Dovletxeberleri.Az
» » Nazir Qarabağ əlilləri və şəhid ailələrinə mənzil verdi

24-12-2018, 20:18Nazir Qarabağ əlilləri və şəhid ailələrinə mənzil verdi

Nazir Qarabağ əlilləri və şəhid ailələrinə mənzil verdi
Bakının Qaradağ rayonunda daha 200 mənzilin şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim olunmasına başlanılıb.



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına əsasən, ƏƏSMN tərəfindən şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin yeni mənzillərlə təminatı işləri davam etdirilir. Bu gün nazirlik tərəfindən Bakının Qaradağ rayonunda daha 200 mənzilin bu kateqoriyalardan olan vətəndaşlara təqdim olunmasına başlanılıb.



S.Babayev vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət bütün istiqamətlərdə Azərbaycana mühüm tarixi nailiyyətlər qazandırıb, respublikamızın sürətli sosial-iqtisadi inkişafına səbəb olub. Dövlətimizin başçısının siyasətinin mərkəzində insan amilinin dayanması Azərbaycanın sosial dövlət statusunun, ölkədə dinamik inkişaf şəraitində aparılan sosial siyasətin ildən-ilə güclənməsinə, bunun bir göstəricisi olaraq, respublikada etibarlı sosial müdafiə sisteminin formalaşmasına imkan verib.



S.Babayev diqqətə çatdırıb ki, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş şəxslərin, bu döyüşlərdə qəhrəmancasına şəhid olmuş Vətən övladlarının ailə üzvlərinin sosial müdafiəsi, o cümlədən onların mənzillə təminatı istiqamətində tədbirlərin gücləndirilməsi də Prezident İlham Əliyevin müəyyən etdiyi əsas vəzifələrdəndir. Dövlət başçısının bu sahəyə xüsusi qayğısının növbəti göstəricisi olaraq, cari ildə nəzərdə tutulduğundan əlavə olaraq minimum 300 mənzilin alınması üçün müvafiq vəsait ayrılıb və beləliklə, 2018-ci ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə nəzərdə tutulduğundan 3 dəfədən çox olmaqla 626 mənzilin verilməsi təmin edilib. 2019-cu ildə isə azı 800 şəhid ailəsinin və Qarabağ müharibəsi əlillinin mənzillə təminatı həyata keçiriləcək.



Ümumilikdə bu gün şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsi üçün digər istiqamətlərdə də işlərin aparıldığını qeyd edən nazir Prezident İlham Əliyevin növbəti mühüm humanist təşəbbüsü kimi şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin verilməsinin davam etdirildiyini və bu ödənişin şəhid ailələrinin rifahına mühüm dəstək olduğunu bildirib.



S.Babayev bu gün – Prezidentin doğum günündə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 200 mənzilin təqdim olunmasının da həmin insanlara daha bir Prezident qayğısı, daha bir Prezident hədiyyəsi olduğunu vurğulayıb.



Nazir bu sahədə tədbirlərin, ümumən həssas qrupların rifah halının yaxşılaşdırılması üçün bütün istiqamətlərdə işlərin qarşıdakı dövrdə uğurla davam etdiriləcəyini bildirib.



Yeni mənzillə təmin olunan şəhid ailələri və Qarabağ müharibəsi əlilləri daim onlara xüsusi diqqət və qayğı göstərən Prezident İlham Əliyevə doğum günü münasibəti ilə təbriklərini və xoş arzularını ifadə ediblər. Onlar həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi üçün aparılan ardıcıl işlərə, xüsusilə də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində onlara mənzillər hədiyyə edilməklə böyük fərəh hissi bəxş olunduğuna görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.



Sonra mənzillərin püşkatma yolu ilə paylanması həyata keçirilib.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
“Azərbaycan tankçıları güclü və uğurlu çıxış etdi” - Belarus müdafiə nazirilayihə davam edir..Leyla Əliyeva Müslüm Maqomayevin anım tədbirinə qatılıbVilayət Eyvazovdan YENİ TƏYİNATLARErmənistan vətəndaşları Gürcüstanda qəzaya düşüb, ölənlər varABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilərUcarın Çiyni kəndində "sirli varlığın" axtarışları səngimirPaşinyan “Qarabağ klanı”na son zərbəni endirməyə hazırlaşırBakıda yol polisləri belə formalarda olacaqSabah Azərbaycanda 40 dərəcə isti olacaqPolis dövlətin ən etibarlı dayağıdırİstanbulda partlayışda ölən varTramp bank rəhbərlərini təcili iclasa çağırdıAzərbaycan, Rusiya və İran prezidentləri Rusiyada görüşəcəkYol polisinin saxladığı sərxoş sürücü hansı nazirin qızıdır? - AÇIQLAMAQazax və Ağstafa ərazisində 75 sərhəd döyüş məntəqəsi yaradılıb - GENERALAli Baş Komandan sərhədçiləri təltif etdi: hərbi rütbə, orden-medal, fəxri adlar... - SİYAHINərimanovun icra başçısı sakinlərin proqlemlərini dinlədiAzercell-in Rəqəmsal Dünyası Cocuq MərcanlıdaRusiyanın “Vostok” televiziyası Azərbaycanla bağlı layihələrə başlayırLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qəbələ rayonunda keçirilmişdir.ZAMANI QABAQLAMIŞ DAHİ ŞƏXSİYYƏT, MÜDRİK RƏHBƏR VƏ ƏBƏDİYAŞAR LİDERBir “Aprel Şəhidi”nin qardaşı digər “Aprel Şəhidi”nin bacısı ilə ailə qurduQəza mərkəzi prospektdə tıxac yaratdı“Neftçi” səfərdə məğlub olur - YENİLƏNİRBu ölkədə Daxili İşlər Nazirliyinə giriş bağlandıQarabağın azərbaycanlı icmasından Avstraliya hökumətinə etiraz MƏKTUBULeyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldıBakıda bu ərazidəki evlər söküləcək - SiyahıCəbhədə Ermənistanın təxribatları davam edir“Abituriyent” jurnalının 8-ci sayı çıxdıKöçkün məktəbini bitirən 34 məzunun hamısı tələbə OLDURəqib baş məşqçi "Neftçi"yə meydan oxuduŞagirdlərin elektron yerdəyişməsi başlayır“Ramil Səfərov hərəkətlərinin nəticəsini dərk edə bilməyib” - VƏKİL SİRLƏRİ AÇIR“Paşinyanın son bəyanatı vəziyyəti daha da gərginləşdırir” – XİNKöçkün məktəbini bitirən 34 məzunun hamısı tələbə olduVilayət Eyvazov rəisi təqaüdə göndərdi - Yeni təyinatGəncənin icra başçısı sakinləri narahat edən məsələləri dinləyibNazir rektorlara tapşırıq verdi: Ödənişli tələbələrə şərait yaradın!Çempionlar Liqasında bütün “pley-off”çular bəlli oldu - NƏTİCƏLƏRElinanın anası icra başçısının müavini ilə üzləşdirildiQurban Qurbanovdan vacib oyunla bağlı son tapşırıqlarİkinci Xəzər İqtisadi Forumu Həştərxanda keçiriləcəkHeydər Əliyev Fondu 70 minə yaxın ailəyə qurban payı çatdıracaqQHT Şurası Katibliyi işçilərinin maaşı artırıldıBu gün Azərbaycanda Qurban bayramı qeyd olunurYAP-çı deputatlar Xaçmaza getdilərPutinin jurnalisti Qarabağ separatizminə açıq dəstək verir - FOTOPrezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib