Dovletxeberleri.Az
» » Türkiyə parlamentinin komissiyası Xocalı ilə bağlı bəyanat yaydı

25-02-2019, 19:31Türkiyə parlamentinin komissiyası Xocalı ilə bağlı bəyanat yaydı

Türkiyə parlamentinin komissiyası Xocalı ilə bağlı bəyanat yaydı
Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komissiyası Xocalı qətliamı ilə bağlı bəyanat yayıb.



Türkiyənin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, sənəddə bildirilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağın Xocalı şəhərinə təşkil olunan hücumda 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı insan olmaqla 613 günahsız Azərbaycan vətəndaşı vəhşicəsinə qətlə yetirilib. 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb, 1275 nəfər Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülüb. İtkin düşən 150 nəfərin taleyi bu günədək məlum deyil.



"Türkiyə olaraq Azərbaycanlı qardaşlarımızın bundan 27 il əvvəl Xocalıda qarşı qarşıya qaldıqları amansız təcavüz və qətliamı hər zaman qəlbimizin dərinliklərində hiss edir, bu kədəri ən səmimi hisslərimizlə bölüşürük. Ermənistan silahlı qüvvələri tərəfindən törədilən qətliamı və Azərbaycan torpaqlarının illərdən bəri davam edən işğalını qətiyyətlə pisləyirik", - deyə bəyanatda qeyd olunub.



Sənəddə vurğulanıb ki, bəşər tarixinin qara səhifələrindən biri olan Xocalı qətliamı, nəticə etibarilə regionda sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik baxımından bu gün də problem olaraq qalmağa davam etməkdədir: "Dinc əhaliyə qarşı yönəldilən bu amansız, qeyri-insani zorakılıq və davam edən işğal nəticəsində bir milyona yaxın Azərbaycanlı qardaşımız öz yurdlarını tərk etmək məcburiyyətində qalıb və dörddəbir əsirdən çoxdur qaçqın həyatı yaşamağa məhkum edilib. Hadisənin şahidləri, qurbanları hələ də həyatdadır. Bu baxımdan Xocalıda baş verənlər tarixi bir hadisə deyil, günümüzün ağrılı reallığıdır".



"İnsanlıq adına qanlı ləkə olan bu cür təcavüzkar aktların təkrarlanmaması üçün beynəlxalq ictimaiyyətin BMT Təhlükəsizlik Şurası, ATƏT və İslam Əməkdaşlıq Təşkilatının müvafiq qərarları çərçivəsində bu qətliama layiq olduğu qiyməti verməli və lazımi reaksiyanı göstərməli olduğunu bir daha vurğulayırıq. Azərbaycanlı qardaşlarımızla bu haqq mübarizələrində həmrəy olduğumuzu ifadə etmək istəyirik. Bu münasibətlə, bu hadisənin günahkarlarının beynəlxalq hüquq çerçivəsində məhkəməyə çıxarılması və Ermənistana işğal etdiyi Azərbaycan torpaqlarından tez bir zamanda geri çəkilməsi çağırışımızı təkrar edirik. Xocalı qətliamında həyatını itirən Azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirik, kədərli ailələrinə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı diləyirik", - deyə bəyanatda öz əksini tapıb.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
İsrail hərbçiləri ilə fələstinlilər arasında qarşıdurma: 2 nəfər öldüAzərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın inkişafı müzakirə olunubABŞ Suriyanın terrorçulardan təmizləndiyini açıqladıTəhsil Nazirliyi 8 şagirdi ABŞ-a göndərir - ƏMRKasprşik Paşinyanla Qarabağ münaqişəsini müzakirə etdiTürkiyədə ABŞ dolları kəskin bahalaşdıAdil Əliyev Bakı məktəbi ilə “qardaşlaşan” Ankara məktəbinə getdi - FOTOLARİran XİN başçısı Türkiyəyə getdiBu şəxslərə gələn aydan Prezidentin təqaüdü veriləcəkNazirlik sudan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdiMəkanların artması seçimlərin artması deməkdir.Ərdoğan Trampın bəyanatını sərt tənqid etdiMoskvada möhtəşəm Novruz şənliyi keçirilirPakistan Prezidenti Qarabağla bağlı Ermənistana mesaj verdiƏdalətli qələm dostumRusiyadan NATO açıqlamasıKredit qaydaları dəyişir: faiz dərəcələri"İşğal ərazilərdəki rejim Ermənistanın dəstəyi hesabına mövcuddur" - XİN-dən AÇIQLAMANATO-nun baş katibi Gürcüstana gəlirAzərbaycan Xorvatiya ilə oyunda uduzdu - YENİLƏNİBUşaq pulu ilə bağlı nazirlikdən vacib açıqlamaKamçatkada Azərbaycan diasporu Novruz bayramı keçirdiƏsgərlərin Novruz bayramı - FOTOLARAtılan addımlar milli birliyə xidmət edir“Əli İnsanov həddini aşıb” – YAP-çı deputatdan sərt reaksiyaAzərbaycana yaz fəsli gəldiTürkiyədə zəlzələ oldu, məktəblər bağlandıBank rəhbəri vəzifəsindən azad edildi - TəyinatPrezident İlham Əliyev Azərbaycan xalqını təbrik edibİlham Əliyev Nursultan Nazarbayevə zəng elədi"Dragon"- kikboksinq idman klubunun açılışı oldu.Zakir Həsənov Pakistana rəsmi səfərə gedəcəkPrezident göstəriş verdi - təhsil, səhiyyə, məhkəmə-hüquq sistemi üçün yeni islahatlar paketi hazırlanırKənd təsərrüfatı üçün kreditlərin verilməsi qaydası ləğv olunduMehriban Əliyeva Azərbaycan xalqını təbrik etdiBAHAR GƏLİRPrezident və birinci xanım Novruz şənliklərindəAzərbaycanda bank faizləri ilə bağlı yeni qərar qəbul olunacaqBu gün Azərbaycanda ilaxır çərşənbə qeyd olunurAzərbaycan demokratiya yolunda inamla irəliləyirFizuli Məmmədov növbəti dəfə Qarabağ qazilərinə mənzil hədiyyə etdi - FotolarPrezidentdən 20 Yanvar, Çernobıl və müharibə veteranları ilə bağlı - SərəncamPrezident Səhiyyə Nazirliyinə vəsait ayırdı - MəqsədAğcabədi rayonunda əhalinin tibbi müayinəsi davam etdirilir.İlham Əliyevdən xalqa Novruz TƏBRİKİNovruz bayramı laçınlılar tərəfindən yüksək əhval-ruhiyyə ilə qeyd edilmişdir.Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki Sadınlar obasında görüş-səyyar qəbul keçirilmişdirFüzulidə Novruz şənliyi keçirildi - Bahar Muradova Horadizə getdiSumqayıt bulvarında möhtəşəm Novruz şənliyi - FOTOLARAzərbaycanda övladlığa götürmə qaydaları DƏYİŞİR