Dovletxeberleri.Az
» » Parlamentdə yarımçıq qalan qanun layihələri

30-07-2019, 11:27Parlamentdə yarımçıq qalan qanun layihələri

Parlamentdə yarımçıq qalan qanun layihələri
Milli Məclisin deputatları tətilə çıxıblar. Belə ki, parlamentin üzvləri iyulun 15-dən tətilə çıxıblar. Deputatlar avqustun 30-dək istirahətdə olacaqlar.

Maraqlıdır, Milli Məclisin komitələrində müzakirə edilməmiş, yarımçıq qalan qanun layihələri varmı?

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə yarımçıq qanun layihəsinin olmadığını deyib:

“Bizim komitədə yarımçıq qalan qanun layihəsi yoxdur. Bir qayda olaraq dövlət başçısı tərəfindən gələn qanun, yaxud da qanuna dəyişikliklər layihəsidir ki, onu müzakirəyə çıxarıb parlamentə tövsiyə edirik. Daxil olan bütün layihələrə baxılır və parlamentə təqdim edirik. Bu gün bizim qovluğumuzda baxılmamış sənəd yoxdur”.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, yarımçıq qalan qanun layihəsini birinci oxunuşda müzakirəyə çıxarsalar da, II oxunuşda müzakirəyə çıxarılması payıza qalıb:
“İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsində “Lombard haqqında” qanun layihəsi yarımçıq qalıb. Çünki qanun layihəsini birinci oxunuşda müzakirəyə çıxardıq. İkinci oxunuşda müzakirəyə çıxarılması isə Milli Məclisin payız sessiyasına qalıb”.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov yarımçıq qanun layihəsinin olduğunu bildirib:

“Aqrar siyasət komitəsində elə ciddi yarımçıq qalan qanun layihəsi yoxdur. Sadəcə olaraq “Aqrar sığorta haqqında” qanun layihəsini II oxunuşda qəbul etdik. Bir neçə qanun layihəsi var ki, onun üzərində işləməliyik. Güman ki, həmin qanun layihələri payıza qalacaq”.

Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli yarımçıq qalan qanun layihəsini payıza sazladıqlarını söyləyib:

“Əmək və sosial siyasət komitəsində yarımçıq qalan qanun layihəsi var. Bu da “Turizm haqqında”qanun layihəsidir. Qanun layihəsi yarımçıq qaldı. Onu işləyib çatdıra bilmədik. Qanun layihəsi beynəlxalq təşkilatlarla, Prezident Administrasiyası ilə müzakirə olunur. Daha təkmil və daha ciddi qanun layihələri üzərində iş gedir. Ona görə də tələsmirik. Biz qanun layihəsini payıza saxlayırıq”.

İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov həll edilməyən qanun layihələrinin payıza sessiyasına qaldığını bildirib:

“Bir neçə qanun layihəsi var ki, həll edilməyib. Həmin qanun layihələrinə Milli Məclisin payız sessiyası zamanı baxılacaq”.

Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli də yarımçıq qalan qanun layihəsindən danışıb:

“Elm və təhsil komitəsi “Ali təhsil haqqında” qanun layihəsi üzərində hazırlıq işləri aparmağa başlayıb. Qanun layihəsinin ilkin variantının formalaşmasına çalışacağıq. Sentyabrda ilkin variant üzərində müzakirələr keçirib, Milli Məclisin payız sessiyasına təqdim etmək fikrindəyik”.

Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva mövzu ilə bağlı ətraflı danışa bilməyəcəyini deyib:

“Bizim komitəyə hansısa yarımçıq qalan qanun layihəsi daxil olmayıb. Öncədən nəsə deyə bilmərik”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Azərbaycanda 41 673 nəfər koronavirus testindən keçirilibYalnız bu avtomobillərlə sərnişin daşımağa icazə veriləcəkKoronovirusla mübarizə məqsədilə Şura yanında İctimai Qərargah yaradıldıAğdam Birliyi köməyə ehtiyacı olan sakinlərə ərzaq yardımı edibBu tələbələrin təhsil haqqını dövlət ödəyəcək - QƏRARƏhali üçün güzəştli işıq limiti 100 kvts. həcmində ARTIRILACAQHər birimiz bacardığımız qədər son dərəcə imkansız ailələrə bu çətin günlərdə dəstək olmalıyıq!Azərbaycanda sərnişindaşımaya 280 milyon manat ayrılacaqZəruri ərzaq və tibbi mallar idxal gömrük rüsumundan azad ediləcəkSahibkarlara vergi stimulları və tətilləri veriləcəkAzərbaycanda 200 min şəxsə birdəfəlik ödəniş veriləcəkAzərbaycanda 50 min ictimai iş yeri yaradılır - 300 manat maaş veriləcəkƏli Əsədov koronavirusa görə Tədbirlər Planını TƏSDİQLƏDİAzərbaycanda 300 min nəfərə 215 manat kompensasiya veriləcəkBaş Nazir sahibkarlıq subyektləri ilə bağlı SƏRƏNCAM verdiMədət Quliyev Prezidentə MÜRACİƏT ETDİAzərbaycana giriş-çıxış dayandırıldı - RəsmiKİVDF-nin yeni rəhbəri kimdir? - DOSYETəhsil Nazirliyinin yeni "Qaynar xətt"i istifadəyə verildiPrezidentdən MTRŞ-ə yeni üzv təyinatıMilli Məclisin Toponomiya Komissiyasına sədr seçildiİlham Əliyev KİVDF-yə yeni icraçı direktor təyin etdiAprel qələbəsinə dair onlayn konfrans keçirildiTəhsil Nazirliyinin yeni 146-3 "Qaynar xətt" xidməti fəaliyyətə başlayacaqİnsanları xilas etmək lazımdır yoxsa İQTİSADİYYATI ? - Millət vəkili yazırHeydər Əliyev Mərkəzinin binasında həmrəylik mesajı - FotoEvdə qal və əməliyyatları Müştəri Bank-la et!“Bakının mərkəzindən kənarda olan rayonlarda belə internet problemi var” - Distant təhsilə əngəlDİN karantin rejimi ilə bağlı suallara aydınlıq gətirdiTürk PA Dağlıq Qarabağdakı qondarma seçkiləri qınadıQənirə Paşayeva seçicilərinə yardım göndərdiBazarlarda qiymətlər niyə qalxır... - REPORTAJABŞ-dakı vətəndaşlarımıza onlayn konsulluq xidməti göstəriləcəkCəbhədə gərgin gecə - Pulemyotlar susmadıHeydər Əliyevlə dost olan Xalq şairi - VİDEOİngiltərə Premyer Liqası bu gtarixdən bərpa olunacaqTürkiyədə 20 yaşadək gənclərin də küçəyə çıxması qadağan edildi - ƏrdoğanKİV nümayəndələri üçün evdən çıxma icazəsi tələb edilməyəcəkYaxın günlərdə bank kreditləri ilə bağlı qərar AÇIQLANACAQAzərbaycanda koronavirusa yoluxanlar bu ərazilərdəndir - SİYAHI“Çörək puluna işləyən fəhlələrə yardım edilməlidir...” — Deputatdan hökumətə ÇAĞIRIŞRamiz Mehdiyevin kürəkəni Koronovirusla Mübarizə Fonduna bu qədər ianə etdiGürcüdtanda: Deputat: “Əhali 3 aylığa işıq, qaz və digər kommunal xidmətlərdən azad olunub”Təhsil Nazirliyindən müəllimlərə - “Sizinlə birlikdə güclüyük”Ramiz Mehdiyev maaşının 50 faizini fonda ianə etdiKoronavirus əleyhinə tədbirlər laçınlıların məskunlaşdığı Taxta Körpüdə də gücləndirilib.Azərbaycanda nazirdən yeni TƏYİNATPrezident Bakı-Sumqayıt yolundakı vəziyyətlə tanış oldu - FOTOLAR (YENİLƏNİB)Nazir həbs olunan drektorun yerinə TƏYİNAT ETDİLaçın Taxta körpü Qəsəbəsində İmtiyazlı xəstələr göstərilən dövlət qayğısından razıdırlar.