Dovletxeberleri.Az
» » Yas mərasimlərində yemək süfrəsi yığışdırıldı - İcra başçısından qərar

31-10-2017, 14:20Yas mərasimlərində yemək süfrəsi yığışdırıldı - İcra başçısından qərar

Yas mərasimlərində yemək süfrəsi yığışdırıldı - İcra başçısından qərar
Gəncəbasar zonasında yas mərasimlərində yemək süfrəsi yığışdırılıb. Artıq Yevlax rayonunda da yas mərasimlərində yemək süfrəsinin açılması qadağan edilib.

Bu barədə Gəncədə və Yevlaxda yaşayan sakinlər məlumat verib. Xəbərə görə, artıq Gəncəbasar zonasında yas mərasimlərində yemək süfrəsinin açılmasına icazə verilmir. Eyni qayda artıq Yevlax rayonunda da tətbiq edilməyə başlanılıb. Hüzür mərasimləri olan yerlərə Gəncəbasar zonasında və Yevlaxda yerli icra hakimiyyətinin nümayəndələri təhkim edilərək yasda yemək verilməməsi ilə bağlı təbliğat işi aparırılar.

Dəbdəbəli ehsan süfrəsinin yığışdırılması ilə bağlı Gəncəbasar zonasında aparılan təbliğat işləri öz bəhrəsini verməkdədir. Artıq rayonlarda bu işə yüksək vəzifəli məmurlar, deputatlar tərəfindən də dəstək verilir. Yüksək vəzifəli məmurlar və deputatlar öz yaxınlarının yas mərasimini sadə təşkil etməklə bu işə bir nümunə olurlar. Sakinlər artıq bir müddətdir ki, yas mərasimlərində çay süfrəsinin açıldığını, yalnız halva verilməsi ilə bağlı sakinlərlə razılığıa gəlindiyini söyləyirlər. Məlumata görə, hətta Gəncəbasar zonasında, Yevlax rayonunda yas mərasiminə uzaq məsafələrdən gələn qohum-əqrabaya, dost-tanışa da yemək süfrəsi açılmır. Gəncəbasar zonasında dəbdəbəli ehsan süfrələrinə qarşı aparılan bu kampaniya sadə insanlar tərəfindən dəstəklənir. Yüksək çinli məmurların, vəzifəli şəxslərin belə yeni qoyulmuş qaydaya tabe olması, bu kampaniyaya dəstək verən, əmək edənlərin sayını günü-gündən artırır.

Millət vəkili Fazil Mustafa Gəncəbasar zonasında yasda yemək süfrəsinin yığışdırılmasının, sadə ehsan süfrələrinin açılmasının təqdirəlayiq hal olduğunu söyləyir:
"Əgər Gəncə və Yexlax rayon icra başçıları bu cür cəsur addım atıblarsa, əhali arasında təbliğat işi apararaq bu cür nəticəyə nail olublarsa, çox böyük iş görüblər. Sözsüz ki, bu Gəncə icra başçısının təşəbbüsüdür. Yevlax icra hakimiyyətinin, eləcə də ətraf rayonların da icra başçılarının bu nəcib təşəbbüsə dəstək verməsi çox sevindirici haldır. Bu işi ancaq dəstəkləmək, təqdir etmək lazımdır. Arzu edirəm ki, bu təbliğat və nəzarət işi davamlı olsun. Bu işə ictimai dəstək verilməlidir. Artıq vəhşi yas adətlərinin yığışdırılmasına doğurdan da ciddi ehtiyac yaranıb. Dünyadan köçən yaxınına dəbdəbəli ehsan süfrəsi açmaq, onun ruhuna hörmət əlaməti sayılmır. Tox qarınları doydurmağın dünyadan köçən insana heç bir xeyiri yoxdur. Bu işdə ayrıseçkiliyi aradan qaldırmaq çox vacibdir. Hər yerdə bu kampaniyaya elə məhz məmurlar, imkanlı şəxslər dəstək olmalıdırlar. Onlar sadə insanlara bu məsələdə bir nümunə kimi davranmalıdırlar. Əgər kiminsə imkanı çoxdursa, yasda ehsan süfrəsinə xərcləyəcəyi vəsaitə internatlara, tələbə yataqxanalarına xeyriyyəçilik edə bilər. Mənim fikrimcə, yas mərasimləri məhəllələrdə çadırlardan məscidlərə daşınmalıdır. Gəncəbasar zonasının nümunəsində yas mərasimlərində yemək süfrəsinin yığışdırılması digər bğlgələrimizdə də, Bakıda da davam etdirilməlidir".
movqe.az
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Zakir Fərəcov 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında olduDövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında qanun imzalandıDövlət Bayrağının təsviri təsdiq edilibPrezident himnimizlə bağlı qanunu imzaladıXanım deputat şəhid ailələri ilə bağlı hökumətə təklif verdiBMT Təhlükəsizlik Şurası təcili toplandıPensiya yaşına yenidən baxılsın! - Milli Məclisdə hökumətə MÜRACİƏT EDİLDİLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2018-ci il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiVətəndaşların “kupça” almasına MTK-lar mane olurDaşkəsəndə dəhşətli yanğın - Dördü uşaq olmaqla 5 nəfər öldü (TƏFƏRRÜAT)Komitə sədri əlilliklə bağlı 2 nazirliyə çağırış etdiBeyləqan rayon təhsil şöbəsinin müdiri Xuraman xanım Rüstəmova haqqında yazılanlar böhtan və qərəzlidirTeleradio Şurası televerilişlərin və aparıcıların “QARA SİYAHI”sını hazırladı - ÖZƏLAzərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcəklər? — XİN-dən açıqlamaLaçın qaçqınları Məşğulluq Mərkəzinin fırıldaqları-VİDEOMÜRACİƏTMəmmədyarov-Mnatsakanyan görüşü olacaq – Rəsmi Bakıdan AÇIQLAMANazir: “Əlillik meyarları dəyişəcək - I, II, III qrup əlillik anlayışı sovetlərdən qalıb” - EKSKLÜZİVAtəşkəsin pozulması intensivliyi artıbAzərbaycanda yeni məktəbəqədər təhsil müəssisələri yaradılacaq“Baş nazir təyin olunmasından qısa müddət sonra Azərbaycanı ziyarət edir” — İlham Əliyev işçi nahardaİlham Əliyev Slovakiyanın Baş naziri ilə görüşdüDeputatdan banklara sərt İTTİHAMLAR“Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildiBaş nazir Novruz Məmmədov Slovakiyalı həmkarı ilə görüşdü - FOTOƏƏSMN-də daha bir dəyişiklik - Aparata müvəqqəti rəhbər təyin olunubQənirə Paşayeva parlamentdə vacib problemlərdən danışdıMəcburi köçkünlərin binasında YANĞIN - FOTOLARNazir Ramin Quluzadə şikayətçiləri qəbul edəcək - BərdədəDSMF-nin vəzifələri şəxsləri haqda fərman - "Dövlət qulluğu haqda" qanun dəyişdiİlham Əliyev Belarusa səfər edəcəkATƏT sabah cəbhə xəttinə gedəcək200-dən çox şəxsə mal və materiallar verilibLaçın Suvarma Sistemləri İdarəsinnin yeni rəsin Dovletxeberleri.az təbrik edir!Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır114 şəhidin vərəsəsinə ödəniş edildi - RƏSMİİnam Kərimov qəbul keçirəcəkİcra nümayəndəsi Mübariz İbrahimovun anası barədə xəbəri TƏKZİB ETDİDaxili İşlər Nazirliyindən sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQZakir Həsənov bu deputatları təltif etdi - SİYAHIPrezident və birinci xanım açılış ETDİNazir özünə 4 müşavir, 213 işçi axtarır - SİYAHIBu gün təəssübkeş vətən oğlu , Birləşmiş Dünya Azərbaycanlıları təşkilatının rəhbəri , Tatarıstanda Azərbaycan diasporunun rəhbəri Sarraf bəy doğum gününüdürAzərbaycanda dəhşət: Altı nəfər ruhi xəstəni döyərək öldürdüDövlət Komitəsinin nümayəndə heyəti ABŞ-a yola düşürƏliyev Antidopinq Agentliyinin prezidenti ilə görüşübPA-dan Norveç səfirliyinin bağlanmasına reaksiyaLos Ancelesdə Arzu Əliyevanın filminin premyerası keçirilib“Paşinyanın ağlı olsa..” - Eks-müdafiə nazirindən XƏBƏRDARLIQQurban Qurbanov millinin heyətini açıqladıDövlət İmtahan Mərkəzi hazırlıq kursları açır