Dovletxeberleri.Az
» » Ramil Usubov ABŞ səfiri ilə görüşdü - Nələr müzakirə edildi? + FOTO

26-04-2019, 08:10Ramil Usubov ABŞ səfiri ilə görüşdü - Nələr müzakirə edildi? + FOTO

Ramil Usubov ABŞ səfiri ilə görüşdü - Nələr müzakirə edildi? + FOTO

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov aprelin 25-də ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqeri qəbul edib.
Dovletxeberleri.az DİN-ə istinadən xəbər verir ki, müstəqilliyin əldə edilməsindən sonra ölkəmizin ABŞ ilə münasibətlərin inkişaflna böyük əhəmiyyət verdiyini diqqətə çatdıran Ramil Usubov qarşılıqlı hörmət və etimada əsaslanan, hər iki dövlətin milli maraqlarına cavab verən əlaqələrin bu gün də bütün sahələrdə yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb.
​Daxili işlər orqanlarında həyata keçirilən genişmiqyaslı hüquqi-demokratik islahatlar barədə diplomata məlumat verən nazir əməliyyat-xidməti fəaliyyətin beynəlxalq norma və standartlara uyğun təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının önə çəkildiyi yeni normativ hüquqi bazanın yaradılması istiqamətində görülən işlər barədə danışıb, cinayətlərin qarşısının alınmasında ən müasir informasiya texnologiyalarının imkanlarından da geniş istifadə olunduğunu diqqətə çatdırıb.
O da qeyd olunub ki, Azərbaycanda kriminogen durmun nəzarət altına alınması, ölkə vətəndaşlarının, əcnəbilərin, o cümlədən xarici investorların təhlükəsizliyinin təmin olunması və onlar üçün əlverişli şəraitin yaradılması məqsədilə önəmli addımlar atılıb.
Ölkələrimiz arasında münasibətlərin mühüm istiqamətlərindən biri kimi qlobal təhlükəsizlik və terrorçuluqla mübarizə məsələsinə toxunan nazir xüsusilə 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra ABŞ-la strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndiyini nəzərə çatdırıb, antiterror koalisiyasında yer alan dövlətimizin bu təhlükəli bəlaya qarşı birgə mübarizəyə öz töhfəsini verdiyini qeyd edib.
Bildirilib ki, transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli növlərindən olan insan alverinə qarşı mübarizənin kompleks və sistemli şəkildə aparılması üçün ölkəmizdə 2004-cü ildən başlayaraq 3 Milli Fəaliyyət Planı icra olunub, geniş qanunvericilik bazası formalaşdırılıb. Bunun davamı kimi, cari ildə yeni Milli Fəaliyyət Planının layihəsi hazırlanaraq hökumətə təqdim edilib.
Səfir Örl Litzenberqer səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirərək Azərbaycanda olduğu qısa müddət ərzində istər ölkə vətəndaşları, istərsə də əcnəbilər üçün yaradılmış təhlükəsiz şəraitdən, əmin-amanlıqdan məmnunluğunu ifadə edib.
O, cinayətkarlıqla mübarizənin bir sıra istiqamətləri, o cümlədən terrorçuluğa, insan alverinə qarşı mübarizə sahəsində Azərbaycanda həyata keçirilən tədbirlərin Birləşmiş Ştatlar tərəfindən müsbət qiymətləndirildiyini, diplomatik fəaliyyəti dövründə dövlətlərimiz, həmçinin ABŞ səfirliyi ilə Daxili İşlər Nazirliyi arasında əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Səmimilik və işgüzarlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Əli Əhmədov: Milli Ordu dövlətin güc, millətin qürur mənbəyidirSumqayıt: bu günün və sabahın şəhəriJurnalist Fuad Abbasov Azərbaycana göndərildi - Səfirlik açıqlama yaydıPrezident Ramil Usubovu qəbul etdiAŞPA-nın komitə iclasında azərbaycanlı deputatın məruzəsi qəbul olunubYAP-ın aidiyyatı ərazi ilk partiya təşkilatı yaradıldı“Qaçqınkom”da muğam müsabiqəsinin qalibləri ilə görüş olub“Azərişıq”da yeni departament yaradıldıNazir: “Şikayətlərin 25-i düz çıxdı” - Sahil Babayev vətəndaşlara paylanan arıq inəklərdən DANIŞDIZakir Həsənov: Azərbaycan Ordusu dünyada güclü ordular arasında layiqli yerlərdən birini tuturƏkrəm İmamoğlu: “Azərbaycana səfər etmək planımız var” - EKSKLÜZİVİqtisadiyyat naziri Şahin Mustafayev Ağcabədidə Laçın və Ağcabədi rayonlarından olan vətəndaşları qəbul edib.Deputatdan QHT sədrlərinə sərt mesaj: "Nə şantajla, nə təhdidlə bizdən heç nə qopara bilməzsiniz"Leyla Əliyeva Moskvada Azərbaycan Mədəniyyəti Gününə qatılıb“Cəbhədəki təxribatlar münaqişənin həlli üzrə danışıqlara xələl gətirir” – Elmar MəmmədyarovŞirməmməd Hüseynovla vida mərasimi Təzəpir məscidində keçiriləcəkMehriban Əliyeva: “Əsas hədəf dövlət xidmətlərini insanlar üçün əlçatan, rahat, asan etməkdir”Elmar Qasımov ipponla qazandı - 4-cü medalDilqəmlə Şahbazın işində yeni XƏBƏRSumqayıtda tibb müəssisəsinin açılışı olduİstanbul meri uğrunda səslərin 100%- i hesablandıVilayət Eyvazov müşavirə keçirdiMehriban Əliyeva BMT Baş katibinin müavini ilə görüşdüMehriban Əliyeva BMT-nin Dövlət Xidmətləri Forumunun açılışındaGənc, məşhur kardioloq Nurlana Əliyeva: "Bəlkə də qibtə olunacaq biriyəm"Tahir Rzayev: Azərbaycanın dinamik inkişafı regionların timsalında da özünü aydın şəkildə göstərirƏrdoğan İmamoğlunu təbrik etdi - FOTOMüəllimlərin işə qəbulu üzrə müsabiqə başlayırİstanbulda bələdiyyə seçkilərində səsvermə başlayıbBMT Baş katibinin müavini Azərbaycana səfərə gəlibDövlət qulluqçularının peşə bayramıdırHeydər Əliyev Mərkəzinin parkında yoqa sessiyasıBu gün İstanbul Bələdiyyə başqanını seçirAzərbaycan idmançısı erməni rəqibini məğlub edib medal qazandıSahil Babayev: Ölkəmizdə həyata keçirilən pensiya islahatı sosialyönümlü siyasətin nəticəsidir 22 İyun 2019 13:52Millət vəkili Qaradağ rayonunda seçicilərlə görüşüb - FOTOLARLeyla Əliyeva İkinci Avropa Oyunlarına qatılan azərbaycanlı idmançılarlaPrezident dövlət qulluqçularını təltif edib - SİYAHIAgyol.Az izləyicilərini AZ TV-də "Planet"in növbəti verlişini izləməyə dəvət edir ANONS"Heç bir tələbəni müəllimin, heç bir müəllimi tələbənin ayağına verməyəcəyəm" - Kamal AbdullaAzər Badamov: Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar davamlı xarakter daşıyırTbilisidə Bülbülün xatirəsi anılıbƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində andiçmə mərasimiSəhiyyə işçilərinin də əməkhaqqı artırılacaq - Komitə sədriIII Avropa Oyunlarının keçiriləcəyi ölkənin adı bəllli olduAtəşkəs 20 dəfə pozulub – Pulemyotlar işə düşdüYAP-ın Mərkəzi Qərargahında partiyanın Nərimanov və Nizami rayon təşkilatlarının ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilibGömrük Komitəsi sədrinə yeni müavini təyin edildiLeyla Əliyeva II Avropa Oyunlarının açılışındaMəktəb direktorları və müavinlərinin maaşı artacaq - RƏSMİ