Dovletxeberleri.Az
» » Biləsuvarda köçkün qəsəbəsinin su təchizatı yaxşılaşdırır

16-07-2019, 16:59Biləsuvarda köçkün qəsəbəsinin su təchizatı yaxşılaşdırır

Biləsuvarda köçkün qəsəbəsinin su təchizatı yaxşılaşdırır
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların məişət problemlərinin həlli, o cümlədən içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı konkret tədbirlər nəzərdə tutulur.

Dovletxeberleri.az xəbər verir ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Biləsuvarda məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması layihəsi icra edilir. 2019-cu ilin dövlət investisiya layihəsinə əsasən məcburi köçkünlərin yaşadığı 7-11-ci qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə su mənbəyindən 400 mm diametrli polietilen borularla 15 km uzunluğunda magistral su kəməri çəkilir. Cari ilin may ayında icrasına başlanılmış layihə üzrə işlərin artıq 90 faizindən çoxu yekunlaşıb. Magistral kəmərin inşası iyul ayında başa çatdırılacaq və mövcud şəbəkəyə birləşmələr veriləcək.

Yeni kəmərin istismara verilməsi ilə qəzalı vəziyyətdə olan köhnə polad magistral xətt ləğv olunacaq. Ümumilikdə yeni layihənin icrasından 5 qəsəbədə yaşayan 7 min məcburi köçkün faydalanacaq.

Qeyd edək ki, 4500-dək ailənin yaşadığı və 11 qəsəbədən ibarət Cəbrayıl məcburi köçkün şəhərciyində içməli su layihəsi mərhələlərlə həyata keçirilir. 2011-ci ildə icra olunmuş layihə 6 qəsəbəni əhatə edib. Layihə çərçivəsində məcburi köçkünləri dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə subartezian quyuları qazılıb. Quyu zonasında tutumu 4000 kubmetr olan 2 su anbarı tikilib. Layihə çərçivəsində 12 km magistral, 89 km uzunluğunda qəsəbədaxili su xətləri çəkilib, 2600-dən çox evə birləşmə verilib. Dayanıqlı su təchizatının aparılması üçün 6 qəsəbənin hər birində tutumu 100 kubmetr olan su anbarı, nasosxana inşa edilib, 18 ədəd nasos və 6 ədəd 63 KVT-lıq transformator quraşdırılıb. Növbəti mərhələdə 11 qəsəbədə bütün evlər sayğacla təmin olunub.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Ağcabədi rayon Boyat kənd sakini Mahmudova Ayna Sultan qızı Ağcabədi rayon başçısı və Mərkəzi Xəstəxana haqqında dedikləri şər böhtan olaraq öz əksini tapmadı.Azərbaycan adından qrant alan qurumlar hesabat verəcək - QƏRARZeynəbin təhsil haqqı tam ödənildiPutin İlham Əliyevi parada dəvət etdiTramp Makronla G7 sammiti öncəsi müzakirə apardıPrezident İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB1450-dək uşağa reabilitasiya xidmətləri göstərildiHeydər Əliyev Mərkəzinin parkında konsert keçiriləcək"Qarabağ" 20 min avro cərimələndiVilayət Eyvazov iki rəisi vəzifədən çıxardı - Yeni təyinatlarFransada G7 sammiti başlayırLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Biləsuvar rayonunda keçirilmişdirDirektora ikinci dəfə istefa ərizəsi yazdırılıb? - KTN susur, direktor isə "Xəstəyəm" deyirYeni tədris ilində Ağcabədidə iki məktəb binası istifadəyə veriləcəkPalkovnik Leytnant Azərbaycan xalqının fəxri Ramil Səfərovun 42 yaşı tamam olur təbriklərNazirlik Ağsudakı meşə yanğını barədə məlumat yaydıAvropa Liqası: "Qarabağ" "Linfild” oyununda 5 qol vurulduFüzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür“Tarixi şəxsiyyətlər” jurnalının növbəti – 45-ci nömrəsi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyinə həsr olunub.Əli Əhmədov bazardakı qiymətlərdən şikayətləndi - “2 manata kartof olmaz” (VİDEO)Sumqayıtın icra başçısı İnşaatçılar qəsəbəsinə getdiBaş Prokurorluq müsavatçı Tofiq Yaqubluya xəbərdarlıq etdiDövlət Sərhəd Xidmətinin 100 illiyinə həsr olunan markalar dövriyyəyə buraxılıbBu qanunu pozan vəzifəli və hüquqi şəxslər cərimələnəcək - Qanun dəyişdiAzərbaycanda qəbiristanlığın saytı yaradılacaq - VİDEO“Qarabağ” bu gün AvroLiqanın səfər oyununa çıxırDovletxeberleri.az Milana Hospitaln rəhbəri Xuraman Muradovanın ad günün təbrik edir!"Nə etməli ki, bu ona qismət olmadı" - Rəşad Atakişiyevin atası“Azərbaycan ordusu Qazax istiqamətində 600 metr irəliləyib” – Ermənilərdən ETİRAFBirinci vitse-prezident Mehriban Əliyeva şəhid pilotun ailəsinə başsağlığı veribLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiLaçınlı məzunlardan 433 nəfəri tələbə adını qazanıbZakir Həsənov Türkiyə Müdafiə Nazirliyinə təşəkkür edib - FOTOƏli Əhmədov: "Bu kampaniyanı satılmış müxalifət təmsilçiləri aparır"Bu qurum da büdcədən maliyyələşəcək - Baş nazirdən QƏRARRəşad Atakişiyevlə vida mərasimi keçirilirLeyla Əliyeva müalicə alan uşaqlara baş çəkdiGəncənin icra başçısı sənədsiz evlər məsələsinə toxunduDaha 109 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcəkBu gənclərin xaricdə təhsili maliyyələşdiriləcək - Müsabiqənin nəticəsi açıqlandı - SİYAHIAzərbaycanın 16 ildir üzv ola bilmədiyi beynəlxalq təşkilat... - SƏBƏBLƏRBu il hansı universitetlər tələbələrinə yataqxana verə biləcək...“Relaks” istirahət mərkəzindəki dava ilə bağlı rəsmi MƏLUMAT - Deputatın oğlu və qohumları həbs olunduGələn il vahid məktəbli formalarında yenilik olacaqAzərbaycanda 250 ailə üçün meyvə bağları salınırTəhsil şöbəsinin müdiri işdən çıxarılıbİş axtaran 3728 müəllim üçün müsahibə mərhələsi başlayırQənirə Paşayeva afrikalı siyasətçilərə köçkün qadınlardan danışıbMehriban Əliyevadan şəhidlərə böyük ehtiramMüdafiə Nazirliyi: "Bu kimi xəbərlər gülüş doğurur"