Dovletxeberleri.Az
» » «Xocalının səsi» qəzetinin 300-cü sayı işıq üzü görüb - Mətbuat Şurasının sədrindən təbrik

26-01-2019, 19:03«Xocalının səsi» qəzetinin 300-cü sayı işıq üzü görüb - Mətbuat Şurasının sədrindən təbrik

«Xocalının səsi» qəzetinin 300-cü sayı işıq üzü görüb - Mətbuat Şurasının sədrindən təbrik

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov «Xocalının səsi» qəzetinin kollektivini təbrik edib.

Dovletxeberleri.az həmin təbrik məktubunun mətnini təqdim edir:

"Müasir dövr Azərbaycanının ən uzunömürlü mətbuat orqanlarından biri olan «Xocalının səsi» qəzetinin 300-cü sayı işıq üzü görüb. Bü münasibətlə nəşrin kollektivini təbrik edir, onların hər birinə yaradıcılıq uğurları arzulayırıq.

«Xocalının səsi» qəzetinin fəaliyyətə başlaması ilə Xocalının ayrıca rayon stutusu əldə etməsi eyni vaxta təsadüf edir. 1991-ci il ümumən elə bir dövr idi ki, insanlar həm keçmiş sovet stereotiplərindən uzaqlaşmaq, həm də Azərbaycan dövlətini qurmaq əzmini özündə yaşadırdılar. Belə bir zaman kəsiyində xocalılılar eyni zamanda yeni yaradılmış rayonun simasını formalaşdırmaq barədə düşünür, böyük zəhmətə qatlaşırdılar. «Xocalının səsi» mətbuat meydanına bu işin ideoloji-mənəvi tərəflərini təmin etmək istəyindən irəli gələrək atıldı.

1992-ci ilin fevralında Xocalı rayonunun erməni işğalçıları tərəfindən zəbt olunması nəşrin fəaliyyətinə təsirsiz ötüşmədi. Xocalı tariximizin faciə yaşantısı, dərd-əzab simvolu, XX əsrin insanlıq əleyhinə olan ən böyük cinayətinə şahidlik etmiş yurd yerimizdir. Bu, heç şübhəsiz, qəzetin yaradıcılıq dəst-xəttini müəyyənləşdirən başlıca amildir. «Xocalının səsi» isə nəinki Xocalı, ümumilikdə Qarabağ həqiqətlərini geniş ictimaiyyətə bənzərsiz nümunələrlə çatdırmağı hədəf seçən və istəyinə nail olmağı bacaran mətbuat orqanıdır. Fəaliyyətdə olduğu 28 ilin məziyyətləri qarşıya qoyulmuş məqsədin qüsursuz yerinə yetirildiyini söyləməyə əsas verir.

«Xocalının səsi» əməksevər insanların peşəkar mətbuat ənənələrinə söykənərək Vətən, dövlət maraqları naminə birləşdikləri tribunadır. Nəşrin 300-cü sayının işıq üzü görməsi məhz onların fədakarlıqlarının nəticəsidir. İnanırıq ki, fədakarlığın gətirdiyi qürur və fəxarət hissi «Xocalının səsi»ni daha əlamətdar günlərə daşıyacaqdır.

Ən böyük amal qələbədir. Bu gün qəzetin kollektivi onun üçün mətbuat səngərində mübarizə aparır. Arzu edirik ki, 300-cü sayın gətirdiyi sevinc payı düşməndən azad olunmuş Xocalıdan yaradıcılıq məhsulları təqdim etmək sevinci ilə əvəzlənsin.

Bir daha «Xocalının səsi» qəzetinin rəhbərliyini və əməksevər kollektivinin hər bir üzvünü nəşrin 300-cü sayının işıq üzü görməsi münasibəti ilə təbrik edir, onlara yeni yaradıcılıq uğurları, möhkəm cansağlığı diləklərimizi çatdırmaqdan məmnunluq duyuruq".
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulurXatirə Fərəcli Dunya tv-nin qonağı olub .VİDEOMaaşlar, pensiyalar bundan sonra da qaldırılacaq - Prezidentlə sumqayıtlıların maraqlı DİALOQUƏhalinin gəlirləri 6%-dən çox artıb.99 dövlət əmlakı özəlləşmədə - VAXTMilli Məclisin 6 deputatı ATƏT-in sessiyasına gedirBüdcədə 800 milyon manatdan çox qalıq YARANDIMehriban Əliyevanın tapşırığı ilə tanınmış teleaparıcı Rafiq Hüseynovun barelyefi hazırlandı - FOTOLARSumqayıtdakı görüşdə tələbənin prezidentdən xahişiDeputat hesabat yığıncağında iştirak etdiPrezident Sumqayıtda yeni zavodu işə saldıErmənistan atəşkəsi 26 dəfə pozduMilli Məclis pensiyalarla bağlı qanuna dəyişiklik edirİlham Əliyev Sumqayıta gedirRüstəm İbrahimbəyov Bakıya gəldi - FOTOLARTanınmış təşkilatçı Ramilə Sultan, "BANU" restoranında: Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Agazadənin sıģınacagında yaşayan, uşaqlar üçün möhtəşəm xeyriyyə təbiri təşkil etdi.Ramil Usubovdan kadr dəyişikliyi ilə bağlı ƏMRBir şəklin tarixçəsi - “Yedi oğul”dan kimlər getdi, kimlər qaldı...Cəbhədə gərginlik davam edir - Müdafiə NazirliyiZakir Həsənov BƏƏ-nin müdafiə məsələləri naziri ilə görüşdüYaşamaq deyilən buysaGəncədə Mehriban Əliyevanın adından ehsan verilib - FOTOLARLeyla Əliyeva uşaqları ilə birgə festivala qatıldı - FOTOTəqaüdlərin artırılması ölkə rəhbərinin öz vətəndaşına münasibətinin nəticəsidirBu gün Ermənilərin Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndində törətdiyi qətliamdan 27 il ötürCavid Qurbanovun müavini keçmiş nazir müavinin xaricdəki biznesinə yiyələnib - Sənədlər yayıldıCəlilabadda daşqın: Kənd qəbiristanlığı su altında qaldıİlham Əliyev Rusiyada azərbaycanlılarla bağlı vəziyyəti nəzarətə götürdü - VİDEOƏlilliyin müəyyən olunması meyarları dəyişdirilir - Nazir təfərrüatları açıqladıZiyafət Əsgərov çeçenlərlə davadan danışdı: “Rusiyadan bunu qızışdıran qüvvələr var”POLİSLƏR MƏKTƏBLİLƏRİN QONAĞI OLDUElmar Məmmədyarov qırğızıstanlı həmkarı ilə görüşübPrezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAMDaha 318 şəhid vərəsəsinə 11 min manat veriləcəkBaş nazirdən şadlıq evləri, marketlərlə bağlı qərar"İnternetdə təhqirlərin qarşısını almaq üçün tənzimləmə yolları tapılmalıdır" - Əli ƏhmədovƏr-arvad bir gecədə intihar etdi - Övladları olmurduBaytarlıq Xidməti xəstəliklərə görə toplandıCəbhədə erməni təxribatı - kəndlərimi atəşə tutulduNazirlikdən sosial müavinətlərlə bağlı İTTİHAMLARA cavabTramp Trükiyəyə yeni səfir təyin etdiAzərbaycan nefti bahalaşdıYüzlərlə etirazçı Yerevan-Tbilisi dəmiryolunu bağladı - VİDEOVəzifəli şəxslərə güzəştlər tətbiq edilib - Baş nazirdən QƏRARYenidən vulkan püskürdü - ŞamaxıdaABŞ-da fövqəladə vəziyyət elan edildiLeyla Əliyeva Buzovnada sosial xidmət müəssisəsinin açılışına qatıldı - FOTOLARAzərbaycanın daha beş rayonunda “ASAN Xidmət” mərkəzləri açılacaqPensiyaların iki aylıq artımla verilməsinə başlanılıb“Əmək pensiyaları haqqında” qanun dəyişir - Detallar