Dovletxeberleri.Az
» » Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Narkomaniya əsrin bəlası” mövzusunda dəyirmi masa təşkil olunmuşdur.

26-06-2018, 11:22Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Narkomaniya əsrin bəlası” mövzusunda dəyirmi masa təşkil olunmuşdur.

Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Narkomaniya əsrin bəlası” mövzusunda dəyirmi masa təşkil olunmuşdur.
2018-ci il 25 iyun tarixdə Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Narkomaniya əsrin bəlası” mövzusunda dəyirmi masa təşkil olunmuşdur.
Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının inzibati binasının konfrans zalında keçirilən tədbiri giriş sözü ilə açan Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Laçın rayon komissiyasının məsul katibi Cabir Əvəzzadə ölkəmizdə gənc nəslin sağlam şəkildə böyüməsi üçün Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə, eyni zamanda yayılmasına qarşı əsası Ulu öndər Heydər Əliyev tərəfindən aparılan mübarizənin, məhz bu gün də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən danışaraq, bildirmişdir ki, bu sahədə dövlət tərəfindən mütəmadi maarifləndirmə işləri olduqca təqdirəlayiq bir formada aparılır. Natiq eyni zamanda bildirmişdir ki, BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun tarixi “Narkomaniya və Narkotiklərin Qeyri-qanuni Dövriyyəsinə Qarşı Ümumdünya Mübarizə Günü” kimi qeyd olunur. 1992-ci ildə Azərbaycan Respublikası BMT-yə tam hüquqlu üzv olduqdan sonra “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” BMT-nin 1988-ci il konvensiyasına qoşulduğundan, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar olaraq 26 iyun tarixinin ölkəmizdə də “Narkotiklərlə Mübarizə Günü” kimi qeyd olunması ənənə halını almışdır.
Tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yasin Həsənov “Narkomaniya əsrin bəlasıdır” mövzusunda məruzə ilə çıxış etmişdir.
Məruzə ətrafında digər çıxış edənlər də Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı vahid dövlət sistemi çərçivəsində həyata keçirilən tədbirlərin bütün ölkə vətəndaşları tərəfindən razılıqla qarşılandığını, eyni zamanda narkomaniya, onun doğurduğu fəsadlar barədə əhalinin maarifləndirilməsi məqsədilə həyata keçirilən tədbirlərin çox təqdirəlayiq bir iş olduğunu bildirmişlər.
Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, qəsəbə ərazisində fəaliyyət göstərən rayonun ümumtəhsil məktəblərinin müəllimləri və yuxarı sinif şagirdləri iştirak etmişlər.
Dovletxeberleri.az
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Prezident “Dövlət rüsumu haqqında” qanunda dəyişikliyi təsdiq etdiAğcabədi, Ağdam, Zərdab və Laçın rayon təhsil şöbələrinin hesabat tədbiri keçirilib.İlham Əliyev BƏƏ-nin İqtisadiyyat nazirini qəbul edibOrta məktəblərdə 5 gün dərs olmayacaqAzərbaycanın Xarici İşlər Nazirliyi Lavrova CAVAB VERDİMSK bələdiyyə seçkilərinə qatılacaq daha bir partiyanı qeydə aldıPrezident və birinci xanım ağacəkmə aksiyasındaOrta məktəblərdə çalışanların diaqnostik imtahanı keçiriləcəkParlament jurnalistlərindən 5 rayonda bayraq aksiyası – FOTOLARZakir Fərəcov Muğam Mərkəzində görülən son tamamlanma işləri ilə tanış olubRövnəq Abdullayev Əbu-Dabidə dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşüb - FOTOValideyn və şagirdlərin nəzərinə - Sabah bu məktəblərdə dərs olacaqİran yeni hərbi yük avtomobilini təqdim edibƏrdoğan bu məsələyə görə Putinə zəng etdiBakı bütünlüklə Azərbaycan bayrağı ilə bəzəndi - FOTO, VİDEOZakir Həsənov: “Hər bir Azərbaycan əsgəri döyüş hazırlığını daim artırmalıdır”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Pirallahı rayonunda keçirilmişdirElmar Məmmədyarov Türkiyədə işgüzar səfərdədirBakı Şəhər İcra Hakimiyyəti Dövlət Bayrağı Günü ilə bağlı iməclik keçiribAzərbaycan hər birimizin doğma evidir!“Yeni baş nazir Novruz Məmmədovun bir çox qərarlarını ləğv edəcək” – İDDİA“Dağlıq Qarabağın yekun statusuna gəldikdə...bu çox çətin məsələdir”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Pirallahı rayonunda keçirilmişdir9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdirErmənistan atəşkəsi 21 dəfə pozdu“Hələ heç nə bitməyib” - Qurban QurbanovAqşin Məmmədov Laçın RN Polis şöbəsində Rəis müavini vəzifəsinə təyin olunmuşdur.YENİ KOALİSİYA YARADILDI. “MİLLİ MƏNƏVİ DƏYƏRLƏRİMİZ UĞRUNDA” ADLI KOALİSİYANIN İLK İCLASI KEÇİRİLDİ.Türkiyə sosial sahədə Azərbaycanın təcrübəsini öyrənəcəkKoreya prezidenti AZƏRTAC-ın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdüVilayət Eyvazov vətəndaşlarla bağlı göstəriş verdiMikayıl Cabbarov Milli Məclisə gəldi - Vergi Məcəlləsinə mühüm dəyişikliklər olacaqUşaqlar bizim gələcəyimizdir“Müəllim xarici dil bilməlidir ki, yeniliklərdən xəbərdar olsun” - Nazir müavini“Narkomaniyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilmişdirOrta aylıq pensiya 293 manat olacaq - gələn ildən...Azərbaycanda özəl məhkəmə ekspertizası institutu yaradılırSahibkarlığın İnkişafı Fondu sığortaçı seçibUkraynada Azərbaycanın ilk Mədəniyyət və İnformasiya Mərkəzi fəaliyyətə başlayacaqÖn cəbhədə “Bayraq yürüşü” keçirilib - FOTOLARNiyazi Bayramov Gəncə sakinlərilə görüşübBaş Nazir Əli Əsədov özünə yeni köməkçi təyin edibSON DƏQİQƏ: - Ordumuzun əsgəri həlak olub - FOTOGələn ilin büdcəsində bu sahələrə daha çox pul ayrılıb - NazirŞəhid ailələri, Qarabağ əlillərinə daha 40 mənzil verildiYevlaxın yeni başçısı sakinlərilə ilk görüşünü keçirdi: “Bir sıra problemlər var”Prezident Musa Yaquba mənzil verdiƏrdoğan gələn həftə ABŞ-a gedirLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiZakir Qaralovdan yeni prokuror TƏYİNATI