Dovletxeberleri.Az
» » Beyləqanın icra başçısı Vaqif Abdullayevin əxlaq və rüşvət sərgüzəştləri

24-07-2018, 07:23Beyləqanın icra başçısı Vaqif Abdullayevin əxlaq və rüşvət sərgüzəştləri

Beyləqanın icra başçısı Vaqif Abdullayevin əxlaq və rüşvət sərgüzəştləri
Beyləqanda son 6 ildə dağıdıcılıqla məşğul olmuş icra başçısı Vaqif Abdullayev haqlı olaraq, ölkə mediasının gündəmindən düşmür. Çox haqlı olaraq, icra başçısı əsasən, əxlaqsızlıq və kütləvi rüşvətyığma əməlinə görə, rayon əhalisi tərəfindən şiddətlə tənqid olunur. İcra başçısının əxlaqsızlıq zəminində tənqid olunması, onun Rayon Təhsil şöbəsinin müdiri Xuraman Rüstəmova ilə açıq-aşkar yaxınlıq etməsi ilə bağlıdır. Məlumdur ki, Xuraman Rüstəmova ixtisasca ibtidai sinif müəllimi olduğuna görə, o, məktəb direktoru, eyni zamanda, Rayon Təhsil şöbəsinin müdiri vəzifəsinə təyin edilə bilməz. Amma Xuraman xanım Vaqif Abdullayevin himayəsi ilə uzun müddət şəhər 3 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışmış və iki ildir ki, Beyləqan Rayon Təhsil şöbəsinin müdiri vəzifəsini icra edir.

İcra hakimiyyətində çalışan, təqibə məruz qalmamaq və işini itirməmək üçün adının çəkilməsini istəməyən məlumatlı şəxsin deməsinə görə, rayon əhalisi bu gün də icra başçısı ilə Təhsil şöbəsinin müdiri arasında hər gün baş verən əxlaq və rüşvətyığma məcaralarından gen-bol danışılır. Beyləqan əhalisinin Vaqif Abdullayevi məişət pozğunu kimi tanınması heç də təsadüfi deyil. O, rayona icra başçısı təyin olunduqdan sonra ətrafına əhali arasında kirli əxlaqa malik olan qadın kimi, tanınmışları toplayıb və onların vasitəsi ilə rayonda hər cür çirkin hərəkətlərlə məşğul olub. Ailəsini rayona gətirməyən və həftənin 5 gününü rayonda müxtəlif əxlaqsız xanımlarla keçirən icra başçısına əhali çox qızğındır və qəzəblidir.

Vaqif Abdullayev əxlaqsız və rüşvətxor olmaqla bərabər, həm də söyüş ritorikası ilə toplantı keçirən icra başçısıdır. Adam hər cümləsində daha çox özünün layiq olduğu təhqir və söyüşlər işlədir, hüquq-mühafizə orqanlarının və rayon fəallarının iştirak etdiyi toplantılarda həddini aşaraq, əxlaq normalarına əməl etmir. Buna görə də Vaqif Abdullayev bir neçə dəfə təhqir etdiyi şəxslər tərəfindən döyülüb və hətta ciddi zədələr aldığı üçün neçə gün işə çıxmayıb. Bundan əlavə, icra başçısı sipirtli içki düşkünü kimi tanınır və hər gün tabeliyində olan idarə, müəssisə və təşkilat rəhbərlərinin hesabına yeyib-içmək vərdişinə tutulub.

İcra başçısının rəhbər işçiyə yaraşmayan, onu hörmətdən salan hərəkətlərdən biri də tabeçiliyində olana rəhbər vəzifəli şəxslərdən 50-100 manat pul istəməsi, yəni açıq-aşkar dilənçilik etməsidir. Rayonun bütün idarə, müəssisə və təşkilatlarında maliyyə vəziyyəti son dərəcə ağırdır, dövlət əmlakını mənimsəmə və talama halları adiləşib. Əgər Hesablama Palatası Beyləqan Rayon İcra hakimiyyətinin dövlət vəsaiti ilə bağlı fəaliyyətini təftiş etsə, icra başmısının ciddi maliyyə pozğunluğuna yol verdiyini və külli miqdarda dövlət vısaitini müəyyən edəcəyinə heç kim şübhə etmir.

img

Beyləqanın icra başçısının professor elmi dərəcəsinə malik olmasına münasibət bildirənlər sırasında“XXI Əsr” Təhsil Məkəzinin rəhbəri, təhsil üzrə ekspert Etibar Əliyevin də bu fikirləri birmənalı qarşılanmayıb. O, özünün feyzbuk səhifəsində elmi nüfuzdan salan məsələlərdən söz açarkən, Beyləqan rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayevin 40 yaşında Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (indiki İdarəçilik Akademiyası) bitirməsinin, 2 ildən sonra isə namizədlik dissertasiyası müdafiə etməsini şübhəli məqam kimi qeyd edib. Gəlin, Vaqif Abdullayevin tərcümeyi-halı ilə tanış olaq və Etibar Əliyevi təəccübləndirən məqamlara diqqət yetirək:

Vaqif İdris oğlu Abdullayev 16 oktyabr 1956-cı il tarixdə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olmuşdur. 1996-cı ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş, 1998-ci ildə siyasi elmlər üzrə namizədlik dissertasiyası, 2004-cü ildə siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə edərək alimlik dərəcəsi almışdır. 2007-ci ildə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə professor adı verilmişdir. 1992-1994-cü illərdə Azərbaycan Respublikası Prezidenti İcra aparatının nəşri olan “Yurd” jurnalında şöbə müdiri, 1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsində məsləhətçi vəzifəsində işləmişdir.İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2007-2012-ci illərdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli Sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.Yeni Azərbaycan Partiyası siyasi şurasının üzvüdür. Prezident İlham Əliyevin sərəncamı ilə 15 oktyabr 2015-ci ildə “3-cü dərəcəli Vətənə Xidmətə görə” ordeni ilə təltif edilmişdir. Ailəlidir, 5 övladı, 10 nəvəsi var."

Bu tırcümeyi-haldan Vaqif Abdullayevin elmi dərəcələri çox sürətlə və əlüstü aldığı aydın görünür. Yəni icra başçısının keçdiyi ömür yolunu və bütün fəaliyyətini nəzərdən keçirdikdə, onun tam saxta həyat və fəaliyyət tarixçəsinin eynəcərlikləri bütün çılpaqlığı ilə üzə çıxır. İcra başçısı fevral 2012-ci ildə Xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın Milli Məclisdəki çıxışından sonra Xızıdan qovulur və himayəçilərinin köməyi ilə Beyləqana gətirilir. Burada rayonu arxayın talamaq üçün özünə yuxarıdan dayaq axrarır və o arxanı tapır: - general Bəylər Əyyubovla qohumluq əlaqəsi quraraq - generalın qardaşı qızını oğluna alır və Beyləqanı tamam söküb-talamaq üçün şans əldə edir və bu gün də bunu davam etdirir.

MURTUZA

P.S. Qarşı tərəfin məsələyə münasibətini öyrənmək cəhdimiz baş tutmadı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
“Əsrin müqaviləsi”nin 25-ci ildönümü laçınlılar tərəfindən qeyd olunduLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Taxta Körpü ərazisindəki 552 ailəlik qəsəbədə keçirilmişdir.Şəhid ailələri və Qarabağ əlillərinə ev verildiSevinc Fətəliyeva: Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyənə qədər Ermənistanın heç bir inkişaf perspektivi yoxdurMəktəb direktoru olmaq istəyənlər növbəti sınağa çəkilirGünay Əfəndiyevanın fondu Milli Konservatoriya ilə memorandum imzaladıDilqəm Əsgərovla Şahbaz Quliyev erməni hərbçilərlə dəyişdirilə bilərGüləşçimiz 2-ci dəfə dünya çempionu olduRamiz Mehdiyev Belarusun dövlət katibi ilə görüşdü - Ramil Usubov və Fuad Ələsgərov da müzakirədə olubAYB-nin Sumqayıt bölməsinə YENİ TƏYİNATLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiƏli Əhmədov Yeni Azərbaycan Partiyasının təqaüdünü alan tələbə-gənclərlə görüşübZakir Həsənov təlimlərin gedişi barədə məruzəni dinlədiBalababa Rzayev rəisi işdən çıxarır, 2 il sonra eyni posta geri gətirilir - "Azərişıq"da yeni təyinatİcra başçısı müavinini işdən çıxardıDovletxeberleri.az İlqar Mehtiyevi təbrik edir!Azərbaycan Üzeyir Musiqi gününü qeyd edirLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qaradağ rayonunun “Qobu Park” yaşayış massivində keçirilmişdirElinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYEKomitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanırRövşən Rzayev 30-dan çox köçkünü qəbul etdiPrezident xanım naziri qəbul etdi - FOTOCeyhun Bayramov Basqalda orta məktəbinin AÇILIŞINDA15 sentyabr - Bilik günüdürPrezident və birinci xanım 300 nömrəli məktəbin AÇILIŞINDANuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandanDeputat: “Sosial evlərlə bağlı şərtlərə yenidən baxılmalıdır!”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Sabirabad rayonunun ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Saatlı rayonunda keçirilmişdirMehriban Əliyevadan Bilik günü təbriki - FOTOPrezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibVilayət Eyvazovdan ƏMR: Bu ərazilər nəzarətə götürüləcəkƏli Həsənov: Milli birlik, həmrəylik Azərbaycanın alternativsiz reallığıdırNaxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı CORLEAP-ın həmsədri seçilibYAP Qaradağ rayon təşkilatının Gənclər Birliyi ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçiribAğcabədi Regional Mədəniyyət idarəsi Laçın rayon mərkəzi kitabxananın işçiləri Aprel döyüşlərində şəhid olmuş Ülvin Məmmədovun ev muzeyində oldular və ailə uzvüləri ilə görüş keçirmişdilər.ADPU-nun Ağcabədi filialına yeni təyin olunan direktor kollektivə təqdim edildi."Sülh aylığı" ilə bağlı tədbir keçirilmişdirBakı metrosu işıq sönəndə də işləyəcəkQarabağ icması Fransa hökumətinə çağırış edib"Erməni xalqı Azərbaycana qarşı təcavüzün məsuliyyətini dərk etməlidir" - Xələf XələfovAzərbaycanda kimlərin uşaqlarına müavinət verilir? - Nazirlik AÇIQLADIİcra başçısından şok addım: yubileyə 3 milyon xərcləyəcəkMüharibə əlillərinə daha 50 maşın verildi“Öndəki birincilər” layihəsi çərçivəsində tədbir keçirilmişdir.DMX əməkdaşlarının əmək pensiyaları yenidən hesablanacaqAZAL təyyarə bələdçisi vəzifəsinə qəbul elan edibNovruz Məmmədov Gürcüstanın yeni baş nazirini təbrik edibPresident Ilham Aliyev viewed work done at Khatai station of Baku Metroİlham Əliyev AŞPA prezidentini qəbul edib