Dovletxeberleri.Az
» » Müsabiqə yolu ilə tutulacaq yüksək vəzifələrin siyahısı məlum olub

15-03-2017, 15:33Müsabiqə yolu ilə tutulacaq yüksək vəzifələrin siyahısı məlum olub

Müsabiqə yolu ilə tutulacaq yüksək vəzifələrin siyahısı məlum olub
Azərbaycanda dövlət qulluğuna qəbul zamanı müsabiqə ilə tutulacaq yüksək vəzifələrin siyahısı məlum olub. Məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Sahibkarlığa Kömək Milli Fondu və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru və onların müavini vəzifələrinə qəbul müsabiqə qaydasında aparılacaq.

Bundan başqa, Naxçıvan Ali Məclisi, Azərbaycan və Naxçıvanın İnsan hüquqları üzrə Müvəkkilləri (Ombudsman), Naxçıvan Ali Məhkəməsi, Naxçıvan Nazirlər Kabineti, Apellyasiya məhkəmələri, Hesablama Palatası, Məhkəmə-Hüquq Şurası, Milli Televiziya və Radio Şurası (MTRŞ), Mərkəzi Seçki Komissiyası (MSK), mərkəzi icra hakimiyyəti orqanlarının və onlara bərabər tutulan orqanlar, Nazirlər Kabineti yanında olan icra hakimiyyəti orqanlarının və Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri vəzifələrinə qəbul müsabiqə yolu ilə baş tutacaq.

Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatında, Hesablama Palatasının Aparatında, Məhkəmə-Hüquq Şurasının Aparatında, Ombudsman Aparatında, Apellyasiya məhkəmələrinin Aparatında, MSK-nın Aparatında, mərkəzi icra hakimiyyəti orqanlarının və onlara bərabər tutulan orqanların Aparatında, Nazirlər Kabineti yanında olan icra hakimiyyəti orqanlarının Aparatında, MTRŞ-nın Aparatında, Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatında, mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətlərində, Sahibkarlığa Kömək Milli Fondu Aparatında, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu Aparatında, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Aparatında və ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin, hərbi məhkəmələrin aparatlarında şöbə müdiri vəzifələrinə imtahanla qəbul həyata keçiriləcək.

Habelə Hesablama Palatası sədrinin köməkçisi, Ombudsmanın köməkçiləri, Bakı Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi, mərkəzi icra hakimiyyəti orqanlarının və onlara bərabər tutulan orqanların rəhbərlərinin müşavirləri, köməkçiləri, Nazirlər Kabinetinin yanında olan icra hakimiyyəti orqanlarının rəhbərlərinin müşavirləri, köməkçiləri, MTRŞ sədrinin köməkçisi vəzifələrinə yiyələnmək üçün müsabiqədə iştirak mütləq olacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin təsdiqlədiyi yeni qaydalarla dövlət qulluğuna qəbulun müsabiqə əsasında aparıldığı təsnifatların sayı artırılıb.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Prezident və birinci xanım 300 nömrəli məktəbin AÇILIŞINDANuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandanDeputat: “Sosial evlərlə bağlı şərtlərə yenidən baxılmalıdır!”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Sabirabad rayonunun ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Saatlı rayonunda keçirilmişdirMehriban Əliyevadan Bilik günü təbriki - FOTOPrezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibVilayət Eyvazovdan ƏMR: Bu ərazilər nəzarətə götürüləcəkƏli Həsənov: Milli birlik, həmrəylik Azərbaycanın alternativsiz reallığıdırNaxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı CORLEAP-ın həmsədri seçilibYAP Qaradağ rayon təşkilatının Gənclər Birliyi ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçiribAğcabədi Regional Mədəniyyət idarəsi Laçın rayon mərkəzi kitabxananın işçiləri Aprel döyüşlərində şəhid olmuş Ülvin Məmmədovun ev muzeyində oldular və ailə uzvüləri ilə görüş keçirmişdilər.ADPU-nun Ağcabədi filialına yeni təyin olunan direktor kollektivə təqdim edildi."Sülh aylığı" ilə bağlı tədbir keçirilmişdirBakı metrosu işıq sönəndə də işləyəcəkQarabağ icması Fransa hökumətinə çağırış edib"Erməni xalqı Azərbaycana qarşı təcavüzün məsuliyyətini dərk etməlidir" - Xələf XələfovAzərbaycanda kimlərin uşaqlarına müavinət verilir? - Nazirlik AÇIQLADIİcra başçısından şok addım: yubileyə 3 milyon xərcləyəcəkMüharibə əlillərinə daha 50 maşın verildi“Öndəki birincilər” layihəsi çərçivəsində tədbir keçirilmişdir.DMX əməkdaşlarının əmək pensiyaları yenidən hesablanacaqAZAL təyyarə bələdçisi vəzifəsinə qəbul elan edibNovruz Məmmədov Gürcüstanın yeni baş nazirini təbrik edibPresident Ilham Aliyev viewed work done at Khatai station of Baku Metroİlham Əliyev AŞPA prezidentini qəbul edibHeydər Əliyev Fondundan 17 min aztəminatlı və kimsəsiz uşağa hədiyyə“İtirilmiş torpaqlarımız...” silsiləsindən 2-ci HEKAYƏTAzərbaycanda “Əxlaq polisi” yaradılır? - AÇIQLAMAQanun və NəzarətLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Taxta Körpü ərazisindəki Alxaslı obasında məcburi köçkünlərlə görüşmüşdürLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiQarabağ həqiqətlərini dünyaya tanıdan Azərbaycan GƏNCLİYİDiaqnostik qiymətləndirilmədən keçən müəllimlərin yeni aylıq vəzifə maaşları - CƏDVƏLBu şəxslər şəhid hesab ediləcəkƏli Əhmədov Ağcabədi Olimpiya İdman KompleksindəYeni Azərbaycan Partiyasının gəncləri ilə görüş kecirdAnkara və İstanbulun bələdiyyə sədrləri dəyişdirilir? – Nazirdən AÇIQLAMAErmənilər cəbhədə təxribatlara davam edirSəfər Mehdiyev özünü öldürmək istəyən sahibkara nə deyib? - 16 gömrükçü işdən azad edilibZakir Fərəcov Çinə işgüzar səfərə gedirAzərbaycan yığması Slovakiyaya qalib gəldiLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Ağcabədi rayonunda keçirilmişdir.Elmar Məmmədyarov ermənistanlı həmkarı ilə yenidən GÖRÜŞƏCƏKƏli Həsənov Türkiyə PA-nın nümayəndəsi ilə görüşdüABŞ dövlət katibinin köməkçisi Qafqaza gəlirİlham Əliyev BP-nin Direktorlar Şurasının sədrini qəbul edib - YENİLƏNİBBakıdakı Patruşev-Usubov danışıqlarının təfərrüatları“İşğal olunan torpaqlarımız Azərbaycanın nəzarəti altına qayıdacaq” - Leyla AbdullayevaAzərbaycan və İranın Ukraynadakı səfirləri görüşdüDeputatlar ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun konfransına gedirlər