Dovletxeberleri.Az
» » PA rəhbəri Ramiz Mehdiyev məqalə yazdı: ““Qarabağ klanı” daxilində ciddi ixtilaflar var”

3-06-2019, 21:54PA rəhbəri Ramiz Mehdiyev məqalə yazdı: ““Qarabağ klanı” daxilində ciddi ixtilaflar var”

PA rəhbəri Ramiz Mehdiyev məqalə yazdı: ““Qarabağ klanı” daxilində ciddi ixtilaflar var”

"Hazırda Ermənistanda baş verən hadisələr Yerevanda indiki hakimiyyətlə "Qarabağ klanı” deyilən dəstənin nümayəndələri arasında ciddi ixtilafların olduğunu təsdiq edir və təəssüf ki, danışıqlar prosesinə də mənfi təsir göstərir”.

Dovletxeberleri.az bildirir, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri” adlı məqaləsində yazıb. R. Mehdiyev qeyd edib ki, görünür, ErmənistanAzərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesi kontekstində Paşinyan hökumətinin qarşısında duran ən mürəkkəb məsələlərdən biri Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış separatçı rejimlə Ermənistan arasındakı bütün qarşılıqlı münasibətlər sisteminin əsaslı şəkildə yenidən nəzərdən keçirilməsidir.

Nəzərə almaq lazımdır ki, Ermənistanın sabiq prezidentləri R.Koçaryandan və S.Sarkisyandan fərqli olaraq, N.Paşinyan əslən Dağlıq Qarabağdan deyil və görünür, bu gün onun həm işğal edilmiş ərazilərin geri qaytarılmasına, həm də Dağlıq Qarabağın gələcək statusuna dair qərarların birtərəfli qaydada qəbul edilməsi üçün yetərincə siyasi nüfuzu yoxdur.

R. Mehdiyev məqaləsində qeyd edib ki, bundan əlavə, hətta rusiyalı ekspert Sergey Markov hesab edir ki, N.Paşinyan "sülh prosesində irəliləməyi çox istəyir, lakin şəxsən öz vəziyyətinə görə qorxur. Odur ki, Bakı ilə gələcək kompromisə görə məsuliyyəti öz üzərindən ataraq, bu qeyri-populyar qərarı bir növ Qarabağın erməni əhalisinin özünün üzərinə qoymağa meyillidir”

"Ola bilsin, N.Paşinyan məhz buna görə separatçı rejimin nümayəndələrinin danışıqlar prosesində iştirakı məsələsini daim qaldırır, çünki bu gün Ermənistanda Respublika Partiyası, "Daşnaksütyun Erməni İnqilabi Federasiyası”, "Sasna srer” nümayəndələrinin simasında əsas müxalif qüvvələr, eləcə də qondarma "DQR”in indiki "rəhbərləri” bu fikri dəstəkləyirlər. Özü də erməni tərəfi Dağlıq Qarabağın Azərbaycan icmasının hüquqlarına etinasız yanaşır, icmalararası danışıqlar formatına qarşı qətiyyətlə çıxış edir və hesab edir ki, Arsax əhalisinin və oradan didərgin salınmış azərbaycanlıların siyasi hüquqları bərabər tutula bilməz.

Son görüşlər barəsində müəyyən qədər nikbin olsam da, hər halda bunu vurğulamağa məcburam ki, danışıqlar prosesinin indiki mərhələsi asan olmayacaq.

Ermənistanın rəsmi şəxslərinin bir-birinə zidd bəyanatları, o cümlədən həmin ölkənin müdafiə naziri D.Tonayanın məsuliyyətsiz bəyanatı bunu təsdiq edir. O, martın 29- da Nyu-Yorkda ABŞ-ın erməni icmasının nümayəndələri ilə görüş zamanı bildirib ki, "sülh müqabilində ərazilər” formulunu "yeni müharibə - yeni ərazilər” formulu ilə əvəz edir”.

R. Mehdiyev düşünür ki, bu mürəkkəb dövrdə erməni cəmiyyətinə, sadəcə, növbəti rəhbər deyil, məhz dövlət xadimi lazımdır: "N.Paşinyana gəlincə, "Ermənistanın tarixində "müsbət dəyişikliklərə imza atan milli lider” kimi qalması üçün onun yalnız bir variantı var: Qarabağ münaqişəsini həll etmək”. Paşinyan "erməni cəmiyyətinin siyasi elitanın şıltaqlığından”, "davam edən Qarabağ müharibəsindən”, "iqtisadi problemlərdən, yoxsulluqdan və islahatların keçirilməməsindən yorulduğunu” etiraf etsə, belə lider ola bilər.

Ən başlıcası N.Paşinyan açıq etiraf etməli və erməni cəmiyyətinə izah etməlidir ki, Ermənistanın bugünkü problemlərinin və onun inkişaf perspektivlərinin olmamasının əsasında həllini tapmamış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi durur. Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qeyri-qanuni kriminal rejim də bu münaqişənin birbaşa nəticəsidir.

Bu gün məhz bu rejim və onun başlıca himayədarları R.Koçaryan və S.Sarkisyan münaqişənin nizamlanması yolunda başlıca maneədir.

Ümid edək ki, Ermənistanın yeni rəhbərliyi, nəhayət, bu faktı dərk edəcək və Ermənistanın birinci prezidentinin acı təcrübəsini nəzərə alaraq, çoxdan gözlənilən sülhü əldə etmək istiqamətində əməli addımlar atacaq”.

Məqalənin tam mətnini aşağıdakı linkdən oxuya bilərsiniz:

https://azertag.az/store/files/2019/iyun/RAMIZ%20MEHDIYEV%20MEQALE-%20SON.p
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
“Prezidentin yeni sosial paketi 2 milyondan çox insanı əhatə edəcək”Pensiyaçılara ŞAD XƏBƏR: Bu tarixdən 200 manat olacaqSosial dəyərlərə çevrilən iqtisadi dəyərlər...Azay Quliyev Prezidentə təşəkkür etdiVasif Talıbov Səfərbərlik Xidmətinə rəis təyin etdiRamiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşdüMinimum aylıq əməkhaqqı artırıldı - 250 manatSumqayıt bulvarının ərazisi genişləndirilir - REPORTAJRövşən Rzayev vətəndaşları qəbul edibAzərbaycan BMT-yə hesabat verəcək - Təhsil və səhiyyə ilə bağlıDaha 687 şəhidin vərəsəsinə ödəmə veriləcəkZakir Həsənov: “Mənim əsas vəzifəm ordunu müharibəyə hazır saxlamaqdır”Ermənistan atəşkəsə əməl etmirSumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilibŞəhid olduğundan 9 il ötür ALLAH böyük qardaşımıza rəhmət etsn AMIN“Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir” - Leyla AbdullayevaLeyla Əliyeva BMT səfiri ilə Xəzərlə bağlı müzakirə apardı“Qarabağ” ikinci qrupda yer aldıAğstafada bazarda 7 nəfər güllələndi, onlardan 4-ü öldüBakıda Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasına start verilibƏrdoğan Putin və Trampla bir araya gəlirABŞ dövlət katibi İranı ittiham etdiPrezidentlər Soçidə görüşəcəkYeni Zellandiya 7,2 ballıq zəlzələ ilə silkələndiErmənilər cəbhədə təxribatlara davam edirBu gün 32 mindən çox şagird buraxılış imtahanı verirUkrayna dünya çempionu olduVII Muğam müsabiqəsi yekunlaşdı: QALİBLƏRBU GÜN Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi- Elburus Allahverdiyev anım günüdürMikayıl Cabbarov yenidən federasiya prezidenti seçildiTürkiyədə tayfa davası: 6 ölüBakıdan Şarm-əş-Şeyxə birbaşa uçuşlar olacaqSlovakiyanın ilk qadın prezidenti and içdiBakı Konqres Mərkəzində məzun gecəsi keçirildiZakir Həsənov generalları topladı, müharibə mesajı verdiMədət Quliyev: "Heydər Əliyev Azərbaycanı əsarət altına düşməkdən xilas etdi"Mehriban Əliyeva: “Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir”34 saylı məktəbdə "SON ZƏNG"15 İyun - Milli Qurtuluş Günü laçınlılar tərəfindən təntənəli şəkildə qeyd olunmuşdur.Bu qürurverici müstəqillik üçün Heydər Əliyevə borcluyuqDahi liderimizə sevgi məndə uşaq yaşlarımdan başlamisdi!Novruz Məmmədov Tacikistan prezidenti ilə görüşdüAzərbaycanda Milli Qurtuluş GünüdürVətən naminə qayıdışElsevər Əliyev:”ÜMUMMILLI LIDERIMIZIN TARİXİ FƏALIYYƏTI AZƏRBAYCANIN GƏLƏCƏYINƏ HESABLANMIŞ FƏALIYYƏTDIR”.Minlərlə sahibkarın borcu silinibAğcabədi rayon Poladlı kəndində səyyar qəbul-görüş keçirilmişdir.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli məktəblilərin “Son zəng” tədbirində iştirak etmişdirSaleh Səmədov:”Ümummilli liderimizin TARİXİ fəaliyyəti Azərbaycanın gələcəyinə hesablanmış fəaliyyətdir”.Məmmədyarovla Mnatsakanyan Vaşinqtonda görüşəcək – Tarix AÇIQLANDI