Dovletxeberleri.Az
» » 50 manatdan 300 manatadək cərimə olunmaq istəmirsinizsə... - DYP-dən sürücülərə xəbərdarlıq

22-04-2018, 09:2850 manatdan 300 manatadək cərimə olunmaq istəmirsinizsə... - DYP-dən sürücülərə xəbərdarlıq

50 manatdan 300 manatadək cərimə olunmaq istəmirsinizsə... - DYP-dən sürücülərə xəbərdarlıq
Avtomobillərin texniki baxışdan keçmə müddətinə 10 gün qalıb.

Bəs görəsən mayın 1-nə qədər hansı model və il avtomobillər texniki baxışdan keçməlidir?

Dovletxeberleri.az xəbər verir ki, Avtosfer.az-ın sullarının Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Vaqif Əsədov cavablandırıb.

O, qeyd edib ki, hər bir avtomobil texniki cəhətdən saz olmaldır. Avtomobili idarə edən şəxs buna ciddi fikir verməlidir. Çünki ən əvvəl öz təhlükəsizliyi üçündür. Həmçinin bununla əlaqədar olan tələbləri yerinə yetirməlidir. "Qanunveriliciyə görə idarə olunan avtomobil texniki baxışdan – diaqnostikaddan keçirilməlidir. Bununla əlaqədar olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Bakı-Zabrat-Maştağa yolunun 1-ci km-də yerləşən dioqnostika mərkəzinə təqdim edilən istənilən növ nəqliyyat vasitəsinə xüsusi avadanlıqlarla texniki cəhətdən yoxlanılır. Avtomobil saz olması aşkar edilərsə o zaman xüsusi nişan verilir ki, maşının alın şüşəsinə vurulur. Bundan sonra sürücü öz avtomobili sərbəst istənilən istiqamətə sürə bilər.

Mayın 1-də MDB istehsalı olan bütün növ nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddəti başa çatır. Son zamanlar keçirilən reydlər zamanı bir sıra avvtomobillərin texniki baxışdan keçməməsinin şahidi oluruq. Bu çox narahatedici bir məqamdır. Bu günə qədər 100-ə yaxın avtomobilin texniki baxışdan keçmədiyi aşkarlanıb və qanunvericiliyin tələblərinə uyğun şəkildə barələrində protokol tərtib edilib”.

Vaqif Əsədov bildirib ki, texniki baxışdan vaxtında keçməyən nəqliyyat vasitəsinin sürücüləri üçün inzibati xəta tərkibi yaranır və müvafiq olaraq fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüququ şəxslər isə 300 manat məbləğində cərimə olunur.

Adətən texniki baxış müdddətinə az qalmış sürücülər müraciət edirlər və sünü sıxlıq yaranır. "Amma hazırda proses davam edir. Sürücülər rahat şəkildə gedib avtomobillərini öz iştirakları ilə texniki baxışdan keçirə bilərlər.”

Xatırladaq ki, qanunvericiliyə edilən dəyişiklikdən sonra texniki baxışa gedən sürücülərin sayı azalıb. Bununla bağlı da məlumat verən V.Əsədov qeyd edib ki, yeni dəyişikliyə əsasən, sürücülər onlara yazılmış cərimələri ödəməlidir. Əks halda texniki baxış prosesdə problemlər yarana bilər. "Təbii ki, cərimələri ödəmədəyi təqdirdə həmin avtomobil və sürücüsü hərəkətdən kənarlaşdırılmalı, duracağa aparılmalıdır. Texniki baxışdan keçməyə gedən zaman cərimələrin ödənməsini təmin edin. Sürücülər Asanpay.az saytında və qeydiyyatda olduğu rayon yol polisi şöbələrinə müraciət edərək barələrindəki cərimələri öyrənib ödəsinlər.”

Cəriməsi olan sürücülərin texniki baxışa getməməsi və sonra onları gözləyən aqibət barədə də danışan şöbə rəisi bildirib ki, bu vəziyyəti daha da ağırlaşdırır. "Burada bir qəribə mənzərə yaranır. Əgər sürücünün cərimələri ödəmək üçün imkan yoxdursa və bunu bilirsə o zaman heç olmasa qaydaları pozmalalıdır.”

Yol polisi əməkdaşlarının video görüntülərini yayan sürücülər barədə mövzuya toxunan Vaqif Əsədov bildirib ki, düşünmədən atılan adımlar cəmiyyət arasında xoşagəlməz informasiyaların yayılmasına şərait yaradır. "Əgər sürücünün hər hansı şikayəti varsa, əlində videogörüntü varsa sosial şəbəkələrdə deyil, Yol polisinin rəhbərliyi qarşısında məsələ qaldırmalıdır. Sürücülərə müraciət edərək bildirirəm ki, əgər sürücülər belə etsələr daha effektiv olar”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Gəncənin icra başçısı sənədsiz evlər məsələsinə toxunduDaha 109 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcəkBu gənclərin xaricdə təhsili maliyyələşdiriləcək - Müsabiqənin nəticəsi açıqlandı - SİYAHIAzərbaycanın 16 ildir üzv ola bilmədiyi beynəlxalq təşkilat... - SƏBƏBLƏRBu il hansı universitetlər tələbələrinə yataqxana verə biləcək...“Relaks” istirahət mərkəzindəki dava ilə bağlı rəsmi MƏLUMAT - Deputatın oğlu və qohumları həbs olunduGələn il vahid məktəbli formalarında yenilik olacaqAzərbaycanda 250 ailə üçün meyvə bağları salınırTəhsil şöbəsinin müdiri işdən çıxarılıbİş axtaran 3728 müəllim üçün müsahibə mərhələsi başlayırQənirə Paşayeva afrikalı siyasətçilərə köçkün qadınlardan danışıbMehriban Əliyevadan şəhidlərə böyük ehtiramMüdafiə Nazirliyi: "Bu kimi xəbərlər gülüş doğurur"ALLAH RƏHMƏT ELƏSİNVilayət Eyvazovdan yeni rəis TƏYİNATIBirinci vitse-prezidenti: "Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm"Azərbaycan Kendo Təşkilatı Beynəlxalq Kendo seminarında iştirak etdi.Azərbaycan Sərhəd Mühafizəsinin 100 yaşı tamam olubLaçın rayon Nurəddin kənd tam orta məktəbinin məzunu, bu il keçirilən qəbul imtahanlarında 660,1 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə daxil olUbBir şəklin tarixçəsi: Milli Ordumuz Xankəndinə girməyə hazırlaşırdı - FOTOBayrağımız altındakı günəşəmiz – MüstəqillikBu gün dövlət qulluğuna qəbul imtahanı keçirilirNazir Azərbaycan tankçılarının uğurlarını şərh etdi“Azərbaycan tankçıları güclü və uğurlu çıxış etdi” - Belarus müdafiə nazirilayihə davam edir..Leyla Əliyeva Müslüm Maqomayevin anım tədbirinə qatılıbVilayət Eyvazovdan YENİ TƏYİNATLARErmənistan vətəndaşları Gürcüstanda qəzaya düşüb, ölənlər varABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilərUcarın Çiyni kəndində "sirli varlığın" axtarışları səngimirPaşinyan “Qarabağ klanı”na son zərbəni endirməyə hazırlaşırBakıda yol polisləri belə formalarda olacaqSabah Azərbaycanda 40 dərəcə isti olacaqPolis dövlətin ən etibarlı dayağıdırİstanbulda partlayışda ölən varTramp bank rəhbərlərini təcili iclasa çağırdıAzərbaycan, Rusiya və İran prezidentləri Rusiyada görüşəcəkYol polisinin saxladığı sərxoş sürücü hansı nazirin qızıdır? - AÇIQLAMAQazax və Ağstafa ərazisində 75 sərhəd döyüş məntəqəsi yaradılıb - GENERALAli Baş Komandan sərhədçiləri təltif etdi: hərbi rütbə, orden-medal, fəxri adlar... - SİYAHINərimanovun icra başçısı sakinlərin proqlemlərini dinlədiAzercell-in Rəqəmsal Dünyası Cocuq MərcanlıdaRusiyanın “Vostok” televiziyası Azərbaycanla bağlı layihələrə başlayırLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qəbələ rayonunda keçirilmişdir.ZAMANI QABAQLAMIŞ DAHİ ŞƏXSİYYƏT, MÜDRİK RƏHBƏR VƏ ƏBƏDİYAŞAR LİDERBir “Aprel Şəhidi”nin qardaşı digər “Aprel Şəhidi”nin bacısı ilə ailə qurduQəza mərkəzi prospektdə tıxac yaratdı“Neftçi” səfərdə məğlub olur - YENİLƏNİRBu ölkədə Daxili İşlər Nazirliyinə giriş bağlandıQarabağın azərbaycanlı icmasından Avstraliya hökumətinə etiraz MƏKTUBU