Dovletxeberleri.Az
» » Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Şirvan şəhəri ərazisində müvəqqəti məskunlaşmış laçınlı köçkünlərlə görüş keçirmişdir

7-03-2019, 18:41Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Şirvan şəhəri ərazisində müvəqqəti məskunlaşmış laçınlı köçkünlərlə görüş keçirmişdir

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Şirvan şəhəri ərazisində müvəqqəti məskunlaşmış laçınlı köçkünlərlə görüş keçirmişdir
2019-cu il 07 mart tarixdə Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Şirvan şəhəri ərazisində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşü –səyyar qəbulu keçirilmişdir. Görüş Şirvan şəhəri, keçmiş “Pioner” düşərgəsində keçirilmişdir.
35 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüşdə çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışmış, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlərin görüldüyünü, 100-dən artıq müasir yaşayış kompleksi və qəsəbələrin salındığını, digər köçkünlərlə yanaşı yüzlərlə laçınlı köçkün ailəsinin də yeni mənzillərlə təmin edildiyini, bu sahədə işlərin davam etdirildiyini, xüsusilə digər ərazilərlə yanaşı Şirvan şəhərində köçkünlər üçün hündür mərtəbəli binaların inşasına başlanıldığını minnətdarlıqla bildirmişdir. Rayon rəhbəri, həmçinin əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 25 fevral tarixli sərəncamı ilə əhalinin müxtəlif sosial təbəqələrinə verilən müavinətlərin artırılmasının əhalinin rifah halının yaxşılaşdırılması üçün görülən işlərin tərkib hissəsi olduğunu köçkünlərin diqqətinə çatdırmaqla, ölkə Prezidentinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının artırılması məqəsədi ilə 2019-cu il 26 fevral tarixli sərəncamı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləğinin 50 faiz artırılmasını məcburi köçkünlərə yüksək səviyyədə olan dövlət qayğısının bariz nümunəsi olduğunu bildirmişdir. Rayon İcra Hakimiyyətinin başçısı çıxışında Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğu istiqamətində, apardığı siyasəti və görülən işləri, diplomatiya sahəsindəki uğurlarını qeyd edərək erməni işğalında olan torpaqlarımızın da tezliklə azad ediləcəyinə əminliyini bildirmişdir.
Görüşdə iştirak edən laçınlı köçkünlər ölkə başçısı tərəfindən minimum əmək haqqı və pensiyaların artırılmasını, onlara verilən vahid aylıq müavinətin məbləğinin 50 faiz yüksəldilməsini, problemli kreditlərlə bağlı edilən güzəştləri yüksək dəyərləndirərək Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə minnətdar olduqlarını ölkə rəhbərinin ətrafında daim sıx birləşdiklərini bildirmişlər.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
İsrail hərbçiləri ilə fələstinlilər arasında qarşıdurma: 2 nəfər öldüAzərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın inkişafı müzakirə olunubABŞ Suriyanın terrorçulardan təmizləndiyini açıqladıTəhsil Nazirliyi 8 şagirdi ABŞ-a göndərir - ƏMRKasprşik Paşinyanla Qarabağ münaqişəsini müzakirə etdiTürkiyədə ABŞ dolları kəskin bahalaşdıAdil Əliyev Bakı məktəbi ilə “qardaşlaşan” Ankara məktəbinə getdi - FOTOLARİran XİN başçısı Türkiyəyə getdiBu şəxslərə gələn aydan Prezidentin təqaüdü veriləcəkNazirlik sudan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdiMəkanların artması seçimlərin artması deməkdir.Ərdoğan Trampın bəyanatını sərt tənqid etdiMoskvada möhtəşəm Novruz şənliyi keçirilirPakistan Prezidenti Qarabağla bağlı Ermənistana mesaj verdiƏdalətli qələm dostumRusiyadan NATO açıqlamasıKredit qaydaları dəyişir: faiz dərəcələri"İşğal ərazilərdəki rejim Ermənistanın dəstəyi hesabına mövcuddur" - XİN-dən AÇIQLAMANATO-nun baş katibi Gürcüstana gəlirAzərbaycan Xorvatiya ilə oyunda uduzdu - YENİLƏNİBUşaq pulu ilə bağlı nazirlikdən vacib açıqlamaKamçatkada Azərbaycan diasporu Novruz bayramı keçirdiƏsgərlərin Novruz bayramı - FOTOLARAtılan addımlar milli birliyə xidmət edir“Əli İnsanov həddini aşıb” – YAP-çı deputatdan sərt reaksiyaAzərbaycana yaz fəsli gəldiTürkiyədə zəlzələ oldu, məktəblər bağlandıBank rəhbəri vəzifəsindən azad edildi - TəyinatPrezident İlham Əliyev Azərbaycan xalqını təbrik edibİlham Əliyev Nursultan Nazarbayevə zəng elədi"Dragon"- kikboksinq idman klubunun açılışı oldu.Zakir Həsənov Pakistana rəsmi səfərə gedəcəkPrezident göstəriş verdi - təhsil, səhiyyə, məhkəmə-hüquq sistemi üçün yeni islahatlar paketi hazırlanırKənd təsərrüfatı üçün kreditlərin verilməsi qaydası ləğv olunduMehriban Əliyeva Azərbaycan xalqını təbrik etdiBAHAR GƏLİRPrezident və birinci xanım Novruz şənliklərindəAzərbaycanda bank faizləri ilə bağlı yeni qərar qəbul olunacaqBu gün Azərbaycanda ilaxır çərşənbə qeyd olunurAzərbaycan demokratiya yolunda inamla irəliləyirFizuli Məmmədov növbəti dəfə Qarabağ qazilərinə mənzil hədiyyə etdi - FotolarPrezidentdən 20 Yanvar, Çernobıl və müharibə veteranları ilə bağlı - SərəncamPrezident Səhiyyə Nazirliyinə vəsait ayırdı - MəqsədAğcabədi rayonunda əhalinin tibbi müayinəsi davam etdirilir.İlham Əliyevdən xalqa Novruz TƏBRİKİNovruz bayramı laçınlılar tərəfindən yüksək əhval-ruhiyyə ilə qeyd edilmişdir.Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki Sadınlar obasında görüş-səyyar qəbul keçirilmişdirFüzulidə Novruz şənliyi keçirildi - Bahar Muradova Horadizə getdiSumqayıt bulvarında möhtəşəm Novruz şənliyi - FOTOLARAzərbaycanda övladlığa götürmə qaydaları DƏYİŞİR