Dovletxeberleri.Az
» » Əli Əhmədov müşavirə keçirdi

26-07-2019, 20:56Əli Əhmədov müşavirə keçirdi

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” çərçivəsində tapşırıqların icrası istiqamətində fəaliyyət davam etdirilir.

Dovletxebrrleri.az xəbər verir ki, Tədbirlər Planın 3.4-cü bəndinin (Məşğulluğa kömək üzrə əlaqələndirmə komitələrinin fəaliyyətinin gücləndirilməsi) icrasını təmin etmək məqsədilə iyulun 26-da Baş Nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədovun rəhbərliyi və komitə rəhbərlərinin iştirakı ilə ikinci müşavirə keçirilib.

Müşavirədə respublikada və ayrı-ayrı rayonlarda qeyri-formal məşğulluqla mübarizə sahəsində komitələr tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirə edilib, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 iyul tarixli 293 nömrəli Qərarı ilə təsdiq edilmiş Məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitələrinin Əsasnaməsi təqdim olunub.

İclasda çıxış edən Əli Əhmədov deyib ki, 2019-cu ildən etibarən Azərbaycanda əmək münasibətlərinin təkmilləşdirilməsi istiqamətində ciddi layihələr həyata keçirilməkdədir. Bu layihələrin məqsədi insanların həyat səviyyəsinin daha da yüksəldilməsi, bütövlükdə əmək münasibətlərinin tənzimlənməsi və yaxşılaşdırılması istiqamətində qarşıda duran vəzifələrin həyata keçirilməsindən ibarətdir. Baş Nazirin müavini 2019-cu ildə Prezident İlham Əliyevin sərəncamları ilə ardıcıl olaraq iki dəfə minimum əmək haqlarının və minimum pensiyalarının artırılması, dövlət tərəfindən aztəminatlı ailələrə ödənilən bir sıra güzəştlərin yüksəldilməsi və Azərbaycan vətəndaşlarının böyük kütləsinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində görülən işləri xüsusi qeyd edib. Bildirib ki, bütün bunlar, eyni zamanda, əmək münasibətlərinin təkmilləşdirilməsi məqsədlərinə xidmət edir.

Baş Nazirin müavini “Azərbaycan Respublikasının əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2760 nömrəli Sərəncamına əsasən yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası tərəfindən 2018-ci il və 2019-cu ilin birinci yarımilliyi ərzində görülmüş işlər barədə məlumat verib. Əli Əhmədov deyib ki, 2019-cu ilin ilk altı ayında əmək müqaviləsi bildirişlərinin sayı 101.551 artaraq 1 iyul tarixinə 1.503.731 nəfər təşkil edib. Xatırladaq ki, 2018-ci ildə bu göstərici 91.389 təşkil edib, ümumilikdə isə Komissiya yaranandan bəri təxminən 250.000 müqavilə artımı olub.

Həmçinin 2019-cu ilin 1 yanvar tarixinə olan məlumata görə, Vergilər Nazirliyində qeydiyyatda olan aktiv fiziki şəxs fərdi sahibkarların sayı ötən ilin əvvəli ilə müqayisədə 32.457 nəfər artaraq 361.001 nəfər, 2019-cu il 1 iyul tarixinə isə aktiv fiziki şəxs fərdi sahibkarların sayı 8.569 nəfər artaraq 369.570 nəfər təşkil edib.

Respublikada qeyri-formal məşğulluqla mübarizə çərçivəsində qanunvericilik aktlarında mühüm dəyişikliklər edilib. Belə ki, “Məşğulluq haqqında” yeni Qanun qəbul olunub, işsizlikdən sığorta sisteminin tətbiqinə başlanılıb, vergi və sosial sığorta sahəsində formal məşğulluğun təşviqi ilə bağlı dəyişikliklər edilib, 2020-ci ildən respublika üzrə icbari tibbi sığortanın tətbiqi təsdiqlənib, digər normativ hüquqi aktlara dəyişiklik edilib və mühüm layihələr hazırlanıb.

Komissiya Katibliyinin rəhbəri Elnur Süleymanov komitələrlə Katiblik arasında olan əməkdaşlıqdan söz açıb. O, hər rüb Katiblik tərəfindən komitələrə rayon üzrə qeyri-formal məşğulluğun qiymətləndirilməsinə dair cədvəllərin hazırlanaraq təqdim edildiyini və bunun da yerlərdə qeyri-formal məşğulluqla mübarizədə mühüm rol oynadığını vurğulayıb.

Sonda Əli Əhmədov uğurlu fəaliyyətlərinə görə “Yüksək nəticə”, “Davamlı artım”, “Etibarlı tərəfdaş” və “Fəal təşviqatçı” nominasiyaları üzrə Ağcabədi, Qəbələ, Şəki, Lənkəran, Sumqayıt, Göygöl, Zaqatala, Xaçmaz, Şəmkir, Abşeron və Qax rayon Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrini mükafatla təltif edib.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
“Azərbaycan tankçıları güclü və uğurlu çıxış etdi” - Belarus müdafiə nazirilayihə davam edir..Leyla Əliyeva Müslüm Maqomayevin anım tədbirinə qatılıbVilayət Eyvazovdan YENİ TƏYİNATLARErmənistan vətəndaşları Gürcüstanda qəzaya düşüb, ölənlər varABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilərUcarın Çiyni kəndində "sirli varlığın" axtarışları səngimirPaşinyan “Qarabağ klanı”na son zərbəni endirməyə hazırlaşırBakıda yol polisləri belə formalarda olacaqSabah Azərbaycanda 40 dərəcə isti olacaqPolis dövlətin ən etibarlı dayağıdırİstanbulda partlayışda ölən varTramp bank rəhbərlərini təcili iclasa çağırdıAzərbaycan, Rusiya və İran prezidentləri Rusiyada görüşəcəkYol polisinin saxladığı sərxoş sürücü hansı nazirin qızıdır? - AÇIQLAMAQazax və Ağstafa ərazisində 75 sərhəd döyüş məntəqəsi yaradılıb - GENERALAli Baş Komandan sərhədçiləri təltif etdi: hərbi rütbə, orden-medal, fəxri adlar... - SİYAHINərimanovun icra başçısı sakinlərin proqlemlərini dinlədiAzercell-in Rəqəmsal Dünyası Cocuq MərcanlıdaRusiyanın “Vostok” televiziyası Azərbaycanla bağlı layihələrə başlayırLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qəbələ rayonunda keçirilmişdir.ZAMANI QABAQLAMIŞ DAHİ ŞƏXSİYYƏT, MÜDRİK RƏHBƏR VƏ ƏBƏDİYAŞAR LİDERBir “Aprel Şəhidi”nin qardaşı digər “Aprel Şəhidi”nin bacısı ilə ailə qurduQəza mərkəzi prospektdə tıxac yaratdı“Neftçi” səfərdə məğlub olur - YENİLƏNİRBu ölkədə Daxili İşlər Nazirliyinə giriş bağlandıQarabağın azərbaycanlı icmasından Avstraliya hökumətinə etiraz MƏKTUBULeyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldıBakıda bu ərazidəki evlər söküləcək - SiyahıCəbhədə Ermənistanın təxribatları davam edir“Abituriyent” jurnalının 8-ci sayı çıxdıKöçkün məktəbini bitirən 34 məzunun hamısı tələbə OLDURəqib baş məşqçi "Neftçi"yə meydan oxuduŞagirdlərin elektron yerdəyişməsi başlayır“Ramil Səfərov hərəkətlərinin nəticəsini dərk edə bilməyib” - VƏKİL SİRLƏRİ AÇIR“Paşinyanın son bəyanatı vəziyyəti daha da gərginləşdırir” – XİNKöçkün məktəbini bitirən 34 məzunun hamısı tələbə olduVilayət Eyvazov rəisi təqaüdə göndərdi - Yeni təyinatGəncənin icra başçısı sakinləri narahat edən məsələləri dinləyibNazir rektorlara tapşırıq verdi: Ödənişli tələbələrə şərait yaradın!Çempionlar Liqasında bütün “pley-off”çular bəlli oldu - NƏTİCƏLƏRElinanın anası icra başçısının müavini ilə üzləşdirildiQurban Qurbanovdan vacib oyunla bağlı son tapşırıqlarİkinci Xəzər İqtisadi Forumu Həştərxanda keçiriləcəkHeydər Əliyev Fondu 70 minə yaxın ailəyə qurban payı çatdıracaqQHT Şurası Katibliyi işçilərinin maaşı artırıldıBu gün Azərbaycanda Qurban bayramı qeyd olunurYAP-çı deputatlar Xaçmaza getdilərPutinin jurnalisti Qarabağ separatizminə açıq dəstək verir - FOTOPrezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib