Dovletxeberleri.Az
» » İlham Əliyev sahibkarlara tam təminat verdi ki... - Deputat

20-04-2017, 19:52İlham Əliyev sahibkarlara tam təminat verdi ki... - Deputat

İlham Əliyev sahibkarlara tam təminat verdi ki... - Deputat
Prezident İlham Əliyevin sədrliyi ilə Yevlax şəhərində keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsi ölkəmizdə qeyri-neft sektorunun inkişafı üçün çox mühüm əhəmiyyət kəsb edən hadisədir. Bu müşavirədə Azərbaycanın yerli sahibkarlarına çox ciddi tapşırıq və tövsiyələr verildi. Dövlətimizin başçısının müşavirədəki mühüm mesajlarından biri o oldu ki, artıq birmənalı şəkildə Azərbaycanda neft erası başa çatıb. Bundan sonra iqtisadi siyasətimizin əsas istiqaməti qeyri-neft sektorunun inkişafıdır.

Bu fikirləri Milli Məclisin deputatı, professor Elman Nəsirov Azərtac-a açıqlamasında deyib.

“Atılan bütün addımlar məhz iqtisadi istiqamətdə dövlətimizin strateji maraqlarının təminatına yönəldilib. İlk növbədə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektoru məhsullarının istehsalı və onun “Made in Azerbaijan” brendi altında dünya bazarlarında tanınması, xüsusilə də qeyri-neft sektorunun ixracatının stimullaşdırılması məsələləri diqqət mərkəzində saxlanılıb. Xüsusilə də qeyri-neft ixracatı ilə məşğul olan sahibkarlar ölkənin rəhbəri səviyyəsində belə bir əminlik əldə etdilər ki, dövlətimiz bu istiqamətdə bütün lazımi addımları atacaq. Sahibkarlara maliyyə dəstəyi məsələləri bundan sonra da dövlətin, xüsusilə Prezidentin diqqətində olacaq. Bu kontekstdə indiyədək atılmış addımlar artıq öz səmərəsini verməkdədir”, - deyə Milli Məclisin deputatı qeyd edib.

E.Nəsirov bildirib ki, 2017-ci ilin birinci rübündə qeyri-neft sektorunda 2,4 faizlik iqtisadi artım tempi özünü göstərib. Ümumiyyətlə, ilin birinci rübü ərzində ixracatın həcmi 50 faiz artıb və bunun 10 faizini qeyri-neft sahəsi təşkil edir ki, bu da yüksək nəticədir. Eyni zamanda, idxal 17 faiz azalıb. Bu da o deməkdir ki, yerli istehsal gücləndiyindən xaricdən idxal azalıb. Paralel şəkildə Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması prosesi də dinamik bir prosesə çevrilib və bu istiqamətdə konkret nəticələr var.

Dövlətimizin başçısı kənd təsərrüfatı məhsullarının müxtəlif ölkələrin bazarlarına çıxarılması məsələsini də hər zaman gündəmdə saxlayır. Yəni, pambıqçılıq, üzümçülük, tütünçülük, baramaçılıq, ipəkçilik və digər sahələrdə əldə edilən məhsulun yekun məhsula çevrilməsi və dünya bazarına çıxarılması əsas hədəflərdən biridir. Ölkə Prezidenti bu kontekstdə turizmin inkişafı məsələlərinə də xüsusi diqqət ayırdı və qeyd etdi ki, turizmin özünü də qeyri-neft ixracatı kimi qiymətləndirmək olar. Çünki bu, ölkəmizə xarici valyuta gətirir. Azərbaycanın turizmin inkişafı üçün çox geniş imkanlar var, bu proses də birbaşa Prezidentin nəzarəti altındadır və bu istiqamətdə real addımlar atılmaqdadır.

Prezident İlham Əliyevin müşavirədə toxunduğu məsələlərdən birinin də hərbi məhsulların istehsalı və ixracatı məsələsinə olduğunu deyən E.Nəsirov qeyd edib ki, ölkəmiz dünyada bu sahədə də uğurlar qazanıb. Təsadüfi deyil ki, Azərbaycanın xarici dövlətlərlə 100 milyon dollardan çox həcmdə müqavilələri var. Bu da ölkəmizin yerli istehsalı olan hərbi silah-sursatın satışını özündə ehtiva edir. Eyni zamanda, Azərbaycanda 1200 adda hərbi təyinatlı məhsul istehsal olunur ki, onlar da ölkəmizin hərbi gücünün daha da artırılması və həmin məhsulların qonşu bazarlarda, digər xarici ölkələrdə satışının həyata keçirilməsi üçün çox yaxşı imkanlar yaradır.

Bu müşavirənin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, Prezident bütün sahibkarlara tam təminat verərək dövlətimizin onların arxasında olduğunu və bundan sonra da olacağını qeyd etdi.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır - Baş ProkurorluqKreditlərlə bağlı yeni rəsmi MƏLUMATFövzi Tahirov:Ağcabədi RMX- nın baş həkiminin məsləhətləriBaş nazir qoruqlarla bağlı yeni qaydaları təsdiqlədiBiləsuvarda köçkün qəsəbəsinin su təchizatı yaxşılaşdırırNovruz Məmmədov Səudiyyəli nazirlə görüşübGömrük Komitəsi büdcəyə 2 milyard manatdan çox pul köçürübAzərbaycan Xalça Muzeyi “Milliləşdirildi”Türkiyədə 5 min 778 terrorçu məhv edilibQorxulu xəstəlik 450 can aldıƏli Əhmədov BMT-yə ikinci Milli Məruzə təqdim edibTəhsil naziri nümunəvi tədris planını təsdiqlədiMüəllimlərin işə qəbulu üzrə imtahanlarda ən yüksək nəticəni 3 nəfər göstəribHacı Zeynalabdin Tağıyev haqqında film ABŞ-da uğur qazandı.Türkiyə üç şəhid verdiŞəki Xan sarayı bağlandıAzərbaycan məktəblisi İsraildə bürünc medal qazandıHeydər Əliyev prospektində MAŞIN AŞDI - FOTOLARPrezident Şəkidəki qəzanı nəzarətə götürdüBeynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan “Şəki bəyanatı”Vilayət Eyvazovdan yeni təyinatVergilər Nazirliyinə yeni səlahiyyətlər verilib“Heydər Əliyev və milli gəmiçilik siyasəti” kitabı nəşr edildi - FOTOTəhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə MÜRACİƏT ETDİMilli Məclisin deputatları Türkiyəyə gedirMəşğulluq xidməti işlə təmin etdiyi şəxslərin sayını açıqladıGoranboyda silahlı insident - 1 ölü, 2 yaralıBakıda 12 yaşlı oğlan itkin düşdüIV çağırış Milli Məclisin deputatları kimlər olub? - SİYAHITəhsil naziri əmr verdi - Növbəti tədris ilinin başlama və qurtarma tarixləri AÇIQLANDIFransa-Qafqaz Dostluq qrupu Azərbaycana səfər edəcəkMüstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridirAMEA-da direktor vəzifəsini tutmaq üçün 17 nəfər namizədliyini verib“Heydər Əliyev - Dövlətçilik ənənəsi” mövzusunda Laçın Rayon İcra Hakimiyyəti və YAP Laçın rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir.Goranboyda yeni yol çəkilirAzərbaycanın Müdafiə Nazirliyindən ABŞ konqresmeninə sərt CAVABDirektor olmaq istəyənlərin NƏZƏRİNƏ: Müsabiqəyə start verilirAzərbaycan xalqının dünyaya bəxş etdiyi nadir şəxsiyyətQanunun qüvvəyə minmə tarixi 2022-yə uzadıldı100 il əvvəl və 100 il sonra Parisdə… Bu, bir təsadüfdürmü? - REPORTAJMənim qəhrəmanım - Şəhid komandir Raquf Orucovun xanımı YAZIRManat-dollar məzənnəsində yenilik olacaq?AvroLiqada 1-ci təsnifat mərhələsi - Bütün NƏTİCƏLƏRMilli Məclis sonuncu iclasa toplaşırBMT yeni qarşıdurmanın anonsunu verdiTatarıstan Prezidenti Azərbaycana gəlirUlu Öndərimiz Azərbaycan naminə, bütöv, müstəqil Azərbaycan və azərbaycançılıq uğrunda çalışıb, mübarizə aparıb və qalib gəlibBu gün Azərbaycan deyərkən Heydər Əliyev, Heydər Əliyev deyərkən Azərbaycan düşünürük.Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycana xidmətin ən kamil nümunəsidir“Cümhuriyyət medalı” ilə təltif edilən jurnalistlər və QHT sədrləri kimlərdir? - SİYAHI