Dovletxeberleri.Az
» » Qənirə Paşayeva Tatarıstan nümayəndə heyətinə Qarabağdan DANIŞDI

31-07-2019, 16:42Qənirə Paşayeva Tatarıstan nümayəndə heyətinə Qarabağdan DANIŞDI

Qənirə Paşayeva Tatarıstan nümayəndə heyətinə Qarabağdan DANIŞDI
Azərbaycanda səfərdə olan Tatarıstan Dövlət Şurasının Komitə sədri, görkəmli dövlət və ictimai xadim Razil Vəliyevə Qarabağ həqiqətləri ilə bağlı geniş məlumatlar verilib.


Dovletxeberleri.az xəbər verir ki, Milli Məclisin deputatı prof.dr.Qənirə Paşayevanın dəvəti, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİİB), Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) təşkilatçılığı ilə baş tutan səfərin ilk günü məhsuldar keçib.

Qardaş Tatarıstanın Xalq şairi, Tatarıstan Dövlət Şurasının Maarif, Mədəniyyət, Elm və Milli münasibətlər Komitəsinin başqanı, Dövlət Mükafatı laureatı, görkəmli dövlət və ictimai xadim Razil Vəliyev və xanımı, deputat ABAİ İB-nin sədri Qənirə Paşayevanın, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, Tatarıstanın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Alfred Zakirov və təşkilatçı qurumların mənsublarının müşayiəti ilə öncə Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyev və görkəmli oftolmoloq alim Zərifə xanım Əliyeavnın məzarlarını ziyarət edib. Fəxri Xiyabanda uyuyan görkəmli elm, mədəniyyət xadimlərinin məzarları da ziyarət olunub, Fəxri Xiyaban, burada dəfn olunan görkəmli şəxsiyyətlərin həyat və fəaliyəti barədə hörmətli qonağa bilgi verilib. Sonra Şəhidlər Xiyabanı ziyarət edilib, 1990-cı ilin 20 yanvarında yaşananlar, xalqın azadlıq mübarizəsi barədə Tatarıstanın Xalq şairinə ətraflı bilgi verilib.

Birinci günün ilk rəsmi görüşü Milli Məclisdə (MM), MM-in Elm-təhsil Komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, NİZAMİ ad.Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli ilə oldu. Komitə sədri bildirdi ki, bu görüşlə bir ilk yaşanır. Çünki Azərbaycan Milli Məclisinin tarixində Tatarıstan parlamentinin Komitə sədri ilk dəfə qəbul edilir. Azərbaycan parlamentarizm tarixindən, qardaş tatar xalqı ilə ortaq dəyərlərimizdən, indiyədək görülmüş müəyyən işlərdən və daha çox iş görmək istək və imkanından söz açan İsa Həbibbəyli, tatar həmkraının Aərbaycan səfərini əlamətdar hadisə adlandırdı.

İ.Həbibəyli deputat həmkarı Qənirə Paşayevanın, onun başçılıq etdiyi ictimai birliyin, digər təşkilatçı qurumların türk dünyasında mədəni əməkdaşlığı gücləndirmək yönündə ciddi çalışmalarını xatırlatdı, görülən işlərin perspektiv üçün yaxşı baza olduğunu bildirdi.

Başçılıq etdiyi Ədəbiyyat İnstitutu xətti ilə tatar ədəbiyyatı ilə bağlı görülmüş işləri də xatırladan akademik, yeni nəşrlər, qarşılıqlı faydalı əməkdaşlıq üçün gərəkən addımların atılacağını bildirdi.

Deputat Qənirə Paşayeva ilə işçi naharda, şəhər gəzintisində etdiyi söhbətləri, Bakıda hər kəsdən hiss etdiyi isti münasibətləri, ilk günün təəssüratlarını komitə sədri həmkarının diqqətinə çatdıran R.Vəliyev, qarşılıqlı səfərlərin yalnız o səfərdə iştirak edənlərə deyil, bütövlükdə xalqlarımızın mədəni münasibətlərinə müsbət təsir etdiyini, töhfə verdiyini qeyd etdi.

Sonra R.Vəliyev İ.Həbibbəyliyə Tatarıstan parlamentinin xatirə hədiyyəsini, Q.Paşayevaya Tatarıstan parlamentinin yubiley medalını təqdim etdi. İ.Həbibəyli də öz nöbəsində R.Vəliyevə, A.Zakirova, digər qonaqlara qiymətli kitablar hədiyyə etdi.

Milli Məclisdə növbəti görüş Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun rəhbəri, Hüquq siyasəti və dövlət quruculuğuKomitəsinin sədri Əli Hüseynli ilə oldu. Tatarıstan parlamentinin Komitə sədrini Azərbaycanda görməkdən məmnun olduğunu bildirən Ə.Hüseynli Azərbaycan-Tatarıstan, Azərbaycanla Rusiya Federasiyasının subyektləri, ümumən Azərbaycan-Rusiya münasibətləri barədə ətraflı məlumat verdi, dövlət başçıları səviyyəsində yüksək səviyyəli münasibətlərin digər münasibətlər üçün bir örnək olduğunu vurğuladı, Tatarıstan elm-mədəniyyət tarixində yer almış azərbaycanlılar, Azərbaycan elm-mədəniyyət tarixində yer almış tatarlar barədə bilgilərini bölüşdü. R.Vəliyev Milli Məclisdə bir gün içində iki komitə sədri ilə görüş keçirdiyinə görə məmnunluğunu bildirdi; bütün parametrlər üzrə qarşılıqlı faydalı əməkdaşlıq üçün yaxşı imkanlar olduğunu, bu imkanları dəyərlərndiməklə daha yaxşı nəticələr əldə ediləcəyini dedi.

Qeyd edək ki, Tatarıtsandan gəlmiş mötəbər qonaq bugün paytaxtın görməli yerləri ilə yaxından tanış olublar. İyulun 31-də isə Azərbaycan Yazıçılar Birliyinin Natavan Klubunda bu il Bakıda (“Xan” nəşriyyatı) gün üzü görmüş “Payız yağmurları” kitabının təqdimatı keçirilib.
Xatırladaq ki, “Payız yağmurları” Xalq şairi Razil Vəliyevin Azərbaycanda çıxan ilk kitabıdır. Kitabda şeirlər iki dildə (Azərbaycanca və Tatarca)verilib. Şeirləri dilimizə tanınmış şair-publisist dr. Həyat Şəmi çevirib.“XAN” nəşriyyatında gün üzü görən şeirlər kitabının layihə rəhbəri və baş redaktoru Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalıdır. “PAYIZ YAĞMURLARI”nın məsləhətçiləri Millət vəkili, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov və Tata¬rıs¬tanda yaşayan soydaşımız İsmət Orucəliyev, rəyçiləri isə millət vəkili dr.Cavanşir Feyziyev və millət vəkili Qənirə Paşayevadır. Kitaba “USTAD” dərgisinin təsisçisi dos.dr. Şəmil Sadiq önsöz yazıb. Tatarıstanın Xalq şairinin kitabı Azərbaycanın aparıcı kitabxanalarının, tatar ədəbiyyatı üzrə tədqiqat aparan elm adamlarının ixtiyarına verilməklə yanaşı, Azərbaycanda və Tatarıstanda ustadın iştirakı ilə keçirilməsi nəzərdə tutulan təqdimatlarda oxuculara paylanacaq.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
“Tarixi şəxsiyyətlər” jurnalının növbəti – 45-ci nömrəsi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyinə həsr olunub.Əli Əhmədov bazardakı qiymətlərdən şikayətləndi - “2 manata kartof olmaz” (VİDEO)Sumqayıtın icra başçısı İnşaatçılar qəsəbəsinə getdiBaş Prokurorluq müsavatçı Tofiq Yaqubluya xəbərdarlıq etdiDövlət Sərhəd Xidmətinin 100 illiyinə həsr olunan markalar dövriyyəyə buraxılıbBu qanunu pozan vəzifəli və hüquqi şəxslər cərimələnəcək - Qanun dəyişdiAzərbaycanda qəbiristanlığın saytı yaradılacaq - VİDEO“Qarabağ” bu gün AvroLiqanın səfər oyununa çıxırDovletxeberleri.az Milana Hospitaln rəhbəri Xuraman Muradovanın ad günün təbrik edir!"Nə etməli ki, bu ona qismət olmadı" - Rəşad Atakişiyevin atası“Azərbaycan ordusu Qazax istiqamətində 600 metr irəliləyib” – Ermənilərdən ETİRAFBirinci vitse-prezident Mehriban Əliyeva şəhid pilotun ailəsinə başsağlığı veribLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiLaçınlı məzunlardan 433 nəfəri tələbə adını qazanıbZakir Həsənov Türkiyə Müdafiə Nazirliyinə təşəkkür edib - FOTOƏli Əhmədov: "Bu kampaniyanı satılmış müxalifət təmsilçiləri aparır"Bu qurum da büdcədən maliyyələşəcək - Baş nazirdən QƏRARRəşad Atakişiyevlə vida mərasimi keçirilirLeyla Əliyeva müalicə alan uşaqlara baş çəkdiGəncənin icra başçısı sənədsiz evlər məsələsinə toxunduDaha 109 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcəkBu gənclərin xaricdə təhsili maliyyələşdiriləcək - Müsabiqənin nəticəsi açıqlandı - SİYAHIAzərbaycanın 16 ildir üzv ola bilmədiyi beynəlxalq təşkilat... - SƏBƏBLƏRBu il hansı universitetlər tələbələrinə yataqxana verə biləcək...“Relaks” istirahət mərkəzindəki dava ilə bağlı rəsmi MƏLUMAT - Deputatın oğlu və qohumları həbs olunduGələn il vahid məktəbli formalarında yenilik olacaqAzərbaycanda 250 ailə üçün meyvə bağları salınırTəhsil şöbəsinin müdiri işdən çıxarılıbİş axtaran 3728 müəllim üçün müsahibə mərhələsi başlayırQənirə Paşayeva afrikalı siyasətçilərə köçkün qadınlardan danışıbMehriban Əliyevadan şəhidlərə böyük ehtiramMüdafiə Nazirliyi: "Bu kimi xəbərlər gülüş doğurur"ALLAH RƏHMƏT ELƏSİNVilayət Eyvazovdan yeni rəis TƏYİNATIBirinci vitse-prezidenti: "Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm"Azərbaycan Kendo Təşkilatı Beynəlxalq Kendo seminarında iştirak etdi.Azərbaycan Sərhəd Mühafizəsinin 100 yaşı tamam olubLaçın rayon Nurəddin kənd tam orta məktəbinin məzunu, bu il keçirilən qəbul imtahanlarında 660,1 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə daxil olUbBir şəklin tarixçəsi: Milli Ordumuz Xankəndinə girməyə hazırlaşırdı - FOTOBayrağımız altındakı günəşəmiz – MüstəqillikBu gün dövlət qulluğuna qəbul imtahanı keçirilirNazir Azərbaycan tankçılarının uğurlarını şərh etdi“Azərbaycan tankçıları güclü və uğurlu çıxış etdi” - Belarus müdafiə nazirilayihə davam edir..Leyla Əliyeva Müslüm Maqomayevin anım tədbirinə qatılıbVilayət Eyvazovdan YENİ TƏYİNATLARErmənistan vətəndaşları Gürcüstanda qəzaya düşüb, ölənlər varABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilərUcarın Çiyni kəndində "sirli varlığın" axtarışları səngimirPaşinyan “Qarabağ klanı”na son zərbəni endirməyə hazırlaşır