Dovletxeberleri.Az
» » “Dilqəmlə Şahbazın azad olunması üçün Ermənistana təzyiq göstərilməlidir" – Qənirə Paşayeva

29-06-2019, 06:11“Dilqəmlə Şahbazın azad olunması üçün Ermənistana təzyiq göstərilməlidir" – Qənirə Paşayeva

“Dilqəmlə Şahbazın azad olunması üçün Ermənistana təzyiq göstərilməlidir" – Qənirə Paşayeva
Millət vəkili Qənirə Paşayeva AŞPA-da Azad müzakirələr zamanı azərbaycanlı girovlar Diqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələ qaldıraraq AŞPA-nı onların azadlığa buraxılması üçün Ermənistana təzyiq etməyə çağırıb.
Dovletxeberleri.az xəbər verir ki, Q.Paşayeva qəbul edilən qətnamələrin yerinə yetirilməsi üçün Ermənistana təzyiq göstərməməsindən narazılıq edib və təşkilatı ikili standartlara son qoymağa çağırıb.
“Mən Avropa Məhkəməsinin icra olunmayan qərarları, AŞPA-nın uzun illərdir həyata keçirilməyən qətnamələri və uzun illlərdir Ermənistan tərəfindən qeyri-qanuni olaraq girov saxlanılan azərbaycanlı köçkünlər Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışmaq istəyirəm. Azərbaycan dövlətinin səylərinə, çalışmalarına, baş katib cənab Yaqlandın açıqlamalarına, çağırışlarına baxmayaraq, Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması istiqamətində hələ ki, heç bir müsbət irəliləyiş yoxdur. Ermənistan dövləti azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov saxlamaqda davam edir. Onlara zülm edilir, əziyyət verilir və sağlıq vəziyyətləri çox ağırdır. Bu insanların heç bir suçu yoxdur. Onlar sadəcə köçkün düşdükləri evlərini, ailə üzvlərinin məzarlarını ziyarətə gediblər. Amma Ermənistan dövləti neçə ildir ki, bu insanlara zülm edir. Dilqəm Əsgərovun oğlu bir neçə gündür Assableyamızda tədbirlərdə, görüşlərdə iştirak edərək, atasına qarşı Ermənistanda verilən işgəncələrin durdurulması və onun azad edilməsi üçün Avropa Şurasının, Parlament Assambleyasının səylərini artırmasını xahiş edir. Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailəsi və yaxınları onların qısa zamanda azad edilməsi üçün Avropa Şurasından bu istiqamətdə daha böyük səylər gözləyirlər. Mən Azərbaycan dövlətinin təmsilçisi olaraq sizləri, Assambleyamızı bu insanlıqdan kənar, qeyri-qanuni əməllərə son verməsi üçün Ermənistan dövlətinə, hökumətinə ciddi etiraz etməyə, Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün Ermənistana təzyiq göstərməyə çağırıram. Biz AŞPA-dan bu girovların azad olunması üçün ciddi dəstək gözləyirik”, - millət vəkili bildirib.
Q.Paşayeva həmçinin qeyd edib ki, Avropa Məhkəməsinin qərarları üzv ölkələrdə icra olunmalıdır. Amma Ermənistan rəhbərliyi Avropa İnsan Haqları Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” adlı qərarını artıq neçə ildir yerinə yetirməkdən imtina edir:
“Doğma yurduna qayıda bilməyən qaçqın və məcburi köçkünlərin Avropa Məhkəməsinə müraciəti əsasında qəbul edilmiş bu qərarın yerinə yetirilməsi üçün Avropa Şurası qurumları da ciddi addımlar atmır və qərarın yerinə yetirilməsi üçün Ermənistanın rəhbərliyinə heç bir təzyiq göstərmir. Avropa Məhkəməsi qərarlarının yerinə yetirilməməsi Parlament Assambleyasını ciddi narahat etməlidir və onun yerinə yetirilməsi üçün AŞPA, Avropa Şurası təsisatları Ermənistana ciddi təsir və təzyiqlər göstərməlidir. Bu məsələlərə yanaşmada ikili standartlar olmamalıdır. Doğma evinə qayıda bilməyən qaçqın və məcburi köçkünlər AŞPA-nı bu məsələlərdə daha həssas olmağa çağırır”.
Millət vəkili AŞPA-nın Sərsəng su anbarı ilə bağlı qəbul etdiyi 2085 saylı qətnaməsindən də danışıb və həmin qətnamədə AŞPA-nın Ermənistandan su ehtiyatlarından siyasi təsir və təzyiq kimi istifadə etməyə son qoymasını tələb etməsini yada salıb:
“Amma Ermənistan bu qətnamənin həyata keçirilməsi üçün də heç bir addım atmır və on minlərlə azərbaycanlı, əhalinin sıx yaşadığı bir neçə rayon bundan ciddi əziyyət çəkir. İndi yay aylarıdır və susuzluqdan əziyyət çəkən on minlərlə insan Assambleyanı bu məsələyə də diqqət yetirməyə və qəbul etdiyi qətnamənin yerinə yetirilməsi istiqamətində daha sərt mexanizmlərə əl atmağa və onun yerinə yetirilməsi istiqamətində Ermənistana təzyiq etməyə çağırır”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Ermənilər cəbhədə təxribatlara davam edirABŞ çətin durumda qalacaq“Fitoterapevtlər mətbuatın dostudur” adlı BİRGƏ TƏDBİR KEÇİRİLİB+FOTOLARDövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbirGoranboyun qaz təchizatı yaxşılaşdırılırQəbul imtahanlarında nəticələri ləğv edilən abituriyentlərin sayı açıqlanıbRövşən Rzayev vətəndaşları qəbul edibİyulun 21-Də “Evereat” Klubunda, Milli Mətbuatın Yaranmasının 144- Cü Ildönümü Münasibətilə “ZÜMRÜD PRADUCSİON” Təşkilatçılığı Altında “İRS” MÜKAFATI Adlı Tədbir KeçirildiCeyhun Bayramov Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşdüMilli Məclisdəki partiyalar yenidən parlamentə düşməyə HAZIRLAŞIRƏflatun Amaşov: ““Reket jurnalistika”ya qarşı pozitiv meyllər müəyyən mənada sıradan çıxdı” - MÜSAHİBƏ“Ordumuz yeni bir aprel döyüşünə başlayacaq!” - Müharibə arzulu Ağdam oğlanlarıBu şəxslər icbari narkoloji müayinədən KEÇİRİLƏCƏKAzərbaycan nefti bahalaşdı26 il işğalda qalan Ağdam...87 dövlət əmlakı hərraca çıxarıldıLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Xətai rayonunda keçirilmişdirXOŞBƏXT CÜTLÜKAzərbaycan “Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsi”nə qoşulurTanınmış jurnalistin oğlu Azərbaycanda ən çox bal topladıErmənistanın müdafiə naziri “hərbi sürprizlər” vəd edirİlham Əliyev Çin nümayəndə heyətini qəbul etdi - YENİLƏNİBAzərbaycan xalqı xoşbətdir ki, ona Heydər Əliyev kimi dahi şəxsiyyət rəhbərlik edibƏli Əhmədov: “Azərbaycan reallıqlarının üzərinə kölgə salmağa çalışırlar”Ağcabədi rayonu Səhiyyə işçiləri hər zaman olduğu kimi əhaliyə yüksək səviyyədə xidmət edir.144 yaşlı Azərbaycan mətbuatıTibb təhsili üzrə nə qədər pulsuz yer var? - Ekspertdən şərhAzərbaycana gələn hər bir idmançı günə 90 avro ödəyir - Azad RəhimovQARABAĞ ŞƏHİDLƏRİNİN XATİRƏSİ"NƏ SEMİNAR KEÇİRİLDİQARABAĞ ŞƏHİDLƏRİNİN XATİRƏSİ"NƏ SEMİNAR KEÇİRİLDİNazir əmr verdi: Polis gücləndirilmiş iş rejiminə keçdiErmənilər pulemyot və snayper tüfəngləri ilə ATƏŞKƏSİ POZDUMerkelin gəlirləri açıqlandıTələbə köçürülməsi üçün qeydiyyat başa çatdıAvropa Gənclər Yay Olimpiya Festivalına güləşçilərimiz qələbə ilə başladılar - FOTOErməni əsgərin postda meyiti tapılıbMoskvada 12 min insan etiraza qalxdıNazir 261 nəfəri xidmətə qəbul etdiTürkiyə diplomatlarını öldürənlər ələ keçirildiDirektor olmaq üçün 2 273 namizəd ərizəsini təsdiqlədiVilayət Eyvazov sıra baxışı keçirdiZakir Həsənov düşmənə zərbə endirməyi tapşırdıİlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul etdi - YENİLƏNİBAğdam Olimpiya İdman Kompleksində "Qarabağ şəhidlərinin xatirəsi "nə həsr olunmuş yarış keçiriləcəkPrezident onları mükafatlandırdı – 10 mindən 50 minə qədər...Nazirlər Kabineti vergilərlə bağlı qaydaları təsdiq ETDİİkiyə bölünmüş ada, soydaşlarımızın yaşadığı torpaq, tanınmayan qurum - Heydər Əliyevin tərcüməçisi YAZIR“İşğal altında olan Dağlıq Qarabağ dünyanın heç bir suveren dövləti tərəfindən tanınmır” - XİNElçin Əlibəyli etik prinsipləri pozub - Mətbuat ŞurasıAlı Mustafayevin oğlunun toyudur