Dovletxeberleri.Az
» » İTV 2019-cu ildən yeni simada olacaq

28-12-2018, 18:07İTV 2019-cu ildən yeni simada olacaq

İTV 2019-cu ildən yeni simada olacaq
İctimai Televiziya və Radio Yayımları Şirkəti yeni ildən etibarən Azərbaycan tamaşaçısını tamam fərqli formatda salamlayacaq.


İTV-dən verilən məlumata görə, günə ilk başlayan “Sabahın xeyir, Azərbaycan!” və “Dikdaban” səhər proqramları 31-dekabra həsr edilən xüsusi bayram buraxılışı ilə efirdə olacaq. Səhər proqramları həmçinin bayram günlərində biri-birindən maraqlı süjetləri ilə öz efirini davam etdirəcək.


“Bayram günlərinə olan musiqi töhfəsi aşıq, muğam və xalq mahnılarından ibarət konsert proqramları ilə də davam edəcək, İctimai Televiziya həmçinin xüsusi yayım hüququna sahib olduğu konsertlərin də efirdə yayımını davam etdirəcək. Belə ki, sevilən müğənni Emin Ağalarovun “Bumeranq” adlanan son konserti eksklüziv yayımı ilə İTV tamaşaçılarının bayram əhvalına daha da xoş ovqat qatacaq.


Teleradionun yaradıcı kollektivi bayram günlərində balaca tamaşaçılarını da sevindirməyə davam edəcək. Belə ki, uşaqların öz iştirakı ilə musiqili proqramlar, yeni il mövzusunda uşaqların sevdikləri cizgi və bədii filmlər balacaların seyrinə təqdim ediləcək. Bundan başqa eksklüziv yayım kimi bayram günlərində - Azərbaycan Gimnastika Federasiyasının təşkil etdiyi yeni il şousu - “Ağbəniz və 7 cırtdan” nağılı da İTV-nin efirində yayımlanacaq.


Televiziya bayram günlərində kinosevərlərə məşhur Azərbaycan kinoları və qış mövzusunda olan maraqlı xarici filmləri də təqdim edəcək.


Bundan başqa tamaşaçılar bayram axşamı İctimai Televiziya və Radio Yayımları Şirkətinin yeni istehsalı olan “Oxşarabad” adlı komediya janrında bədii film izləyəcəklər. Film Azərbaycanın bölgələrində “Yeni il” ərəfəsində incəsənət nümayəndələrinin iştirakı ilə baş verən əyləncəli macəradan bəhs edir. Tamaşaçılar “Oxşarabad” filmini izlədikdən sonra filmdə rol alan şou nümayəndələrinin iştirakı ilə konsert proqramını izləyəcəklər.


İctimai Televiziya və Radio Yayımları Şirkətinin ən əsas və möhtəşəm hədiyyəsi bayram gecəsi reallaşacaq. Belə ki, Prezident İlham Əliyevin 31-dekabr “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” ilə bağlı təbrik nitqindən sonra İTV-də olduqca vacib hadisə baş verəcək. Teleradio gecə saat 0:00-da rebrendinq edərək tamamilə yenilənmiş siması və təzə loqosu ilə, eləcə də ən sevilən verilişləri, eksklüziv yayımları ilə yeni mövsümünə start vermiş olacaq. Bununla da İctimai Televiziya və Radio Yayımları Şirkəti, həmçinin İTV tamaşaçıları 2019-cu ili yeni format və sima ilə qarşılayacaq”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
İham Əliyev Dünya Bankının baş icraçı direktoru ilə görüşübKazanda 20 Yanvar faciəsinin qurbanları yad edilibPaşinyan yenə Moskvaya səfər edəcək“Ermənistandakı seçkilər əhalidəki inamsızlıq haqqında aydın siqnal verir” - DeputatTufan nəticəsində Neft Daşlarında meydança çökdü - RƏSMİ AÇIQLAMAAzərbaycanın fövqəladə və səlahiyyətli səfiri Eleonora Hüseynova vəfat edibDaha 3 vəkil Vəkillər Kollegiyasından xaric edilirDövlət Xidmətinin rəisi vəzifəsindən azad edildi - FƏRMANHesablama Palatası Mədəniyyət Nazirliyinin Ağcabədi Regional İdarəsi üzrə nöqsanlar aşkarlayıbGürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 19-a çatıbHesablama Palatası Vergilər Nazirliyində nöqsanlar aşkarladıBağlanan bankların rəhbərləri barəsində araşdırma başladı - SİYAHIManatın sabahkı MƏZƏNNƏSİNazirliyin Fondunda şok faktlar aşkarlandı - 17 milyonluq yoxlamaƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni direktor TƏYİNATISəməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçildiAŞPA-nın sədri seçildiAzərbaycan Ordusunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıbAzərbaycanın elektrik enerjisi ixracı artıbSovet qoşunlarının Bakıya müdaxiləsini erməni təcavüzündən ayrı təhlil etmək mümkün deyil - Elçin ƏhmədovTürkiyə səfiri: “20 Yanvar milli qürur günüdür”“Avropa Şurasında Azərbaycanın qlobal rolunu yaxşı dərk edirlər” - Naqif Həmzəyev20 Yanvar şəhidlərinin xatirəsi laçınlılar tərəfindən də anıldı.İmişlidə yol qəzası: ölən və yaralananlar varABŞ-da Azərbaycanı tanıdan işgüzar xanım...Ermənilər rayonlarımızı atəşə tutdularPrezident və birinci xanım şəhidləri yad etdilərUNEC-də hər bir tələbənin müraciəti araşdırılırEhsan Zahidov “DİN-in bu hüquqları əlindən alındı” iddiasını yalanladı20 Yanvar şəhid ailələrinə və əlillərə birdəfəlik maddi yardım verildiZimbabve Prezidentinin Azərbaycan səfəri başa çatdı"Qarabağ münaqişəsinin sülh yolu həlli vacibdir" - Donald TrampBakıda stadionun dam örtüyü UÇDU - FOTOSOCAR-da hansı islahatlar aparılıb? - Şirkətdən açıqlamaRamil Usubovdan daha 3 rəislə bağlı əmr: Binəqədinin rəisi təqaüdə göndərildi, iki rəisin isə yeri dəyişdiDTX rəhbərliyi Şəhidlər xiyabanını ziyarət etdiMəcburi köçkün uşaqları üçün seçimlər başa çatıb20 Yanvar şəhidlərinin müstəqillik arzuları bu gün çin olubLukaşenko Rusiyaya qarşı çıxdı: rubldan istifadənin əleyhinəyəmBu qurumlarda yoxlama aparıldı, materiallar parlamentə göndərildiRövşən Rzayev İmişlidə vətəndaşları qəbul etdiNazir 2018-ci ilin hesabatını verdi - Pensiyalardan DANIŞDIMehriban Əliyeva fəxri medalla təltif edildiTəxirə salınan dərs günləri tətildən çıxılacaq? – RƏSMİ AÇIQLAMAPrezident xidməti maşınlarla bağlı fərman verdiBrent nefti 61 dolları keçdiErmənilər kəndlərimizi atəşə tutduYAP Siyasi Şura üzvü: "Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq"Metronun “Elmlər Akademiyası” stansiyasının əsas çıxışı bağlandıManat və dolların məzənnəsi dəyişdi?