Dovletxeberleri.Az
» » UNEC-də millət vəkillərinin iştirakı ilə “Açıq qapı” - FOTOLAR . DOVLETXEBERLERİ.AZ

24-06-2017, 17:23UNEC-də millət vəkillərinin iştirakı ilə “Açıq qapı” - FOTOLAR . DOVLETXEBERLERİ.AZ

UNEC-də millət vəkillərinin iştirakı ilə “Açıq qapı” - FOTOLAR . DOVLETXEBERLERİ.AZUNEC-də yay imtahan sessiyası ilə bağlı 4-cü “Açıq qapı” günü keçirilib.
UNEC rektoru, professor Ədalət Muradovla birlikdə millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və millət vəkili Vüsal Hüseynov, “525-ci qəzet”in əməkdaşı Sevinc Qarayevanın iştirak etdiyi “Açıq qapı”da UNEC tələbələri, valideynlər, universitet əməkdaşlarının müraciətləri dinlənilib. Müraciətlər əsasən yay imtahan sessiyası ilə bağlı olub. “Açıq qapı”da ümumilikdə 40-a yaxın müraciət cavablandırılıb, məsələlərin operativ həlli ilə bağlı müvafiq struktur bölmələrə göstəriş verilib.

Əflatun Amaşov “Açıq qapı” günü ilə bağlı təəssüratlarını bölüşüb: “Tələbələr sərbəst şəkildə problemləri barədə rektora danışır, haqqlarını müdafiə etməyi bacarırlar. Bu da universitet rəhbərliyinin onlara yaratdığı səmimi mühitdən irəli gəlir. Hər bir müraciət diqqətlə dinlənildi və müvafiq qaydalar çərçivəsində onların həlli ilə bağlı göstərişlər verildi. Bəzi məsələlər isə yerindəcə həll edildi. Mən bu gün savadlı, elmli, bilikli, öz hüquqlarını bilən və onları müdafiə etməyi bacaran tələbələr gördüm. Gələcəyimiz olan gəncləri bu səviyyədə görmək məni çox sevindirdi. UNEC-də son illər bir çox mühüm yeniliklər tətbiq olunur. Bütün bunlar da keyfiyyətli mütəxəssislərin hazırlanmasına xidmət edir”.

Millət vəkili Vüsal Hüseynov “Açıq qapı” günlərinin keçirilməsini universitetdəki şəffaflığın bariz göstəricisi kimi dəyərləndirib: “Açıq qapı” günləri universitet rəhbərliyi ilə tələbələr arasında ünsiyyəti daha da əlçatan edir. Eyni zamanda müəllmlərin, inzibati işçilərin tələbələr qarşısında məsuliyyətini artırır. Görüş müsbət ab-havada keçdi. İştirakçıların hər biri, istər valideyn, istər tələbə, istərsə də əməkdaşlar görüşdən razı qaldılar. Qəbulda tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi, beynəlxalq təcrübənin tətbiqi, müəllimlərin elmi potensialının artırılması, maddi-texniki bazanın zənginləşdirliməsi ilə bağlı müraciətlər müzakirə olundu. Bu da həmin sahələr üzrə universitetdə mühüm işlər görüldüyünün göstəricisidir”.

UNEC məzunu olduğunu diqqətə çatdıran V.Məmmədov bildirib ki, bir vaxtlar universitetdə müəllim kimi də çalışıb: “Mən özüm də bu universitetin məzunuyam, eyni zamanda burada pedaqoji fəaliyyətlə məşğul olmuşam. Mütəmadi olaraq UNEC-də baş verən yenilikləri mətbuatdan və sosial şəbəkələrdən izləyirəm. UNEC-də tələbə təşəbbüslərinə daha çox yer verildiyini müşahidə edirəm və bunu alqışlayıram. UNEC ölkədə iqtisadiyyat sahəsində baza rolunu oynayan əsas təhsil ocağıdır. Hesab edirəm ki, burada peşəkar mütəxəssislərin yetişməsi üçün yeniliklərin davam etdirilməsi zəruridir. Artıq bu istiqamətdə universitetdə müvafiq tədbirlər həyata keçirilir. Bu da hər birimizi çox sevindirir”.

Qeyd edək ki, UNEC rektorunun “Açıq qapı” günləri hər həftənin şənbə günü olmaqla yay imtahan sessiyasının sonuna kimi davam edəcək.
UNEC-də millət vəkillərinin iştirakı ilə “Açıq qapı” - FOTOLAR . DOVLETXEBERLERİ.AZ
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
BMT Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəldiİlham Əliyev Amerika Yəhudi Təşkilatlarının sədr müavinini qəbul edibLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiPrezident İranın nümayəndə heyətini qəbul edibRamiz Mehdiyev AMEA-da islahatlara başlayırVitse-spikerdən tələbə yataqxanaları ilə bağlı - TƏKLİF"Qarşıdakı illərdə biz irəliləyiş görəcəyik" - Mikayıl CabbarovNazir müavini Ucarda dərs prosesini izləyibOqtay Əsədov deputatlara XƏBƏRDARLIQ ETDİİnam Kərimov daha iki direktoru işdən çıxardıElşad Həsənov kollektivə təqdim olundu“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək şagirdlərlə Laçın rayon rəhbərliyinin görüşü keçirilmişdirAğcabədi rayonunda “ BAYRAQ GÜNÜ “qeyd edildiAmerikada milli musiqimizi təbliğ edən azərbaycanlı -“Facebook” onlayn ödəmə xidmətini işə saldı“Dövlət zəmanəti ilə götürülən kredit müqavilələri Milli Məclisə təqdim olunmalıdır”Prezident “Dövlət rüsumu haqqında” qanunda dəyişikliyi təsdiq etdiAğcabədi, Ağdam, Zərdab və Laçın rayon təhsil şöbələrinin hesabat tədbiri keçirilib.İlham Əliyev BƏƏ-nin İqtisadiyyat nazirini qəbul edibOrta məktəblərdə 5 gün dərs olmayacaqAzərbaycanın Xarici İşlər Nazirliyi Lavrova CAVAB VERDİMSK bələdiyyə seçkilərinə qatılacaq daha bir partiyanı qeydə aldıPrezident və birinci xanım ağacəkmə aksiyasındaOrta məktəblərdə çalışanların diaqnostik imtahanı keçiriləcəkParlament jurnalistlərindən 5 rayonda bayraq aksiyası – FOTOLARZakir Fərəcov Muğam Mərkəzində görülən son tamamlanma işləri ilə tanış olubRövnəq Abdullayev Əbu-Dabidə dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşüb - FOTOValideyn və şagirdlərin nəzərinə - Sabah bu məktəblərdə dərs olacaqİran yeni hərbi yük avtomobilini təqdim edibƏrdoğan bu məsələyə görə Putinə zəng etdiBakı bütünlüklə Azərbaycan bayrağı ilə bəzəndi - FOTO, VİDEOZakir Həsənov: “Hər bir Azərbaycan əsgəri döyüş hazırlığını daim artırmalıdır”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Pirallahı rayonunda keçirilmişdirElmar Məmmədyarov Türkiyədə işgüzar səfərdədirBakı Şəhər İcra Hakimiyyəti Dövlət Bayrağı Günü ilə bağlı iməclik keçiribAzərbaycan hər birimizin doğma evidir!“Yeni baş nazir Novruz Məmmədovun bir çox qərarlarını ləğv edəcək” – İDDİA“Dağlıq Qarabağın yekun statusuna gəldikdə...bu çox çətin məsələdir”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Pirallahı rayonunda keçirilmişdir9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdirErmənistan atəşkəsi 21 dəfə pozdu“Hələ heç nə bitməyib” - Qurban QurbanovAqşin Məmmədov Laçın RN Polis şöbəsində Rəis müavini vəzifəsinə təyin olunmuşdur.YENİ KOALİSİYA YARADILDI. “MİLLİ MƏNƏVİ DƏYƏRLƏRİMİZ UĞRUNDA” ADLI KOALİSİYANIN İLK İCLASI KEÇİRİLDİ.Türkiyə sosial sahədə Azərbaycanın təcrübəsini öyrənəcəkKoreya prezidenti AZƏRTAC-ın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdüVilayət Eyvazov vətəndaşlarla bağlı göstəriş verdiMikayıl Cabbarov Milli Məclisə gəldi - Vergi Məcəlləsinə mühüm dəyişikliklər olacaqUşaqlar bizim gələcəyimizdir“Müəllim xarici dil bilməlidir ki, yeniliklərdən xəbərdar olsun” - Nazir müavini