Dovletxeberleri.Az
» » USAİD-lə gənclərin məşğulluğu müzakirə edildi

12-12-2018, 08:29USAİD-lə gənclərin məşğulluğu müzakirə edildi

USAİD-lə gənclərin məşğulluğu müzakirə edildi
Gənclərin əmək bazarına çıxışının dəstəklənməsi məqsədilə BMT İnkişaf Proqramı ilə birgə icra olunan “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsinə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) fəal dəstəyi USAİD-lə aktiv məşğulluq tədbirlərinin təşkili sahəsində gələcək əməkdaşlığın genişləndirilməsi üçün yaxşı əsas yaradıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, nazir Sahil Babayev USAİD-in missiya direktoru Caydev Sinqx ilə nazirlikdə keçirilən görüşdə bildirib. Görüşdə ABŞ-ın müvəqqəti işlər vəkili Uilyam Gil də iştirak edib.

S.Babayev Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi inkişaf kursunun uğurlarından biri kimi, ölkəmizdə gənclər arasında da işsizliyin səviyyəsinin əhəmiyyətli şəkildə azaldığını vurğulayıb. O, gənclərin əmək bazarına inteqrasiyasına şərait yaradılması üçün həyata keçirilən aktiv məşğulluq tədbirlərini, beynəlxalq qurumlarla əməkdaşlıq müstəvisində birgə icra olunan layihələri qeyd edib.

Nazir dövlət başçısının 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”, dövlət məşğulluq orqanlarının qabaqcıl beynəlxalq təcrübəyə uyğun yeni xidmət modelinin formalaşdırılması və məşğulluq xidmətlərinin keyfiyyətinin artırılması üçün aparılan islahatlar barədə məlumat verib. “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsinin önəmini diqqətə çatdıran S.Babayev bildirib ki, USAİD-in dəstək verdiyi layihə çərçivəsində təşkil olunan təlimlərdə SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) metodologiyası üzrə gənclərə müasir iş axtarma bacarıqları öyrədilir. Təlimləri bitirən gənclərin artıq əksəriyyəti qazandıqları bu bacarıqlar hesabına münasib işlərlə təmin olunublar.C.Sinqx USAİD-in gənclərlə bağlı layihələrə, gənclərin əmək bazarına daxil olmaları məqsədilə aparılan işlərə həmişə dəstək verməyə hazır olduqlarını, bu sahədə gələcəkdə də birgə işlərin davam etməsinin məqsədəuyğun ola biləcəyini deyib.

Görüşdə gənclərin məşğulluğunun artırılması sahəsində USAİD-lə əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub. Əmək, məşğulluq, sosial müdafiə sahələrində ictimai nəzarət mexanizminin təşkili, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq sahəsində görülən işlərə dair fikir mübadiləsi də aparılıb.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Qənirə Paşayeva afrikalı siyasətçilərə köçkün qadınlardan danışıbMehriban Əliyevadan şəhidlərə böyük ehtiramMüdafiə Nazirliyi: "Bu kimi xəbərlər gülüş doğurur"ALLAH RƏHMƏT ELƏSİNVilayət Eyvazovdan yeni rəis TƏYİNATIBirinci vitse-prezidenti: "Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm"Azərbaycan Kendo Təşkilatı Beynəlxalq Kendo seminarında iştirak etdi.Azərbaycan Sərhəd Mühafizəsinin 100 yaşı tamam olubLaçın rayon Nurəddin kənd tam orta məktəbinin məzunu, bu il keçirilən qəbul imtahanlarında 660,1 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə daxil olUbBir şəklin tarixçəsi: Milli Ordumuz Xankəndinə girməyə hazırlaşırdı - FOTOBayrağımız altındakı günəşəmiz – MüstəqillikBu gün dövlət qulluğuna qəbul imtahanı keçirilirNazir Azərbaycan tankçılarının uğurlarını şərh etdi“Azərbaycan tankçıları güclü və uğurlu çıxış etdi” - Belarus müdafiə nazirilayihə davam edir..Leyla Əliyeva Müslüm Maqomayevin anım tədbirinə qatılıbVilayət Eyvazovdan YENİ TƏYİNATLARErmənistan vətəndaşları Gürcüstanda qəzaya düşüb, ölənlər varABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilərUcarın Çiyni kəndində "sirli varlığın" axtarışları səngimirPaşinyan “Qarabağ klanı”na son zərbəni endirməyə hazırlaşırBakıda yol polisləri belə formalarda olacaqSabah Azərbaycanda 40 dərəcə isti olacaqPolis dövlətin ən etibarlı dayağıdırİstanbulda partlayışda ölən varTramp bank rəhbərlərini təcili iclasa çağırdıAzərbaycan, Rusiya və İran prezidentləri Rusiyada görüşəcəkYol polisinin saxladığı sərxoş sürücü hansı nazirin qızıdır? - AÇIQLAMAQazax və Ağstafa ərazisində 75 sərhəd döyüş məntəqəsi yaradılıb - GENERALAli Baş Komandan sərhədçiləri təltif etdi: hərbi rütbə, orden-medal, fəxri adlar... - SİYAHINərimanovun icra başçısı sakinlərin proqlemlərini dinlədiAzercell-in Rəqəmsal Dünyası Cocuq MərcanlıdaRusiyanın “Vostok” televiziyası Azərbaycanla bağlı layihələrə başlayırLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qəbələ rayonunda keçirilmişdir.ZAMANI QABAQLAMIŞ DAHİ ŞƏXSİYYƏT, MÜDRİK RƏHBƏR VƏ ƏBƏDİYAŞAR LİDERBir “Aprel Şəhidi”nin qardaşı digər “Aprel Şəhidi”nin bacısı ilə ailə qurduQəza mərkəzi prospektdə tıxac yaratdı“Neftçi” səfərdə məğlub olur - YENİLƏNİRBu ölkədə Daxili İşlər Nazirliyinə giriş bağlandıQarabağın azərbaycanlı icmasından Avstraliya hökumətinə etiraz MƏKTUBULeyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldıBakıda bu ərazidəki evlər söküləcək - SiyahıCəbhədə Ermənistanın təxribatları davam edir“Abituriyent” jurnalının 8-ci sayı çıxdıKöçkün məktəbini bitirən 34 məzunun hamısı tələbə OLDURəqib baş məşqçi "Neftçi"yə meydan oxuduŞagirdlərin elektron yerdəyişməsi başlayır“Ramil Səfərov hərəkətlərinin nəticəsini dərk edə bilməyib” - VƏKİL SİRLƏRİ AÇIR“Paşinyanın son bəyanatı vəziyyəti daha da gərginləşdırir” – XİNKöçkün məktəbini bitirən 34 məzunun hamısı tələbə oldu