi diyarımız suverenlik əldə etdi.Bu şanlı tarixə və azadlığa nail olmaq üçün minlərlə vətən övladı canlarından keçmişdir.Canlarını Vətən yolunda qurban verən,gözlərindəki Vətən sevgisi ilə yaralanan,qəlbindəki dumanlı hislərlə torpağa qovuşan şəhidlərimizin önündə baş əyirəm.Əgər bəstəkar olsaydım,şəhidlərimizin son nəfəsindəki ahından bir nəğmə, “ Vətən,Vətən!” – deyə hıçqıran tellərindən saz melodiyası, “ Müstəqilliyimiz əbədidir,əbədi olacaq!” deyə bir musiqi bəstələyərdim.Elə bir musiqi ki,Mikayıl Müşfiqin şeirində “ Oxu tar,oxu” deyildiyi kimi,şəhidlərimizin qanıyla da “ Yaşa Vətən!Yaşa!”deyə sızlanan nəğmələr kimi....
Əgər yazıçı olsaydım,qələmin mürəkkəbini qanla yazardım tozlu sehifələrin misralarına.Şəhidlərimizin müstəqillik yolundaki qanıyla boyanardı şeirlərim,məqalələrim.Dastanlar yaradardım,şəhidlərimizin ağlar analarından,bacılarından.Saçlarına gənc yaşda bəyaz qarlar süzülmüş,kirpiklərini buz qılıncı kəsmiş o gənc gəlinlər ki,həyat yoldaşlarının şəhid xəbərini eşitdiyində,o qılınc kirpiklərindən gözlərini kəsərək,görməz etmişdir o masum çöhrələri.Gözlərini açmaq istəyərkən,yaş yerinə qan damlamış bir zamanlar parlayan o gözlərdən.O gənc qadının gözlərindəki qan şəhidinin qanıyla qovuşaraq,əbədi müstəqilliyimizin ilk carçısı olmuşdur.İndi deyin görüm? Belə bir Böyük dövləti kim yıxa bilər?O Vətən ki,igid oğullar – Cavanşirlər,Babəklər,Xətailər yetişdirmiş...
Vətən bizim tarixi salnaməmizdir.Tarix,bütün həqiqətləri öz ümman dəryalarında saxlayan par-par parlayan bir gövhərdir.Ona görə də,Vətənimiz tarixi dəryamızdakı əvəzedilməz bir mirvaridir.Dənizlərin rəngi ilə min bir rəngə boyanan bu mirvari Vətənimizin ömür səhifəsidir.Dənizdəki yosunların al yaşıl rəngi mirvariyə toxunarkən,vətənimizin yaşıl yamaclı dağlarında qaçan cüyürləri görürük sanki.Hər bəzəyi insanı valeh edən,yumru xalları ilə insanın qəlbindəki Qarabağ xalını xatırladan,gözlərinin badamı ilə qovuşan çayları xatırladan bu cüyür,əslində ayrı düşmüş,həsrətli gözlərlə Şimali və Cənubi Azərbaycanı xatırladır.Bir zamanlar bir olan o bulaqlar artıq ayrılaraq keçmişin kölgəsinə sığınmışdır.
Doğrudur əsrlər boyu yağı düşmənlər Vətənimizin təbiətinə,sərvətinə göz dikmişlər.Çoxlu mübariz övladlarımız vətəni ana südü kimi qoruyub,saf və təmiz saxlamağa çalışıblar.Ancaq düşmən pusqudadır.Azərbaycan xalqına ən böyük pusqu,ilk dəfə xalqı bir-birindən ayrı salmaq oldu.Tariximizin səhifələrini həzin küləklə 1813-cü ilə varaqlayaq.Ona görə həzin külək deyirəm ki,o gün həqiqətən də həzinli bir gün idi.1813-cü il,ilk dəfə Azərbaycan xalqını,millətini bir millət olaraq qəddarcasına ayırdılar.Vətən həsrəti bütün yaralı qəlblərdə xaniman qurdu.Bir canı iki cana ayırdılar.Ancaq yenədə mərd oğullarımız bir ovuc torpaq üçün,torpağa qovuşdular.Doğrudur,cismən torpağa qovuşdular,fəqət mənən yaralı qəlblərin ürək kərpiclərindən divar hördülər...
“ Şəhidlər ölməz! Ölməyib! Ölməyəcəkdə!”
Nurcahan İsmayil
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
AYB-nin Sumqayıt bölməsinə YENİ TƏYİNATLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiƏli Əhmədov Yeni Azərbaycan Partiyasının təqaüdünü alan tələbə-gənclərlə görüşübZakir Həsənov təlimlərin gedişi barədə məruzəni dinlədiBalababa Rzayev rəisi işdən çıxarır, 2 il sonra eyni posta geri gətirilir - "Azərişıq"da yeni təyinatİcra başçısı müavinini işdən çıxardıDovletxeberleri.az İlqar Mehtiyevi təbrik edir!Azərbaycan Üzeyir Musiqi gününü qeyd edirLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qaradağ rayonunun “Qobu Park” yaşayış massivində keçirilmişdirElinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYEKomitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanırRövşən Rzayev 30-dan çox köçkünü qəbul etdiPrezident xanım naziri qəbul etdi - FOTOCeyhun Bayramov Basqalda orta məktəbinin AÇILIŞINDA15 sentyabr - Bilik günüdürPrezident və birinci xanım 300 nömrəli məktəbin AÇILIŞINDANuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandanDeputat: “Sosial evlərlə bağlı şərtlərə yenidən baxılmalıdır!”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Sabirabad rayonunun ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Saatlı rayonunda keçirilmişdirMehriban Əliyevadan Bilik günü təbriki - FOTOPrezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibVilayət Eyvazovdan ƏMR: Bu ərazilər nəzarətə götürüləcəkƏli Həsənov: Milli birlik, həmrəylik Azərbaycanın alternativsiz reallığıdırNaxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı CORLEAP-ın həmsədri seçilibYAP Qaradağ rayon təşkilatının Gənclər Birliyi ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçiribAğcabədi Regional Mədəniyyət idarəsi Laçın rayon mərkəzi kitabxananın işçiləri Aprel döyüşlərində şəhid olmuş Ülvin Məmmədovun ev muzeyində oldular və ailə uzvüləri ilə görüş keçirmişdilər.ADPU-nun Ağcabədi filialına yeni təyin olunan direktor kollektivə təqdim edildi."Sülh aylığı" ilə bağlı tədbir keçirilmişdirBakı metrosu işıq sönəndə də işləyəcəkQarabağ icması Fransa hökumətinə çağırış edib"Erməni xalqı Azərbaycana qarşı təcavüzün məsuliyyətini dərk etməlidir" - Xələf XələfovAzərbaycanda kimlərin uşaqlarına müavinət verilir? - Nazirlik AÇIQLADIİcra başçısından şok addım: yubileyə 3 milyon xərcləyəcəkMüharibə əlillərinə daha 50 maşın verildi“Öndəki birincilər” layihəsi çərçivəsində tədbir keçirilmişdir.DMX əməkdaşlarının əmək pensiyaları yenidən hesablanacaqAZAL təyyarə bələdçisi vəzifəsinə qəbul elan edibNovruz Məmmədov Gürcüstanın yeni baş nazirini təbrik edibPresident Ilham Aliyev viewed work done at Khatai station of Baku Metroİlham Əliyev AŞPA prezidentini qəbul edibHeydər Əliyev Fondundan 17 min aztəminatlı və kimsəsiz uşağa hədiyyə“İtirilmiş torpaqlarımız...” silsiləsindən 2-ci HEKAYƏTAzərbaycanda “Əxlaq polisi” yaradılır? - AÇIQLAMAQanun və NəzarətLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Taxta Körpü ərazisindəki Alxaslı obasında məcburi köçkünlərlə görüşmüşdürLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiQarabağ həqiqətlərini dünyaya tanıdan Azərbaycan GƏNCLİYİDiaqnostik qiymətləndirilmədən keçən müəllimlərin yeni aylıq vəzifə maaşları - CƏDVƏLBu şəxslər şəhid hesab ediləcək