Dovletxeberleri.Az
» » YAP Siyasi Şura üzvü: "Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq"

18-01-2019, 09:47YAP Siyasi Şura üzvü: "Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq"

YAP Siyasi Şura üzvü: "Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq"

"Dövlətimizin başçısı İlham Əliyev qeyri-neft sektorunda istehsal olunan və Azərbaycan brendi ilə tanınan məhsulların dünya bazarlarına ixracını prioritet vəzifə kimi qarşıya qoyaraq, bu istiqamətdə biri-birindən önəmli addımlar atır. Məqsədə çatmaq üçün ilk növbədə özəl sektorda hazırlanan mallara tələbat yerli potensial hesabına ödənilməli, idxal azaldılmalıdır. Aparılan iqtisadi islahatlar və həyata keçirilən layihələr nəticəsində bu məqsədə yüksək səviyyədə nail olunur".

Bu fikirləri YAP Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə vurğulayıb ki, hazırda ölkədə qeyri-neft sektorunda həyata keçirilən ən böyük layihə olan "SOCAR karbamid” zavodunun istehsala başlaması azot gübrəsi idxalına ehtiyacı aradan qaldıracaq. Bu zavodun işə düşməsi, eyni zamanda, ölkəmizdə kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq: "Məlumdur ki, bu günədək azot gübrələri Azərbaycana idxal edilirdi. Zavodun istifadəyə verilməsi ilə həm daxili bazarın tələbatı tam ödəniləcək, həm də istehsal olunan məhsulun təxminən 70 faizi ixrac ediləcək”.

Baş redaktor bildirib ki, 2013-2020-ci illəri əhatə edən mərhələdə Azərbaycanın hədəfi inkişaf etmiş ölkələrlə eyni sırada addımlamaq, qeyri-neft sektorunun hərtərəfli inkişafına nail olmaqdır: "Göstərilən məqsədə çatmaq üçün bazar iqtisadiyyatı şəraitində enerjidən səmərəli istifadə və yüksək əlavə dəyər yaradan ixracyönümlü iqtisadiyyata transformasiya, sosial-iqtisadi sahələrin inkişafına kompleks yanaşma əsas prinsip kimi diqqət mərkəzindədir. Bu səbəbdəndir ki, xarici investorların maraq göstərdikləri ölkəmizdə dünya təcrübəsindən istifadəyə diqqət daha da artır, sağlam investisiya mühitinin formalaşdırılması və yaxşılaşdırılması məqsədilə mühüm işlər görülür. "SOCAR karbamid” zavodunun istifadəyə verilməsi bu məqama da işıq salır. Belə ki, dövlətimizin başçısının da vurğuladığı kimi, zavodun tikintisində xarici tərəfdaşlar da iştirak edib. Birgə səylərin göstərilməsi əsasında beynəlxalq standartlara cavab verən müəssisənin yaradılması mühüm əməkdaşlıq nümunəsinin göstəricisidir.

Bu gün xarici investisiyaların ölkəmizə cəlbi istiqamətində səylərin artırılması başlıca vəzifə kimi diqqətdə saxlanılır. Dünya bazarına çıxarılan məhsulların keyfiyyəti beynəlxalq standartlara uyğunlaşdırılır. Qarşıya qoyulan bu kimi məqsədlərə yüksək səviyyədə nail olmaq üçün potensial baza kimi qeyri-neft sənayesinə, fermer təsərrüfatlarına investisiya qoyuluşuna xüsusi önəmin verildiyi "SOCAR karbamid” zavodunun timsalında aydın görünür. "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən və bundan sonra da gerçəkləşəcək layihələr qarşıdakı illərdə sənayenin inkişafını stimullaşdıracaq".

V.Rəhimzadə məhz bu proqrama, eyni zamanda, "2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq reallaşan "SOCAR karbamid” zavodunu ən müasir standartlara cavab verən böyük sənaye müəssisəsi kimi dəyərləndirərək, ölkə Prezidenti İlham Əliyevin müəssisənin kollektivi ilə görüşündə diqqət yönəltdiyi bu məqamdan da bəhs edib ki, zavodda ildə 650 min ton karbamid istehsal olunacaq: "Onun böyük əksəriyyəti ixrac ediləcək. Ən əsası daxili tələbat ödəniləcək. Azərbaycan dövlətinin fermerlərə verilən gübrələrin 70 faizinin vəsaitini təmin etdiyini nəzərə alsaq, bu, büdcəmiz üçün kifayət qədər böyük maliyyə yüküdür. Artıq büdcəmiz bu maliyyə yükündən azad olacaq, zavod respublikamız üçün əlavə gəlir mənbəyinə çevriləcək. Ən əsası fermerlərimizi daxili imkanlar hesabına ən keyfiyyətli gübrə ilə təmin etmək imkanındayıq".

Vüqar Rəhimzadə bu məqamı da xüsusi qeyd edib ki, uğurlu sonluqla başa çatan hər bir layihənin əhəmiyyətindən bəhs edərkən, təbii ki, onun bu günümüzün əsas çağırışlarından olan işsizlik probleminin həllinə nə kimi töhfə verəcəyi xüsusi qeyd edilir. "SOCAR karbamid” zavodunda 500 iş yeri yaradılacaq və burada çalışanların böyük əksəriyyəti yerli vətəndaşlar, xüsusilə gənclər olacaq. Dövlətimizin başçısı müəssisənin kollektivi ilə görüşündə bildirmişdir: "Ölkəmizin uğurlu inkişafı üçün belə böyük müəssisələrin çox böyük əhəmiyyəti var. Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq. Qeyd etdiyim kimi, qeyri-neft sənayesində 9,1 faiz artım çox böyük göstəricidir”.

Baş redaktor bu ümumiləşdirməni diqqətə çatdırıb ki, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, yerli məhsulların dünya bazarlarına ixrac imkanlarının artırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sahibkarlar sinfinin formalaşdırılması və bu istiqamətdə davamlı addımların atılması bir məqsədə xidmət edir ki, vətəndaş amilinə verilən dəyərin göstəriciləri daha böyük rəqəmlərlə ifadə olunsun.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulurXatirə Fərəcli Dunya tv-nin qonağı olub .VİDEOMaaşlar, pensiyalar bundan sonra da qaldırılacaq - Prezidentlə sumqayıtlıların maraqlı DİALOQUƏhalinin gəlirləri 6%-dən çox artıb.99 dövlət əmlakı özəlləşmədə - VAXTMilli Məclisin 6 deputatı ATƏT-in sessiyasına gedirBüdcədə 800 milyon manatdan çox qalıq YARANDIMehriban Əliyevanın tapşırığı ilə tanınmış teleaparıcı Rafiq Hüseynovun barelyefi hazırlandı - FOTOLARSumqayıtdakı görüşdə tələbənin prezidentdən xahişiDeputat hesabat yığıncağında iştirak etdiPrezident Sumqayıtda yeni zavodu işə saldıErmənistan atəşkəsi 26 dəfə pozduMilli Məclis pensiyalarla bağlı qanuna dəyişiklik edirİlham Əliyev Sumqayıta gedirRüstəm İbrahimbəyov Bakıya gəldi - FOTOLARTanınmış təşkilatçı Ramilə Sultan, "BANU" restoranında: Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Agazadənin sıģınacagında yaşayan, uşaqlar üçün möhtəşəm xeyriyyə təbiri təşkil etdi.Ramil Usubovdan kadr dəyişikliyi ilə bağlı ƏMRBir şəklin tarixçəsi - “Yedi oğul”dan kimlər getdi, kimlər qaldı...Cəbhədə gərginlik davam edir - Müdafiə NazirliyiZakir Həsənov BƏƏ-nin müdafiə məsələləri naziri ilə görüşdüYaşamaq deyilən buysaGəncədə Mehriban Əliyevanın adından ehsan verilib - FOTOLARLeyla Əliyeva uşaqları ilə birgə festivala qatıldı - FOTOTəqaüdlərin artırılması ölkə rəhbərinin öz vətəndaşına münasibətinin nəticəsidirBu gün Ermənilərin Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndində törətdiyi qətliamdan 27 il ötürCavid Qurbanovun müavini keçmiş nazir müavinin xaricdəki biznesinə yiyələnib - Sənədlər yayıldıCəlilabadda daşqın: Kənd qəbiristanlığı su altında qaldıİlham Əliyev Rusiyada azərbaycanlılarla bağlı vəziyyəti nəzarətə götürdü - VİDEOƏlilliyin müəyyən olunması meyarları dəyişdirilir - Nazir təfərrüatları açıqladıZiyafət Əsgərov çeçenlərlə davadan danışdı: “Rusiyadan bunu qızışdıran qüvvələr var”POLİSLƏR MƏKTƏBLİLƏRİN QONAĞI OLDUElmar Məmmədyarov qırğızıstanlı həmkarı ilə görüşübPrezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAMDaha 318 şəhid vərəsəsinə 11 min manat veriləcəkBaş nazirdən şadlıq evləri, marketlərlə bağlı qərar"İnternetdə təhqirlərin qarşısını almaq üçün tənzimləmə yolları tapılmalıdır" - Əli ƏhmədovƏr-arvad bir gecədə intihar etdi - Övladları olmurduBaytarlıq Xidməti xəstəliklərə görə toplandıCəbhədə erməni təxribatı - kəndlərimi atəşə tutulduNazirlikdən sosial müavinətlərlə bağlı İTTİHAMLARA cavabTramp Trükiyəyə yeni səfir təyin etdiAzərbaycan nefti bahalaşdıYüzlərlə etirazçı Yerevan-Tbilisi dəmiryolunu bağladı - VİDEOVəzifəli şəxslərə güzəştlər tətbiq edilib - Baş nazirdən QƏRARYenidən vulkan püskürdü - ŞamaxıdaABŞ-da fövqəladə vəziyyət elan edildiLeyla Əliyeva Buzovnada sosial xidmət müəssisəsinin açılışına qatıldı - FOTOLARAzərbaycanın daha beş rayonunda “ASAN Xidmət” mərkəzləri açılacaqPensiyaların iki aylıq artımla verilməsinə başlanılıb“Əmək pensiyaları haqqında” qanun dəyişir - Detallar