Dovletxeberleri.Az
» » “Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalının məşəli yandırılıb

13-04-2019, 07:44“Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalının məşəli yandırılıb

“Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalının məşəli yandırılıb

Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalınının (EYOF) məşəlinin yandırılma və Azərbaycana ötürülmə, eyni zamanda, oyunların simvolu olan Zeytun ağacının Azərbaycana təqdim edilmə mərasimləri təşkil olunub.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın "Report"a verdiyi məlumata görə, tədbir İtaliyanın paytaxtı Romada bizim eranın IX əsrində Dostluq və Qardaşlıq simvolu olaraq İmperator Avqusto tərəfindən tikilmiş Ara Pasis muzeyində baş tutub.

Mərasimdə Azərbaycanı Milli Olimpiya Komitəsinin (MOK) vitse prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, MOK baş katibinin müavini Azər Əliyev və Avropa Olimpiya Gənclər Festivalına məsul digər rəsmilər təmsil edib. Proqrama əsasən, ilk olaraq media nümayəndələri üçün Rəhimov, Çingiz Hüseynzadə, Avropa Olimpiya Komitələrinin (EOC) prezidenti Yanes Kotsiyançiç, EOC Koordinasiya Komissiyasının sədri Corce Vizaski, İtaliya Olimpiya Komitəsinin prezidenti Covanni Malaqonun iştirakı ilə mətbuat konfransı keçirilib.

Müxtəlif media qurumlarının qatıldığı tədbirdə Bakıda iyulda gerçəkləşəcək XV EYOF-a hazırlıq prosesi, görülmüş işlər və nəzərdə tutulan planlarla bağlı suallar verilib.

Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, Azərbaycan bundan öncə bir sıra mötəbər tədbirlərə ev sahibliyi etmiş və kifayət qədər yüksək təcrübəyə malik ölkədir. Bildirilib ki, XV EYOF aprelin 21-də Bakıda start götürəcək və bir həftə davam edəcək oyunlar üçün yeni idman arenaları tikilməyəcək. İdmançılar 12 idman qurğusunda 10 idman növündə mübarizə aparacaqlar. Bundan öncə bir sıra mötəbər tədbirlərə ev sahibliyi etmiş Crystal Hall bu il açılış mərasinin keçiriləcəyi məkan olacaq. Eyni zamanda, media nümayəndələrinə EYOF-un loqosu, daşıdığı məna, bununla yanaşı, maskotlar: cırtdan və Qafqaz bəbiri haqda da məlumat verilib. Artıq könüllülərin seçiminin bitdiyi, onlar üçün təlimlərin başlanıldığı, 3600 könüllünün yarışlara cəlb olunduğu və oyunlara hazırlıqla bağlı digər məqamlar diqqətə çatdırılıb.

Kotsiyançiç Azərbaycanın bu oyunlara çox yüksək səviyyədə hazırlaşdığını və EYOF-un möhtəşəm şəkildə gerçəkləşəcəyinə əminliyini bildirib.

Daha sonra tədbirin rəsmi açılış mərasiminə start verilib. Çıxış edən Rəhimov məhz bu gündən yarşlara 100 gün qaldığı müddətdə tədbirin qədim Romanın dostluq və sülh rəmzlərini özündə daşıyan tarixi Ara Pasis muzeyində gerçəkləşməsinin xüsusi məna daşıdığını diqqətə çatdırıb. Nazir 2018-ci ilin mayında Prezident İlham Əliyevin imzaladığı Sərəncam əsasında "Bakı 2019” Təşkilat Komitəsinin yaradıldığını tədbir iştirakçılarına bildirib.

"Azərbaycan bütün dünyada sönməz odu, Yanar dağı ilə məşhurdur. Əbəs yerə ölkəmizi "Odlar diyarı” adlandırmırlar. Bu gün oyunların məşəlinin məhz bizə - Azərbaycana ötürülməsi idman alovunun daha da gur yanması, gənclərin ürəyində idmana olan sevgi məşəlinin daha da artması deməkdir. Bu gecə oyunların məşəli qədim Romadan, tarixi Bakıya, Odlar diyarına gedəcək. Eyni zamanda, Qədim Zeytun Ağacı da, Bakıya aparılacaq. Bu ağac sülhün, dostluğun rəmzi olmaqla, EYOF-un dərin köklərini nümayiş etdirmiş olur" deyə o vurğulayıb.

Çıxışının davamında nazir Bakının festivala hazırlıqları barədə məlumat verib, əvvəlki illərdə ölkədə keçirilmiş mötəbər idman tədbirləri haqda da söz açıb.

Proqramın davamı olaraq, sülhün rəmzi olan Zeytun ağacını EOC rəsmiləri Azərbaycan nümayəndə heyətinə təqdim edilib.

Bununla yanaşı, təqdimat mərasimində Fərid Mansurov, cüdoçu Kəramət Hüseynov və voleybolçu Raziyə Əliyeva iştirak ediblər.

Daha çox, nəsillərin məşəli bir-birinə ötürməsi kimi xarakterizə olunan mərasimdə Mansurov məşəli Kotsiyançiçə, o isə gənc Əliyevaya təqdim etib.

Qeyd edək ki, Romaya səfəri çərçivəsində Rəhimov Mədəniyyət üzrə Pontifik Şurasının sədri Kardinal Canfranko Ravasi ilə görüşüb. Görüş çərçivəsində Vatikan tərəfindən tezliklə yaradılacaq İdman Assosiasiyası "Atletiko Vatican” ilə əməkdaşlığın qurulması, Pontifikin Mədəniyyət Şurasının Gənclər Təşkilatı, Pontifikin Mədəniyyət Şurasının nəzdində fəaliyyət göstərən Ərəb və İslam Sivilizasiyası tətqiqi İnstitutu ilə Azərbaycanın müvafiq elm və təhsil sahəsində əməkdaşlığının təşkili, hər iki ölkənin gənc arxeoloqlarının təcrübə mübadiləsi proqramlarının qurulması məsələləri müzakirə olunub.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncədə iftar süfrəsi açıldı24 may Respublika TV'nin rəhbəri Ramilə Sultanın və icraçı ditektoru təşkilatçılığı ilə və sponsorların dəstəyi ilə "Niaqara" restoranında iftar süfrəsi təşkil olundu.Baş nazirin müavini: “Yataqxanalarda təhlükəsizliyi təmin etmək üçün yoxlamalar aparılır”NATO yeni hərbi strategiya qəbul edir – Rusiyaya görəTürk hərbçisi həlak OLDU"O adamlar pensiya ala bilməyəcək" - İqtisadçıdan pensiya açıqlamasıMəcburi sosial sığorta ilə bağlı yeni uçot qaydaları hazırlanırNazir sələfinin daha bir kadrını vəzifədən azad etdi - Yeni təyinatAŞPA-nın iclasında Ermənistan ciddi tənqid olunduLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Şəki rayonunda keçirilmişdirİlham Əliyev Çinin Xarici İşlər nazirini qəbul edib - YENİLƏNİBYevlaxda tələbələrin olduğu mikroavtobus qəzaya düşdü - ölənlər varTürkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladıƏziz və dəyərli xalqım hər birinizə səslənib Fuad Abbasov üçün sizdən yardım istəyirəmLeyla Əliyeva dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisindəPrezident və birinci xanım “Sovetski”də vətəndaşların problemləri ilə tanış olublarDovletxeberleri.az. Ağ göl Milli Parkı haqqında yazılanlar şər və iftiradırFənn olimpiadalarının qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlarMəktəb direktorlarına tapşırıq verildiƏsir və girovluqdan azad edilən, Qarabağda itkin düşən azərbaycanlılar...Azərbaycan və Ermənistan sərhədində monitorinq keçiriləcəkErmənilər cəbhədə təxribat törətdiAgentlik direktoru üzvlükdən çıxarıldı - Nazirlər Kabinetindən QƏRARAzərbaycanda zəlzələ olduBirinci vitse-prezident Kürdəxanıya getdi, göstəriş verdiRusiyanın Bakıdakı səfiri: “Azərbaycanda yaşamaq və işləmək olduqca rahat və maraqlıdır”Prezident Sabunçu dəmir yolu vağzalının açılışında iştirak edibİlham Əliyev Aleksandr Sergeyevi qəbul etdiPrezident Sabunçu dəmir yolu vağzalının açılışında iştirak edibManat və dolların məzənnəsi dəyişmədiXarici ticarətə dair aktların qüvvəyə minmə müddəti dəyişdiAzərbaycanda polis əməkdaşı faciəli şəkildə öldü“Dünyanın da Azərbaycana ehtiyacı var” – Deputat Kamilə ƏliyevaGeneral “Qırmızı Körpü” gömrük postunun rəisini işdən çıxardı - RƏSMİMehriban Əliyeva Azərbaycan xalqına xoş arzularını çatdırıbSumqayıtda Laçın rayonunun işğalının 27-ci ildönümü ilə bağlı tədbir keçirilibOrdumuzun genişmiqyaslı təlimləri başlayıb - 10 min əsgər, 150 tank...Zaur Darğallı Marneulinin yeni meri seçilib“Tiflisdə seçkilər ikinci tura qalacaq” – Baş nazir“Qalatasaray”dan növbəti çempionluqAzərbaycanlı qazilər Ərdoğanla görüşdüElektron sənədlərin qeydə alınması proseduru dəyişibMaaş, pensiya və müavinətlər artırılacaq“Səsləndirilən sayğısız ifadələr qəbuledilməzdir” - Deputat27 ildir işğalda qalan Laçın...Ukrayna Müdafiə Şurasının katibi istefa VERDİNaxçıvan Ali Məclisində yeni təyinat oldu“Qızıl Kəlmə”nin qalibləri mükafatlandırıldıLaçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 27-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir