Dovletxeberleri.Az
» » Azərbaycanın 16 ildir üzv ola bilmədiyi beynəlxalq təşkilat... - SƏBƏBLƏR

20-08-2019, 09:21Azərbaycanın 16 ildir üzv ola bilmədiyi beynəlxalq təşkilat... - SƏBƏBLƏR

Azərbaycanın 16 ildir üzv ola bilmədiyi beynəlxalq təşkilat... - SƏBƏBLƏR
Ümumdünya Ticarət Təşkilatı (ÜTT) 1995-ci ildə İsveçrənin Cenevrə şəhərində yaradılıb. Qurum çoxtərəfli ticarət sazişlərini qəbul edərək, ticarət danışıqlarını həyata keçirir. Qeyd edək ki, dünya ticarətinin 98%-dən çoxu məhz təşkilata üzv olan ölkələrin payına düşür. MDB məkanında xeyli sayda ölkənin də üzv olduğu quruma isə Azərbaycan hələ ki qoşulmayıb.

Azərbaycanın ÜTT-yə üzv olmasına hazırlıq işləri üzrə komissiya 22 avqust 2003-cü il yaradılıb, 9 avqust 2017-ci il -ci il tarixli sərəncama əsasən, Komissiyanın yeni tərkibi təsdiq edilsə də, hələ də təşkilata qoşulmamışıq.
Bəs, ÜTT-ə üzv olmağın Azərbaycan üçün vacib tərəfi nədir, niyə hələ də bu təşkilata üzv olmamışıq?

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov danışıb.

Deputat bildirir ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması çox vacib məsələdir və iqtisadiyyatda canlanma yaradacaq.

“Prezident İlham Əliyevin bu barədə tapşırığı var, xüsusi komissiya yaradılıb. Xarici İşlər Nazirliyinin müavini bu komissiyaya rəhbərlik edir. Milli Məclisin üzvü olaraq biz də komissiya ilə görüşüb məsələni müzakirə etmişik. Azərbaycan ÜTT-ə daxil olarsa, daxili bazarda canlanma yaranacaq. Təşkilata üzv olacağımız təqdirdə qiymət bazarında da müəyyən dəyişikliklər olması gözlənilir . Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxi olması həm də Avropaya inteqrasiyaya gedən yoldan keçir. Bu bizim üçün çox əhəmiyyətli məqamdır və düşünürük ki, ölkəmiz bu təşkilata daxil olmalıdır”.

Vahid Əhmədov deyir ki, təşkilata daxil olacağımız təqdirdə daxili iqtisadiyyata təsir edəcək bəzi amillər var, lakin dünyaya inteqrasiya olmaq baxımında ÜTT-ə üzvlük vacibdir:
“Məqamlar dedikdə idxal, gömrük rüsumlarından söhbət gedir. Belə ki, Azərbaycan təşkilata daxil olarsa, tətbiq etdiyimiz gömrük rüsumları müəyyən qədər aradan götürüləcək. Yəni Avropa Birliyində, dünyada qəbul edilmiş rüsumlar çərçivəsində biz məhsulları idxal etməliyik. Belə olan halda daxili bazarda gömrük rüsumları, qiymət siyasəti ilə əlaqədar problemlər yarana bilər. Ümumilikdə, ticarət təşkilatına qoşulmağı tezləşdirmək lazımdır ki, protokollar imzalansın”.

İqtisadçı-ekspert Natiq Cəfərli qeyd edir ki, Ümumdünya Ticarət Təşkilatı ilə danışıqlar artıq 16 ildir ki, davam edir və Azərbaycan tərəfinin qoşulmamaq üçün göstərdiyi səbəblər var”.

“Ümumdünya Ticarət Təşkilatına üzvlük həm də ölkənin daxili vergi, gömrük qanunvericiliyini beynəlxalq standartlara cavab verməsi ilə müşahidə olunmalıdır. Eyni zamanda, ölkə ərazisinə daxil olan xarici şirkətlərin hər hansı bir formada beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsi ilə əlaqədar yerli qanunvericiliyə əlavə və dəyişikliklər olunmalıdır. ÜTT-ın bəlli qayda-qanunları var ki, ona üzv olan ölkələr həmin qaydalara əməl etməlidir. Azərbaycan tərəfi rəsmi olaraq aqrar sahədə dotasiyaların olmasını səbəb gətirərək, uzun illərdir ki, təşkilata üzv olmur. Müəyyən daxili lobbi qruplar var ki, bütün fəaliyyətini həmin istiqamətə yönəldiblər ki, Azərbaycan təşkilata üzv olmasın. Qazaxıstan, Rusiya Azərbaycandan sonra müraciət etsə də, artıq təşkilata üzv olaraq qəbul ediliblər”.

İqtisadçı deyir ki, bəzən Azərbaycan vətəndaşları Gürcüstanda olarkən təəccüblənirlər ki, “eyni məhsul bizə nisbətdə orada niyə daha ucuzdur?”.
“Bunun əsas səbəblərindən biri Ümumdünya Ticarət Təşkilatına üzv olmuş ölkədə beynəlxalq qaydalara uyğun şirkətlərin fəaliyyət göstərməsi ilə əlaqədardır. Burada həmin şirkətlər beynəlxalq bazara birbaşa çıxış əldə edir və bu da öz növbəsində qiymətlərin tənzimlənməsində mühüm rol oynayır. Təşkilata üzv olacağımız təqdirdə 5-10 il arası bizə keçid dövrü üçün güzəşt tanınacaq. Həmin güzəştdən istifadə edərək, biz aqrar sahəyə dotasiya və subsidiyaların verilməsini təmin edə bilərik. Üzv ölkələrin heç biri Azərbaycanın təşkilata qoşulmaq istəyi ilə bağlı ortaya müxalif şərh qoymayıb. Bir tək Ermənistan mane ola bilərdi ki, o da artıq Rusiyanın üzvlüyündən sonra göstərəcəyi cəhdlərin mənasız olacağını anladı”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
“Əsrin müqaviləsi”nin 25-ci ildönümü laçınlılar tərəfindən qeyd olunduLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Taxta Körpü ərazisindəki 552 ailəlik qəsəbədə keçirilmişdir.Şəhid ailələri və Qarabağ əlillərinə ev verildiSevinc Fətəliyeva: Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyənə qədər Ermənistanın heç bir inkişaf perspektivi yoxdurMəktəb direktoru olmaq istəyənlər növbəti sınağa çəkilirGünay Əfəndiyevanın fondu Milli Konservatoriya ilə memorandum imzaladıDilqəm Əsgərovla Şahbaz Quliyev erməni hərbçilərlə dəyişdirilə bilərGüləşçimiz 2-ci dəfə dünya çempionu olduRamiz Mehdiyev Belarusun dövlət katibi ilə görüşdü - Ramil Usubov və Fuad Ələsgərov da müzakirədə olubAYB-nin Sumqayıt bölməsinə YENİ TƏYİNATLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiƏli Əhmədov Yeni Azərbaycan Partiyasının təqaüdünü alan tələbə-gənclərlə görüşübZakir Həsənov təlimlərin gedişi barədə məruzəni dinlədiBalababa Rzayev rəisi işdən çıxarır, 2 il sonra eyni posta geri gətirilir - "Azərişıq"da yeni təyinatİcra başçısı müavinini işdən çıxardıDovletxeberleri.az İlqar Mehtiyevi təbrik edir!Azərbaycan Üzeyir Musiqi gününü qeyd edirLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qaradağ rayonunun “Qobu Park” yaşayış massivində keçirilmişdirElinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYEKomitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanırRövşən Rzayev 30-dan çox köçkünü qəbul etdiPrezident xanım naziri qəbul etdi - FOTOCeyhun Bayramov Basqalda orta məktəbinin AÇILIŞINDA15 sentyabr - Bilik günüdürPrezident və birinci xanım 300 nömrəli məktəbin AÇILIŞINDANuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandanDeputat: “Sosial evlərlə bağlı şərtlərə yenidən baxılmalıdır!”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Sabirabad rayonunun ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Saatlı rayonunda keçirilmişdirMehriban Əliyevadan Bilik günü təbriki - FOTOPrezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibVilayət Eyvazovdan ƏMR: Bu ərazilər nəzarətə götürüləcəkƏli Həsənov: Milli birlik, həmrəylik Azərbaycanın alternativsiz reallığıdırNaxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı CORLEAP-ın həmsədri seçilibYAP Qaradağ rayon təşkilatının Gənclər Birliyi ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçiribAğcabədi Regional Mədəniyyət idarəsi Laçın rayon mərkəzi kitabxananın işçiləri Aprel döyüşlərində şəhid olmuş Ülvin Məmmədovun ev muzeyində oldular və ailə uzvüləri ilə görüş keçirmişdilər.ADPU-nun Ağcabədi filialına yeni təyin olunan direktor kollektivə təqdim edildi."Sülh aylığı" ilə bağlı tədbir keçirilmişdirBakı metrosu işıq sönəndə də işləyəcəkQarabağ icması Fransa hökumətinə çağırış edib"Erməni xalqı Azərbaycana qarşı təcavüzün məsuliyyətini dərk etməlidir" - Xələf XələfovAzərbaycanda kimlərin uşaqlarına müavinət verilir? - Nazirlik AÇIQLADIİcra başçısından şok addım: yubileyə 3 milyon xərcləyəcəkMüharibə əlillərinə daha 50 maşın verildi“Öndəki birincilər” layihəsi çərçivəsində tədbir keçirilmişdir.DMX əməkdaşlarının əmək pensiyaları yenidən hesablanacaqAZAL təyyarə bələdçisi vəzifəsinə qəbul elan edibNovruz Məmmədov Gürcüstanın yeni baş nazirini təbrik edibPresident Ilham Aliyev viewed work done at Khatai station of Baku Metroİlham Əliyev AŞPA prezidentini qəbul edib