Dovletxeberleri.Az
» » Bakı Şəhər İcra Hakimiyyətində QADIN RƏHBƏR

22-04-2018, 10:18Bakı Şəhər İcra Hakimiyyətində QADIN RƏHBƏR

Bakı Şəhər İcra Hakimiyyətində QADIN RƏHBƏR
rezident İlham Əliyev aprelin 21-də Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.

Bu sərəncamla Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Hacıbala Abutalıbov Baş nazirin müavini vəzifəsinə təyin olunub.

İndi gözlər Bakı Meriyasına yönəlib. Hamı Şəhər İcra Hakimiyyətinin başçısısı vəzifəsinə kimin gətiriləcəyini səbirsizliklə gözləyir.

Modern.az saytının məlumatına görə, hazırda Bakı Şəhər İcra Hakimiyyətinə faktiki olaraq Fidumə Hüseynova rəhbərlik edir.

Məsələ burasındadır ki, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyində 3 vəzifə var - başçı və iki müavin. Amma hazırda başçı və bir müavin vəzifəsi boşdur.

Hacıbala Abutalıbovla bağlı məsələ bu gün hamıya bəyan oldu.

O ki qaldı boş müavin vəzifəsinə - xatırladaq ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahov bir müddət əvvəl - 20 iyul 2017-ci il tarixində vəfat edib. Və bu günə kimi onun yerinə təyinat olmayıb. R.Pənahov istirahətdə olduğu Qusar rayonunda ürək tutmasından ölmüşdü. Mərhum 2001-ci ildən Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini idi.

Hazırda Bakı Şəhər İcra Hakimiyyətində yeganə rəhbər şəxs olan Fidumə xanım 2005-ci ildən şəhər merinin müavini vəzifəsində çalışır. Fidumə Hüseynova daha əvvəl - 3 iyul 2003-cü ildən 6 aprel 2005-ci ilədək Bakının Binəqədi rayonu İcra Hakimiyyətinin başçısı işləyib.

Fidumə Hüseynova Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini olmaqla yanaşı, həm də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, eləcə də Azərbaycan Respublikası Turizm Şurasının üzvü kimi də fəaliyyət göstərir.

O ki qaldı, Fidumə Hüseynovanın Bakı Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsinə irəli çəkilmə ehtimalına, belə bir təyinatın ola biləcəyindən hələ ki heç kim bəhs etmir...
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
İlham Əliyev daha 2 SƏRƏNCAM İMZALADIAbel Məhərrəmovun General qardaşı da işdən qovulduNazir: “Pensiya yaşını azaltmağa ehtiyac yoxdur”Prezident Dövlət proqramını TƏSDİQLƏDİAbel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? - DOSYESadələşdirilmiş vergiylə bağlı DƏYİŞİKLİKRamiz Mehdiyevin “Dağlıq Qarabağ”la bağlı kitabı ərəb dilində çap edildiPrezident İlham Əliyevdən Sumqayıtla bağlı ard-arda - SərəncamlarGənclər və idman komitəsi gənclərə nə vəd edir?Abel Məhərrəmovun vəzifəsini bu XANIM İCRA EDİR - FOTOVergilər Nazirliyinin səlahiyyətləri artırılır"Nərgiz Paşayeva BDU-nun rektor vəzifəsinə real namizəddir" - Kamran ƏsədovBakıda Azərbaycan Gənclərinin VIII Forumu keçirilir - FOTOPaşinyan Azərbaycanla sərhədə gəldiİlham Əliyev Sumqayıtdan Bakıya qatarla gəldi - FOTOLARŞeyx Almaniyaya gedirPrezident Sumqayıtda səfərdədir - İcra başçısı hesabat verdi + AÇILIŞLARElmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinə gedib - SƏBƏB"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın söndürülüb - FHN açıqladı“Əmək pensiyaları haqqında” qanun dəyişir - Yeni qaydalarda nə var?Dövlət qulluqçusu olmaq istəyənlərin DİQQƏTİNƏ!Sumqayıtda daha bir zavodun açılışı oldu - FOTOKüveyt Dövlətinin Azərbaycandakı səfiri Sumqayıtda olubAbel Məhərrəmovu BDU-da kim əvəzləyir? - AÇIQLAMAİdris İsayev bir nazirin müavini vəzifəsindən çıxarıldı, digər nazirə müavin aparıldı - DOSYEAzərbaycanda ilkin əlillik 61,3 faiz azalıbLaçınlı məcburi köçkünlərlə növbəti görüş-səyyar qəbul keçirilmişdir.İsrail Azərbaycana yeni səfir təyin etdiBu günə olan valyuta məzənnələriOPEC-in yeni prezidenti yanvardan işə başlayacaqErmənistan cəbhədə təxribat törətdiYeni model qəbul imtahanlarına hazırlaşanlara çətinliklər yaradıbBu gündən jalüzlü maşınların sürücüləri CƏRİMƏLƏNİRNazir vergi dəyişikliklərinin detallarını açıqladıDəfn qaydalarının pozulmasına görə cərimələr qüvvəyə mindi - VİDEOAbel Məhərrəmovun vəzifəsindən uzaqlaşdırılma səbəbləri məlum oldu - VİDEOEldar Əzizov Bakı meriyasına yeni mətbuat katibi gətirdiDaha 110 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcək - QƏRARİlham Əliyev Bakıya mer təyin etdi - SƏRƏNCAM“Kim Azərbaycan dilini bilmirsə, gəlib parlamentdə oturmasın” – Spikerdən XƏBƏRDARLIQSabahdan Azərbaycanda məktəblər bağlanır“Qəbələ”nin məşqçisi qəzada həlak olduBu gün Millətlər Liqasında 9 oyun keçiriləcək - TƏQVİMErmənistan cəbhədə təxribat törətdiMilli Qəhrəmanın anım günüdürZakir Fərəcov 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında olduDövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında qanun imzalandıDövlət Bayrağının təsviri təsdiq edilibPrezident himnimizlə bağlı qanunu imzaladıXanım deputat şəhid ailələri ilə bağlı hökumətə təklif verdi