Dovletxeberleri.Az
» » Yevlax Məşğulluq Mərkəzində özbaşınalıq höküm sürür?

17-04-2019, 20:43Yevlax Məşğulluq Mərkəzində özbaşınalıq höküm sürür?

Yevlax Məşğulluq Mərkəzində özbaşınalıq höküm sürür?
Yevlax rayon Məşğulluq Mərkəzinin müdiri Məmmədov Vaqifin özbaşına əməlləri davam edir.

Dövlətimiz tərəfindən vətəndaşların işlə təmin edilməsi, işsizliyin azalması üçün mütəmadi olaraq müxtəlif layihə və planlar həyata keçirilsə də, etiraf edək ki, bu gün həm paytaxt Bakıda, həm də bölgələrimizdə kifayət qədər işsizlikdən əziyyət çəkən vətəndaşlar var. Təkrarçılıq kimi olmasın amma, bilməyənlər üçün qeyd edək ki, hər rayonun özünün Məşğulluq Mərkəzi var. Məşğulluq Mərkəzləri isə Dövlət Baş Məşğulluq Mərkəzinə tabedirlər.

Qeyd edək ki, Məşğulluq Mərkəzlərinə ayrılan vəsaitlərin, daha sonra vətəndaşların niyə iş yerləri ilə təmin edilməməsi hər zaman müzakirə edilən məsələlərdən olub. Bu gün Yevlaxda çox az sayda insan taparıq desin ki, mən, Məşğulluq Mərkəzi vasitəsilə işlə təmin edilmişəm. Bildiyimiz kimi, hər bir işsiz vətəndaş yaşadığı və qeydiyyatda olduğu rayon üzrə Məşğulluq Mərkəzinə müraciət edə bilər. İşsiz vətəndaş işi və qazancı olmayan, işə başlamağa hazır olub Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi və onun yerli orqanlarında iş axtaran kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. İşsiz statusu almış vətəndaşlar işsizliyin başlanmasından (şəhər (rayon) məşğulluq mərkəzlərində iş axtaran kimi qeydiyyata alındığı gündən) əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən çox müddətdə haqqı ödənilən işə malik olduqda onların işsizlik müavinəti axırıncı iş yerindəki son 12 ay ərzində hesablanmış orta aylıq əməkhaqqının 70 faizi məbləğində müəyyən edilir. Lakin bu gün, məşğulluq mərkəzləri heç də öz işləri ilə məşğul olmur. Yəni icra etməli olduqları işin tam əksini edirlər.

Bu günlərdə saytımıza daxil olan şikayət bizim bu mövzuya toxunmağımıza səbəb oldu.

Belə ki, daxil olan şikayət Yevlax rayon Dövlət Məşğulluq Mərkəzindəndir. Şikayətçi iddia edir ki, mərkəzə dəfələrlə gedib-gəlməsinə baxmayaraq, onu heç bir işlə təmin etmirlər. Artıq illərdir ki, işsiz olduğunu vurğulayan şikayətçi iddia edir ki, mərkəzdə baş verən qanunsuzluqlar birbaşa Vaqif Məmmədovun adı ilə bağlıdır. Şikayətçinin dediyinə görə, mərkəzə yeni müraciət etdikdə, onun adını, soyadını və telefon nömrəsini adi bir dəftərə yazıb, əmin ediblər ki, biz sizi işlə təmin edəcəyik. İş olan kimi sizi məlumatlandıracağıq. Bir neçə aydan sonra yenidən mərkəzə üz tutan şikayətçi bildirir ki, ikinci dəfə getdikdə isə mərkəzdə çalışan işçilərdən biri bildirib ki, sizin bura gəlməyinizə ehtiyac yoxdur. İş olan kimi biz sizlə əlaqə saxlayıb çağıracağıq. Eyni hal bir neçə dəfə təkrarlansa da, şikayətçiyə heç bir iş təklif edilməyib. Həmçinin işsiz kimi qeydiyyatda olduğu halda, ona heç müavinət də ayrılmayıb. Belə olan halda etirazını bildirdikdə isə, mərkəzin əməkdaşları şikayətçiyə bildirib ki, xoşun gəlmirsə, mərkəzə gəlmə və hardan iş tapırsan get tap. Həmçinin daxil olan məlumatlarda qeyd olunur ki, istər işsiz kimi qeydiyyata düşmək, istərsə də, iş tapmaq üçün mərkəzə üz tutduqlarında kor-peşman geri qayıtmalı olurlar. Bir sözlə vətəndaşları o qədər get-gələ salırlar ki, mərkəzə müraciət edənlər bezib bir daha gəlmirlər. Sakinlər iddia edirlər ki, aylardır bu mərkəzə müraciət etmələrinə baxmayaraq, onlara hesablanmış əmək haqqının heç bir qəpiyini də ödəmirlər. Mərkəzdə qanunsuzluq, özbaşınalıq sanki günbəgün artır. Vətəndaşlara iş təkliflərinin və onlara hesablanan əmək haqlarının verilməsi isə yox dərəcəsindədir. Bəzi qurumlar kimi, Yevlax rayon Məşğulluq Mərkəzi də icra etməli olduğu işi unudub və vətəndaşlara dövlət tərəfindən Qanunla təsdiqlənmiş müavinətləri vermirlər.

Redaksiya olaraq Yevlax rayon Məşğulluq Mərkəzinin müdiri Vaqif müəllimlə əlaqə saxlamağa çalışsaqda cəhdlərimiz alınmadı.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq…

Sənan Şəmkirli

İstixeber.info Yevlax 2019-cu il
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Ermənilər cəbhədə təxribatlara davam edirABŞ çətin durumda qalacaq“Fitoterapevtlər mətbuatın dostudur” adlı BİRGƏ TƏDBİR KEÇİRİLİB+FOTOLARDövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbirGoranboyun qaz təchizatı yaxşılaşdırılırQəbul imtahanlarında nəticələri ləğv edilən abituriyentlərin sayı açıqlanıbRövşən Rzayev vətəndaşları qəbul edibİyulun 21-Də “Evereat” Klubunda, Milli Mətbuatın Yaranmasının 144- Cü Ildönümü Münasibətilə “ZÜMRÜD PRADUCSİON” Təşkilatçılığı Altında “İRS” MÜKAFATI Adlı Tədbir KeçirildiCeyhun Bayramov Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşdüMilli Məclisdəki partiyalar yenidən parlamentə düşməyə HAZIRLAŞIRƏflatun Amaşov: ““Reket jurnalistika”ya qarşı pozitiv meyllər müəyyən mənada sıradan çıxdı” - MÜSAHİBƏ“Ordumuz yeni bir aprel döyüşünə başlayacaq!” - Müharibə arzulu Ağdam oğlanlarıBu şəxslər icbari narkoloji müayinədən KEÇİRİLƏCƏKAzərbaycan nefti bahalaşdı26 il işğalda qalan Ağdam...87 dövlət əmlakı hərraca çıxarıldıLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Xətai rayonunda keçirilmişdirXOŞBƏXT CÜTLÜKAzərbaycan “Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsi”nə qoşulurTanınmış jurnalistin oğlu Azərbaycanda ən çox bal topladıErmənistanın müdafiə naziri “hərbi sürprizlər” vəd edirİlham Əliyev Çin nümayəndə heyətini qəbul etdi - YENİLƏNİBAzərbaycan xalqı xoşbətdir ki, ona Heydər Əliyev kimi dahi şəxsiyyət rəhbərlik edibƏli Əhmədov: “Azərbaycan reallıqlarının üzərinə kölgə salmağa çalışırlar”Ağcabədi rayonu Səhiyyə işçiləri hər zaman olduğu kimi əhaliyə yüksək səviyyədə xidmət edir.144 yaşlı Azərbaycan mətbuatıTibb təhsili üzrə nə qədər pulsuz yer var? - Ekspertdən şərhAzərbaycana gələn hər bir idmançı günə 90 avro ödəyir - Azad RəhimovQARABAĞ ŞƏHİDLƏRİNİN XATİRƏSİ"NƏ SEMİNAR KEÇİRİLDİQARABAĞ ŞƏHİDLƏRİNİN XATİRƏSİ"NƏ SEMİNAR KEÇİRİLDİNazir əmr verdi: Polis gücləndirilmiş iş rejiminə keçdiErmənilər pulemyot və snayper tüfəngləri ilə ATƏŞKƏSİ POZDUMerkelin gəlirləri açıqlandıTələbə köçürülməsi üçün qeydiyyat başa çatdıAvropa Gənclər Yay Olimpiya Festivalına güləşçilərimiz qələbə ilə başladılar - FOTOErməni əsgərin postda meyiti tapılıbMoskvada 12 min insan etiraza qalxdıNazir 261 nəfəri xidmətə qəbul etdiTürkiyə diplomatlarını öldürənlər ələ keçirildiDirektor olmaq üçün 2 273 namizəd ərizəsini təsdiqlədiVilayət Eyvazov sıra baxışı keçirdiZakir Həsənov düşmənə zərbə endirməyi tapşırdıİlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul etdi - YENİLƏNİBAğdam Olimpiya İdman Kompleksində "Qarabağ şəhidlərinin xatirəsi "nə həsr olunmuş yarış keçiriləcəkPrezident onları mükafatlandırdı – 10 mindən 50 minə qədər...Nazirlər Kabineti vergilərlə bağlı qaydaları təsdiq ETDİİkiyə bölünmüş ada, soydaşlarımızın yaşadığı torpaq, tanınmayan qurum - Heydər Əliyevin tərcüməçisi YAZIR“İşğal altında olan Dağlıq Qarabağ dünyanın heç bir suveren dövləti tərəfindən tanınmır” - XİNElçin Əlibəyli etik prinsipləri pozub - Mətbuat ŞurasıAlı Mustafayevin oğlunun toyudur