Dovletxeberleri.Az
» » Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Xətai rayonunda keçirilmişdir

22-07-2019, 22:12Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Xətai rayonunda keçirilmişdir

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Xətai rayonunda keçirilmişdir
2019-cu il 22 iyul tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu Bakı şəhəri Xətai rayonununun ərazisində fəaliyyət göstərən Laçın rayonunun 20 nömrəli tam orta məktəbində həmin ərazidə müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə keçirilmişdir.
75 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbulda çıxış edən Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli son illər ərzində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində respublikada görülən işlərdən, şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışmış, son illər məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlərin görüldüyünü, 100-dən artıq müasir yaşayış kompleksi və qəsəbələrin salındığını, digər köçkünlərlə yanaşı yüzlərlə laçınlı məcburi köçkün ailəsinin də yeni mənzillərlə təmin edildiyini, əhalinin rifah halının gücləndirilməsi sahəsində Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 18 iyun tarixdə imzaladığı 17 sərəncamı ilə minimum əmək haqqı, həmçinin bir sıra dövlət qurumlarında çalışan şəxslərin əmək haqqında kəskin artımın edildiyini bildirmişdir. Çıxışda həmçinin bildirilmişdir ki, Azərbaycanda minimum aylıq əmək haqqı 180 manatdan 250 manata çatdırılmış, büdcədən maliyyələşən ayrı-ayrı qurumların işçilərinin vəzifə maaşları orta hesabla 40 faiz artırılmışdır. Eyni zamanda dövlət ümumi təhsil, həmçinin peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əmək haqqı 20 faiz artırılmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı çıxışında Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğu istiqamətində görülən işlərini, diplomatiya sahəsindəki uğurlarını qeyd edərək erməni işğalında olan torpaqlarımızın da tezliklə azad ediləcəyinə əminliyini vurğulamışdır.
Səyyar qəbulda on altı nəfər məcburi köçkünün müraciəti dinlənilmişdir. Həmin müraciətlərin mövzusu ərazidə yaşayan məcburi köçkünlərin mənzillərlə təmin olunması, veteran vəsiqəsinin alınmasına köməklik edilməsi, vahid aylıq müavinətin bərpa olunması, işlə təmin olunma, birdəfəlik maddi köməklik edilməsi, şəhid adının əbədiləşdirilməsi, övladının ayrı təsərrüfat kimi qeydə alınması ilə bağlı, məcburi köçkün vəsiqəsinin alınmasına köməklik olunması məsələləri ilə bağlı olmuşdur. Qeyd edilən müraciətlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, həmin tapşırıqların icrası nəzarətə götürülmüşdür.
Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin işçiləri iştirak etmişlər.
Səyyar qəbulda iştirak edən rayon sakinləri onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirmişlər.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Xətai rayonunda keçirilmişdir
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Ağcabədi rayon Boyat kənd sakini Mahmudova Ayna Sultan qızı Ağcabədi rayon başçısı və Mərkəzi Xəstəxana haqqında dedikləri şər böhtan olaraq öz əksini tapmadı.Azərbaycan adından qrant alan qurumlar hesabat verəcək - QƏRARZeynəbin təhsil haqqı tam ödənildiPutin İlham Əliyevi parada dəvət etdiTramp Makronla G7 sammiti öncəsi müzakirə apardıPrezident İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB1450-dək uşağa reabilitasiya xidmətləri göstərildiHeydər Əliyev Mərkəzinin parkında konsert keçiriləcək"Qarabağ" 20 min avro cərimələndiVilayət Eyvazov iki rəisi vəzifədən çıxardı - Yeni təyinatlarFransada G7 sammiti başlayırLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Biləsuvar rayonunda keçirilmişdirDirektora ikinci dəfə istefa ərizəsi yazdırılıb? - KTN susur, direktor isə "Xəstəyəm" deyirYeni tədris ilində Ağcabədidə iki məktəb binası istifadəyə veriləcəkPalkovnik Leytnant Azərbaycan xalqının fəxri Ramil Səfərovun 42 yaşı tamam olur təbriklərNazirlik Ağsudakı meşə yanğını barədə məlumat yaydıAvropa Liqası: "Qarabağ" "Linfild” oyununda 5 qol vurulduFüzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür“Tarixi şəxsiyyətlər” jurnalının növbəti – 45-ci nömrəsi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyinə həsr olunub.Əli Əhmədov bazardakı qiymətlərdən şikayətləndi - “2 manata kartof olmaz” (VİDEO)Sumqayıtın icra başçısı İnşaatçılar qəsəbəsinə getdiBaş Prokurorluq müsavatçı Tofiq Yaqubluya xəbərdarlıq etdiDövlət Sərhəd Xidmətinin 100 illiyinə həsr olunan markalar dövriyyəyə buraxılıbBu qanunu pozan vəzifəli və hüquqi şəxslər cərimələnəcək - Qanun dəyişdiAzərbaycanda qəbiristanlığın saytı yaradılacaq - VİDEO“Qarabağ” bu gün AvroLiqanın səfər oyununa çıxırDovletxeberleri.az Milana Hospitaln rəhbəri Xuraman Muradovanın ad günün təbrik edir!"Nə etməli ki, bu ona qismət olmadı" - Rəşad Atakişiyevin atası“Azərbaycan ordusu Qazax istiqamətində 600 metr irəliləyib” – Ermənilərdən ETİRAFBirinci vitse-prezident Mehriban Əliyeva şəhid pilotun ailəsinə başsağlığı veribLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiLaçınlı məzunlardan 433 nəfəri tələbə adını qazanıbZakir Həsənov Türkiyə Müdafiə Nazirliyinə təşəkkür edib - FOTOƏli Əhmədov: "Bu kampaniyanı satılmış müxalifət təmsilçiləri aparır"Bu qurum da büdcədən maliyyələşəcək - Baş nazirdən QƏRARRəşad Atakişiyevlə vida mərasimi keçirilirLeyla Əliyeva müalicə alan uşaqlara baş çəkdiGəncənin icra başçısı sənədsiz evlər məsələsinə toxunduDaha 109 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcəkBu gənclərin xaricdə təhsili maliyyələşdiriləcək - Müsabiqənin nəticəsi açıqlandı - SİYAHIAzərbaycanın 16 ildir üzv ola bilmədiyi beynəlxalq təşkilat... - SƏBƏBLƏRBu il hansı universitetlər tələbələrinə yataqxana verə biləcək...“Relaks” istirahət mərkəzindəki dava ilə bağlı rəsmi MƏLUMAT - Deputatın oğlu və qohumları həbs olunduGələn il vahid məktəbli formalarında yenilik olacaqAzərbaycanda 250 ailə üçün meyvə bağları salınırTəhsil şöbəsinin müdiri işdən çıxarılıbİş axtaran 3728 müəllim üçün müsahibə mərhələsi başlayırQənirə Paşayeva afrikalı siyasətçilərə köçkün qadınlardan danışıbMehriban Əliyevadan şəhidlərə böyük ehtiramMüdafiə Nazirliyi: "Bu kimi xəbərlər gülüş doğurur"