Dovletxeberleri.Az
» » Ali məktəblərə imtahan verənlər arasında kəskin azalma - Ödənişə görə

12-04-2017, 12:01Ali məktəblərə imtahan verənlər arasında kəskin azalma - Ödənişə görə

Ali məktəblərə imtahan verənlər arasında kəskin azalma - Ödənişə görə

Dünən Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2017-2018-ci tədris ili üçün ərizə qəbulu başa çatıb.

Təhsil eksperti Kamran Əsədov BakiPost.az-a bildirib ki, əhatə dairəsinə görə Azərbaycanda ən böyük imtahan prosesi olan bakalavr səviyyəsinə qəbul imtahanlarında ilk növbədə xidmət haqlarının kəskin artması baş verib: "Bunun da nəticəsində imtahanlarda iştirak edənlərin sayında azalma oldu. Bildiyimiz kimi, 2017-2018-ci tədris ilindən etibarən ali məktəblərin I-IV qrupları üzrə abituriyentlər seçdikləri ixtisas qrupları üzrə istəklərinə uyğun olaraq iki dəfə iştirak edəcəklər.

Bu il imtahanda iştirak etmək üçün elektorn ərizəsini təstiq etmiş abituriyentlərin sayı belədir:

I qrup üzrə 27490 nəfər, (o cümlədən yaz imtahanında iştirak edəcək 25603 nəfər);
II qrup üzrə 19641 nəfər, (o cümlədən yaz imtahanında iştirak edəcək 18676 nəfər);
III qrup üzrə 17916 nəfər, (o cümlədən yaz imtahanında iştirak edəcək 16752 nəfər);
IV qrup üzrə 4922 nəfər, (o cümlədən yaz imtahanında iştirak edəcək 4621 nəfər);

V ixtisas qrupu üzrə 34153 nəfər imtahanda iştirak etmək üçün elektron ərizəsini təsdiq edib.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrində təhsilini davam etdirmək istəyənlərin sayı isə 36076 nəfərdir”.

Kamran Əsədov qeyd edib ki, bu il əvvəlki illərlə müqayisədə I-IV qruplar üzrə ali məktəblərə qəbul olmaq istəyənlərin sayında kəskin azalma var: "Belə ki, 2015-ci ildə I-IV qruplar üzrə 82925 nəfər, 2016-cı ildə I-IV qruplar üzrə 78545 nəfər abituriyent imtahanda iştirak etmişdi. Bu illər arasında kəskin fərq yox idi. Amma 2017-ci il üçün 69969 nəfər elektron ərizəsini təstiq edib. Amma onların da heçdə hamısı imtahanda iştirak etməyəcək.

Qeyd edim ki, ali məktəblərə qəbul plan yeri I-IV ixtisas qrupları üzrə 40 minə yaxındır. Bu il həmən qruplar üzrə imtahanda iştirak edənlərin sayı isə 69969 nəfərdir. İmtahanda iştirak edənlərin heçdə hamısı keçid balını toplamır. Məsələn, 2015, 2016 və hətta ondan əvvəlki illərdə imtahanlarda iştirak edənlərin 60 faizə yaxını keçid balını toplaya bilməyib. Bu ildə eyni göstəricinin təkrarlanacağı danılmazdır. Belə halda böyük sayda plan yeri boş qalacaq. Bu da universitetlərin maliyyələşməsinə ciddi təsir göstərəcək”.

Ekspert vurğulayıb ki, 2016-cı ildə ali məktəblərin plan yeri 80 faiz dolub: "Bunun nəticəsində 7500 plan yeri boş qalıb. Cari ildə bu rəqəmdə ciddi artım olacağı qaçılmazdır”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Nazir Azərbaycan tankçılarının uğurlarını şərh etdi“Azərbaycan tankçıları güclü və uğurlu çıxış etdi” - Belarus müdafiə nazirilayihə davam edir..Leyla Əliyeva Müslüm Maqomayevin anım tədbirinə qatılıbVilayət Eyvazovdan YENİ TƏYİNATLARErmənistan vətəndaşları Gürcüstanda qəzaya düşüb, ölənlər varABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilərUcarın Çiyni kəndində "sirli varlığın" axtarışları səngimirPaşinyan “Qarabağ klanı”na son zərbəni endirməyə hazırlaşırBakıda yol polisləri belə formalarda olacaqSabah Azərbaycanda 40 dərəcə isti olacaqPolis dövlətin ən etibarlı dayağıdırİstanbulda partlayışda ölən varTramp bank rəhbərlərini təcili iclasa çağırdıAzərbaycan, Rusiya və İran prezidentləri Rusiyada görüşəcəkYol polisinin saxladığı sərxoş sürücü hansı nazirin qızıdır? - AÇIQLAMAQazax və Ağstafa ərazisində 75 sərhəd döyüş məntəqəsi yaradılıb - GENERALAli Baş Komandan sərhədçiləri təltif etdi: hərbi rütbə, orden-medal, fəxri adlar... - SİYAHINərimanovun icra başçısı sakinlərin proqlemlərini dinlədiAzercell-in Rəqəmsal Dünyası Cocuq MərcanlıdaRusiyanın “Vostok” televiziyası Azərbaycanla bağlı layihələrə başlayırLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qəbələ rayonunda keçirilmişdir.ZAMANI QABAQLAMIŞ DAHİ ŞƏXSİYYƏT, MÜDRİK RƏHBƏR VƏ ƏBƏDİYAŞAR LİDERBir “Aprel Şəhidi”nin qardaşı digər “Aprel Şəhidi”nin bacısı ilə ailə qurduQəza mərkəzi prospektdə tıxac yaratdı“Neftçi” səfərdə məğlub olur - YENİLƏNİRBu ölkədə Daxili İşlər Nazirliyinə giriş bağlandıQarabağın azərbaycanlı icmasından Avstraliya hökumətinə etiraz MƏKTUBULeyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldıBakıda bu ərazidəki evlər söküləcək - SiyahıCəbhədə Ermənistanın təxribatları davam edir“Abituriyent” jurnalının 8-ci sayı çıxdıKöçkün məktəbini bitirən 34 məzunun hamısı tələbə OLDURəqib baş məşqçi "Neftçi"yə meydan oxuduŞagirdlərin elektron yerdəyişməsi başlayır“Ramil Səfərov hərəkətlərinin nəticəsini dərk edə bilməyib” - VƏKİL SİRLƏRİ AÇIR“Paşinyanın son bəyanatı vəziyyəti daha da gərginləşdırir” – XİNKöçkün məktəbini bitirən 34 məzunun hamısı tələbə olduVilayət Eyvazov rəisi təqaüdə göndərdi - Yeni təyinatGəncənin icra başçısı sakinləri narahat edən məsələləri dinləyibNazir rektorlara tapşırıq verdi: Ödənişli tələbələrə şərait yaradın!Çempionlar Liqasında bütün “pley-off”çular bəlli oldu - NƏTİCƏLƏRElinanın anası icra başçısının müavini ilə üzləşdirildiQurban Qurbanovdan vacib oyunla bağlı son tapşırıqlarİkinci Xəzər İqtisadi Forumu Həştərxanda keçiriləcəkHeydər Əliyev Fondu 70 minə yaxın ailəyə qurban payı çatdıracaqQHT Şurası Katibliyi işçilərinin maaşı artırıldıBu gün Azərbaycanda Qurban bayramı qeyd olunurYAP-çı deputatlar Xaçmaza getdilərPutinin jurnalisti Qarabağ separatizminə açıq dəstək verir - FOTO