Dovletxeberleri.Az
» » Müğənnilər ifalarına diqqət etsinlər” - Dilçilik İnstitutundan XƏBƏRDARLIQ

2-02-2018, 14:28Müğənnilər ifalarına diqqət etsinlər” - Dilçilik İnstitutundan XƏBƏRDARLIQ

Müğənnilər ifalarına diqqət etsinlər” - Dilçilik İnstitutundan XƏBƏRDARLIQ
AMEA-nın Dilçilik İnstitutu tərəfindən musiqi ifaçılarının ifasında, nitqində yol verilən dil qüsurları ilə bağlı monitorinqə başlanılıb.

Maraqlıdır, monitorinqlər necə keçiriləcək? Hansı müğənnilərin ifalarına nəzər salınacaq?


Bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva danışıb. O bildirib ki, monitorinqə həm muğam ifaçıları, həm də estrada müğənnilərinin ifaları daxil olacaq:


“Bizi maraqlandıran ifadakı qüsurlardır. Ad olaraq konkret bir şey demək mümkün deyil. Amma siyahıda gənc, yaşlı, sevilən, yaxud bizim yaxşı tanıdığımız ifaçılar da var. Bu şəxsən mənim illərdir müşahidə etdiyim məsələ idi. Lakin son zamanlar ədəbi dil baxımından qüsurlu ifaların birbaşa auditoriyaya təsir etdiyini gördük. Hətta ifaçılar öz yetirmələrinə belə təsir edirlər. O cümlədən musiqiyə yeni gələn gənclər də həmin müğənnilərin ifa tərzini örnək alır və davam etdirirlər. Musiqimiz qazanır, amma dilimiz itirir. Mən də mütəxəssis olaraq ifalarda mövcud olan qüsurları duyuram və hətta özümə sual verirəm ki, doğurdanmı filan musiqidə keçidlər belə tələffüz edilir? İfalarda ədəbi dil qüsurları o qədər daşlaşıb ki, mütəxəssis kimi mən də çaşıram”.


S.Əliyeva qeyd edib ki, ifalardakı dil qüsurları yolverilməzdir:


“Bu gün artıq Azərbaycan musiqisi məkan tanımır. Bir vaxt Qarabağın musiqi beşiyi olduğunu deyirdik. Lakin hazırda ölkənin bütün regionlarından peşəkar musiqiçilər çıxır. Necə ki, aparıcıların nitqi tamaşaçılara təsir edir, müğənnilərdə də belədir. Tamaşaçı sevdiyi müğəninin ifasında bir sözü dəfələrlə eşidirsə, bu artıq onda alışqanlıq halına çevrilir. Yəni səhv tələffüz edilən sözü elə həmin cür də bilir, qulaq yavaş-yavaş öyrəşir. Axı bu, yolverilməzdir.

Ədəbi dilimizin lüğət tərkibi dialektlərimizə əsaslanır. Amma dialekti kütləvi informasiya vasitələrinə çıxarsaq, biz uduzacağıq. Sabit orfoepiya qaydalarımız pozulacaq. Bu səbəbdən monitorinqlərə başlamışıq və nəticələri aprel ayında ictimaiyyətə açıqlayacağıq”.


Müsahibimiz deyib ki, musiqilərə fərd kimi müdaxilə etməyə heç kəsin ixtiyarı yoxdur:


“Mahnılarımızda rast gəldiyimiz fonetik, leksik qüsurları aşkar edəcəyik. Məsələn, rəhmətlik Şövkət Ələkbərova, Rübabə Muradova bu cür dil qüsurlarına yol vermirdi. Düzdür, hansısa ziyafətdə, dar mühitdə müğənnilər ifalarında hansısa dəyişikliyə yol verə bilər. Amma musiqilərimiz mədəniyyətimizin bir parçasıdır.

Bu gün müğənnilərimizin intellektual səviyyəsi də fərqlidir. Buna görə biz heç kəsi qınaya bilmərik. Amma istərdik ki, müğənnilər ifalarına diqqət etsinlər. Belə olduğu halda bu, onların danışığına da təsir edəcək. Monitorinqlər müğənnilərimizin və dilimizin xeyrinə olacaq. Əgər biz monitorinqlərin nəticələrini ictimaiyyətə açıqlasaq, inanırıq ki, özlərində qüsur olduğunu aşkarlayan müğənnilər də üzərlərində işləyəcəklər. Konrekt ad çəkmək və ya kimisə sual altına qoymaq fikrimiz yoxdur. Məqsədimiz dediyim kimi mövcud dil qüsurlarını ortaya qoymaqdır. Hansısa qurum və ya şəxs bizimlə işləmək, bizdən mütəxəssis kimi istifadə etmək istəsələr, mən iki əllə buna razı olaram. Biz hər bir şeyə hazırıq, yetər ki, dilimiz korlanmasın”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Dəfn qaydalarının pozulmasına görə cərimələr qüvvəyə mindi - VİDEOAbel Məhərrəmovun vəzifəsindən uzaqlaşdırılma səbəbləri məlum oldu - VİDEOEldar Əzizov Bakı meriyasına yeni mətbuat katibi gətirdiDaha 110 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcək - QƏRARİlham Əliyev Bakıya mer təyin etdi - SƏRƏNCAM“Kim Azərbaycan dilini bilmirsə, gəlib parlamentdə oturmasın” – Spikerdən XƏBƏRDARLIQSabahdan Azərbaycanda məktəblər bağlanır“Qəbələ”nin məşqçisi qəzada həlak olduBu gün Millətlər Liqasında 9 oyun keçiriləcək - TƏQVİMErmənistan cəbhədə təxribat törətdiMilli Qəhrəmanın anım günüdürZakir Fərəcov 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında olduDövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında qanun imzalandıDövlət Bayrağının təsviri təsdiq edilibPrezident himnimizlə bağlı qanunu imzaladıXanım deputat şəhid ailələri ilə bağlı hökumətə təklif verdiBMT Təhlükəsizlik Şurası təcili toplandıPensiya yaşına yenidən baxılsın! - Milli Məclisdə hökumətə MÜRACİƏT EDİLDİLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2018-ci il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiVətəndaşların “kupça” almasına MTK-lar mane olurDaşkəsəndə dəhşətli yanğın - Dördü uşaq olmaqla 5 nəfər öldü (TƏFƏRRÜAT)Komitə sədri əlilliklə bağlı 2 nazirliyə çağırış etdiBeyləqan rayon təhsil şöbəsinin müdiri Xuraman xanım Rüstəmova haqqında yazılanlar böhtan və qərəzlidirTeleradio Şurası televerilişlərin və aparıcıların “QARA SİYAHI”sını hazırladı - ÖZƏLAzərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcəklər? — XİN-dən açıqlamaLaçın qaçqınları Məşğulluq Mərkəzinin fırıldaqları-VİDEOMÜRACİƏTMəmmədyarov-Mnatsakanyan görüşü olacaq – Rəsmi Bakıdan AÇIQLAMANazir: “Əlillik meyarları dəyişəcək - I, II, III qrup əlillik anlayışı sovetlərdən qalıb” - EKSKLÜZİVAtəşkəsin pozulması intensivliyi artıbAzərbaycanda yeni məktəbəqədər təhsil müəssisələri yaradılacaq“Baş nazir təyin olunmasından qısa müddət sonra Azərbaycanı ziyarət edir” — İlham Əliyev işçi nahardaİlham Əliyev Slovakiyanın Baş naziri ilə görüşdüDeputatdan banklara sərt İTTİHAMLAR“Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildiBaş nazir Novruz Məmmədov Slovakiyalı həmkarı ilə görüşdü - FOTOƏƏSMN-də daha bir dəyişiklik - Aparata müvəqqəti rəhbər təyin olunubQənirə Paşayeva parlamentdə vacib problemlərdən danışdıMəcburi köçkünlərin binasında YANĞIN - FOTOLARNazir Ramin Quluzadə şikayətçiləri qəbul edəcək - BərdədəDSMF-nin vəzifələri şəxsləri haqda fərman - "Dövlət qulluğu haqda" qanun dəyişdiİlham Əliyev Belarusa səfər edəcəkATƏT sabah cəbhə xəttinə gedəcək200-dən çox şəxsə mal və materiallar verilibLaçın Suvarma Sistemləri İdarəsinnin yeni rəsin Dovletxeberleri.az təbrik edir!Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır114 şəhidin vərəsəsinə ödəniş edildi - RƏSMİİnam Kərimov qəbul keçirəcəkİcra nümayəndəsi Mübariz İbrahimovun anası barədə xəbəri TƏKZİB ETDİDaxili İşlər Nazirliyindən sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQZakir Həsənov bu deputatları təltif etdi - SİYAHI