Dovletxeberleri.Az
» » Polis dövlətin ən etibarlı dayağıdır

17-08-2019, 11:40Polis dövlətin ən etibarlı dayağıdır

Polis dövlətin ən etibarlı dayağıdır
“Polis qanunların və insan haqlarının qorunmasına, bütövlükdə, cəmiyyətin təhlükəsizliyinə xidmət edir və dövlətin ən etibarlı dayağıdır. Bütün dünyada polis çox çətin şəraitdə işləyir. Əlbəttə, kənardan baxana hər şey asan və rahat görünür. Şübhəsiz ki, hər bir peşənin bir-birindən fərqli xüsusiyyətləri, üstünlükləri və çətinlikləri var. Bu peşələrin içində polisin xidməti öz çətinliyi və məsuliyyəti ilə daha çox seçilir. Axşamdan səhərə qədər hər kəs rahat yatır, ancaq polis yuxusuz qalır, asayişi qoruyur, bundan narahat olmur. Çünki bu yuxusuz gecələri və istirahətsiz həftələri xidməti vəzifə öhdəliyi hesab edir, xalqa və qanuna məsuliyyətlə xidmət etməyi özünə şərəf bilir. Belə çətin şəraitdə işləyən, asayişi qoruyan peşə sahiblərinə iftiralar yağdıran, böhtan atan, şərəf və ləyaqətini alçaldan ifadələr işlədənlər nankor və öz şəxsi məqsədlərini hər şeydən üstün tutanlardır”.

Milli Məclisin deputatı, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bu fikirləri son zamanlar radikal müxalifətin və müxtəlif şəxslərin Azərbaycan polisi haqqında həqiqətə uyğun olmayan qərəzli, subyektiv mülahizələrə əsaslanan böhtanla dolu məlumatlar yayan xəyanətkarlara münasibət bildirərkən səsləndirdi.


Deputat dedi ki, polisin fəaliyyətinə kölgə salmaq istəyənlər və ­onları cəmiyyətin gözündə aşağılamaq istəyənlər ölkədə bu yolla qarşıdurma yaratmaq istəyirlər. Ancaq unudurlar ki, ictimai təhlükəsizlik bütün dövrlərdə həm xalqı, cəmiyyəti, həm də dövləti maraqlandıran məsələdir. Bunun da aparıcı qüvvəsi polisdir. Ona görə də polisi gözdən salmağa cəhd edənlər, necə deyərlər, öz oturduqları budağı kəsənlərdir: “İnkişaf etmiş dövlətlərdə asayiş keşikçlərinin daha nüfuzlu qüvvəyə çevrilməsi, qanunçuluğu daha etibarlı qoruması üçün yeni-yeni qanun və qərarlar qəbul edilir, islahatlar həyata keçirilir. Hüquqi, demokratik dövlətlərdə polisin xidmət səviyyəsinin təkmilləşdirilməsi sosial sifarişdir və dövlət siyasətindən irəli gəlir. Daxili təhlükəsizliyin sabit olduğu, kriminal durumun nəzarət altında olduğu cəmiyyətlərdə polis peşəsi çətin və şərəfli olaraq qalır. Ölkəmizdə də belədir. Dövlət başçımızın düşünülmüş siyasi kursu nəticəsində respublikamızda siyasi sabitlik, əmin-amanlıq hökm sürür, qanunun aliliyi təmin edilir, insan hüquqları ədalətli şəkildə qorunur və əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində bütün tədbirlərdən istifadə edilir. Hazırda Azərbaycan polisi güclü nizam-intizama, yüksək peşəkarlığa malik, müasir maddi-texniki imkanlarla təchiz edilmiş, dövlətçiliyimizin qorunması işində önəmli xidmətləri olan mühüm dövlət təsisatıdır”.


Polisə böhtan atanlar, onun gərgin zəhmətini qiymətləndirməyi bacarmayanlar və ya bilərəkdən onu ləkələməyə çalışanlar ölkəmizin inkişafını, əmin-amanlığı gözü götürməyənlərin təsiri altında olanlardır: “Polis haqqında” Qanunda da vurğulanır ki, polis insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, humanistlik prinsipləri əsasında fəaliyyət göstərir. Fəaliyyətinin əsas istiqamətlərinə isə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin və digər xətaların qarşısının alınması və açılması və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi daxildir. Belə şərəfli peşə sahiblərinə böhtan atmaq, onları cəmiyyətin gözündən salmaq nankorluqdur”.


Ç.Qənizadə son illər ölkəmizdə keçirilən mühüm əhəmiyyətli tədbirlərin – mədəniyyətlər və sivilizasiyalararası dialoqların, humanitar forumların, “Eurovision–2012” musiqi yarışmasının, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, “Formula–1” yarışmasının və digər kampaniyaların insidentsiz başa çatdığını xatırlatdı. Dedi ki, bu tədbirlər zamanı hər bir iştirakçının, qonaqların, turistlərin, idmançıların təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasında polis əməkdaşlarının rolu xüsusi qeyd edilməlidir: “Bütün bunları qiymətləndirmək, polisə minnətdar olmaq əvəzinə, kimlərinsə diktəsi ilə bu, çətin peşə sahiblərinə böhtan atmaq, onların gərgin əməyinin üstündən xətt çəkmək millətimizə xas olmayan xüsusiyyətdir. Bunu düşmənlərimiz etsə, onları qınamarıq. Çünki Azərbaycanın bütün sahələrdə uğurları düşmənlərimizin ürəyinə ox kimi sancılır. Əslində, polisin hər bir uğuru, peşəkarlığı bu cür əsassız iradlara və yersiz böhtanlara verilən ən yaxşı cavabdır.
Biz demirik ki, polisin qüsuru yoxdur, iş olan yerdə nöqsan da olur. Ancaq unutmamalıyıq ki, polis ictimai təhlükəsizliyin və qanunçuluğun keşiyini çəkir, eyni zamanda, cinayətkarlığa qarşı gecə-gündüz mübarizə aparır. Ona görə də hər birimiz polisə arxa-dayaq olmalıyıq. Çünki polis də dövlətin arxa- dayağıdır”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Ramiz Mehdiyev Belarusun dövlət katibi ilə görüşdü - Ramil Usubov və Fuad Ələsgərov da müzakirədə olubAYB-nin Sumqayıt bölməsinə YENİ TƏYİNATLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiƏli Əhmədov Yeni Azərbaycan Partiyasının təqaüdünü alan tələbə-gənclərlə görüşübZakir Həsənov təlimlərin gedişi barədə məruzəni dinlədiBalababa Rzayev rəisi işdən çıxarır, 2 il sonra eyni posta geri gətirilir - "Azərişıq"da yeni təyinatİcra başçısı müavinini işdən çıxardıDovletxeberleri.az İlqar Mehtiyevi təbrik edir!Azərbaycan Üzeyir Musiqi gününü qeyd edirLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qaradağ rayonunun “Qobu Park” yaşayış massivində keçirilmişdirElinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYEKomitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanırRövşən Rzayev 30-dan çox köçkünü qəbul etdiPrezident xanım naziri qəbul etdi - FOTOCeyhun Bayramov Basqalda orta məktəbinin AÇILIŞINDA15 sentyabr - Bilik günüdürPrezident və birinci xanım 300 nömrəli məktəbin AÇILIŞINDANuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandanDeputat: “Sosial evlərlə bağlı şərtlərə yenidən baxılmalıdır!”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Sabirabad rayonunun ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Saatlı rayonunda keçirilmişdirMehriban Əliyevadan Bilik günü təbriki - FOTOPrezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibVilayət Eyvazovdan ƏMR: Bu ərazilər nəzarətə götürüləcəkƏli Həsənov: Milli birlik, həmrəylik Azərbaycanın alternativsiz reallığıdırNaxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı CORLEAP-ın həmsədri seçilibYAP Qaradağ rayon təşkilatının Gənclər Birliyi ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçiribAğcabədi Regional Mədəniyyət idarəsi Laçın rayon mərkəzi kitabxananın işçiləri Aprel döyüşlərində şəhid olmuş Ülvin Məmmədovun ev muzeyində oldular və ailə uzvüləri ilə görüş keçirmişdilər.ADPU-nun Ağcabədi filialına yeni təyin olunan direktor kollektivə təqdim edildi."Sülh aylığı" ilə bağlı tədbir keçirilmişdirBakı metrosu işıq sönəndə də işləyəcəkQarabağ icması Fransa hökumətinə çağırış edib"Erməni xalqı Azərbaycana qarşı təcavüzün məsuliyyətini dərk etməlidir" - Xələf XələfovAzərbaycanda kimlərin uşaqlarına müavinət verilir? - Nazirlik AÇIQLADIİcra başçısından şok addım: yubileyə 3 milyon xərcləyəcəkMüharibə əlillərinə daha 50 maşın verildi“Öndəki birincilər” layihəsi çərçivəsində tədbir keçirilmişdir.DMX əməkdaşlarının əmək pensiyaları yenidən hesablanacaqAZAL təyyarə bələdçisi vəzifəsinə qəbul elan edibNovruz Məmmədov Gürcüstanın yeni baş nazirini təbrik edibPresident Ilham Aliyev viewed work done at Khatai station of Baku Metroİlham Əliyev AŞPA prezidentini qəbul edibHeydər Əliyev Fondundan 17 min aztəminatlı və kimsəsiz uşağa hədiyyə“İtirilmiş torpaqlarımız...” silsiləsindən 2-ci HEKAYƏTAzərbaycanda “Əxlaq polisi” yaradılır? - AÇIQLAMAQanun və NəzarətLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Taxta Körpü ərazisindəki Alxaslı obasında məcburi köçkünlərlə görüşmüşdürLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiQarabağ həqiqətlərini dünyaya tanıdan Azərbaycan GƏNCLİYİDiaqnostik qiymətləndirilmədən keçən müəllimlərin yeni aylıq vəzifə maaşları - CƏDVƏL