Dovletxeberleri.Az
» » AĞ GÖL MİLLİ PARKINDAN YIĞILAN RÜŞVƏT NAZİRƏ ÇATIR

30-04-2018, 07:00AĞ GÖL MİLLİ PARKINDAN YIĞILAN RÜŞVƏT NAZİRƏ ÇATIR

AĞ GÖL MİLLİ PARKINDAN YIĞILAN RÜŞVƏT NAZİRƏ ÇATIR
Ağcabədi rayonu Ağ Göl Milli Parkında baş verənlərlə bağlı məlumat daxil olub.

Sonolay.org xəbər verir ki, Ağ göl Milli Parkında baş verənlərlə bağlı məlumat verən Mirzəyev Vahid Qəzəb oğlu bildirir ki, Ağcabədi ərazisindəki Ağ göl Milli Parkında qanunsuz ov aparılır və qoruq ərazisini istismara məruz qalır. O, baş verənlərlə bağlı fotomateriallar da təqdim edib.

Onun müraciətini təqdim edilir:

“Hörmətli redaksiya!

Mən Mirzəyev Vahid Qəzəb oğlu təbiəti mühafizə işində uzun müddət işləmişəm. Hal-hazırda işsizəm, ancaq peşə vərdişi olaraq təbiəti mühafizə işi ilə bağlı həmişə maarifləndirmə işi aparıram. Adi bir ağacın kəsilməsi, ilk baxışdan lazımsız görünən bir həşaratın öldürülməsi mənə pis təsir edir. Xüsusiylə bir müddət işlədiyim Ağ Göl Milli Parkında təbiətə qarşı törədilən vəhşilik məni çox narahat edir. Hörmətli Prezidentimizin tapşırıq və tövsiyələrinə əsasən, cənab nazirimizin təbiəti mühafizə istiqamətində səylə çalışdığı bir dövrdə mənə göndərilən bu video və foto materiallara heç cür laqeyid qala bilmirəm. Aydiyyəti qurumlara dəfələrlə müraciət etsəm də heç bir nəticə yoxdur.Bildirirəm ki, Laçın Elektrik şəbəkəsinin baş ustası Şaban adlı vəzifəli şəxs Ağ göl milli parkının balıq ovlamaq satmaq işlərinin başında durur bu gündə həmin fəaliyyətini davam etdirir. Bilmək istəyirəm ki, Şaban Laçın Elektrik Şəbəkəsində işləyir? yoxsa Ağ göl Milli Parkında balıq satmaqla məşqul olur?

Sizdən artıq dərəcədə xahiş edirəm ki, Ağ göl Milli Parkının yaxınlığında yerləşən sakinlərin və işçilərin Ağ göl Milli Parkının flora və faunasına necə inanilmaz ziyan vurmağını əks etdirən bu materialları yaymaqla aydiyyəti qurumların və ictimaiətin diqqətini bu istiqamətə yönəldəsiniz.

Əvvəlcədən sizə öz təşəkkürümü bildirirəm.

İmza: Mirzəyev Vahid Qəzəb oğlu”.

Qanunsuz ov nəticəsində ceyranlar, quşlar, balıqlar direktorun gəlir mənbəyinə çevrilib.2003-cü il 5 iyul tarixində ölkə başçısının sərəncamı ilə sahəsi 17,924 hektara qədər genişləndirilən, Ağcabədi və Beyləqan rayonlarının ərazisində yaradılan Ağgöl Milli Parkında ümumilikdə 500 mindən çox quş qışlayır. Qeyd edək ki, burada rast gəlinən quşların 30 növünün adı «Azərbaycanın Qırmızı Kitabı»na salınıb. Bundan başqa, milli park ərazisində 20-dən çox balıq növünə – çəki, külmə, durna balığı, xəşəm, lil balığı, naxa, qambuziya və s. rast gəlinir. Lakin buna baxmayaraq, hazırda Ağ göl Milli Parkında qanunsuz ov aparılır və bu səbəbdən də qoruq ərazisi istismara məruz qalıb.

Xəbərə görə, qoruq rəhbərliyinin razılığı ilə yaxınlıqda yaşayan insanlar mal-qaranın otlaması üçün milli parkın ərazisindən istifadə edirlər. Sözügedən qoruqda ovlanması qadağan olunan ceyran, çöl quşlarının ovlandığını vurğulayan məlumatlı şəxs iddia edir ki, Ağgöl Milli Parkının direktoru Loğman Mehdiyev gölün kənarında torpaqdan 2 hektara yaxın hovuz düzəltdirib: «Həmin hovuzda isə Ağ göldən tutulan müxtəlif növ balıqlarlar saxlanılır və sonradan bazara çıxarılır. Loğman Mehdiyev «brokonyer»lərlə razılaşaraq göldə tor qurulmasına şərait yaradıb. Tututlan balıqların 50 faizi direktora verilir. Deyilənlərə görə, qoruq rəhbərliyi ay ərzində «dambası»na 3 tondan çox balıq atır. Hazırda Loğman Mehdiyevin gölündə 10 tondan çox balıq var və payız aylarında direktor həmin məhsulu satışa çıxardır».

Mənbənin sözlərinə görə, direktor Ağ göl Milli Parkında özünə şahin quşu biznesi də yaradıb: «Belə ki, direktor Ağ göl Milli Parkında yaşayan şahin quşlarını tutduraraq satır. Bu işlə ölkə miqyasında böyük bir şəbəkə məşğul olur. Şahin quşlarının alıcısı isə ərəb şeyxləridir. Mahir ovçu kimi yetişdirilən şahin quşları çox baha qiymətə ərəb şeyxlərinə satılır. Ağgöl Milli Parkından tutulan hər bir şahinə görə xeyli miqdarda gəlir əldə olunur. Bütün bunlar onu deməyə əsas verir ki, Ağgöl Milli Parkında durumun ağır və dözülməzdir. Bu parkda qoruğun təyinatında kənar fəaliyyətlər o qədər genişlənib ki, artıq bura milli park deməyə adamın dili gəlmir. Belə ki, dövlət tərəfindən qorunan flora və fauna demək olar ki, məhv olmaq üzrədir. Hər il payız, qış və yaz aylarında milli parkın ərazisində qanunsuz ov nəticəsində onlarla ceyranlar məhv edilir, quşlar qırılır, hədsiz sayda balıqlar «brokonyer»lərin gəlir mənbəyinə çevrilir…»

Ağ göl Milli Parkında ov etmək və balıq tutmaq üçün ayda 500 manat Loğman Mehdiyevə vermək lazımdı. Loğman müəllim isə həmin aylıqları özünə deyi nazirə verdiyini bildirir. Bundan başqa Loğman Mehdiyev Mehriban xanım Əliyevanında adından istifadə etməkdən də çəkinmədiyi daxil olan məlumatlar sırasındadı...

Şikayətlə bağlı Ağ göl Milli Parkının rəhbərliyinin və məsul şəxslərinin də mövqeyini dərc etməyə hazırıq.
AĞ GÖL MİLLİ PARKINDAN YIĞILAN RÜŞVƏT NAZİRƏ ÇATIR
AĞ GÖL MİLLİ PARKINDAN YIĞILAN RÜŞVƏT NAZİRƏ ÇATIR
AĞ GÖL MİLLİ PARKINDAN YIĞILAN RÜŞVƏT NAZİRƏ ÇATIR
AĞ GÖL MİLLİ PARKINDAN YIĞILAN RÜŞVƏT NAZİRƏ ÇATIR
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Dövlət Bayrağının təsviri təsdiq edilibPrezident himnimizlə bağlı qanunu imzaladıXanım deputat şəhid ailələri ilə bağlı hökumətə təklif verdiBMT Təhlükəsizlik Şurası təcili toplandıPensiya yaşına yenidən baxılsın! - Milli Məclisdə hökumətə MÜRACİƏT EDİLDİLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2018-ci il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiVətəndaşların “kupça” almasına MTK-lar mane olurDaşkəsəndə dəhşətli yanğın - Dördü uşaq olmaqla 5 nəfər öldü (TƏFƏRRÜAT)Komitə sədri əlilliklə bağlı 2 nazirliyə çağırış etdiBeyləqan rayon təhsil şöbəsinin müdiri Xuraman xanım Rüstəmova haqqında yazılanlar böhtan və qərəzlidirTeleradio Şurası televerilişlərin və aparıcıların “QARA SİYAHI”sını hazırladı - ÖZƏLAzərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcəklər? — XİN-dən açıqlamaLaçın qaçqınları Məşğulluq Mərkəzinin fırıldaqları-VİDEOMÜRACİƏTMəmmədyarov-Mnatsakanyan görüşü olacaq – Rəsmi Bakıdan AÇIQLAMANazir: “Əlillik meyarları dəyişəcək - I, II, III qrup əlillik anlayışı sovetlərdən qalıb” - EKSKLÜZİVAtəşkəsin pozulması intensivliyi artıbAzərbaycanda yeni məktəbəqədər təhsil müəssisələri yaradılacaq“Baş nazir təyin olunmasından qısa müddət sonra Azərbaycanı ziyarət edir” — İlham Əliyev işçi nahardaİlham Əliyev Slovakiyanın Baş naziri ilə görüşdüDeputatdan banklara sərt İTTİHAMLAR“Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildiBaş nazir Novruz Məmmədov Slovakiyalı həmkarı ilə görüşdü - FOTOƏƏSMN-də daha bir dəyişiklik - Aparata müvəqqəti rəhbər təyin olunubQənirə Paşayeva parlamentdə vacib problemlərdən danışdıMəcburi köçkünlərin binasında YANĞIN - FOTOLARNazir Ramin Quluzadə şikayətçiləri qəbul edəcək - BərdədəDSMF-nin vəzifələri şəxsləri haqda fərman - "Dövlət qulluğu haqda" qanun dəyişdiİlham Əliyev Belarusa səfər edəcəkATƏT sabah cəbhə xəttinə gedəcək200-dən çox şəxsə mal və materiallar verilibLaçın Suvarma Sistemləri İdarəsinnin yeni rəsin Dovletxeberleri.az təbrik edir!Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır114 şəhidin vərəsəsinə ödəniş edildi - RƏSMİİnam Kərimov qəbul keçirəcəkİcra nümayəndəsi Mübariz İbrahimovun anası barədə xəbəri TƏKZİB ETDİDaxili İşlər Nazirliyindən sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQZakir Həsənov bu deputatları təltif etdi - SİYAHIPrezident və birinci xanım açılış ETDİNazir özünə 4 müşavir, 213 işçi axtarır - SİYAHIBu gün təəssübkeş vətən oğlu , Birləşmiş Dünya Azərbaycanlıları təşkilatının rəhbəri , Tatarıstanda Azərbaycan diasporunun rəhbəri Sarraf bəy doğum gününüdürAzərbaycanda dəhşət: Altı nəfər ruhi xəstəni döyərək öldürdüDövlət Komitəsinin nümayəndə heyəti ABŞ-a yola düşürƏliyev Antidopinq Agentliyinin prezidenti ilə görüşübPA-dan Norveç səfirliyinin bağlanmasına reaksiyaLos Ancelesdə Arzu Əliyevanın filminin premyerası keçirilib“Paşinyanın ağlı olsa..” - Eks-müdafiə nazirindən XƏBƏRDARLIQQurban Qurbanov millinin heyətini açıqladıDövlət İmtahan Mərkəzi hazırlıq kursları açırSarkisyanın partiyası seçkiyə gedirCəbhədə GƏRGİN GECƏ - Nazirlik məlumat yaydı