Dovletxeberleri.Az
» » Məktəbli geyimləri ilə bağlı hansı dəyişiklik edilib — Qiymətlər qalxıb?

22-08-2018, 07:38Məktəbli geyimləri ilə bağlı hansı dəyişiklik edilib — Qiymətlər qalxıb?

Məktəbli geyimləri ilə bağlı hansı dəyişiklik edilib — Qiymətlər qalxıb?
Qarşıdan yeni tədris ili gəlir. Hər il olduğu kimi bu il də şagirdlər məktəbli formasını "Bakı Tikiş Evi" (BTE) ASC-nin mağazalarından əldə edə biləcəklər.
"Dovletxeberleri.Az" Sputnik Azərbaycan-a istinadən bildirir ki, BTE-nin satış şöbəsinin rəisi Etibar Əzimov deyib ki, məktəbli formalarının qiymətləri aşağı və yuxarı sinif şagirdləri üçün fərlidir. Belə ki, əvvəlki illərdən fərqli olaraq bu il, aşağı sinif şagirdlərinə jiletlər satılmayacaq: "Bizim fəaliyyətimiz tikişlə bağlıdır. Jiletlər isə bizə Bakı Əyirici -Toxuyucu ASC-dən verilirdi. Bu il onlar bizə kiçik ölçülü jiletlər verməyib. Böyük ölçülü jiletlər isə var".

"Elə valideynlər olurdu ki, övladına kostyum almaq istəmir. Keçən ildən qalan şalvarın və ya pencəyin hələ yaxşı vəziyyətdə olduğunu düşünür. Biz valideyni məcbur edə bilmərik ki, kostyum alsın. Buna görə də, hər bir geyimin ayrıca qiyməti var" - deyə E.Əzimov əlavə edib.

O qeyd edib ki, 6-cı sinfə qədər olan şagirdlər üçün kostyumun qiyməti 40 manat, tək şalvar isə 15 manatdır. Valideyn əgər pencəyi tək almaq istəsə, bu, ona 25 manata başa gələcək. 7-ci sinifdən yuxarı şagirdlər üçün isə kostyum 46, şalvar isə 18 manatdır. Tək pencək isə 28 manata başa gələcək.

Etibar Əzimovun sözlərinə görə, məktəbli formalarının qiymətlərində keçən illə müqayisədə heç bir dəyişiklik olmayıb. Qiymətlər aşağıdakı kimidir:

1-6-cı siniflər üçün:

kostyum (qız-oğlan) - 40 manat,

şalvar 26-42 ölçü -15 manat,

ətək (yubka) 26-44 ölçü - 15 manat,

köynək (oğlan-qız) - 8 manat.

Jilet yoxdur.
7-11-ci siniflər üçün:

Kostyum (qız-oğlan) - 46 manat,

Şalvar 44-54 ölçü - 18 manat,

Sarafan 32-54 ölçü - 18 manat,

Köynək (qız-oğlan) - 8 manat,

Jilet (qız-oğlan) - 8 manat.

E.Əzimov qeyd edib ki, artıq BTE-nin bütün mağazalarından məktəbli formnalarını əldə etmək mümkündür. Mağazalar fasiləsiz işləyir: "Yaxşı olardı ki, valideynlər sıxlıq yaranmasın deyə, indidən övladlarının geyimlərini əldə etsinlər. Konveyer üsulu ilə dörd modeldə məktəbli forması tikilir. Bunlar 6 sinfə kimi dama-dama ətəklər, tünd göy rəngli gödəkçə və şalvarlar, həmçinin yuxarı sinif şagirdləri üçün kostyumlar, pencəklər və sarafanlardır".

Onun sözlərinə görə, bütün valideynlər 597-45-39 nömrələrinə zəng edərək, yaşadıqları əraziyə yaxın olan BTE mağazalarının yerini öyrənə bilərlər: "Valideynlər çalışsın ki, formaları bizim mağazalardan alsınlar. Çünki biz məhsullarımıza bir il zəmanət veririk. Bizim parçaların və hazır məhsullarımızın xüsusi sertifikatı var. Kənar yerlərdə də bizim formalara bənzər məktəbli formaları satılır. Bizim rekvizitlərdən, birkalardan, düymələrdən və qolçaqlardan istifadə edilərək zirzəmilərdə formalar tikilir. Ancaq qeyd edək ki, onların keyfiyyəti bizim formaların keyfiyyəti ilə eyni deyil, onlar tez sıradan çıxır".

Xatırladaq ki, bu il yeni tədris ili sentyabrın 17-də başlayacaq.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
“Əsrin müqaviləsi”nin 25-ci ildönümü laçınlılar tərəfindən qeyd olunduLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Taxta Körpü ərazisindəki 552 ailəlik qəsəbədə keçirilmişdir.Şəhid ailələri və Qarabağ əlillərinə ev verildiSevinc Fətəliyeva: Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyənə qədər Ermənistanın heç bir inkişaf perspektivi yoxdurMəktəb direktoru olmaq istəyənlər növbəti sınağa çəkilirGünay Əfəndiyevanın fondu Milli Konservatoriya ilə memorandum imzaladıDilqəm Əsgərovla Şahbaz Quliyev erməni hərbçilərlə dəyişdirilə bilərGüləşçimiz 2-ci dəfə dünya çempionu olduRamiz Mehdiyev Belarusun dövlət katibi ilə görüşdü - Ramil Usubov və Fuad Ələsgərov da müzakirədə olubAYB-nin Sumqayıt bölməsinə YENİ TƏYİNATLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiƏli Əhmədov Yeni Azərbaycan Partiyasının təqaüdünü alan tələbə-gənclərlə görüşübZakir Həsənov təlimlərin gedişi barədə məruzəni dinlədiBalababa Rzayev rəisi işdən çıxarır, 2 il sonra eyni posta geri gətirilir - "Azərişıq"da yeni təyinatİcra başçısı müavinini işdən çıxardıDovletxeberleri.az İlqar Mehtiyevi təbrik edir!Azərbaycan Üzeyir Musiqi gününü qeyd edirLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qaradağ rayonunun “Qobu Park” yaşayış massivində keçirilmişdirElinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYEKomitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanırRövşən Rzayev 30-dan çox köçkünü qəbul etdiPrezident xanım naziri qəbul etdi - FOTOCeyhun Bayramov Basqalda orta məktəbinin AÇILIŞINDA15 sentyabr - Bilik günüdürPrezident və birinci xanım 300 nömrəli məktəbin AÇILIŞINDANuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandanDeputat: “Sosial evlərlə bağlı şərtlərə yenidən baxılmalıdır!”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Sabirabad rayonunun ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Saatlı rayonunda keçirilmişdirMehriban Əliyevadan Bilik günü təbriki - FOTOPrezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibVilayət Eyvazovdan ƏMR: Bu ərazilər nəzarətə götürüləcəkƏli Həsənov: Milli birlik, həmrəylik Azərbaycanın alternativsiz reallığıdırNaxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı CORLEAP-ın həmsədri seçilibYAP Qaradağ rayon təşkilatının Gənclər Birliyi ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçiribAğcabədi Regional Mədəniyyət idarəsi Laçın rayon mərkəzi kitabxananın işçiləri Aprel döyüşlərində şəhid olmuş Ülvin Məmmədovun ev muzeyində oldular və ailə uzvüləri ilə görüş keçirmişdilər.ADPU-nun Ağcabədi filialına yeni təyin olunan direktor kollektivə təqdim edildi."Sülh aylığı" ilə bağlı tədbir keçirilmişdirBakı metrosu işıq sönəndə də işləyəcəkQarabağ icması Fransa hökumətinə çağırış edib"Erməni xalqı Azərbaycana qarşı təcavüzün məsuliyyətini dərk etməlidir" - Xələf XələfovAzərbaycanda kimlərin uşaqlarına müavinət verilir? - Nazirlik AÇIQLADIİcra başçısından şok addım: yubileyə 3 milyon xərcləyəcəkMüharibə əlillərinə daha 50 maşın verildi“Öndəki birincilər” layihəsi çərçivəsində tədbir keçirilmişdir.DMX əməkdaşlarının əmək pensiyaları yenidən hesablanacaqAZAL təyyarə bələdçisi vəzifəsinə qəbul elan edibNovruz Məmmədov Gürcüstanın yeni baş nazirini təbrik edibPresident Ilham Aliyev viewed work done at Khatai station of Baku Metroİlham Əliyev AŞPA prezidentini qəbul edib