Dovletxeberleri.Az
» » Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycanın gələcəyi gənclərin bilik səviyyəsindən və müasir innovativ texnologiyalara yiyələnmək bacarığından asılı olacaq

21-12-2018, 19:59Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycanın gələcəyi gənclərin bilik səviyyəsindən və müasir innovativ texnologiyalara yiyələnmək bacarığından asılı olacaq

Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycanın gələcəyi gənclərin bilik səviyyəsindən və müasir innovativ texnologiyalara yiyələnmək bacarığından asılı olacaqAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan tələbələrinin II qurultayının iştirakçılarına təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunu qurultayda Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub./Trend/

Məktubda deyilir: "Hörmətli qurultay iştirakçıları, əziz tələbələr. Sizi - Azərbaycan tələbələrinin II qurultayının iştirakçılarını səmimi qəlbdən salamlayır, sizin simanızda ölkəmizin bütün tələbə gənclərinə ən xoş arzularımı bildirir və qurultayın işinə uğurlar arzulayıram.

Bugünkü ali məclisinizin "Azərbaycan Xalq Cümhuriyyəti İli"nə təsadüf etməsi əlamətdar haldır. Ölkəmizdə ana dilində tədrisə başlanılması, ilk universitetin yaradılması və azərbaycanlı gənclərin xaricdə ali təhsil almağa göndərilməsinin təməli Xalq Cümhuriyyəti dövründə qoyulub. Bu ənənə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən davam etdirilib".

Qeyd olunub ki, məhz ulu öndərin təşəbbüsü ilə azərbaycanlı gənclər keçmiş Sovet İttifaqının məşhur ali məktəblərində təhsil alaraq, vətənimizin yüksəlişi naminə cəmiyyət həyatının ən müxtəlif sahələrində əzmkarlıqla çalışıblar:

"Müstəqil Azərbaycanda milli təhsil quruculuğu sahəsində əhəmiyyətli addımlar atılıb, gəncliyin inkişafı və təhsili ilə bağlı bir sıra dövlət proqramları qəbul edilib. Ümidvaram ki, həmin proqramlar müvəffəqiyyətlə həyata keçiriləcək, gənclərimiz ən yeni bilik və texnologiyaları mənimsəyərək, yüksək hazırlıqlı kadrlar kimi ictimai-siyasi, iqtisadi və mədəni həyatda təqdirəlayiq fəaliyyətləri ilə ölkəmizin tərəqqisi naminə öz töhfələrini verəcəklər.

Əziz gənclər, siz çiçəklənən, gözəl bir ölkədə yaşayırsınız. Hamılıqla uğurlarınıza ürəkdən sevinirik. Zəngin bilikli və dərin mənəviyyatlı, vətənpərvər gənclik olaraq formalaşmağınız gələcəyə inamımızı artırır, qəlbimizi qürur hissi ilə doldurur. Sizinlə fəxr edirik! Azərbaycanın gələcəyi məhz sizlərin bilik səviyyəsindən və müasir innovativ texnologiyalara yiyələnmək bacarığınızdan asılı olacaq. Sizin dövlətimizin və xalqımızın etimadını layiqincə doğruldacağınıza inanıram".
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
“Tarixi şəxsiyyətlər” jurnalının növbəti – 45-ci nömrəsi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyinə həsr olunub.Əli Əhmədov bazardakı qiymətlərdən şikayətləndi - “2 manata kartof olmaz” (VİDEO)Sumqayıtın icra başçısı İnşaatçılar qəsəbəsinə getdiBaş Prokurorluq müsavatçı Tofiq Yaqubluya xəbərdarlıq etdiDövlət Sərhəd Xidmətinin 100 illiyinə həsr olunan markalar dövriyyəyə buraxılıbBu qanunu pozan vəzifəli və hüquqi şəxslər cərimələnəcək - Qanun dəyişdiAzərbaycanda qəbiristanlığın saytı yaradılacaq - VİDEO“Qarabağ” bu gün AvroLiqanın səfər oyununa çıxırDovletxeberleri.az Milana Hospitaln rəhbəri Xuraman Muradovanın ad günün təbrik edir!"Nə etməli ki, bu ona qismət olmadı" - Rəşad Atakişiyevin atası“Azərbaycan ordusu Qazax istiqamətində 600 metr irəliləyib” – Ermənilərdən ETİRAFBirinci vitse-prezident Mehriban Əliyeva şəhid pilotun ailəsinə başsağlığı veribLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiLaçınlı məzunlardan 433 nəfəri tələbə adını qazanıbZakir Həsənov Türkiyə Müdafiə Nazirliyinə təşəkkür edib - FOTOƏli Əhmədov: "Bu kampaniyanı satılmış müxalifət təmsilçiləri aparır"Bu qurum da büdcədən maliyyələşəcək - Baş nazirdən QƏRARRəşad Atakişiyevlə vida mərasimi keçirilirLeyla Əliyeva müalicə alan uşaqlara baş çəkdiGəncənin icra başçısı sənədsiz evlər məsələsinə toxunduDaha 109 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcəkBu gənclərin xaricdə təhsili maliyyələşdiriləcək - Müsabiqənin nəticəsi açıqlandı - SİYAHIAzərbaycanın 16 ildir üzv ola bilmədiyi beynəlxalq təşkilat... - SƏBƏBLƏRBu il hansı universitetlər tələbələrinə yataqxana verə biləcək...“Relaks” istirahət mərkəzindəki dava ilə bağlı rəsmi MƏLUMAT - Deputatın oğlu və qohumları həbs olunduGələn il vahid məktəbli formalarında yenilik olacaqAzərbaycanda 250 ailə üçün meyvə bağları salınırTəhsil şöbəsinin müdiri işdən çıxarılıbİş axtaran 3728 müəllim üçün müsahibə mərhələsi başlayırQənirə Paşayeva afrikalı siyasətçilərə köçkün qadınlardan danışıbMehriban Əliyevadan şəhidlərə böyük ehtiramMüdafiə Nazirliyi: "Bu kimi xəbərlər gülüş doğurur"ALLAH RƏHMƏT ELƏSİNVilayət Eyvazovdan yeni rəis TƏYİNATIBirinci vitse-prezidenti: "Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm"Azərbaycan Kendo Təşkilatı Beynəlxalq Kendo seminarında iştirak etdi.Azərbaycan Sərhəd Mühafizəsinin 100 yaşı tamam olubLaçın rayon Nurəddin kənd tam orta məktəbinin məzunu, bu il keçirilən qəbul imtahanlarında 660,1 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə daxil olUbBir şəklin tarixçəsi: Milli Ordumuz Xankəndinə girməyə hazırlaşırdı - FOTOBayrağımız altındakı günəşəmiz – MüstəqillikBu gün dövlət qulluğuna qəbul imtahanı keçirilirNazir Azərbaycan tankçılarının uğurlarını şərh etdi“Azərbaycan tankçıları güclü və uğurlu çıxış etdi” - Belarus müdafiə nazirilayihə davam edir..Leyla Əliyeva Müslüm Maqomayevin anım tədbirinə qatılıbVilayət Eyvazovdan YENİ TƏYİNATLARErmənistan vətəndaşları Gürcüstanda qəzaya düşüb, ölənlər varABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilərUcarın Çiyni kəndində "sirli varlığın" axtarışları səngimirPaşinyan “Qarabağ klanı”na son zərbəni endirməyə hazırlaşır