Dovletxeberleri.Az
» » "İcra başçıları artıq məktubların ünvanına yetişməyəcəyinə arxayın olmasın"

10-03-2019, 09:22"İcra başçıları artıq məktubların ünvanına yetişməyəcəyinə arxayın olmasın"

 "İcra başçıları artıq məktubların ünvanına yetişməyəcəyinə arxayın olmasın"

Osman GÜNDÜZ

***

Martın 7-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı görülən işlərlə tanışlıq məqsədilə Şamaxıda və Ağsuda səfərdə olublar.

Bu səfərləri əvvəlkilərdən kəskin fərqləndirən iki mühüm məqam diqqətimi cəlb etdi.

Bu görüşdə adi, qabaqcadan müəyyən olunmayan vətəndaşların dövlət başçısı ilə birbaşa təmasına, hətta ŞİKAYƏT MƏKTUBLARI təqdim edilməsinə maneçilik yaradılmayıb.

Sirr deyil ki, əvvəlki görüşlərdə bu tip imkanlar təsadüfi ola bilərdi.

Hər şey protokola uyğun olaraq, XDMX –nin və polisin ciddi nəzarəti ilə aparılırdı. Rayonlarda söhbət etdiyim insanlar görüşlər zamanı hətta uzaqdan baxmaq üçün ciddi problem yaradıldığını bildirirdilər.
İndi isə tam fərqli bir situasiyadır.

Həm də bu cür məktub təqdim edilməsindən sonra Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi ("orq.otdel") Zeynal Nağdəliyev bütün şikayətlərin dərhal nəzarətə götürüldüyünü də açıqlayıb. Bu, əslində məmurlar üçün olan mesajdır.



Sovet dövründə "orq otdel” icra sistemində ən ciddi, ən üstün vəzifə hesab olunurdu. Bütün vəzifəlilər bu qurumdan çəkinərdilər. Bütün icra başçıları və bütün təyinatlar birbaşa bu şöbəyə tabe idi.

Əgər görüşdən sonra, keçmiş komsomol kadrı, öz sahəsi üzrə peşəkar olan Zeynal müəllim bu tip açıqlamalar veribsə, demək vətəndaşları narazı salan məmurlarla bağlı tam yeni yanaşma olacağını gözləmək olar. Zeynal müəllimin icra başçılarına dolayısıyla demək istədiyi odur ki, artıq məktubların ünvanına yetişməyəcəyinə arxayın olmasınlar.

Görüşlərdə ikinci diqqət çəkən məqam Prezidentin maşının pedalına çıxıb MOBİL SƏSGÜCLƏNDİRİCİ ilə çıxış etməsi oldu.

Fotolardan görünür ki, mobil səsgücləndiricini daşımaq üçün xüsusi adam da ayırıblarmış...



Bilmirəm bu, yeni icra başçısı Tahir Məmmədovun ideyasıdı, yoxsa Prezidentin köməkçilərinin, istənilən halda yaxşı düşünülmüşdü.

Qeyri- adi situasiyalarda nəinki insanların başı üstünə, maşının üstünə, hətta tankın üstünə çıxıb çıxış edənlər də olub.

Beləliklə, buradan belə qənaətə gəlmək olar ki, indiki məqamda əsas diqqət, əsas məqsəd təm –təraqlı görüşlər, ciddi protokol qaydaları deyil, vətəndaşı razı salmaq olub.

Doğru yanaşmadır.

Ümid edirəm, davamlı olacaq və islahatlar bütün sahələrdə davam etdiriləcək.

Eyni zamanda, bir daha burada qeyd etmək istərdim ki, mərkəzi icra orqanları rəhbərlərinin vətəndaşlarla görüşlərinin formatı və innovativliyi ilə bağlı mövcud prosedurları tez bir zamanda dəyişmək də doğru olardı.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
İsrail hərbçiləri ilə fələstinlilər arasında qarşıdurma: 2 nəfər öldüAzərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın inkişafı müzakirə olunubABŞ Suriyanın terrorçulardan təmizləndiyini açıqladıTəhsil Nazirliyi 8 şagirdi ABŞ-a göndərir - ƏMRKasprşik Paşinyanla Qarabağ münaqişəsini müzakirə etdiTürkiyədə ABŞ dolları kəskin bahalaşdıAdil Əliyev Bakı məktəbi ilə “qardaşlaşan” Ankara məktəbinə getdi - FOTOLARİran XİN başçısı Türkiyəyə getdiBu şəxslərə gələn aydan Prezidentin təqaüdü veriləcəkNazirlik sudan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdiMəkanların artması seçimlərin artması deməkdir.Ərdoğan Trampın bəyanatını sərt tənqid etdiMoskvada möhtəşəm Novruz şənliyi keçirilirPakistan Prezidenti Qarabağla bağlı Ermənistana mesaj verdiƏdalətli qələm dostumRusiyadan NATO açıqlamasıKredit qaydaları dəyişir: faiz dərəcələri"İşğal ərazilərdəki rejim Ermənistanın dəstəyi hesabına mövcuddur" - XİN-dən AÇIQLAMANATO-nun baş katibi Gürcüstana gəlirAzərbaycan Xorvatiya ilə oyunda uduzdu - YENİLƏNİBUşaq pulu ilə bağlı nazirlikdən vacib açıqlamaKamçatkada Azərbaycan diasporu Novruz bayramı keçirdiƏsgərlərin Novruz bayramı - FOTOLARAtılan addımlar milli birliyə xidmət edir“Əli İnsanov həddini aşıb” – YAP-çı deputatdan sərt reaksiyaAzərbaycana yaz fəsli gəldiTürkiyədə zəlzələ oldu, məktəblər bağlandıBank rəhbəri vəzifəsindən azad edildi - TəyinatPrezident İlham Əliyev Azərbaycan xalqını təbrik edibİlham Əliyev Nursultan Nazarbayevə zəng elədi"Dragon"- kikboksinq idman klubunun açılışı oldu.Zakir Həsənov Pakistana rəsmi səfərə gedəcəkPrezident göstəriş verdi - təhsil, səhiyyə, məhkəmə-hüquq sistemi üçün yeni islahatlar paketi hazırlanırKənd təsərrüfatı üçün kreditlərin verilməsi qaydası ləğv olunduMehriban Əliyeva Azərbaycan xalqını təbrik etdiBAHAR GƏLİRPrezident və birinci xanım Novruz şənliklərindəAzərbaycanda bank faizləri ilə bağlı yeni qərar qəbul olunacaqBu gün Azərbaycanda ilaxır çərşənbə qeyd olunurAzərbaycan demokratiya yolunda inamla irəliləyirFizuli Məmmədov növbəti dəfə Qarabağ qazilərinə mənzil hədiyyə etdi - FotolarPrezidentdən 20 Yanvar, Çernobıl və müharibə veteranları ilə bağlı - SərəncamPrezident Səhiyyə Nazirliyinə vəsait ayırdı - MəqsədAğcabədi rayonunda əhalinin tibbi müayinəsi davam etdirilir.İlham Əliyevdən xalqa Novruz TƏBRİKİNovruz bayramı laçınlılar tərəfindən yüksək əhval-ruhiyyə ilə qeyd edilmişdir.Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki Sadınlar obasında görüş-səyyar qəbul keçirilmişdirFüzulidə Novruz şənliyi keçirildi - Bahar Muradova Horadizə getdiSumqayıt bulvarında möhtəşəm Novruz şənliyi - FOTOLARAzərbaycanda övladlığa götürmə qaydaları DƏYİŞİR