Dovletxeberleri.Az
» » Ağcabədi rayonunda 2019-cu ilin birinci rübündə sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyəti Başçısının hesabat yığıncağı keçirilmişdir.

15-05-2019, 15:42Ağcabədi rayonunda 2019-cu ilin birinci rübündə sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyəti Başçısının hesabat yığıncağı keçirilmişdir.

 Ağcabədi rayonunda 2019-cu ilin birinci rübündə sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyəti Başçısının hesabat yığıncağı keçirilmişdir.
14 may 2019-cu il tarixdə saat 10:00-da Y.Məmmədov adına Mədəniyyət Mərkəzində Ağcabədi rayonunda 2019-cu ilin birinci rübündə sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun hesabat yığıncağı keçirilmişdir.
Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi- təşkilat məsələləri şöbəsinin sektor müdiri Əflatun Rufiyev, Azərbaycan Respublikası Milli Məclisinin üzvləri Tahir Rzayev və Aqil Abbas , rayon İcra Hakimiyyəti Başçısı yanında Şura üzvləri, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, uşaq bağçalarının müdirləri, YAP rayon təşkilatı ərazi ilk təşkilatlarının sədrləri, sahibkarlar və fermerlər iştirak etmişdir
Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov məruzəsində bildirmişdir ki, 2019-cu ilin birinci rübündə Ağcabədi şəhərinin Heydər Əliyev, Üzeyir Hacıbəyli prospektlərində, Nəriman Nərimanov küçəsində abadlıq işləri aparılmış, hazırda işlər davam etdirilir. Ağcabədi şəhər 2 saylı 100 yerlik Körpələr evi-uşaq bağçasının, şəhərin Səməd Vurğun küçəsində Avtovağzal kompleksinin, Ağcabədi şəhəri Üzeyir Hacıbəyli prospektində “ASAN” xidmət mərkəzinin, ”Azərbaycan Respublikası regionlarının 2019-2023 cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” nda nəzərdə tutulmuş təhsil müəssisələrinin təmiri və tikintisi sahəsində 432 şagird yerlik Salmanbəyli kənd və 264 şagird yerlik Qaradolaq kənd tam orta məktəblərini üçün yeni binanın , Hüsülü kənd ərazisində Dənli Bitki toxumlarının emalı zavodunun, Azərbaycan Aftomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi uzunluğu 18 km olan Boyat-Biləyən-Hacılar- Qaraxanlı kəndlərarası avtomobil yolunun tikintisi aparılır.
Ağcabədi rayonunun 2019-cu ilin birinci rübündə büdcə gəlirləri 2.140.700 (iki milyon yüz qırx min yeddi yüz) manat təyinata qarşı 2.432.300 (iki milyon dörd yüz otuz iki min üç yüz ) manat və ya 113,6 faiz icra edilərək, nəzərdə tutulan təyinatdan 291.500 (iki yüz doxsan bir min beş yüz) manat vəsait artıq daxil olmuşdur ki, ötən ilin eyni dövrü ilə müqayisədə gəlirlərin icrası 26,7 faiz və ya 513.600 (beş yüz on üç min altı yüz) manat vəsait çox daxil olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən qeyri-neft sektorunda sənayenin, kənd təsərrüfatının və digər sahələrin inkişafını təmin edəcək dövlət proqramları vahid bir sənətdə, milli iqtisadiyyat və iqtisadıyatın əsas sektorları üzrə “Strateji Yol Xəritə”lərində birləşdirilərək, 2016-cı ilin dekabr ayında Cənab Prezidentin müvafiq Fərmanı ilə təstiq edilmişdir.
“Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası nəticəsində Ağcabədi rayonunda pambıq istehsalı uç dəfəyədək yəni, 8852 tondan 23.304 tonadək artmış, ümumilikdə son üç il ərzində pambıqçılığa dövlət tərəfindən 5.250.976 ( beş miliyon iki yüz əlli min doqquz yüz yetmiş altı) manat subsidiya verilmişdir.
2019-cu ilin məhsulu üçün rayon üzrə 1677 nəfər pambıq istehsalçısı tərəfindən 10.452 (on min dörd yüz əlli iki) hektar sahəyə çiyid səpilmişdir.
2018-ci ilin payızında 2019-cu ilin məhsulu üçün rayonda 22.413 (iyirmi iki min dörd yüz on üç ) ha sahədə buğda, 5637 (beş min altı yüz otuz yeddi) ha sahədə arpa olmaqla cəmi 28.050 (iyirmi səkkiz min əlli) ha sahədə taxıl əkilmişdir.
2019-cu ilin məhsulu üçün rayon üzrə 168 nəfər mülkiyyətçi tərəfindən 848 ha sahədə şəkər çuğunduru əkilmişdir.Hazırda becərmə işləri aparılır.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə bu ilin əvvəlində Cənab Prezident tərəfindən verilmiş Sərəncamlar nəticəsində minimum əmək haqqı və minimum pensiyalar 40 faiz, sosial müavinətlər isə 2 dəfə artırılmışdır.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən “Ən yaxşı təqdimat” adlı inşa müsabiqəsi keçirilmiş, Təzəkənd kənd tam orta məktəbin XI sinif şagirdi Əsgərov Kərim Habil oğlu həmin müsabiqənin qalibi olaraq respublika mərhələsinə vəsiqə qazanmışdır.
2010-cu ilin aprel ayından başlayaraq rayon sakinləri tərəfindən könüllü olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürülməsinə başlanmış, 2019-cu ilin yanvar ayından may ayının 1-dək 146.963,82 manat, 01 aprel 2010-cu il tarixdən 01 may 2019-cu ilədək cəmi 2.747.214,91 manat vəsait köçürülmüşdür.
Məruzəsində bütün məsələlərə ətraflı toxunan rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov yekunda bildirmişdir ki, Ağcabədi Rayon İcra Hakimiyyəti Ümummilli Liderimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı,Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış fərman və sərəncamları, aprel ayının 30-da Nazirlər Kabinetinin 2019-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqindən irəli gələn vəzifələri əldə rəhbər tutaraq rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsini, sahibkarlığın inkişafını, əhalinin içməli su, elektirik enerjisi və təbii qazla təminatının yaxşılaşdırılmasını, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını təmin etməklə, qarşıya qoyulmuş vəzifələri yerinə yetirməyə çalışacaqdır.
Çıxışlarda əhalinin təbii qaz, elektrik enerjisi, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, təhsil, mədəniyyət, səhiyyə sahələrindəki vəziyyətdən də ətraflı bəhs edilib, mövcud problemlərə toxunulub, onların aradan qaldırılması yollarından və görüləcək işlərdən danışılmışdır.
Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev yığıncaqda çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişafdan, qazanılan uğurlardan, habelə qarşıda duran vəzifələrdən söz açmışdır.
 Ağcabədi rayonunda 2019-cu ilin birinci rübündə sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyəti Başçısının hesabat yığıncağı keçirilmişdir.
 Ağcabədi rayonunda 2019-cu ilin birinci rübündə sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyəti Başçısının hesabat yığıncağı keçirilmişdir.
 Ağcabədi rayonunda 2019-cu ilin birinci rübündə sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyəti Başçısının hesabat yığıncağı keçirilmişdir.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Baş nazirin müavini: “Yataqxanalarda təhlükəsizliyi təmin etmək üçün yoxlamalar aparılır”NATO yeni hərbi strategiya qəbul edir – Rusiyaya görəTürk hərbçisi həlak OLDU"O adamlar pensiya ala bilməyəcək" - İqtisadçıdan pensiya açıqlamasıMəcburi sosial sığorta ilə bağlı yeni uçot qaydaları hazırlanırNazir sələfinin daha bir kadrını vəzifədən azad etdi - Yeni təyinatAŞPA-nın iclasında Ermənistan ciddi tənqid olunduLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Şəki rayonunda keçirilmişdirİlham Əliyev Çinin Xarici İşlər nazirini qəbul edib - YENİLƏNİBYevlaxda tələbələrin olduğu mikroavtobus qəzaya düşdü - ölənlər varTürkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladıƏziz və dəyərli xalqım hər birinizə səslənib Fuad Abbasov üçün sizdən yardım istəyirəmLeyla Əliyeva dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisindəPrezident və birinci xanım “Sovetski”də vətəndaşların problemləri ilə tanış olublarDovletxeberleri.az. Ağ göl Milli Parkı haqqında yazılanlar şər və iftiradırFənn olimpiadalarının qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlarMəktəb direktorlarına tapşırıq verildiƏsir və girovluqdan azad edilən, Qarabağda itkin düşən azərbaycanlılar...Azərbaycan və Ermənistan sərhədində monitorinq keçiriləcəkErmənilər cəbhədə təxribat törətdiAgentlik direktoru üzvlükdən çıxarıldı - Nazirlər Kabinetindən QƏRARAzərbaycanda zəlzələ olduBirinci vitse-prezident Kürdəxanıya getdi, göstəriş verdiRusiyanın Bakıdakı səfiri: “Azərbaycanda yaşamaq və işləmək olduqca rahat və maraqlıdır”Prezident Sabunçu dəmir yolu vağzalının açılışında iştirak edibİlham Əliyev Aleksandr Sergeyevi qəbul etdiPrezident Sabunçu dəmir yolu vağzalının açılışında iştirak edibManat və dolların məzənnəsi dəyişmədiXarici ticarətə dair aktların qüvvəyə minmə müddəti dəyişdiAzərbaycanda polis əməkdaşı faciəli şəkildə öldü“Dünyanın da Azərbaycana ehtiyacı var” – Deputat Kamilə ƏliyevaGeneral “Qırmızı Körpü” gömrük postunun rəisini işdən çıxardı - RƏSMİMehriban Əliyeva Azərbaycan xalqına xoş arzularını çatdırıbSumqayıtda Laçın rayonunun işğalının 27-ci ildönümü ilə bağlı tədbir keçirilibOrdumuzun genişmiqyaslı təlimləri başlayıb - 10 min əsgər, 150 tank...Zaur Darğallı Marneulinin yeni meri seçilib“Tiflisdə seçkilər ikinci tura qalacaq” – Baş nazir“Qalatasaray”dan növbəti çempionluqAzərbaycanlı qazilər Ərdoğanla görüşdüElektron sənədlərin qeydə alınması proseduru dəyişibMaaş, pensiya və müavinətlər artırılacaq“Səsləndirilən sayğısız ifadələr qəbuledilməzdir” - Deputat27 ildir işğalda qalan Laçın...Ukrayna Müdafiə Şurasının katibi istefa VERDİNaxçıvan Ali Məclisində yeni təyinat oldu“Qızıl Kəlmə”nin qalibləri mükafatlandırıldıLaçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 27-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdirBu gün Laçın rayon Hacıxanlı kənd tam orta məktəbində rayonun işgal olunmasının 27 ci ildönümünə həsr olunmuş tədbir keçirildiDeputat: Bu, Prezidentin gəncəlilərə diqqət və qayğısının növbəti təzahürüdür