Dovletxeberleri.Az
» » Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində andiçmə mərasimi

22-06-2019, 13:35Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində andiçmə mərasimi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində andiçmə mərasimi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müvafiq müsabiqə və müsahibə mərhələlərində uğur qazanaraq nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə yeni işə qəbul olunan əməkdaşların andiçmə mərasimi olub.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev tədbir iştirakçılarını qarşıdan gələn 23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı günü münasibətilə təbrik edib. Nazir vurğulayıb ki, dövlət qulluğu sisteminin vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, əhaliyə xidmətin yüksək səviyyədə təşkili, vətəndaş məmnunluğuna nail olunması prinsipi üzərində qurulması Prezident cənab İlham Əliyevin islahatlar proqramının əsas hədəflərindən biridir.

Ölkəmizdə dövlət idarəetmə sisteminin bütün sahələrində müasir, innovativ, optimal mexanizmlərin tətbiqi istiqamətində aparılan islahatları qeyd edən S.Babayev dövlət qulluqçularının sosial müdafəsinin gücləndirilməsi sahəsində də müvafiq işlərdən bəhs edib. Bildirib ki, dövlət başçısının bu günlərdə reallaşan növbəti sosial islahatlar paketi dövlət qulluqçularının da əməkhaqlarının 50 faiz artırılmasını nəzərdə tutur.

S.Babayev qeyd edib ki, nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbul dövlət qulluğu haqqında qanunvericiliyə uyğun şəkildə, Dövlət İmtahan Mərkəzi ilə birgə iş müstəvisində həyata keçirilir. Ötən bir il ərzində nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə 332 nəfər işə qəbul edilib. Əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan geniş miqyaslı islahatlar nazirlik sistemində işləmək arzusunda olanların sayının da artmasına səbəb olub. Bir sıra hallarda hətta bir vakant yerə iddiaçı sayı 10 nəfəri ötür. Kadrların nazirlik sisteminə qəbulu prosesində kadrların müvafiq sahədə bilik, dünyagörüş, müasir bilik və bacarıqlarla yanaşı, məsuliyyət hissinə və mənəvi keyfiyyətlərə malik olmaları da əsas seçim və işə qəbul meyarlarından biridir.

Nazir bildirib ki, yeni işə qəbul olunan əməkdaşlar Prezident cənab İlham Əliyevin dövlət qulluqçuları qarşısında müəyyən etdiyi «Dövlət məmuru xalqın xidmətçisidir », Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır” kimi vacib prinsiplərə uyğun fəaliyyət göstərməlidirlər. Onlar nümunəvi xidmətləri, dövlət qulluqçularının etik davranış qaydalarına uyğun davranışları, əmək, məşğulluq, sosial müdafiə sahəsində dövlət siyasətinin icrasına töhfə vermək əzminə söykənən səmərəli fəaliyyətləri ilə seçilməlidirlər.


Sonra nazirliyin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Nərmin Bayramova nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbul prosesinin nəticələri barədə məlumat verib.
Yeni işə qəbul olunan gənclər “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq, Azərbaycan Respublikasına sadiq olacaqlarına, ölkəmizin Konstitusiyasına dönmədən əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, dövlət qulluğunun verdiyi hüquqları və üzərlərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə, var gücləri ilə və vətənin mənafeyi naminə həyata keçirəcəklərinə and içiblər.
Andiçmə Azərbaycan Respublikasının Dövlət bayrağı altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla həyata keçirilib.


Sonra dövlət himni səslənib.
Dövlət qulluğuna yeni işə qəbul edilən şəxslər çıxış edərək, bu gündən dövlət qulluçusu kimi fəaliyyət göstərməyin onlar üçün böyük şərəf olduğunu, öz vəzifələrinin icrasına daim işgüzarlıq və məsuliyyətlə yanaşaraq, göstərilən inam və etimadı layiqli səviyyədə doğruldacaqlarını vurğulayıblar.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
XİN: “Baş vermiş hadisə xalqların sülhə hazırlanması ilə bağlı çağırışa tam ziddir”Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır - Baş ProkurorluqKreditlərlə bağlı yeni rəsmi MƏLUMATFövzi Tahirov:Ağcabədi RMX- nın baş həkiminin məsləhətləriBaş nazir qoruqlarla bağlı yeni qaydaları təsdiqlədiBiləsuvarda köçkün qəsəbəsinin su təchizatı yaxşılaşdırırNovruz Məmmədov Səudiyyəli nazirlə görüşübGömrük Komitəsi büdcəyə 2 milyard manatdan çox pul köçürübAzərbaycan Xalça Muzeyi “Milliləşdirildi”Türkiyədə 5 min 778 terrorçu məhv edilibQorxulu xəstəlik 450 can aldıƏli Əhmədov BMT-yə ikinci Milli Məruzə təqdim edibTəhsil naziri nümunəvi tədris planını təsdiqlədiMüəllimlərin işə qəbulu üzrə imtahanlarda ən yüksək nəticəni 3 nəfər göstəribHacı Zeynalabdin Tağıyev haqqında film ABŞ-da uğur qazandı.Türkiyə üç şəhid verdiŞəki Xan sarayı bağlandıAzərbaycan məktəblisi İsraildə bürünc medal qazandıHeydər Əliyev prospektində MAŞIN AŞDI - FOTOLARPrezident Şəkidəki qəzanı nəzarətə götürdüBeynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan “Şəki bəyanatı”Vilayət Eyvazovdan yeni təyinatVergilər Nazirliyinə yeni səlahiyyətlər verilib“Heydər Əliyev və milli gəmiçilik siyasəti” kitabı nəşr edildi - FOTOTəhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə MÜRACİƏT ETDİMilli Məclisin deputatları Türkiyəyə gedirMəşğulluq xidməti işlə təmin etdiyi şəxslərin sayını açıqladıGoranboyda silahlı insident - 1 ölü, 2 yaralıBakıda 12 yaşlı oğlan itkin düşdüIV çağırış Milli Məclisin deputatları kimlər olub? - SİYAHITəhsil naziri əmr verdi - Növbəti tədris ilinin başlama və qurtarma tarixləri AÇIQLANDIFransa-Qafqaz Dostluq qrupu Azərbaycana səfər edəcəkMüstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridirAMEA-da direktor vəzifəsini tutmaq üçün 17 nəfər namizədliyini verib“Heydər Əliyev - Dövlətçilik ənənəsi” mövzusunda Laçın Rayon İcra Hakimiyyəti və YAP Laçın rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir.Goranboyda yeni yol çəkilirAzərbaycanın Müdafiə Nazirliyindən ABŞ konqresmeninə sərt CAVABDirektor olmaq istəyənlərin NƏZƏRİNƏ: Müsabiqəyə start verilirAzərbaycan xalqının dünyaya bəxş etdiyi nadir şəxsiyyətQanunun qüvvəyə minmə tarixi 2022-yə uzadıldı100 il əvvəl və 100 il sonra Parisdə… Bu, bir təsadüfdürmü? - REPORTAJMənim qəhrəmanım - Şəhid komandir Raquf Orucovun xanımı YAZIRManat-dollar məzənnəsində yenilik olacaq?AvroLiqada 1-ci təsnifat mərhələsi - Bütün NƏTİCƏLƏRMilli Məclis sonuncu iclasa toplaşırBMT yeni qarşıdurmanın anonsunu verdiTatarıstan Prezidenti Azərbaycana gəlirUlu Öndərimiz Azərbaycan naminə, bütöv, müstəqil Azərbaycan və azərbaycançılıq uğrunda çalışıb, mübarizə aparıb və qalib gəlibBu gün Azərbaycan deyərkən Heydər Əliyev, Heydər Əliyev deyərkən Azərbaycan düşünürük.Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycana xidmətin ən kamil nümunəsidir