Dovletxeberleri.Az
» » Ağcabədi pambıqçıları məhsul istehsalına görə respublikanın qabaqcılları sırasında durmağı hədəfləyiblər

12-07-2018, 10:48Ağcabədi pambıqçıları məhsul istehsalına görə respublikanın qabaqcılları sırasında durmağı hədəfləyiblər

Ağcabədi pambıqçıları məhsul istehsalına görə respublikanın qabaqcılları sırasında durmağı hədəfləyiblər

Ağcabədi, 10 iyul, Dovletxeberleri.az (AZƏRTAC)

Ölkəmizdə aqrar sektorun ənənəvi sahəsi olan pambıqçılığın inkişafına göstərilən dövlət qayğısı Ağcabədi rayonunda torpaq sahiblərinin bu sahəyə marağını ildən-ilə artırır. Əgər ötən il Ağcabədi rayonu ərazisində 9550 hektarda pambıq əkilmişdirsə, bu il 10 min 50 hektar sahədə “ağ qızıl” becərilir. Rayonun iqlim şəraiti, sakinlərin pambıqçılıq sahəsində təcrübəsi pambıq istehsalını artırmaq üçün stimul yaradır.

Rayon icra hakimiyyətindən bildiriblər ki, pambıqçılıqla məşğul olan fermerlər hazırda becərmə işlərini uğurla davam etdirirlər. Sahələrə göstərilən düzgün aqrotexniki qulluq nəticəsində yaxşı bitiş alınıb. Aqrotexniki tədbirlərin növbəti mərhələsi kimi kultivasiya və seyrəltmə işləri aparılıb, sahələrə azot gübrəsi verilib. Hazırda sovkaya, mənənəyə və digər zərərvericilərə qarşı dərmanlama tədbirləri davam etdirilir. Rayonun bir sıra kəndlərində pambıq sahələrinə ikinci suvarma suyunun verilməsinə başlanılıb. Bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər. Ağcabədili “ağ qızıl” ustaları təsərrüfat ilini uğurla başa vurmaq, 25 min tondan artıq pambıq istehsal edərək, strateji məhsulun tədarükündə respublikanın qabaqcılları sırasında durmağı hədəfləyiblər.

Ağcabədi rayonunun Cəfərbəyli kəndinin sakinləri də pambıqçılığın inkişafı ilə bağlı təşəbbüslərə həvəslə qoşulublar. Rayonun digər yaşayış məntəqələrində olduğu kimi, bu kənddə də pambıq əkinləri ilbəil artır. Belə ki, əgər ötən il kəndin ərazisində 102 hektar sahədə pambıq əkilmişdirsə, bu il 170 hektarda ağ qızıl becərilir. Kənd sakini Vaqif Əliyev də bu il 6 hektar sahədə çiyid səpini həyata keçirib. Pambıqçılıq sahəsində xeyli təcrübəsi olan fermer yüksək məhsuldarlığa nail olmaq fikrindədir.

“Pambıqçılığın inkişaf etdirilməsi kənd sakinlərinə böyük töhfədir. Pambıqçılıq iş yerləri, yaxşı güzəran deməkdir. Lakin yaxşı gəlir götürmək üçün əkin sahələrində aqrotexniki tədbirləri düzgün, vaxtında və ardıcıl həyata keçirmək, yüksək məhsuldarlıq əldə etmək lazımdır. Odur ki, becərmə işlərini lazımi qaydada yerinə yetiririk. Hər hektardan orta hesabla 40 sentner pambıq götürməyi qarşıya məqsəd qoymuşam”, – deyə fermer bildirib.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Küveyt Dövlətinin Azərbaycandakı səfiri Sumqayıtda olubAbel Məhərrəmovu BDU-da kim əvəzləyir? - AÇIQLAMAİdris İsayev bir nazirin müavini vəzifəsindən çıxarıldı, digər nazirə müavin aparıldı - DOSYEAzərbaycanda ilkin əlillik 61,3 faiz azalıbLaçınlı məcburi köçkünlərlə növbəti görüş-səyyar qəbul keçirilmişdir.İsrail Azərbaycana yeni səfir təyin etdiBu günə olan valyuta məzənnələriOPEC-in yeni prezidenti yanvardan işə başlayacaqErmənistan cəbhədə təxribat törətdiYeni model qəbul imtahanlarına hazırlaşanlara çətinliklər yaradıbBu gündən jalüzlü maşınların sürücüləri CƏRİMƏLƏNİRNazir vergi dəyişikliklərinin detallarını açıqladıDəfn qaydalarının pozulmasına görə cərimələr qüvvəyə mindi - VİDEOAbel Məhərrəmovun vəzifəsindən uzaqlaşdırılma səbəbləri məlum oldu - VİDEOEldar Əzizov Bakı meriyasına yeni mətbuat katibi gətirdiDaha 110 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcək - QƏRARİlham Əliyev Bakıya mer təyin etdi - SƏRƏNCAM“Kim Azərbaycan dilini bilmirsə, gəlib parlamentdə oturmasın” – Spikerdən XƏBƏRDARLIQSabahdan Azərbaycanda məktəblər bağlanır“Qəbələ”nin məşqçisi qəzada həlak olduBu gün Millətlər Liqasında 9 oyun keçiriləcək - TƏQVİMErmənistan cəbhədə təxribat törətdiMilli Qəhrəmanın anım günüdürZakir Fərəcov 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında olduDövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında qanun imzalandıDövlət Bayrağının təsviri təsdiq edilibPrezident himnimizlə bağlı qanunu imzaladıXanım deputat şəhid ailələri ilə bağlı hökumətə təklif verdiBMT Təhlükəsizlik Şurası təcili toplandıPensiya yaşına yenidən baxılsın! - Milli Məclisdə hökumətə MÜRACİƏT EDİLDİLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2018-ci il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiVətəndaşların “kupça” almasına MTK-lar mane olurDaşkəsəndə dəhşətli yanğın - Dördü uşaq olmaqla 5 nəfər öldü (TƏFƏRRÜAT)Komitə sədri əlilliklə bağlı 2 nazirliyə çağırış etdiBeyləqan rayon təhsil şöbəsinin müdiri Xuraman xanım Rüstəmova haqqında yazılanlar böhtan və qərəzlidirTeleradio Şurası televerilişlərin və aparıcıların “QARA SİYAHI”sını hazırladı - ÖZƏLAzərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcəklər? — XİN-dən açıqlamaLaçın qaçqınları Məşğulluq Mərkəzinin fırıldaqları-VİDEOMÜRACİƏTMəmmədyarov-Mnatsakanyan görüşü olacaq – Rəsmi Bakıdan AÇIQLAMANazir: “Əlillik meyarları dəyişəcək - I, II, III qrup əlillik anlayışı sovetlərdən qalıb” - EKSKLÜZİVAtəşkəsin pozulması intensivliyi artıbAzərbaycanda yeni məktəbəqədər təhsil müəssisələri yaradılacaq“Baş nazir təyin olunmasından qısa müddət sonra Azərbaycanı ziyarət edir” — İlham Əliyev işçi nahardaİlham Əliyev Slovakiyanın Baş naziri ilə görüşdüDeputatdan banklara sərt İTTİHAMLAR“Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildiBaş nazir Novruz Məmmədov Slovakiyalı həmkarı ilə görüşdü - FOTOƏƏSMN-də daha bir dəyişiklik - Aparata müvəqqəti rəhbər təyin olunubQənirə Paşayeva parlamentdə vacib problemlərdən danışdıMəcburi köçkünlərin binasında YANĞIN - FOTOLAR