Dovletxeberleri.Az
» » Yarıməsrlik yol… ONUN izi ilə

11-07-2019, 10:46Yarıməsrlik yol… ONUN izi ilə

Yarıməsrlik yol… ONUN izi ilə
Elman Babayev


Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçilərək (14 iyul 1969-cu il) respublikanın rəhbəri olmasından 50 il ötür. Azərbaycanın bu dövrünü əhatə edən tarix bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır.

Hansı pillədə olur-olsun, Heydər Əliyev hər zaman Azərbaycanın mənafelərini qoruyub və ölkəsinin uğurları üçün bütün mümkün addımları atıb.

O, istər SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışanda, istərsə də 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verəndən sonrakı dönəmdə də xəyallarını və düşüncələrini Azərbaycandan ayırmayıb.

Təkçə bir faktı qeyd edək ki, Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdi. Bu, o vaxt böyük cəsarət tələb edən bir addım və millətinə bağlılığın əsl nümunəsi idi.

Heydər Əliyev 1991-ci ildə Dağlıq Qarabağda yaranmış vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edəndə də cəsarətini və xalqına sevgisini ortaya qoymuşdu.
Bu ağır illərdən sonra onun müstəqilliyə qədəm qoymaqda olan Azərbaycanla bağlı növbəti fəaliyyəti başladı və bu fəaliyyət bütün maneələrə rəğmən, xalq sevgisi ilə tamamlanırdı. Məhz bu inam və dönməz fəaliyyət Azərbaycanı yox olmaq təhlükəsindən xilas etdi...

1993-cü ildə onun çiyinlərinə düşən vəzifə çox ağır idi, çünki Azərbaycan mürəkkəb siyasi vəziyyətin içərisində öz inkişafını axsatmış, parçalanma təhlükəsinə girmiş, siyasi çəkişmələrlə idarəolunmaz duruma düşmüşdü.

Tale onu hökümət böhranının son dərəcə kəskinləşdiyi, ölkədə vətəndaş müharibəsinin baş verdiyi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığı Azərbaycanı xilas üçün yenidən görəvləndirdi.

Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxan xalqın qarşısında duruş gətirə bilməyən Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətələrini həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. 2003-cü ilə qədər hakimiyyətdə olan Heydər Əliyev özündən sonra elə bir xətt qoyub getdi ki, bundan sonra Azərbaycan məhz həmin yolla getdi, inkişaf etdi və axıra kimi də belə olacaq.

Bu yol daim sabit, müstəqilliyi əbədi, güclü edən bir yoldur.

Heydər Əliyev birinci dəfə hakimiyyətə gələndə də, yəni 1960-cı illərin axırlarında da Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O, qısa müddətdə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəlişə, milli ruhun inkişafına və mənəviyyatın tərəqqisinə nail ola bildi.

Onun 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə görülən işlərə diqqət etdikdə açıq-aşkar görünən bir xətt var. Milli özünüdərk duyğularını ideoloji sistemin keçmiş buxovlarından xilas etdi; xalqın tarixi yaddaşını özünə qaytardı; milli ruhu hədsiz yüksəliş mərhələsinə çatdırdı; milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit şərait yaratdı.

Milli kadrların hazırlanması, milli dilin inkişaf etdirilməsi və istifadə olunması, dövlət idarəetmə strukturlarında çalışan məmurların azərbaycanlı olmasına diqqət yetirilməsi istiqamətində ciddi addımlar atıldı. Bu, hədsiz lazımlı məsələ idi. Çünki milli şüura malik, milli düşüncə ilə yaşayan və milli mentalitetin daşıyıcısı sayılan kadrların yetişməsi Azərbaycanın inkişafı, Azərbaycanın hər cür təhlükədən qorunması demək idi.

Heydər Əliyev təkcə iqtisadiyyatda, mənəvi, siyasi sahələrdə deyil, mədəniyyət sahəsində də ciddi addımlar atırdı. Totalitar sistemin elm və mədəniyyət xadimlərinə, ziyalılara qarşı ağır təzyiqləri, təqib və təhdidlərinə rəğmən, məhz o, Azərbaycanda yaradıcı insanlar üçün əlverişli, rahat mənəvi-psixoloji şərait yaratdı. Bu şərait sərbəst düşünmək və düşündüyünü tam ifadə edə bilmək, alt qatda isə milli-mənəvi ideyalar, Azərbaycanın dövlətçilik tarixində suverenliyi, müstəqilliyi təmin edən dəyərlərə aparan yolları tapmaq imkanı verirdi.

Paralel olaraq çox sayda memarlıq abidəsinin bərpası həyata keçirilirdi və Bakı yenidən qurulurdu. Ən görkəmli yerlərdə xalqımızın milli varlığının daşıyıcısı olan böyük insanların əzəmətli heykəlləri ucaldıldı və böyük tarixi şəxsiyyətlərin ev muzeyləri yaradıldı.

Milli hərbçi kadrların hazırlanması Heydər Əliyevin öz ölkəsi üçün etdiyi xidmətin bəlkə də ən başında gəlir. Hər zaman sağdan-soldan təhlükə, təhdid yaşayan Azərbaycan üçün milli hərbçilərin yetişməsi mütləq məsələ idi, bu, olmadan ölkənin mühafizəsindən danışmaq çətindir.

Heydər Əliyev Azərbaycanı nə qədər sevirdisə, onun dilinə də o şəkildə vurğun və incəliklərinə bələd bir şəxsiyyət idi. Hakimiyyətə gəldiyi ilk günlərdən Azərbaycan dilinə xüsusi yanaşma sərgiləyirdi, bu dili mükəmməl bilən gənclik yetişdirirdi. 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili status kimi təsbit olunması heç də təsadüfi addım deyildi. Bu, elə bir dövrdə edilmişdi ki, onu hər siyasətçi bacara bilməzdi...

Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkədə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət aldı. Hakimiyyətdə olduğu illərdə Heydər Əliyev Azərbayçanı iqtisadi inkişaf, siyasi, demokratik təkamül relsi üzərinə əbədilik qoya bildi. Başqa sözlə, öz vətənində əsl dövlət idarəçiliyi məktəbi yaratdı. Müstəqil Azərbaycan xalqının bundan sonrakı dönəmində bu böyük məktəb daim baza rolunu oynayacaq və yalnız Heydər Əliyevin qoyub getdiyi yol ölkəmizin inkişafına, xalqımızın rifahı naminə faydalanmağa, müstəqilliyi əbədi yaşatmağa imkan verəcək...
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Ağcabədi rayonunda Səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilmişdir.144 yaşlı Azərbaycan mətbuatıTibb təhsili üzrə nə qədər pulsuz yer var? - Ekspertdən şərhAzərbaycana gələn hər bir idmançı günə 90 avro ödəyir - Azad RəhimovQARABAĞ ŞƏHİDLƏRİNİN XATİRƏSİ"NƏ SEMİNAR KEÇİRİLDİQARABAĞ ŞƏHİDLƏRİNİN XATİRƏSİ"NƏ SEMİNAR KEÇİRİLDİNazir əmr verdi: Polis gücləndirilmiş iş rejiminə keçdiErmənilər pulemyot və snayper tüfəngləri ilə ATƏŞKƏSİ POZDUMerkelin gəlirləri açıqlandıTələbə köçürülməsi üçün qeydiyyat başa çatdıAvropa Gənclər Yay Olimpiya Festivalına güləşçilərimiz qələbə ilə başladılar - FOTOErməni əsgərin postda meyiti tapılıbMoskvada 12 min insan etiraza qalxdıNazir 261 nəfəri xidmətə qəbul etdiTürkiyə diplomatlarını öldürənlər ələ keçirildiDirektor olmaq üçün 2 273 namizəd ərizəsini təsdiqlədiVilayət Eyvazov sıra baxışı keçirdiZakir Həsənov düşmənə zərbə endirməyi tapşırdıİlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul etdi - YENİLƏNİBAğdam Olimpiya İdman Kompleksində "Qarabağ şəhidlərinin xatirəsi "nə həsr olunmuş yarış keçiriləcəkPrezident onları mükafatlandırdı – 10 mindən 50 minə qədər...Nazirlər Kabineti vergilərlə bağlı qaydaları təsdiq ETDİİkiyə bölünmüş ada, soydaşlarımızın yaşadığı torpaq, tanınmayan qurum - Heydər Əliyevin tərcüməçisi YAZIR“İşğal altında olan Dağlıq Qarabağ dünyanın heç bir suveren dövləti tərəfindən tanınmır” - XİNElçin Əlibəyli etik prinsipləri pozub - Mətbuat ŞurasıAlı Mustafayevin oğlunun toyudurABŞ Azərbaycana yeni hərbi attaşe təyin etdiQənirə Paşayeva baş nazirlə nələrdən danışdı?İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirini qəbul etdiQazaxıstanın Azərbaycandakı səfiri yeni vəzifəyə təyin olunduAzərbaycanlı paralimpiyaçılar "Tokio 2020"yə ilk lisenziyanı qazandıBakıda tanınmış İtaliyalı alimlə görüşGömrük Akademiyasında "Açıq qapı" günü təşkil olunub - FOTOXİN: “Baş vermiş hadisə xalqların sülhə hazırlanması ilə bağlı çağırışa tam ziddir”Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır - Baş ProkurorluqKreditlərlə bağlı yeni rəsmi MƏLUMATFövzi Tahirov:Ağcabədi RMX- nın baş həkiminin məsləhətləriBaş nazir qoruqlarla bağlı yeni qaydaları təsdiqlədiBiləsuvarda köçkün qəsəbəsinin su təchizatı yaxşılaşdırırNovruz Məmmədov Səudiyyəli nazirlə görüşübGömrük Komitəsi büdcəyə 2 milyard manatdan çox pul köçürübAzərbaycan Xalça Muzeyi “Milliləşdirildi”Türkiyədə 5 min 778 terrorçu məhv edilibQorxulu xəstəlik 450 can aldıƏli Əhmədov BMT-yə ikinci Milli Məruzə təqdim edibTəhsil naziri nümunəvi tədris planını təsdiqlədiMüəllimlərin işə qəbulu üzrə imtahanlarda ən yüksək nəticəni 3 nəfər göstəribHacı Zeynalabdin Tağıyev haqqında film ABŞ-da uğur qazandı.Türkiyə üç şəhid verdiŞəki Xan sarayı bağlandı