Dovletxeberleri.Az
» » Azərbaycan diplomatiyasının növbəti uğuru: Sərhədlərimizin toxunulmazlığı tanındı

7-07-2019, 08:57Azərbaycan diplomatiyasının növbəti uğuru: Sərhədlərimizin toxunulmazlığı tanındı

Azərbaycan diplomatiyasının növbəti uğuru: Sərhədlərimizin toxunulmazlığı tanındı
Dünən Lüksemburqda ATƏT PA-nın 28-ci İllik sessiyası çərçivəsində Siyasi Məsələlər və Təhlükəsizlik üzrə Ümumi Komitəsinin iclası keçirilib.
DovletXeberleri.az xəbər verir ki, iclasda Azərbaycan üçün xüsusi əhəmiyyətli, olduqca vacib məsələ müzakirə edilib. Belə ki, irlandiyalı deputat Alan Farrellin “Təhlükəsizliyin möhkəmləndirilməsi naminə davamlı inkişafa kömək: parlamentarilərin rolu” mövzusunda məruzəsində dondurulmuş münaqişələr məsələsinə toxunub. Bu məruzədən sonra təklif olunmuş Yekun Qətnaməyə düzəlişlərlə bağlı kəskin debatlar olub. Erməni tərəfi bütün gücünü, lobbi fəaliyyətini işə salaraq yekun Qətnaməyə düzəlişlərdə öz variantlarının keçməsinə çalışıblar. Aydın məsələdir ki, Azərbaycan nümayəndə heyəti beynəlxalq hüququn ali prinsiplərini əsas götürərək, diplomatik ustalıqla, ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan məqamları müdafiə edə biliblər.

Az öncə Lüksemburqdan aldığımız məlumata görə, bu gün müzakirələr yekunlaşıb və Qətnamə səsverməyə çıxarılaraq qəbul olunub. Azərbaycanın maraqlarına uyğun gələn bir çox məqamlar Qətnamədə əksini tapıb, beləliklə Azərbaycan diplomatiya tarixində növbəti uğur yazılıb. Söhbət nədən gedir? Bunu ardıcılıqla aydınlıq gətirməyə çalışaq.

1-ci Komitənin məruzəçisi, irlandiyalı deputat Alan Farrellin hazırladığı Hesabat və Qətnamədə Ermənistan-Azərbaycan münaqişəsi və ATƏT regionunda davam edən digər münaqişələrin həlli prosesi haqqında vacib müddəalar yer alıb.
Hesabatda Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, eləcə də Gürcüstan, Ukrayna və Moldovada davam edən münaqişələrin davamlı həllinin hələ də tapılmaması ilə bağlı narahatlılıq bildirilib, eləcə də onların həllinin hüquqi bazasını təşkil edən sənədlərin siyahısı öz əksini tapıb.
Azərbaycanın ərazisində davam edən münaqişəyə dair BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı Qətnamələri (1993), BMT Baş Assambleyasının 2008-ci ildə qəbul etdiyi 62/243 saylı Qətnaməsi, həmçinin ATƏT-in Minsk Qrupunun fakt araşdırıcı missiyasının 2005-ci ildə hazırladığı hesabatı və ATƏT PA-nın 2015-ci il Helsinki İllik Sessiyasında Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, qurumun vitse-prezidenti Azay Quliyevin müəllifi olduğu “ATƏT Ərazisində Dövlətlərarası Münasibətlərdə Helsinki Prinsiplərinə Bağlılıq” haqqında qətnaməsi göstərilib.

Bundan əlavə, Hesabatda qeyd edilib ki, “ATƏT PA, qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində münaqişə tərəfləri arasında işlərin görülməsini, xüsusən humanitar sahədə addımların atılmasını və onların siyasi proseslərlə uzlaşdırılmasını, məsələn, 1949-cu il tarixli Cenevrə Konvensiyalarının müvafiq bəndləri ilə götürülməsi qadağan olunmuş əsir və girovların “hamının hamıya” prinsipi əsasında mübadiləsini dəstəkləyir”. Cari ilin iyun ayında Ermənistan və Azərbaycan arasında baş vermiş girovların mübadiləsi fonunda bu məqam da xüsusilə aktual xarakter alır.
Ərazisi 3 dəfə, əhalisi isə Dağlıq Qarabağdan təxminən 7 dəfə çox olan 7 ətraf rayonun bu sənəddə sadalanmasının əhəmiyyəti xalqımız və dövlətimiz üçün şübhə yaratmır. Bu müddəaları Assambleyanın sənədlərinə daxil etməklə ölkəmiz tarixi ədalətin bərqərar olunmasına bir addım da yaxınlaşmış olur, bu da beynəlxalq ictimaiyyətin erməni təbliğatının təsirindən “müdafiə” olunmasına öz töhvəsini verəcəkdir.

İndi isə ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik üzrə Ümumi Komitəsinin Qətnaməsində əks olunan, bizim üçün əhəmiyyətli 2 məqamı qeyd edək.

1) Qətnamənin 2-ci bəndində Assambleya “suveren bərabərlik, gücdən istifadə ilə bağlı hədələrin və gücdən istifadənin yolverilməzliyi, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, münaqişələrin sülh yolu ilə həlli, daxili məsələlərə müdaxilənin edilməməsi, dövlətlər arasında əməkdaşlıq və beynəlxalq hüquqdan irəli gələn vəzifələrin xoş məramla həyata keçirilməsinə dair Helsinki Yekun Aktında öz əksini tapmış ATƏT-in prinsiplərini” bir daha qeyd etmişdir.
Bu bəndin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, erməni tərəfinin hər zaman “bayraq tutduğu” xalqların öz müqəddəratını təyin etmə hüququ yekun sənədə əsas prinsiplər sırasında daxil edilməmişdir. Bu isə işğalçı tərəf olan Ermənistanın artıq 30 ilə yaxındır ki, əsas tutduğu yeganə səbəbin aşkar fiaskoya uğramasının və ATƏT-in bu uğursuz konspirasiya cəhdinə uymamasının bariz nümunəsidir.

2) Qətnamənin 19-cu maddəsində ATƏT PA bir daha “münaqişələrin həlli üçün razılaşdırılmış formatlar çərçivəsində nəticələrin əldə edilməsinə yönələn danışıqların intensivləşdirilməsini təşviq edir və tərəfləri dayanıqlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə tam hörmət şəraitində şərtsiz olaraq xoş məramla danışıqlarda iştirak etməyə çağırır”.

Bu bənd öz növbəsində bir daha Azərbaycanın və münaqişələrdən zərər çəkmiş digər ATƏT ölkələrinin ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin onların ərazi bütövlüyü və beynəlxalq hüququn digər bazis tələbləri çərçivəsində həll olunmasının mümkün olmasını təsdiqləyir.

Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alsaq əminliklə deyə bilərik ki, Assambleyanın 28-ci İllik Sessiyasında qəbul olunmuş bu sənədlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstəyin göstərilməsinin öz üzərinə götürən ATƏT və onun Parlament Assambleyasının Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipinə tam olaraq sadiq qalmasının göstəricisidir.

Azay Quliyev doğrudan da bu sənədi Azərbaycan diplomatiya tarixində növbəti uğur kimi qiymətləndirib və ATƏT PA-nın sonuncu Hesabat və Qətnamyə dair bəzi məqamlara nəzər salmağı vacib bilib:

“ATƏT PA-nın Ümumi Komitələrinin hazırladığı və qurumun İllik Sessiyalarında qəbul olunan bu sənədlərin əhəmiyyəti nədən ibarətdir? Qurumun Prosedur Qaydalarına nəzər salsaq görə bilərik ki, qaydaların 42-ci maddəsinə əsasən Assambleyanın İllik Sessiyalarında qəbul olunan sənədlər ATƏT-in Nazirlər Şurasına baxılması üçün göndərilir. Nazirlər Şurası ATƏT-in mərkəzi qərar qəbul edən orqanıdır və burada ATƏT-ə üzv olan ölkələrin xarici işlər nazirləri iştirakçı qismində çıxış edir. Bu da o deməkdir ki, həm Hesabat, həm də Qətnamələrdə əks olunan müddəalar vasitəsilə 57 ölkənin xarici siyasətində istiqamətləndirici rol oynayan şəxslərə birbaşa olaraq çıxış əldə etmək mümkündür, bunun da böyük siyasi əhəmiyyəti şübhə doğurmur.

İkincisi, illik sessiyalarda qəbul olunan sənədlərdə ATƏT-in və onun Parlament Assambleyasının beynəlxalq gündəmin aktual və narahatlıq doğuran məsələlərinə dair qurumun rəsmi mövqeyi öz əksini tapır. Sənədlər qüvvəyə minmədikdən öncə ciddi filtrasiya prosedurundan keçir və hər bir müddəa yalnız ümumi konsensus əldə edildikdən sonra yekun sənədə daxil edilir. Bu və ya digər bəndin yekun sənədə daxil edilməsi uzun və bir çox potensial maneənin ortaya çıxa biləcəyi bir prosesdir və bu cür şəraitdə ölkələrin çoxluğunun razılığını əldə edərək müxtəlif məqsədlər güdən ölkə qruplaşmalarının təklif edilən bəndlərə veto qoymaq cəhdlərinin qarşısını almaq ciddi siyasi uğur kimi nəzərdən keçirilməlidir.

Beləliklə, ATƏT regionuna daxil olan ölkələrin ali səviyyədə təhlil etdiyi və xarici siyasətinin istiqamətlərinin müəyyən edilməsində nəzərə alındığı bu cür sənədlərdə dövlətimizi artıq 30 ildən çoxdur ki narahat edən əsas məsələ, xalqımızın milyona yaxın nümayəndəsinə və ölkəmizin büdcəsinə milyardlarla zərər vuran münaqişəyə dair bu cür prinsipial əhəmiyyətə malik olan müddəaların daxil edilməsi Azərbaycan diplomatiyasının növbəti uğuru kimi nəzərdən keçirilməlidir”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Ağcabədi rayonunda Səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilmişdir.144 yaşlı Azərbaycan mətbuatıTibb təhsili üzrə nə qədər pulsuz yer var? - Ekspertdən şərhAzərbaycana gələn hər bir idmançı günə 90 avro ödəyir - Azad RəhimovQARABAĞ ŞƏHİDLƏRİNİN XATİRƏSİ"NƏ SEMİNAR KEÇİRİLDİQARABAĞ ŞƏHİDLƏRİNİN XATİRƏSİ"NƏ SEMİNAR KEÇİRİLDİNazir əmr verdi: Polis gücləndirilmiş iş rejiminə keçdiErmənilər pulemyot və snayper tüfəngləri ilə ATƏŞKƏSİ POZDUMerkelin gəlirləri açıqlandıTələbə köçürülməsi üçün qeydiyyat başa çatdıAvropa Gənclər Yay Olimpiya Festivalına güləşçilərimiz qələbə ilə başladılar - FOTOErməni əsgərin postda meyiti tapılıbMoskvada 12 min insan etiraza qalxdıNazir 261 nəfəri xidmətə qəbul etdiTürkiyə diplomatlarını öldürənlər ələ keçirildiDirektor olmaq üçün 2 273 namizəd ərizəsini təsdiqlədiVilayət Eyvazov sıra baxışı keçirdiZakir Həsənov düşmənə zərbə endirməyi tapşırdıİlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul etdi - YENİLƏNİBAğdam Olimpiya İdman Kompleksində "Qarabağ şəhidlərinin xatirəsi "nə həsr olunmuş yarış keçiriləcəkPrezident onları mükafatlandırdı – 10 mindən 50 minə qədər...Nazirlər Kabineti vergilərlə bağlı qaydaları təsdiq ETDİİkiyə bölünmüş ada, soydaşlarımızın yaşadığı torpaq, tanınmayan qurum - Heydər Əliyevin tərcüməçisi YAZIR“İşğal altında olan Dağlıq Qarabağ dünyanın heç bir suveren dövləti tərəfindən tanınmır” - XİNElçin Əlibəyli etik prinsipləri pozub - Mətbuat ŞurasıAlı Mustafayevin oğlunun toyudurABŞ Azərbaycana yeni hərbi attaşe təyin etdiQənirə Paşayeva baş nazirlə nələrdən danışdı?İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirini qəbul etdiQazaxıstanın Azərbaycandakı səfiri yeni vəzifəyə təyin olunduAzərbaycanlı paralimpiyaçılar "Tokio 2020"yə ilk lisenziyanı qazandıBakıda tanınmış İtaliyalı alimlə görüşGömrük Akademiyasında "Açıq qapı" günü təşkil olunub - FOTOXİN: “Baş vermiş hadisə xalqların sülhə hazırlanması ilə bağlı çağırışa tam ziddir”Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır - Baş ProkurorluqKreditlərlə bağlı yeni rəsmi MƏLUMATFövzi Tahirov:Ağcabədi RMX- nın baş həkiminin məsləhətləriBaş nazir qoruqlarla bağlı yeni qaydaları təsdiqlədiBiləsuvarda köçkün qəsəbəsinin su təchizatı yaxşılaşdırırNovruz Məmmədov Səudiyyəli nazirlə görüşübGömrük Komitəsi büdcəyə 2 milyard manatdan çox pul köçürübAzərbaycan Xalça Muzeyi “Milliləşdirildi”Türkiyədə 5 min 778 terrorçu məhv edilibQorxulu xəstəlik 450 can aldıƏli Əhmədov BMT-yə ikinci Milli Məruzə təqdim edibTəhsil naziri nümunəvi tədris planını təsdiqlədiMüəllimlərin işə qəbulu üzrə imtahanlarda ən yüksək nəticəni 3 nəfər göstəribHacı Zeynalabdin Tağıyev haqqında film ABŞ-da uğur qazandı.Türkiyə üç şəhid verdiŞəki Xan sarayı bağlandı