Dovletxeberleri.Az
» » Pensiya təyinatı, ödənişi və sosial yardımlarda ciddi nöqsanlar... - Materiallar prokurorluğa göndərildi

7-10-2018, 12:27Pensiya təyinatı, ödənişi və sosial yardımlarda ciddi nöqsanlar... - Materiallar prokurorluğa göndərildi

Pensiya təyinatı, ödənişi və sosial yardımlarda ciddi nöqsanlar... - Materiallar prokurorluğa göndərildi
Hesablama Palatasının kollegiyası 2017-ci il yanvarın 1-dən bu il iyulun 1-dək olan dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsi üzrə gəlir və xərclərin, həmçinin şöbənin saxlanılması xərclərinin icrasına dair auditin nəticələrini təsdiqləyib.

Palatadan verilən məlumata görə, dövlət büdcəsinin vəsaitləri hesabına sosial müavinətlərin və təqaüdlərin ödənilməsinə 2017-ci ildə 4 829 633,2 manat, 2018-ci ilin I yarısında isə 2 716 298,96 manat olmaqla ümumilikdə 7 545 932,16 manat, ünvanlı dövlət sosial yardımının (ÜSY) ödənilməsi üzrə 2017-ci ildə 2274587,73 manat, 2018-ci ilin I yarısında isə 44 256,95 manat olmaqla cəmi 2318844,68 manat vəsait sərf edilib.

Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin internet səhifəsində ÜSY alanların siyahısı üzrə məlumatlara əsasən Zaqatala rayonu üzrə VEMTAS vasitəsilə təyinat aparılan 508 ailəyə ÜSY ödənilir.

Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) ilə ÜSY təyinatının araşdırılması məqsədilə təşkil edilən monitorinqlər zamanı ailə tərkibi haqqında düzgün məlumat verilməməsi, pay torpağından və yardımçı təsərrüfatdan gəlirlərin nəzərə alınmaması, ailənin istifadəsində avtomobilin olmasının VEMTAS tərəfindən aşkar edilməməsi kimi nöqsanlara rast gəlinib.

Məcburi dövlət sosial sığorta haqları hesabına gəlirlərin proqnozlaşdırılması və icrası vəziyyəti araşdırılarkən müəyyən edilib ki, 2017-ci ildə Fond tərəfindən 4389300,0 manat həcmində təsdiq edilmiş proqnoz 89,5% icra edilərək 3926925,19 manat vəsait yığılmışdır. Həmin vəsaitin 2384463,12 manatı və ya 60,7%-i büdcə, 1542462,07 manatı və ya 39,3%-i qeyri-büdcə sektorundan daxil olmuş, həmin sektorlar üzrə icra səviyyəsi, müvafiq olaraq, 82,4% və 103,1% təşkil edib.

2018-ci ilin 6 ayı üzrə 2 081 800,0 manat məbləğində proqnoza qarşı 2 033 982,87 manat vəsait yığılıb, təsdiq olunmuş proqnoz 97,7% icra edilib. Həmin vəsaitin 1 242 603,96 manatını və ya 61,1%-ini büdcə sektorundan, 791 378,91 manatını və ya 38,9%-ini isə qeyri-büdcə sektorundan daxilolmalar təşkil edib, büdcə sektoru üzrə 1 226 900,0 manat məbləğində təsdiq edilmiş proqnoz 101,3%, qeyri-büdcə sektoru üzrə 854 900,0 manat məbləğində təsdiq edilmiş proqnoz 92,6% icra edilib.

Audit nəticəsində hüquqi şəxslər və fiziki şəxslər üzrə məcburi dövlət sosial sığorta haqlarının az hesablanması, bir sıra hallarda fiziki şəxslərlə hesablaşmaların onların fəaliyyət növü və yerinə uyğun aparılmaması və ya ümumiyyətlə aparılmaması kimi nöqsanlara rast gəlinib, debitor borcların aradan qaldırılması istiqamətində Şöbə tərəfindən qanunvericiliklə müəyyən edilmiş bütün vasitələrdən tam istifadə edilməyib, qaldırılmış iddia məbləğinin təmin olunmasından sonra da vəsaitlərin tam ödənilməsi təmin edilməmiş, ödənilmiş vəsaitlərin vətəndaşların fərdi hesablarına işlənilməsində nöqsanlar olub, sanatoriya-kurort yollayışlarının satılması fəaliyyəti üzərində qanunvericiliklə müəyyən edilmiş nəzarət tədbirləri həyata keçirilməyib.

Audit olunan dövrdə yeni pensiya təyinatlarının 263 ədədi (29,2%-i) üzrə sığorta stajına dair hüquqi fakt Zaqatala rayon məhkəməsi tərəfindən müəyyən olunub, 23 pensiya işi üzrə (2,6%-i) pensiya təyinatı öhdəliyi Şəki İnzibati-İqtisad Məhkəməsi tərəfindən Şöbəyə həvalə olunub.

Audit nəticəsində pensiya təyinatı və ödənişi sahəsində vətəndaşların sosial sığorta stajlarının düzgün nəzərə alınmaması, pensiyanın sığorta hissəsinin düzgün hesablanmaması, pensiyanın onu almaq hüququ olan ailə üzvlərinə düşən hissəsinin və pensiyaya əlavələrin düzgün hesablanmaması, işləyən əlil pensiyaçılara pensiyanın tam məbləğdə ödənilməsi kimi nöqsanlara yol verildiyi aşkar olunub.

Təqdim edilən sənədlərə əsasən şöbədə keçirilən satınalma prosedurları zamanı bir sıra hallarda müvafiq qanunvericiliyin tələblərinə əməl edilməyib, satınalma üzrə müvafiq mətbuat orqanlarında elan və məlumat yerləşdirilməsi işi zəruri qaydada aparılmayıb, işlərin sənədləşdirilmiş icra göstəriciləri ilə faktiki icra göstəriciləri arasında fərqlər olub.

Hesablama Palatasının kollegiyası auditin nəticələrini müzakirə edərək qərar qəbul edib, müəyyən edilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırılması, nöqsanlara yol vermiş vəzifəli şəxslərə dair qanunvericiliklə müəyyən edilmiş qaydada zəruri tədbirlərin görülməsi və görülmüş bütün tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Nazirliyə və Şöbəyə kollegiya qərarının surəti, Maliyyə Nazirliyinə və Baş Prokurorluğuna müvafiq satınalma prosedurları üzrə auditin nəticələrinə dair aktdan çıxarış və müvafiq təsdiqedici sənədlərin surətləri göndərilib.

Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Küveyt Dövlətinin Azərbaycandakı səfiri Sumqayıtda olubAbel Məhərrəmovu BDU-da kim əvəzləyir? - AÇIQLAMAİdris İsayev bir nazirin müavini vəzifəsindən çıxarıldı, digər nazirə müavin aparıldı - DOSYEAzərbaycanda ilkin əlillik 61,3 faiz azalıbLaçınlı məcburi köçkünlərlə növbəti görüş-səyyar qəbul keçirilmişdir.İsrail Azərbaycana yeni səfir təyin etdiBu günə olan valyuta məzənnələriOPEC-in yeni prezidenti yanvardan işə başlayacaqErmənistan cəbhədə təxribat törətdiYeni model qəbul imtahanlarına hazırlaşanlara çətinliklər yaradıbBu gündən jalüzlü maşınların sürücüləri CƏRİMƏLƏNİRNazir vergi dəyişikliklərinin detallarını açıqladıDəfn qaydalarının pozulmasına görə cərimələr qüvvəyə mindi - VİDEOAbel Məhərrəmovun vəzifəsindən uzaqlaşdırılma səbəbləri məlum oldu - VİDEOEldar Əzizov Bakı meriyasına yeni mətbuat katibi gətirdiDaha 110 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcək - QƏRARİlham Əliyev Bakıya mer təyin etdi - SƏRƏNCAM“Kim Azərbaycan dilini bilmirsə, gəlib parlamentdə oturmasın” – Spikerdən XƏBƏRDARLIQSabahdan Azərbaycanda məktəblər bağlanır“Qəbələ”nin məşqçisi qəzada həlak olduBu gün Millətlər Liqasında 9 oyun keçiriləcək - TƏQVİMErmənistan cəbhədə təxribat törətdiMilli Qəhrəmanın anım günüdürZakir Fərəcov 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında olduDövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında qanun imzalandıDövlət Bayrağının təsviri təsdiq edilibPrezident himnimizlə bağlı qanunu imzaladıXanım deputat şəhid ailələri ilə bağlı hökumətə təklif verdiBMT Təhlükəsizlik Şurası təcili toplandıPensiya yaşına yenidən baxılsın! - Milli Məclisdə hökumətə MÜRACİƏT EDİLDİLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2018-ci il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiVətəndaşların “kupça” almasına MTK-lar mane olurDaşkəsəndə dəhşətli yanğın - Dördü uşaq olmaqla 5 nəfər öldü (TƏFƏRRÜAT)Komitə sədri əlilliklə bağlı 2 nazirliyə çağırış etdiBeyləqan rayon təhsil şöbəsinin müdiri Xuraman xanım Rüstəmova haqqında yazılanlar böhtan və qərəzlidirTeleradio Şurası televerilişlərin və aparıcıların “QARA SİYAHI”sını hazırladı - ÖZƏLAzərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcəklər? — XİN-dən açıqlamaLaçın qaçqınları Məşğulluq Mərkəzinin fırıldaqları-VİDEOMÜRACİƏTMəmmədyarov-Mnatsakanyan görüşü olacaq – Rəsmi Bakıdan AÇIQLAMANazir: “Əlillik meyarları dəyişəcək - I, II, III qrup əlillik anlayışı sovetlərdən qalıb” - EKSKLÜZİVAtəşkəsin pozulması intensivliyi artıbAzərbaycanda yeni məktəbəqədər təhsil müəssisələri yaradılacaq“Baş nazir təyin olunmasından qısa müddət sonra Azərbaycanı ziyarət edir” — İlham Əliyev işçi nahardaİlham Əliyev Slovakiyanın Baş naziri ilə görüşdüDeputatdan banklara sərt İTTİHAMLAR“Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildiBaş nazir Novruz Məmmədov Slovakiyalı həmkarı ilə görüşdü - FOTOƏƏSMN-də daha bir dəyişiklik - Aparata müvəqqəti rəhbər təyin olunubQənirə Paşayeva parlamentdə vacib problemlərdən danışdıMəcburi köçkünlərin binasında YANĞIN - FOTOLAR