Dovletxeberleri.Az
» » Hesablama Palatası Ağcəbədidə korrupsiya faktları aşkarladı

6-06-2017, 19:06Hesablama Palatası Ağcəbədidə korrupsiya faktları aşkarladı

Hesablama Palatası Ağcəbədidə korrupsiya faktları aşkarladı

Hesablama Palatasının Kollegiya iclasında 1 aprel 2015-cı il – 1 oktyabr 2016-cı il dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsi üzrə gəlir və xərclərin, həmçinin şöbənin saxlanılması xərclərinin icrasına dair auditin nəticələri haqqında hesabat müvafiq qaydada təsdiqlənib.
Gununsesi.info-nun məlumatına görə, audit olunan dövr ərzində şöbənin “Yığım” hesabının mədaxili 52 milyon 705 min 720,6 manat, dövrün əvvəlinə qalığı da nəzərə alınmaqla məxarici isə 52 milyon 801 min 428 manat olub.
Şöbədə 1 oktyabr 2016-cı il tarixə ümumilikdə 9649 sığortaolunanı əhatə edən 620 hüquqi şəxs, 7099 fiziki şəxs sığortaedən qismində qeydiyyatda olub. Onlardan da 251 hüquqi şəxs və 485 fiziki şəxs fəaliyyət göstərib. Audit olunan dövr ərzində şöbənin gəlirləri ümumilikdə 8767 min manat təşkil edib. Həmin vəsaitin də 8759,7 min manatı məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərdən, 4,3 min manatı penyalardan, 3 min manatı isə digər gəlirlərdən ibarət olub. Araşdırma zamanı müəyyən edilib ki, məcburi dövlət sosial sığorta haqları üzrə mövcud potensialdan tam istifadə edilməyib, sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqqının hesablanması və ödənişində nöqsanlar olub. Audit olunan dövr ərzində 1503 yeni pensiya təyinatı aparılıb, 11 pensiya işi Fondun digər rayon şöbələrindən daxil olub, 32 pensiya işi pensiyaçının köçməsi ilə əlaqədar Fondun digər şöbələrinə göndərilib, 824 pensiya işi üzrə ödəniş pensiyaçının vəfat etməsi ilə əlaqədar dayandırılıb. 109 pensiya işi isə beş illik müddətin bitməsi ilə bağlı uçotdan çıxarılıb. Pensiya təyinatı və ödənişi üzrə bəzi nöqsanlara yol verilib. Bir sıra hallarda pensiya təyinatı üçün müraciət edən şəxslərin iş (sosial sığorta) stajları haqqında məlumatlar, o cümlədən 1992-2006-cı illərdə çalışdıqları müəssisənin məcburi dövlət sosial sığorta haqlarını ödəməsi barədə məlumatlar ətraflı araşdırılmadan və bir sıra zəruri sənədlər olmadan pensiya təyinatı aparılıb. Müvafiq məlumatlara əsasən 1 aprel 2015 ci il tarixdən ünvanlı dövlət sosial yardımının (ÜSY) Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) vasitəsi ilə həyata keçirilməsinə başlanılanadək 1841 ÜSY təyinatı aparılıb, 1 oktyabr 2016-cı il tarixə 1705 ÜSY işi üzrə ödənişlər davam edib. Qalan 136 iş üzrə ödənişlər müxtəlif səbəblərdən dayandırılıb.
Bir sıra hallarda ailənin sosial müavinətlərdən, əmək pensiyalarından və əmək haqlarından gəlirləri, həmçinin ailənin istifadəsində nəqliyyat vasitəsi olması haqqında ərizəçi tərəfindən məlumat verilməyib. 3 aydan artıq müddətdə alınmayan ÜSY məbləğləri üzrə müvafiq hesablara ÜSY ödənişi dayandırılmayıb. VEMTAS-la ÜSY təyinatının araşdırılması zamanı mövcud qanunvericiliyin tələblərinə uyğun olmayaraq 1 il müddətinə sosial yardım almaq hüququnu itirmiş ailələrə həmin müddət ötməmiş ÜSY təyin edildiyi, 3 aydan artıq müddətdə alınmayan ÜSY məbləğləri üzrə müvafiq hesablara ÜSY ödənişinin dayandırılmadığı müəyyən edilib. VEMTAS vasitəsilə ÜSY təyinatının düzgünlüyünün araşdırılması məqsədilə nazirliyin internet saytındakı adlı siyahıya əsasən seçmə üsulla monitorinqlər təşkil edilib. Həmin monitorinqlər zamanı ailə tərkibi və ailənin şəxsi yardımçı təsərrüfatdan gəlirləri haqqında VEMTAS-a daxil edilmiş məlumatların düzgünlüyünün müvafiq qaydalarda göstərildiyi kimi yerində araşdırılmaması, VEMTAS tərəfindən ailə üzvünün sosial sığorta nömrəsinin olmadığı hallarda pay torpağı ilə bağlı məlumatların və ümumi ev təsərrüfatında olan ailələrin ayrılıqda təqdim etdikləri elektron müraciətlərində göstərdikləri ünvan və elektrik sayğacı nömrəsinin eyniliyinin müəyyən edilməməsi, həmçinin ailə başçısının itirilməsinə görə əmək pensiyası, həmçinin kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərin üzrlü səbəbdən işləməyən şəxslər kimi qəbul edilməsi kimi nöqsanlara rast gəlinib. Aparılmış audit nəticəsində müəyyən edilib ki, sosial müavinətlərin və təqaüdlərin mərkəzləşdirilmiş xüsusi proqram təminatına işlənilməsi zamanı bir çox hallarda müavinət işlərinin dayandırılması səbəbləri göstərilməyib.
Hesablama Palatasının Kollegiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsi tərəfindən yol verilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericilik ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib. İcra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə müvafiq təqdimat Ağcabədi rayon şöbəsinə, Kollegiya qərarının surəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib.
Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Laçınlı məktəblilər üçün modul tipli məktəb binalarının quraşdırılması yekunlaşmaq üzrədirYeni Azərbaycan Partiyası Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirakı ilə bağlı qərar qəbul edibZakir Fərəcov əsaslı təmirdən sonra istifadəyə verilən bağçanın açılışında iştirak edibVilayət Eyvazov mayora vəzifə verdiAğcabədililər öz millət vəkilərini seçirDünyanın ən gənc baş naziri seçildi - FOTOMüqabil Baxışovun özünü intihar etməsinin Laçın Rayon İcra Hakimiyyətinin başçısı və Laçın Rayon Təhsil Şöbəsinin müdiri ilə heç bir bağlığı yoxdur.İlham Əliyev rusiyalı naziri qəbul edib - YENİLƏNİBAvropa Tıbbı Assosiasiyası Milana VİP Hospitala İnstitut üzvlüyü təqdimatında xatirəPrezident Administrasiyasının məsul işçiləri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyiblərErmənistan ordusu sərhəd rayonlarımızı atəşə tutubMilli Məclisin deputatları AŞPA-nın büro və komitə iclaslarına gediblərErməni əsir və girovluğundakı azərbaycanlılar - 29 uşaq, 98 qadın, 112 qoca, 604 hərbçi...Azərbaycan taekvondoçuları Avropa birinciliyində 7 medal qazanıbSumqayıtda daha bir tibb müəssisəsi təmirdən sonra istifadəyə verilib – FOTOLARYAP-ın deputatlığa namizəd siyahısı nə vaxt açıqlanacaq? – Rəsmilərdən CAVABBaş nazir Şahin Mustafayevə yeni vəzifə verdiBaş nazir magistratura ilə bağlı qaydalara dəyişiklik etdi - QƏRAR"Prezidentimizi yalnız televizorda görmüşdüm" - VİDEODeputatlığa namizəd olmaq istəyənlərin nəzərinə - Müddət açıqlandıTürkmənistan Prezidenti 528 məhkumu əfv etdi - FƏRMANLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Taxta Körpü ərazisindəki Mişni obasında keçirilmişdirSumqayıtlılar bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə qoşuldu - FOTOLARLaçınlılarda nəcib təşəbbüsə həvəslə qoşuldularBu gün Azərbaycanda 650 min ağac əkiləcək - Birinci vitse-prezidentin TƏŞƏBBÜSÜŞənlik kənd inzibati ərazi vahidində vətəndaşlarla səyyar qəbul keçirmişdir.Məleykə Abbaszadə kadr islahatlarından DANIŞDIAzərbaycan Dillər Universitetinə “yeni rektor” seçildiAzTV bu ölkələrdə müxbir məntəqələri yaradıb: Amerika, Türkiyə, Çin…Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiNazirlər Kabinetinə iki şöbə müdiri təyin olundu - ADLARPREZİDENT İKİ İCRA BAŞÇISI TƏYİN ETDİ - Deputata yeni vəzifə verildiSumqayıt şəhərində qışa hazırlıqla bağlı geniş iclas keçirilibMilli Məclis qanunvericilik fəaliyyətini dayandırıb - Səfa MirzəyevAğcabədi rayonunda Beynəlxalq Əlillər Günü qeyd edildi.Konstitusiya Məhkəməsi bu gün deputatların məsələsinə BAXACAQDekabrda son 8 gün ardıcıl iş günüdür – Nazirlər Kabinetindən dəyişiklikNazirlər Kabinetində yeni təyinat - Baş Nazirin köməkçisi rəis olduSəyyar qəbul : Vətəndaşlarla birbaşa ünsiyyət Kəhrizli kəndiMilli Məclis icbari tibbi sığorta haqlarını müəyyən etdiElmar Məmmədyarov Sergey Lavrovla GÖRÜŞÜRSəadət Yusifovaya Prezident Administrasiyasında yeni vəzifə verildi“Aprel şəhidi”nin xanımı bələdiyyə seçkisinə QATILIB“Şəhidimiz” kampaniyasına qoşulan könüllü gənclər Ağcabədidə şəhid ailələrinə baş çəkiblərSOCAR vitse-prezidenti vəzifədən AZAD EDİLDİRus deputat Dilqəmlə Şahbaza görə yeni Ombudsmanla görüşəcəkBakı şəhərində “Məişət zəminində baş verən zorakılıqlara susmayaq” adlı layihəsi çərçivəsində tədbir başa vurulduPrezident Administrasiyasına yeni şöbə müdiri təyin olundu - DOSYEİlham Əliyev əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına 20 milyon ayırdı - SƏRƏNCAM“Lavrov İrəvanda imzaldığının eynisini Bakıda imzalayacaq” - ŞƏRH