Dovletxeberleri.Az
» » Leyla Əliyevanın məşhur şeiri hamını kövrəltdi - VİDEO

11-01-2019, 16:50Leyla Əliyevanın məşhur şeiri hamını kövrəltdi - VİDEO

Leyla Əliyevanın məşhur şeiri hamını kövrəltdi - VİDEO
eydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Gedim bir az ağlayım” adlı məşhur şeirinə mahnı bəstələnib. Dovletxeberleri.az saytının məlumatına görə, bu günlərdə mahnının səsləndirildiyi ATV-nin “Şou ATV” verilişində kövrək anlar yaşanıb. Xalq artisti Gülyanaq Məmmədovanın Xalq artisti Nurəddin Mehdixanlıyla birgə ifa etdikləri mahnı studiyada oturanları da kövrəldib və sonda alqışlarla qarşılanıb.

İfa bitəndən sonra verilişin aparıcısı Nanə Ağamalıyeva “Gedim bir az ağlayım” adlı mahnının sözlərinin Leyla Əliyevaya, musiqisinin isə Ruslan Səfəroğluya məxsus olduğunu elan edib.


Xatırladaq ki, Leyla xanımın “Gedim bir az ağlayım” şeiri ilk dəfə bir neçə il öncə Modern.az saytında (yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlunun tərcüməsində) işıq üzü görüb.

GEDİM BİR AZ AĞLAYIM

https://youtu.be/RGvRW60CAMQGedim bir az ağlayım,

elə-belə... astaca.

Ürəyimi gizlədim

yastığımın altında.

Pəncərəni açaraq

kövrəlmiş ürəyimi

bəlkə həyətə atım?!

Həyatın ağuşuna...

Yox, yaxşısı budur ki,

gedim bir az ağlayım,

elə-belə... astaca.



Kimsə duyuq düşməsin

kədərimdən, qəmimdən,

Durub yol alım bağa –

astaca ağlamağa...

Götürüm ürəyimi

atım coşan ümmana –

dalğaların qoynuna.

Heç dinə də bilməsin –

“Niyə sığmır sinəmə?”

Gah tufan, gah da rüzgar

apardıqca uzağa...



Yox! Yaxşısı budur ki,

qoy dirrikdə basdırım,

dirilib çiçək olsun.

Ya da ki, bala tutum,

acısın unutdurum.

Özümü aldatsam da,

qoy ruhu ovundurum,

acısın unutdurum...



Ya dostları çağırım

axşam vaxtı mən şama –

şərab içək doyunca.

Könlümü də versinlər

büllur qabda ortaya.

Dostlar ondan dadsınlar,

dadıb, gəlsinlər cana.



Budur, orda uşaqlar

Atılırlar-düşürlər.

Bəlkə topları yoxdu? –

Qoy verim ürəyimi

qovsunlar yorulunca...



Yox!

Artıq kədərlənmək yox!

Ürəyin dediyiylə

oturmaq yox, durmaq yox!

Atım onu bazarda,

ya da sizə verəcəm,

elə-belə, bədava...



Gecənin sükutunda

ürəyimlə tənhayam.

Yağış yağır, islanır,

çətir tutmuram ona.

Qoy incisin...

Nə qədər

oyun açıb başıma...



Hərdən üsyana qalxıb

həm Günəşə, həm Aya,

Hayqırıram: “Götürün,

verdim onu Allaha!”

Amma qərar vermədim,

neyçin qərar vermədim,

Bu geniş ürəyimi

sənə bağışlamağa?..



Rus dilindən çevirəni: Mahir Qabiloğlu
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
İham Əliyev Dünya Bankının baş icraçı direktoru ilə görüşübKazanda 20 Yanvar faciəsinin qurbanları yad edilibPaşinyan yenə Moskvaya səfər edəcək“Ermənistandakı seçkilər əhalidəki inamsızlıq haqqında aydın siqnal verir” - DeputatTufan nəticəsində Neft Daşlarında meydança çökdü - RƏSMİ AÇIQLAMAAzərbaycanın fövqəladə və səlahiyyətli səfiri Eleonora Hüseynova vəfat edibDaha 3 vəkil Vəkillər Kollegiyasından xaric edilirDövlət Xidmətinin rəisi vəzifəsindən azad edildi - FƏRMANHesablama Palatası Mədəniyyət Nazirliyinin Ağcabədi Regional İdarəsi üzrə nöqsanlar aşkarlayıbGürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 19-a çatıbHesablama Palatası Vergilər Nazirliyində nöqsanlar aşkarladıBağlanan bankların rəhbərləri barəsində araşdırma başladı - SİYAHIManatın sabahkı MƏZƏNNƏSİNazirliyin Fondunda şok faktlar aşkarlandı - 17 milyonluq yoxlamaƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni direktor TƏYİNATISəməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçildiAŞPA-nın sədri seçildiAzərbaycan Ordusunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıbAzərbaycanın elektrik enerjisi ixracı artıbSovet qoşunlarının Bakıya müdaxiləsini erməni təcavüzündən ayrı təhlil etmək mümkün deyil - Elçin ƏhmədovTürkiyə səfiri: “20 Yanvar milli qürur günüdür”“Avropa Şurasında Azərbaycanın qlobal rolunu yaxşı dərk edirlər” - Naqif Həmzəyev20 Yanvar şəhidlərinin xatirəsi laçınlılar tərəfindən də anıldı.İmişlidə yol qəzası: ölən və yaralananlar varABŞ-da Azərbaycanı tanıdan işgüzar xanım...Ermənilər rayonlarımızı atəşə tutdularPrezident və birinci xanım şəhidləri yad etdilərUNEC-də hər bir tələbənin müraciəti araşdırılırEhsan Zahidov “DİN-in bu hüquqları əlindən alındı” iddiasını yalanladı20 Yanvar şəhid ailələrinə və əlillərə birdəfəlik maddi yardım verildiZimbabve Prezidentinin Azərbaycan səfəri başa çatdı"Qarabağ münaqişəsinin sülh yolu həlli vacibdir" - Donald TrampBakıda stadionun dam örtüyü UÇDU - FOTOSOCAR-da hansı islahatlar aparılıb? - Şirkətdən açıqlamaRamil Usubovdan daha 3 rəislə bağlı əmr: Binəqədinin rəisi təqaüdə göndərildi, iki rəisin isə yeri dəyişdiDTX rəhbərliyi Şəhidlər xiyabanını ziyarət etdiMəcburi köçkün uşaqları üçün seçimlər başa çatıb20 Yanvar şəhidlərinin müstəqillik arzuları bu gün çin olubLukaşenko Rusiyaya qarşı çıxdı: rubldan istifadənin əleyhinəyəmBu qurumlarda yoxlama aparıldı, materiallar parlamentə göndərildiRövşən Rzayev İmişlidə vətəndaşları qəbul etdiNazir 2018-ci ilin hesabatını verdi - Pensiyalardan DANIŞDIMehriban Əliyeva fəxri medalla təltif edildiTəxirə salınan dərs günləri tətildən çıxılacaq? – RƏSMİ AÇIQLAMAPrezident xidməti maşınlarla bağlı fərman verdiBrent nefti 61 dolları keçdiErmənilər kəndlərimizi atəşə tutduYAP Siyasi Şura üzvü: "Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq"Metronun “Elmlər Akademiyası” stansiyasının əsas çıxışı bağlandıManat və dolların məzənnəsi dəyişdi?