Dovletxeberleri.Az
» » “Azərişığ”ın bu idarəsi ləğv edildi

27-04-2017, 11:48“Azərişığ”ın bu idarəsi ləğv edildi

“Azərişığ”ın bu idarəsi ləğv edildi
Azərişıq ASC-nin tabeliyində olan “Cənub” Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) iki yerə bölünərək yerində “Cənub” və “Şirvan” RETSİ yaradılıb və bununla da qurumun tabeliyində olan RETSİ-lərin sayı 8-ə çatıb.

“Azərişığ”ın mətbuat xidmətinin rəhbəri Tanriverdi Mustafayev bu faktı Report-a təsdiq edib.

T.Mustafayev yeni yaradılan idarələrə tabe olan şəhər və rayonların adlarını da açıqlayıb: “Mərkəzi Lənkəran şəhərində yerləşən yeni “Cənub” RETSİ-yə Lənkəran, Biləsuvar, Cəlilabad, Yardımlı, Lerik, Astara və Masallı elektrik şəbəkələri daxildir. Mərkəzi Şirvan şəhərində yerləşən “Şirvan” RETSİ-yə isə Şirvan, Salyan, Hacıqabul, Neftçala elektrik şəbəkələri tabe edilib. Bununla yanaşı, əvvəllər “Aran” RETSİ-yə daxil olan Saatlı və Sabirabad elektrik şəbəkələri də hazırda “Şirvan” RETSİ-nin tabeliyindədir”.

Qurum rəsmisinin sözlərinə görə, aparılan dəyişikliklər abonentlərə göstərilən xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edir:

“Bu vaxta qədər mövcud olan “Cənub” RETSİ-nin əhatə dairəsi geniş idi. Bu isə abonentlərə müəyyən narahatlıq yaradırdı. Bundan sonra isə Lənkəranda yaşayan hansısa abonentin Şirvan şəhərinə gəlməyinə ehtiyac qalmayacaq. Yeni strukturlaşma “Azərişığ”ın gördüyü işlərin keyfiyyətini və operativliyini daha da artıracaq. Həmçinin abonentlərimizin rahatlığını təmin edəcək. “Azərişıq” olaraq “Səyyar Asan” vasitəsi ilə mütəmadi olaraq abonentlərə xidmət göstəririk. Təkcə sonuncu dəfə 20 gün ərzində Cəlilabadın 3 kəndində olan 100-dən çox abonentə texniki şərt vermişik və bu işlər bundan sonra da davam etdiriləcək”.

Qeyd edək ki, “Şirvan” RETSİ-yə Hikmət Həsənov, “Cənub” RETSİ-yə isə Əbülfət Paşayev rəis təyin edilib. H.Həsənov ləğv edilən “Cənub” RETSİ-nin sonuncu, Ə.Paşayev isə həmin idarənin keçmiş rəisi olub.

Xatırladaq ki, 2015-ci ilin mayında “Azərişığ”ın yeddi - Şimal, Şimal-Qərb, Qərb, Cənub, Aran, Mərkəzi Aran və Bakı Regional Enerji Təchizatı və Satışı İdarələri yaradılıb.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
İlham Əliyev daha 2 SƏRƏNCAM İMZALADIAbel Məhərrəmovun General qardaşı da işdən qovulduNazir: “Pensiya yaşını azaltmağa ehtiyac yoxdur”Prezident Dövlət proqramını TƏSDİQLƏDİAbel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? - DOSYESadələşdirilmiş vergiylə bağlı DƏYİŞİKLİKRamiz Mehdiyevin “Dağlıq Qarabağ”la bağlı kitabı ərəb dilində çap edildiPrezident İlham Əliyevdən Sumqayıtla bağlı ard-arda - SərəncamlarGənclər və idman komitəsi gənclərə nə vəd edir?Abel Məhərrəmovun vəzifəsini bu XANIM İCRA EDİR - FOTOVergilər Nazirliyinin səlahiyyətləri artırılır"Nərgiz Paşayeva BDU-nun rektor vəzifəsinə real namizəddir" - Kamran ƏsədovBakıda Azərbaycan Gənclərinin VIII Forumu keçirilir - FOTOPaşinyan Azərbaycanla sərhədə gəldiİlham Əliyev Sumqayıtdan Bakıya qatarla gəldi - FOTOLARŞeyx Almaniyaya gedirPrezident Sumqayıtda səfərdədir - İcra başçısı hesabat verdi + AÇILIŞLARElmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinə gedib - SƏBƏB"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın söndürülüb - FHN açıqladı“Əmək pensiyaları haqqında” qanun dəyişir - Yeni qaydalarda nə var?Dövlət qulluqçusu olmaq istəyənlərin DİQQƏTİNƏ!Sumqayıtda daha bir zavodun açılışı oldu - FOTOKüveyt Dövlətinin Azərbaycandakı səfiri Sumqayıtda olubAbel Məhərrəmovu BDU-da kim əvəzləyir? - AÇIQLAMAİdris İsayev bir nazirin müavini vəzifəsindən çıxarıldı, digər nazirə müavin aparıldı - DOSYEAzərbaycanda ilkin əlillik 61,3 faiz azalıbLaçınlı məcburi köçkünlərlə növbəti görüş-səyyar qəbul keçirilmişdir.İsrail Azərbaycana yeni səfir təyin etdiBu günə olan valyuta məzənnələriOPEC-in yeni prezidenti yanvardan işə başlayacaqErmənistan cəbhədə təxribat törətdiYeni model qəbul imtahanlarına hazırlaşanlara çətinliklər yaradıbBu gündən jalüzlü maşınların sürücüləri CƏRİMƏLƏNİRNazir vergi dəyişikliklərinin detallarını açıqladıDəfn qaydalarının pozulmasına görə cərimələr qüvvəyə mindi - VİDEOAbel Məhərrəmovun vəzifəsindən uzaqlaşdırılma səbəbləri məlum oldu - VİDEOEldar Əzizov Bakı meriyasına yeni mətbuat katibi gətirdiDaha 110 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcək - QƏRARİlham Əliyev Bakıya mer təyin etdi - SƏRƏNCAM“Kim Azərbaycan dilini bilmirsə, gəlib parlamentdə oturmasın” – Spikerdən XƏBƏRDARLIQSabahdan Azərbaycanda məktəblər bağlanır“Qəbələ”nin məşqçisi qəzada həlak olduBu gün Millətlər Liqasında 9 oyun keçiriləcək - TƏQVİMErmənistan cəbhədə təxribat törətdiMilli Qəhrəmanın anım günüdürZakir Fərəcov 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında olduDövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında qanun imzalandıDövlət Bayrağının təsviri təsdiq edilibPrezident himnimizlə bağlı qanunu imzaladıXanım deputat şəhid ailələri ilə bağlı hökumətə təklif verdi