Dovletxeberleri.Az
» » Çingiz Qurbanov Mübariz İbrahimov qədər şücaət göstərmişdi - Sonuncu Milli Qəhrəman

24-11-2018, 08:11Çingiz Qurbanov Mübariz İbrahimov qədər şücaət göstərmişdi - Sonuncu Milli Qəhrəman

Çingiz Qurbanov Mübariz İbrahimov qədər şücaət göstərmişdi - Sonuncu Milli Qəhrəman
Bu gün Azərbaycanın sonuncu Milli Qəhrəmanı Çingiz Qurbanovun doğum günüdür.

Dovletxeberleri.az-ın məlumatına görə, Çingiz Qurbanov 24 noyabr 1994-cü ildə Qusar rayonunun Həzrə kəndində anadan olub. Doğulduğu kənddə orta məktəbdə təhsil alıb. 2012-ci ildə məktəbi bitirən Qurbanov elə həmin ildə Azərbaycan Texniki Universitetinə daxil olub.

2016-cı ildə həmin universitetin məzunu olub və həmin ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb.

Əsgər Çingiz Qurbanov 2016-cı ilin dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhəddində ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman şəhid olub. Nəticədə Çingiz Qurbanovun nəşi üç həftədən artıq erməni tərəfində qalıb. Bütün beynəlxalq normaları pozan erməni tərəfi sonda 2017-ci il fevralın 5-i Çingiz Qurbanovun nəşini Azərbaycan təfərə təhvil verib.

2017-ci il fevralın 6-da Ç.Qurbanovla vida mərasimi keçirilib. Daha sonra Çingiz Qurbanov doğulduğu Qusar şəhərində, Şəhidlər Xiyabanında son mənzilə yola salınıb.

Sonradan ictimaiyyətə açqılanan məlumata görə, hadisənin baş verdiyi 29 dekabr günü Azərbaycan Respublikasının dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən Ç.Qurbanov sərrast atəşlə 3 erməni döyüşçünü məhv edib, 1-ni isə həmin andaca ağır yaralayıb. 4-cü yaralı erməni zabiti isə yanvarın 16-sı ölüb.


2017-cı ilin 7 fevralında Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Çingiz Qurbanov Mübariz İbrahimov qədər şücaət göstərmişdi - Sonuncu Milli Qəhrəman
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
AMEA-nın Rəyasət Heyəti toplandı - Yeni təyinatlar“Milan” klubu cəzalandırıldıİlham Əliyev və Birinci xanım Tahir Salahovun 90 illik yubiley sərgisində - FOTOLARXələf Xələfov yeni vəzifədə nə iş görəcək?Prezident rektorlarla bağlı fərman imzaladıSumqayıt şəhərində Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib - FOTOLAR.VİDEOKənd Təsərrüfatı Nazirliyi ilə bağlı YENİ FƏRMANNazir struktur islahatı apardı - Bakıda TSEK-lərin sayı azaldıldıAzərbaycanda yeni qurum yaradıldıBərdə rayonunun Təhlə məcburi köçkün qəsəbəsində laçınlı məcburi köçkünlərlə görüş-səyyar qəbul keçirilmişdir.“Qaçqınkom”un sədri Şüvəlandakı köçkünlərlə görüşübBaş nazir Maliyyə Sabitliyi Şurasının iclasını keçirdi"Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri bu gün ən yüksək səviyyədədir"Dövlət qurumunun normativ aktları ilə bağlı qaydalar təsdiqləndiИдеи Гейдара Алиева будут жить, пока существует АзербайджанErmənstan atəşkəsi 26 dəfə pozduABŞ-ın Azərbaycandakı yeni səfiri təsdiqləndi"Qarabağ" son oyunda "Arsenal"a məğlub olduBakıdakı lift qəzasına görə daha bir nəfər həbs edildiNovruz Məmmədov sosial müdafiə ilə bağlı qərarlarda dəyişiklik etdiRəşad Məciddən maraqlı AÇIQLAMA: “Qələmsizlər...”Texniki Universitetin 15 tələbəsinin təhsilhaqqını Gənclər Fondu ödəyəcək - SİYAHIİlham Əliyev: “2019-cu ilin Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə yeni impuls verəcəyinə ümid edirik”Xanım prezidentin andiçməsinə 1800 qonaq qatılacaqSəbailin icra başçısı köhnə müavini işdən azad etdi, yenisini gətirdi - TƏYİNATİlham Əliyev Xələf Xələfovu İŞDƏN ÇIXARTDITamerlan Qarayev Azərbaycanın Litvada səfiri təyin edilibXətai rayonunun icra başçısı işdən çıxarılıbBankların dollarla kredit verməsi məhdudlaşdırıldı – 3 halda veriləcəkÖzəl klinikalarda şok qanunsuzluq - Nazirlik açıqladı: 231 milyon manat gizlədilibİlham Əliyev Ərdoğana başsağlığı verdi"2018 Hərəkatı” ulu öndər Heydər Əliyevin xatirəsini anıb - FOTOLARDaha 1509 şəhid ailəsinə birdəfəlik ödəmə veriləcəkErmənistan rəsmisi Bakıya gəlirAzərbaycanda dollar kreditlərinin verilmə qaydası DƏYİŞDİLavrov bu gün Bakıya gəlirAzərbaycanda AES tikilə bilərBu gün hava necə olacaq?Günün qoroskopu: ailədə problemlər yaranacaq...Düşmən bölmələrimizi ATƏŞƏ TUTDU“Azərbaycan Dəmir Yolları” QSC-yə səlahiyət verildi - Baş nazirdən qərarManat günə bu MƏZƏNNƏ ilə başladıƏli Həsənov: Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaq"Paşinyan ətraf rayonları qaytaracaq, Qarabağa iki dəhliz və aralıq status əldə edəcək..." - Rus politoloqLeyla Əliyeva Heydər Əliyevi yad etdiRusiya Ordusunun Baş Qərargah rəisi NATO komandanı ilə Bakıda görüşdüGələn il kişilərin və qadınların pensiya yaşı belə olacaq -CƏDVƏLİntihar xəbəri yayılan Baş nazirin sabiq bininci müavini danışdı: "Bu, kiməsə əsas vermir ki..."İlham Əliyev ailə üzvləri ilə birlikdə Heydər Əliyevin məzarını ziyarət etdi - FOTOLARGəncə sakinləri Heydər Əliyevin xatirəsini yad etdilər