Главная > Bölgə / Banner > (ADPU) Ağcabədi Filialında əsaslı təmirdən sonra 15 Sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

(ADPU) Ağcabədi Filialında əsaslı təmirdən sonra 15 Sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib


16-09-2017, 21:49. Разместил: dovletxeberleri.az
(ADPU) Ağcabədi Filialında əsaslı təmirdən sonra 15 Sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilibSentyabrın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi Filialında Bilik Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi Filialın rektoru, dosent Mətanət Fərzəliyeva tədbiri giriş sözü ilə açaraq professor-müəllim heyətini və tələbə kollektivini, xüsusilə də, bu il universitetə qəbul olunmuş I tədris ili tələbələrini 2017-2018-ci tədris ilinin başlanması və 15 Sentyabr – Bilik Günü münasibətilə təbrik edib, onlara həyatda və təhsildə uğurlar arzulayıb. Rektor qeyd edib ki, düzgün seçim uğurlu karyeranın başlanğıcıdır. Ali məktəb seçimi hər bir tələbənin həyatı üçün mühüm əhəmiyyət kəsb edir. Çünki ali məktəb tələblərin gələcək təhsilində, uğurlu peşə fəaliyyətində, bir şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır. Müəllimlik müqəddəs, şərəfli və məsuliyyətli peşədir. Cəmiyyətin, ölkənin inkişafında müəllimin rolu əvəzsizdir.

Rektor Mətanət Fərzəliyeva çıxışında bildirib ki, “Təhsil millətin gələcəyi, müstəqil dövlətin təməlidir!” söyləyən ümummilli liderimiz Heydər Əliyev müəllim peşəsini yüksək qiymətləndirərək demişdir: “Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram”. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev elm və təhsilə böyük qayğı və diqqət göstərir. Azərbaycanda təhsil sahəsinin inkişafı ölkəmizin ümumi inkişaf strategiyasının tərkib hissəsinə çevrilmişdir. Ölkə rəhbərliyi müəllim hazırlığına xüsusi diqqət yetirir. Dövlət başçımız cənab İlham Əliyev demişdir: “Müəllim Azərbaycanda ən hörmətli insandır. Müəllimlər Azərbaycan cəmiyyətinin elitasıdır”.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva elm və təhsilin inkişafında sanballı xidmətlər göstərir. Milli mədəni irsimizin böyük qayğıkeşi olan Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən birini məhz təhsilə qayğı və diqqət təşkil edir.

Filialın direktoru, dosent M.Fərzəliyeva ötən tədris ilinin yekunları ilə bağlı məlumat verərək bildirdi ki, keçən il filial kollektivinin pedaqoji ustalığı və səriştəsi sayəsində təhsildə və tədris prosesində mühüm nailiyyətlər əldə etmişik. Hesab edirəm ki, növbəti tədris ilində də müəllimlərimiz, eləcə də filialımızın əməkdaşları yüksək səviyyədə çalışacaq, bilik və bacarıqlarını əsirgəməyəcəklər.

Dosent M.Fərzəliyeva yeni tədris ilində qarşıda duran mühüm vəzifələrdən danışdı. Tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində göstərişlər verdi. Eyni zamanda əmək intizamına riayət etmə barədə mühüm tapşırıqlar verdi. Qeyd etdi ki, intizam olmayan yerdə səmərəli elmi-pedaqoji fəaliyyətdən və işgüzarlıqdan söhbət gedə bilməz. Odur ki, hamılıqla əmək intizamına riayət etməli, filialın daxili nizam-intizam qaydalarının pozulmasına yol verməməliyik.

Rektor çıxışında vurğulayıb ki, yeni tədris ili respublikamızın böyük və tanınmış ali təhsil müəssisələrindən biri olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi Filialının kollektivi üçün uğurlu göstəricilərlə başlayıb. Belə ki, yeni tədris ili respublikamızın böyük və tanınmış ali təhsil müəssisələrindən biri olan (ADPU ) Ağcabədi filalı üçün uğurlu göstəricilərlə başlayıb. Belə ki, 2017-2018-ci tədris ili üçün (ADPU ) Ağcabədi filalına qəbul olunmuş tələbələrin qeydiyyatının təşkili edilməsi və sənəd qəbulunun müvafiq qaydada həyata keçirilməsi təmin edilmişdir.
Məlumat üçün bildirək ki, 2017-2018-ci tədris ili üçün ADPU-nun Ağcabədi Filialına 5 ixtisas üzrə 119 nəfər, qəbul olunub.

Sonra filialın dosenti Baxış Ələsgərov, pedaqogika üzrə fəlsəfə doktoru, dosent əvəzi Tahir Kərimli çıxış edərək bildirdilər ki, filialımızın elmi potensialı imkan verir ki, tədrisin keyfiyyətini yüksəldə bilək. Buna görə birlikdə çalışmalı, iş prosesində qarşıya çıxan problemlərin birgə həllinə nail olmalıyıq. Çıxış edənlər həmkar yoldaşlarına cansağlığı və pedaqoji fəaliyyətdə uğurlar arzuladılar.
(ADPU) Ağcabədi Filialında əsaslı təmirdən sonra 15 Sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib
Qeyd edək ki, tədris prosesinin normal tənzimlənməsini təmin etmək istiqamətində görülən işlərlə yanaşı, filialın maddi-texniki bazasının yaxşılaşdırılması məsələsi də daim diqqət mərkəzində saxlanır.
DOVLETXEBERLERİ.AZ
(ADPU) Ağcabədi Filialında əsaslı təmirdən sonra 15 Sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

Вернуться назад